Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin qadın üzvləri üçün bayram tədbirləri təşkil olunub

Tədbir Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə təşkil olunub

 

Veteran.gov.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, bir sıra dini icmaların, həmçinin "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Cəlilabad, Masallı və Lənkəran rayonlarında 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin qadın üzvləri üçün bayram tədbirləri təşkil olunub. Keçirilən tədbirlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, həmin rayonların icra hakimiyyətlərinin məsul şəxsləri, dini icma sədrləri və şəhid anaları çıxış ediblər. Sonda şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.

 

2022-03-08 09:37:00
1438 baxış

Digər xəbərlər

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi “Yaşıl dünyaya yaşıl rəng qataq” adlı ağacəkmə aksiyası keçirib

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daima öz töhfəsini verir. Birlik sədri Yasəmən Qəyyumlu çıxış edərək bildirib ki, Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi buna bariz nümunədir. "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin idarə heyəti bu həmrəyliyə qoşularaq "Yaşıl dünyaya yaşıl rəng qataq" adlı ağac əkmək aksiyasını həyata keçirməyi qərara aldı. Ağaclarım Suraxanı rayon sakini olan şəhid Sərdar İsmayılovun adına inşa olunmuş Suraxanı rayon Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən "Zəfər" idman klubunun həyətində əkilməsi məqsədə uyğun hesab edilib. Aksiyanın həyata keçirilməsi üçün Suraxanı rayon icra hakimiyyəti xüsusi şərait yaradıb. Aksiyada şəhid ailələri, vətən müharibəsinin qaziləri, veteranlar, birliyin idarə heyəti və media nümayəndələri iştirak ediblər. Aksiyanın təşkilində təşkilatın Türkiyə Respublikası üzrə nümayəndəsi Natavan Şadlinskinin xüsusi əməyi olub. Bir sözlə təşkilatın əsas məqsədi mütəmadi olaraq dövlət proqramlarını dəstəkləmək və təşkilat adından bu cür önəmli proqramlara töhvə verməkdir. Aksiya bitdikdən sonra "Zəfər"idman klubunun əsas binasında faydalı gün münasibətilə şəhid ailələrinə, vətən müharibəsinin veteranlarına və hər zaman şəhid ailələrinin yanında olan Şəxslərə "Zəfər Diplomu" və " Fəxri diplom"lar təqdim olunub.

Hamısını oxu
Vətən Müharibəsi Şəhidlərimiz-Nərimanov rayonu

 

Hamısını oxu
"Beynəlmiləlçi Döyüşçülər» Cəlil Xəlilovu təbrik edib

Biz də bir müharibə veteranları təşkilat olaraq Azərbaycan Respublikası «Beynəlmiləlçi Döyüşçülər» Fondunun Himayəçilik Şurasının adından və şəxsən öz adımdan, Azərbaycan dövlətinə, xalqna ömrünü həsr edərək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda fədakarcasına müstəsna xidmətləri olmuş, şəhid aillərinin, müharibə əlillərinin, veteranlarının dostiu, Azərbaycan Silahlı Qüvələrinin, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru dəyərli vətənpərvər polkovnik dostumuz CƏLİL MALİK OĞLU XƏLİLOVU Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilməyi münasibəti ilə səmimi qəlbdən təbrik edərək, hörmətli alim polkovnikə həyatda möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində Respublika veteranlarının sosial rifahlarının yaxşılaşdırılması sahəsində uğurlar arzu edirik.Sərraf OrucovAzərbaycan Respublikası «Beynəlmiləlçi Döyüşçülər» Fondunun Prezidenti, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı

Hamısını oxu
Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinə start verilib

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinin açılış mərasimi keçirilib. "Unikal" xəbər verir ki, Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşəbbüsü, Sumqayıt Tibb Mərkəzi (STM) və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan turnirin məqsədi səhiyyə işçiləri arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği və kollektivlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsidir. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi, həmçinin Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edən STM-nin direktoru Elnur Azadxanov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixindəki əhəmiyyətindən danışaraq, belə yarışların səhiyyə işçiləri arasında birlik, həmrəylik və komanda ruhunun güclənməsinə xidmət etdiyini bildirib. Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Qönçə Abdullayeva səhiyyə işçilərinin cəmiyyət həyatındakı mühüm rolunu vurğulayaraq, bu cür idman tədbirlərinin kollektivlər arasında əməkdaşlığın və sağlam həyat tərzinin təşviqinə töhfə verdiyini qeyd edib. Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Vahid Abdullayev isə idmanın insanları birləşdirən mühüm amillərdən biri olduğunu qeyd edərək, bütün komandalara uğurlar arzulayıb. Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elmira Quliyeva turnirin təşkilində əməyi olan qurumlara təşəkkürünü bildirib, yarışın səhiyyə işçiləri arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Turnirdə ümumilikdə 8 komanda iştirak edir. Komandalardan biri Sumqayıt Narkoloji Dispanserini, digər yeddi komanda isə Sumqayıt Tibb Mərkəzini və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrini təmsil edir. Açılış mərasimindən sonra ilk oyunlara start verilib. Turnirin növbəti qarşılaşmaları 8 iyun tarixində keçiriləcək. Yarışın final oyunu və bağlanış-mükafatlandırma mərasimi isə 12 iyun tarixində baş tutacaq. Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunacaqlar.  

Hamısını oxu