Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakıda V Dünya Etnoidman Forumu keçirilib

Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında V Dünya Etnoidman Forumu keçirilmişdir.

Veteran.gov.az Sportline.az-a istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan, BMT İnsan Məskunlaşma Proqramının icraçı direktoru Maimunah Mohd Şərif, AMİNA-nın prezidenti Kazım Qurbanov və 45 ölkədən nümayəndələr iştirak ediblər.

İlk olaraq etnosporta aid xüsusi videoçarx nümayiş olunub. Burada müxtəlif ölkələrin tarixi idman növləri göstərilib.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri F.Qayıbov bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini diqqətə çatdıraraq forumun Bakıda keçirilməsinə dəstək verdiyinə görə Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana təşəkkür etmişdir.

Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan V Dünya Etnoidman Forumuna yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Forumda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov da iştirak edib. Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan tərəfindən Kazım Qurbanov V Etnoİdman Forumunun sertfikatı ilə təltif olunub. Həmçinin AMİNA-nın prezidenti Kazım Qurbanov tərəfindən Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana və Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova xatirə hədiyyələri təqdim edilmişdir.

Qeyd edək ki, V Beynəlxalq Etnosport Forumu martın 6-da başa çatıb.

 

2022-03-08 23:11:00
1399 baxış

Digər xəbərlər

Sülh prosesi yeni geostrateji fazada

Hamısını oxu
“Bu Sərəncam dövlətimizin və Prezidentimizin veteranlara olan diqqət və qayğısından xəbər verir”

“1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətimizin və Prezidentimzin veteranlara olan diqqət və qayğısından xəbər verir”. Bunu saytımız açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 24 aprel 2026-cı il tarixli məlum Sərəncam vətən qarşısında xidmətləri olan şəxslərin illər, qərinələr sonra belə unudulmadığını, daim dövlətimizin diqqət mərkəzində olduğunu göstərir: “Hər il olduğu kimi bu il də Prezident İlham Əliyev İkinci Dünya müharibəsində iştirak edən şəxslərə, eləcə də həlak olan döyüşçülərin dul arvadlarına, həmçinin, arxa cəbhədəki xidmətlərinə görə orden və medallarla təltif edilən şəxslərə birdəfəlik maddi yardımın verilməsi ilə bağlı Sərəncam imzaladı. Ölkə başçısı bununla bir daha göstərdi ki, hər bir veteran, eləcə də onların ailə üzvləri daim dövlətin diqqət mərkəzindədir və onların vətən qarşısındakı xidmətlərindən uzun zaman ötməsinə baxmayaraq, bu xidmətlərin heç biri unudulmur, hər zaman minnətdarlıq hissi ilə yad edilir. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dövlət başçısının bu Sərəncamını veteranlarımızla yanaşı, həm də şanlı hərb tariximizə verilən böyük diqqət və yüksək qiymət kimi dəyərləndirir, buna görə Müzəffər Ali Baş Komandanımza öz təşəkkürümüzü bildiririk.  Bu Sərəncam İkinci Dünya müharibəsində iştirak edən şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial rifahına  maddi dəstək olmaqla yanaşı, mənəvi baxımdan da ciddi sitimuldur. Prezidentimiz tərəfindən veteranlarmıza göstərilən bu qayğı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm rol oynayır ki, bu da milli-mənəvi dəyərlərimizin təbliği, xalqımızın və dövlətimizin gələcək təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu nəcib, xeyirxah addıma görə bütün veteranlar adından bir daha Prezident İlham Əliyevə təşəkkür edir, Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk”. Seymur ƏLİYEV  

Hamısını oxu
Generaldan şəhidlərlə bağlı möhtəşəm ifadə: “Tarix hamımızı unudacaq, şəhidlərdən başqa!”

General-mayor Müşfiq Məmmədov:  “Şəhidlər bizim baş tacımızdır!” “Tarix hamımızı unudacaq, şəhidlərdən başqa!”  Moderator.az-a xəbər verir ki, bunu Beynəlxalq Muğam Mərkəzində keçirilən “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfransda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov deyib. Xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərə görə ilk növbədə şəhidlərə minnətdar olduğumuzu bildirən general, şəhid ailələrinin önündə baş əydiyini vurğulayıb: “Şəhidlər bizim baş tacımızdır. Biz onların ailə üzvlərinin, bütün yaxınları qarşısında baş əyirik. Şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq, hər zaman ehtiramla yad ediləcək”. Seymur ƏLİYEV

Hamısını oxu
Sabitliyi pozmağa çalışanlar Azərbaycan və Türkiyə ilə üz-üzədir

Hər iki qardaş ölkə istənilən təhlükəyə qarşı birgə müqavimət göstərmək əzmindədirRegionda sabitliyi pozmağa çalışan qüvvələr Azərbaycan və Türkiyəni öz qarşılarında görəcəklər       Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Alpan-2023" birgə təlimi keçirilir. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən, aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra ediblər. Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır.    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov "Sherg.az"a bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçirilən "Alpan-2023" birgə təlimi olduqca mühüm əhəmiyyətə malikdir. Polkovnikin sözlərinə görə, təlimdə aviasiya vasitələrinin şərti düşməni, ona məxsus obyektləri məhv etməsi həyata keçirilir ki, bu da şəxsi heyətin öz nəzəri biliklərini praktikada tətbiq etməsi, əməli şəkildə həyata keçirməsi baxımından önəmlidir: "Bu gün dünyamızda Hərbi Hava Qüvvələrinin rolu böyükdür və bu rol getdikcə artır. Bura döyüş təyyarələri ilə yanaşı müxtəlif təyinatlı PUA-lar da daxildir. Biz 44 günlük Vətən müharibəsində həm PUA-ların, həm də aviasiyanın önəmini gördük. Hərbi Hava Qüvvələri tarixi zəfərin əldə edilməsinə böyük töhfə verdi. Hazırda ordumuzun gücləndirilməsi, onun ən müasir döyüş texnikası, aviasiya nümunələri ilə təmin edilməsi davam etməkdədir. Ümumiyyətlə, ordunun inkişafı və onun döyüş qabiliyyətinin yüksəldilməsi davamlı proses olduğu üçün burada “son hədd”, “son nöqtə” mövcud deyil. Çünki hərbi texnika sürətlə yeniləşir, modernləşir ki, bu da dəyişən tələblərə çevik şəkildə uyğunlaşmağı tələb edir. Onu da unutmayaq ki, bu gün regionda vəziyyət hələ də mürəkkəb olaraq qalır. Erməni separatizmi öz təxribatlarından əl çəkmir. Bu isə bizi məcbur edir ki, hər an düşmənin başını əzməyə, onun qalıqlarını darmadağın etməyə hazır olaq".   Həmsöhbətimiz vurğulayıb ki, bu təlimlərin Türkiyə ilə birlikdə keçirilməsinin də böyük əhəmiyyəti var:  "Birgə təlimlər hər şeydən öncə iki dövlətin birgə hərbi əməkdaşlığının nəticəsidir və bu əməkdaşlıq Şuşa bəyannaməsində açıq şəkildə öz əksini tapıb. Türkiyə müasir dünyamızın ən güclü dövlətlərindən biridir və Türkiyə ilə birgə təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəlməsinə böyük fayda verir. Bu cür təlimlərin mütəmadi şəkildə təşkili imkan verir ki, istənilən təhdid və təhlükəyə adekvat reaksiya verək, bölgədə sülhün və təhlükəsizliyin təmininə nail olaq. Təbii ki, Azərbaycanla-Türkiyə arasında birgə təlimlər hərbi baxımdan mühüm əhəmiyyət kəsb etməklə yanaşı, siyasi baxımdan da mühüm əhəmiyyətə malikdir. Bu cür təlimlər bütün dünyaya Azərbaycanla Türkiyənin qardaşlığını göstərir. Habelə, birgə təlimlər göstərir ki, hər iki qardaş ölkə istənilən təhlükəyə qarşı birgə müqavimət göstərmək əzmindədir və regionda sabitliyi pozmağa çalışan qüvvələr Azərbaycan və Türkiyəni öz qarşılarında görəcəklər. Azərbaycan-Türkiyə hərbi təlimləri hər hansı üçüncü dövlətə qarşı yönəlməsə də, bu təlimlər bölgədə söz sahibinin məhz bu ölkələr olduğunu göstərir. Bu baxımdan, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini regionda sabitliyi pozmaq istəyən qüvvələrə ünvanlanan mesaj kimi dəyərləndirmək mümkündür. Bu baxımdan birgə hərbi təlimlər təxribatçı qüvvələr üçün çəkindirici amil rolunda çıxış edir ki, bu da regional sülhün qorunması, sabitliyin qorunub saxlanılması baxımından mühüm önəm kəsb edir".

Hamısını oxu