Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, bu gün Respublika Veteranlar Təşkilatında 9 may Qələbə Günü münasibəti ilə hərbi orkestrin iştirakı ilə təntənəli tədbir keçirilib. Hərbi vətənpərvərlik mahnılarının sədaları altında keçirilən tədbir veteranlarla yanaşı, ətraf ərazidə yaşayan vətəndaşların da böyük marağına səbəb olub. Tədbir iştirakçıları qarşısında çıxış edən Respublika Veetranlar Təşkilatının sədri Fatma Səttarova, faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə xalqımızı təbrik edib, həm İkinci Dünya müharibəsi, həm də Vətən müharibəsi iştirakçılarının hər zaman minnətdarlıq hissi ilə xatırlanacağını bildirib. Tədbir bayram süfrəsi arxasıdna davam edib.
Hamısını oxu
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Masallı rayonu, Viləş və Şıxlar kəndlərinin seçiciləri ilə görüşü keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.Görüşü giriş sözü ilə açan YAP Masallı rayon seçki qərargahının üzvü Cəlal Əliyev bildirib ki, postmüharibə dövründə zamanın tələbinə uyğun olaraq inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi yeni reallıqlardan doğan zərurətdir.Seçki hüququ olan hər bir vətəndaşı seçkilərdə fəal iştiraka çağıran C.Əliyev YAP-ın hər zaman verdiyi sözlərə əməl etməsi ilə etimadı doğruldaraq xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov budəfəki parlament seçkilərinin müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsini tarixi və əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, bu uğurların kökündə YAP-ın və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi müdrik siyasət dayanır.M.Məmmədov hazırkı reallıqların fonunda YAP-ın qarşısında duran hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, regionların sosial-iqtisadi inkişafından, Masallı rayonunun istər Vətən müharibəsi dövründə, istərsə də hazırda dövlətin rifahı naminə hər zaman fəallıq göstərdiyini diqqətə çatdırıb. M.Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.Görüşdə çıxış edən seçicilər Bayram Əsgərov, Allahverdi Ağayev, Əlisa Qədiyev, Tahir Əzizov, Subhan Babayev və Miryəhya Bədirov Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara xidmət edən çoxşaxəli islahatların bəhrəsini gördüklərini, YAP-ın hər zaman etimadlarını doğrultduğunu bildiriblər.
Hamısını oxu
“Ermənistanın raket zərbələri nəticəsində Gəncədə, Bərdədə və digər şəhər və kəndlərimizdə törətdiyi terror aktlarına, faciəyə hələ də hüquqi qiymət verilməyib”. Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev bildirib. V. Quliyev deyib ki, vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəal olmalıdırlar: "Bu gün QHT nümayəndələrinin Gəncəyə səfərində də məqsəd budur ki, bu terror aktını, faciəni bir daha gözləri ilə görməklə əlaqədə olduqları xarici QHT-lərə, beynəlxalq təşkilatlara müraciət etsinlər. Bu gün bu səfərdə 100-ə yaxın QHT nümayəndəsi iştirak edir. Onların əksəriyyəti insan hüquqları, qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərdir. Bu QHT-lər adından müraciət də qəbul olunacaq. Müraciətdə Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edəcək və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirəcək. Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət ediləcək, onlar Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırılacaq”.
Hamısını oxu
Alman faşizmi üzərində qələbənin 80 illiyi... ...1942-ci ilin məşəqqətli günləri idi. Bu o vaxtlar idi ki, ölkəmizə qəfildən hücum edən alman-faşist qoşunları artıq Şimali Qafqazın ətəklərinə qədər gəlib çıxmışdılar. Mozdak şəhəri ətrafında qızğın döyüşlər gedirdi. Belə bir ağır zamanda Fətulla da Cəlilabad rayonunun Pakrovka (indiki Günəşli) kəndindən cəbhəyə yola salınır. Fətulla Niftullayev o qanlı-qadalı günləri belə xatırlayırdı: -İlk döyüş yolum Stalinqrad cəbhəsindən başlayıb. 1942-ci ilin iyun ayı idi. Kotelnikov yaşayış məntəqəsi uğrunda ölüm-dirim mübarizəsi aparırdıq. Faşistlər şəhəri talan etmiş, taxıl anbarları olan yerləri yandırıb külə döndərmişdilər. Birdən komandirimiz Aleksandr Zolotnikovun və vzvod komandiri Baloğlan Şükürovun “İrəli, hücum!” sözlərini eşitdik. Mərmilər böyrümüzdə partlayır, güllələr qulaqlarımızın yanından keçirdi. Azğın faşistləri geri oturtmaq üçün sinəmizi qabağa vermişdik. Düşmən məğlub olmaq istəmirdi. Yoldaşlarımızla hücuma keçib düşməni məhv etmək qərarına gəldik. Elə düşündüyümüz kimi əməliyyatı da həyata keçirtdik. Ağır yaralandığım üçün huşumu itirmişdim. Qospitalda gözlərimi açıb özümə gələndə yanımda rayonumuzun Suluçeşmə kəndindən olan Qəhrəman Atayevi və general Həzi Aslanovu gördüm. Həzi Aslanov qayğıkeşlik göstərib dodaqlarımı su ilə islatdı, sifətimdəki qanı sildi. Sonra alnımdan öpərək ayrıldı... Fətulla Niftullayev sağaldıqdan sonra yenidən ön cəbhəyə, 77-ci diviziyanın döyüşdüyü cəbhəyə göndərilir. O, Krasnodar diyarının azad edilməsində, Ukraynanın Zaparojye, Xerson, Krım vilayətlərinin alman-faşist işğalçılarından təmizlənməsində fəal iştirak edir. Fətulla Stalinqradın, Rostov-Don, Novorossiysk, Simferopol, Sevastopol, Taqanroq və başqa yaşayış məntəqələrinin azad olunmasında və müdafiə edilməsində döyüş yoldaşları ilə birgə böyük rəşadət göstərir. 1944-cü ildə Fətulla Niftullayevin döyüş yolu Keniqsberqdən keçir. Qızğın döyüşlərin birində ağır yaralandığı üçün əsir düşür. Onun uzaq yerlərdə - əsir düşərgəsində çətin və məşəqqətli günləri başlayır. Nəhayət, əsir düşərgəsindən qaçıb Fransa partizanlarına qoşulur. Fransa müqavimət hərəkatının fəal iştirakçısı olur. Alman faşizminə qarşı fransız partizanları ilə birgə mübarizə aparır. Partizanlar arasında böyük nüfuz qazana bilir. Fransa KP MK-nın rəhbəri olan Marsen Kaşen şəxsən özü onunla tanış olub igid qafqazlı balasına xeyir-dua verir. Fətulla Niftullayev alman faşistlərilə müharibənin bizim qələbəmizlə başa çatması xəbərini də elə Fransada olarkən eşidir.. Vətənin müdafiəsi naminə müharibəyə könüllü gedən Fətulla Niftullayev döyüş cəbhələrində rəşadətli əsgər kimi göstərdiyi şücaətlərinə görə “I dərəcəli Şərəf”, “I dərəcəli Vətən müharibəsi”, “Qırmızı Ulduz” ordenləri ilə, “Qafqazın müdafiəsinə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Simferopolun alınma- sına görə”, “Varşavanın alınmasına görə”, “Kensbirqin alınmasına görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub. Xatırladaq ki, Böyük Vətən müharibəsi illərində torpaqlarımızı düşmənlərdən qorumaq üçün təkcə Cəlilabad rayonundan 6440 nəfər müharibəyə yola salınmışdı. Faşistlərin şeytan yuvası olan Reyxstaq üzərinə Qələbə bayrağı sancılandan sonra cəbhədən yaralılarla birlikdə cəmi 2800 nəfər cəlilabadlı geri dönə bilmişdi. Onlardan biri də Fətulla Niftullayev idi. O, böyük qələbədən xeyli sonra öz elinə qayıtdı. Ömrünün sonuna kimi müxtəlif sahələrdə çalışdı, döyüş cəbhəsində olduğu kimi əmək cəbhəsində də öz yoldaşlarına nümunə oldu, onların rəğbətini qazandı. Hər il faşizm üzərində qələbənin ildönümünü qeyd edəndə Fətulla Niftullayev kimi igid oğulları bir daha ehtiramla yad edir, onların qəhrəmanlıqları ilə qürur duyuruq. Ümummilli liderimiz Heydər Əliyev 1995-ci ilin aprel ayının 7-də veteranlarla görüşündə haqlı olaraq demişdir: “1941-1945-ci illlər Azərbaycan xalqının tarixində də görkəmli yer tutur, xalqımızın parlaq səhifəsidir. Biz bunları böyük hörmət və ehtiramla xatırlayırıq. Bu dövrün insanlarını – həm həmin dövrdə döyüşən və həlak olanları, cəbhədə yaralanları, həm də rəşadət göstərib bu gün yaşayanları, həyatlarını dəyişənləri həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik”. Bu qələbənin qazanılmasında doğma Azərbaycanımız da böyük şücaət göstərmişdir. Böyük Vətən müharibəsində Vətənimizin xilası yolunda, faşizmin darmadağın edilməsi naminə xalqımız böyük qurbanlar vermişdir. Vətənə sədaqətlə xidmət etmiş və öz həyatlarını qələbə naminə qurban vermiş Fətulla Niftullayev kimi müharibə iştirakçılarının xatirəsini ehtiramla yad etmək bu gün bizim mənəvi borcumuzdur. Bəli, heç kim unudulmur, heç nə yaddan çıxmır. Bu gün Fətulla Niftullayevin də əziz xatirəsi qəlbimizdə yaşayır. Od-alov içindən keçmiş döyüşçünün adının əbədiləşdirilməsi üçün Cəlilabadın geniş küçələrindən birinə onun adı verilib. Fərəhli haldır ki, Sverdlovsk vilayətində yerləşən “Krasnıy kult” orta məktəbi də həmyerlimiz Fətulla Niftullayevin adını daşıyır... Ədalət SALMAN, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri
Hamısını oxu