Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümü ilə bağlı tədbir keçirilib.

 

Təşkilatın Rəyasət Heyətinin və veteranların iştirak etdiyi tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 31 Mart soyqırımı və bu soyqırımının anti-insani mahiyyətindən danışıb:

 

“31 Mart soyqırımı miqyas və mahiyyətini görə XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Təəssüf hissi ilə qeyd etməliyik ki, erməni faşizmi XX əsrdə bir deyil, bir neçə dəfə xalaqımıza qarşı soyqırım və qətliamlar törədib. XX əsrin sonlarında  -1992-ci ildə baş verən Xocalı soyqırımı buna nümunədir. Bütün bu faktlar onu göstərir ki, erməni faşizmi Azərbaycan xalqına qarşı əsrlər uzunudur ki, sistemli şəkildə soyqırımları həyata keçirməkdə, genosid törətməkdədir. Bizim üçün qürurvericidir ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə ağır zərbə vurdu, işğaldakı torpaqlarımızın azadlığını təmin etdi. İşğalçı Ermənistan  xalqımıza qarşı törətdiyi cinayətlərə görə layiqli şəkildə cəzalandırıldı. Bununla yanaşı ,erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımlarına görə beynəlxalq hüquq müstəvisində də öz layiqli cəzasını alması vacibdir və əminəm ki, Azərbaycan xalqı gec-tez buna nail olacaqdır.

 

Onu  da untumaq olmaz ki, bütün bu soyqırımları mahiyyət etibari ilə həm bütün bəşəriyyətə, bütün insanlığa qarşı törədilib. Bu baxımdan erməni faşizminin tarixin müxtəlif dönəmlərində xalqımıza qarşı törətdiyi qətliamlara görə beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb edilməsi sadəcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mənafeyi və təhlükəsizliyi baxımından zəruridir”.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov da çıxışında 31 Mart soyqırımı və erməni faşizminin beynəlxalq müstəvidə ifşasının önəmindən danışıb. Professor qeyd edib ki, erməni cinayətkarlarının cəzalandırılması üçün hərbi tribunalın yaradılması, xalqımıza qarşı qətliamlar, soyqırımları törədənlərin bu tribunal qarşısında cavab verməsi vacibdir.

2022-03-31 13:27:00
1208 baxış

Digər xəbərlər

Respublika veteranları Prezident İlham Əliyevin imzalığı əhf sərəncamının yüzlərlə ailəyə bəxş etdiyi sevincə qoşulur

Azərbaycan Prezidenti cənab İlham Əliyevin məhkum edilmiş şəxslərin əfv olunmasına dair imzaladığı Sərəncam  ölkə vətəndaşlarına göstərilən yüksək diqqətin sübutu, humanizmin bariz göstəricisidir.  AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söyləyib. C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin indiyədək imzaladığı 34-cü əfv sərəncamı səkkiz min nəfəri əhatə edib. Bu günlərdə Novruz Bayramı münasibəti ilə imzalanan əfv sərəncamı 431 nəfərə şamil  edilib, onlardan 399-u azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub. Eyni zamanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Sərəncam Cinayət Məcəlləsinin demək olar bütün maddələri üzrə məhkum olunan şəxsləri əhatə edib. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar dövlətimizin başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığının təzahürüdür. Təşkilatın sədr müavini Cəlil Xəlilov vurğulayıb ki, bugünkü Sərəncam Azərbaycanın hüquqi demokratik və humanist dəyərlərə sadiq dövlət olduğunu təsdiqlədi. Respublika veteranları imzalanan əhf sərəncamını yüksək qiymətləndirir və inanır ki, əhv olunanlar Azərbaycan cəmiyyətinə layiqincə inteqrasiya olunacaq, dövlətimizin tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcəklər. Respublika Veteranlar Təşkilatı Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir.

Hamısını oxu
Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun abidəsi ziyarət edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi Vətən müharibəsi qəhrəmanı, baş leytenant Azad Hümbətovun xatirəsinə ucaldılan abidəni ziyarət edib, şəhidin valideynləri ilə görüşüb. Nərimanov Rayon İcra Hakimiyyəti başçısı və digər rayon rəhbərlərinin də iştirak etdiyi görüşdə Azad Hümbətovun döyüş yolundan bəhs edilib, onun qəhrəmanlığının hər zaman Azərbaycan xalqı tərəfindən dərin minnətdarlıq hissi ilə yad ediləcəyi vurğulanıb.   Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, dualar oxunub.  

Hamısını oxu
İcra başçısı ali məktəbə yüksək balla qəbul olan tələbələrlə görüş keçirib

Görüşdə şəhid və qazi ailələrinin üzvləri də iştirak edib   Veteran.gov.az xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunaraq tələbə adını qazanan gənclərlə, şəhid və qazi ailələrinin üzvləri ilə görüş keçirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsi üçün göstərdiyi mühüm diqqət və qayğının nəticəsi olaraq əldə olunmuş yüksək nəticə münasibətilə valideynləri və təhsil ictimaiyyətini təbrik edən RİH başçısı Məmməd Məmmədov, bu istiqamətdə işlərin yüksələn xətt üzrə davam etdiriləcəyini bir daha diqqətə çatdırıb.   Sonda tələbə adını qazanan şəhid və qazi ailələrinin üzvlərinə, 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan tələblərə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub.  

Hamısını oxu
Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.  AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Hörmətli Mehriban Arif qızı.   Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin. Siz öz əzmkarlığınız, peşəkarlığınız və insanlarla işləmək bacarığınız, həssaslıq və xeyirxahlığınızla həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hörmət qazanmısınız. İkitərəfli və beynəlxalq gündəliyin çox məsələlərini müzakirə etdiyimiz, onların həlli üçün ümumi yolları tapdığımız görüş və söhbətlərimizi həmişə xoş duyğularla xatırlayıram. Aramızda yaranmış etimadı çox yüksək dəyərləndirirəm. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizin beynəlxalq münasibətlərin humanistləşdirilməsinə verdiyiniz əhəmiyyətli töhfənizi və bəşəri sosial-mədəni dəyərlərin qorunub saxlanılması və artırılmasında fəal iştirakınızı bilirlər. Sonrakı nəsillərimiz üçün sabit və təhlükəsiz gələcəyin qurulması naminə dünya qadın ictimaiyyətinin həmrəyliyinə yönəlmiş fəaliyyətinizi də yaxşı bilirik və yüksək dəyərləndiririk. Mehriban xanım, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, ruh yüksəkliyi, sülh, xoş günlər və rifah arzulayıram. Qoy, dostlarınızın və həmkarlarınızın hörməti və dəstəyi, doğmalarınızın və yaxınlarınızın səmimiyyəti və sevgisi hər zaman həyatınızın bəzəyi olsun. Sizi Rusiyada görməyə hər zaman şad olaram. Sizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm

Hamısını oxu