Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 31 mart  2022-cu il tarixdə    Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin   baş  mütəxəssisi Nəbi Hacıyev Sabunçu rayonunda  keçirilən tədbirdə iştirak edib.  Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbirdə Birinci Qarabağ müharibəsi veteranları, 44 günlük Vətən müharibəsinin  iştirakçıları, əmək veteranları iştirak edib.

 

Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıb. O qonaqları tədbir iştirakçılarına təqdim edib və daha sonra torpaqlarımızın  toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədsbirdə çıxış edən Şükür Həsənov, veteranlar

Kamil Ağazadə, Süleyman Bədəlov, Nizami Abbasov,  Zülfüqar Cəfərov  ermənilərin    xalqımıza qarşı  törətdikləri cinayətlərdən danışıblar.

 

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin baş  mütəxəssisi Nəbi Hacıyev Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarna çatdırıb, Mart soyqırımından, bu soyqırımının miqyas və mahiyyətindən ətraflı bəhs edib.

 

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

 

2022-04-05 13:00:00
1249 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib. Plenumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Elvin Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Habil Nağıyev və digər şəxslər də iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi, təşkilatın mərhum sədri, “İstiqlal” ordenli Fatma Səttarovanın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Plenumda Təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat dinlənilib, qarşıda duran vəzifələr müzakirə edilib. Yeni sədrin seçilməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi müzakirəyə çıxarılıb. Plenumda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəzarət-Təftiş Komissiyasının tərkibi də təsdiq edilib.  

Hamısını oxu
Yeni tv

Hamısını oxu
“Azərbaycan ordusunun mövqelərinin tez-tez atəşə tutulması Ermənistanın revanşist və təxribatçı niyyətlərindən xəbər verir”

Cəlil Xəlilov: “Rəsmi İrəvan təxribatlarından əl çəkməsə, Azərbaycan anti-terror əməliyyatına start verə bilər”   “Azərbaycan ordusunun mövqelərinin tez-tez atəşə tutulması Ermənistanın revanşist və təxribatçı niyyətlərindən xəbər verir”.   Bunu Veteran.gov.az-a açıqlamasında Mühatibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər göstərir ki, rəsmi İrəvan hələ də 44 günlük Vətən müharibəsində Ermənistanın yaşadığı rüsvayçı məğlubiyyətdən nəticə çıxarmaq istəmir:   “Təbii ki, Ermənistanın son günlər ordumuzun mövqelərini müxtəlif atıcı silahlardan atəşə tutması, təmas xəttində tez-tez gərginliklər yaratması heç də təsadüfi və məqsədsiz deyil. Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan 44 günlük Vətən müharibəsində aldığı ağır məğlubiyyətdən lazımi nəticə çıxarmaq istəmir. Halbuki, bu müharibə zamanı Ermənistan ordusunun hərbi potensialının 80%-dən çoxunun tamamilə sıradan çıxarıldığı, Ermənistanın baş nazirinin müharibəni dayandırmaq üçün dünyanın aparıcı dövlətlərinin liderlərinə günlərlə yalvardığı, nəhayət, 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya sazişini imzaladığı hər kəsə məlumdur. 44 gün ərzində darmadağın edilən, meyidlərini, yaralılarını döyüş meydanında atıb qaçan Ermənistanın indi yenidən qarşıdurmaya can atması, müxtəlif təxribatlar törətməsi erməni siyasi hakimiyyətinin avantürist niyyətlərindən xəbər verir. Bu, həm də onu göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizminin başını əzsə də, hələ də Ermənistanda faşizm ideyaları yaşamaqda, təbliğ olunmaqdadır.   Şübhəsiz, rəsmi İrəvan təxribatlarından əl çəkməsə, bu, Azərbaycanın anti-terror əməliyyatına start verməsi ilə nəticələnə bilər. Çünki Azərbaycanın sonsuza qədər erməni təxribatları qarşısında səbr nümayiş etdirməsi, bu təxribatlara sonsuza qədər təmkinlə yanaşması mümkün deyil. Azərbycanın belə bir məcburiyyəti də yoxdur. Onu da unutmaq olmaz ki, Ermənistanın bu təxribatları bütövlükdə regionda sülh və sabitlik üçün ciddi təhlükə yaradır.  Yəni bu təxribatlar sadəcə Azərbaycanı deyil, bütövlükdə regionu təhdid edir. Buna görə də sadəcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də erməni təxribatlarına sərt reaksiya verməsi, onu sülhə, əməkdaşlğa səsləməsi vacibdir.   Bir sözlə, Ermənistanın sabahı, onun gələcəyi atacağı addımlardan, Azərbaycanın sülh çağırışına verəcəyi cavabdan, bu çağırışa sərgiləyəcəyi səmimi münasibətdən asılı olacaq. Əgər Ermənistan Azərbaycanın humanist və sülhpərvər mövqeyinə bundan sonra da təxribatlarla cavab verərsə, bu, Ermənistanın özü üçün ağır nəticələrə, yeni və daha sarsıdıcı məğlubiyyətə səbəb olacaq”. Seymur ƏLİYEV

Hamısını oxu
“Səhiyyə Nazirliyi və TƏBİB-in qazilərimizə olan həssas münasibətini yüksək qiymətləndirirəm”

Məşhur Məmmədov: “Türk psixoloqlarının ölkəmizə səfəri Türkiyənin qazilərimizə olan qayğısının bariz nümunəsidir”   Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazilərinə psixoloji dəstək məqsədi ilə bir qrup türkiyəli mütəxəssis Azərbaycana gəlib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb, mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib. Moderator.az-a açıqlamasında türk psixoloqların məlum gəlişini şərh edən millət vəkili Məşhur Məmmədov, bunu qardaş Türkiyə dövlətinin Azərbaycana, onun qazilərinə olan diqqət və qayğısının növbəti təzahüri kimi dəyərləndirib. Millət vəkili Səhiyyə Naizrliyi və TƏBİB-in bu istiqamətdəki fəaliyyətini də yüksək qiymətləndirib: “Təbii ki, türk psixoloqlarının qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə gəlişi hər şeydən əvvəl qardaş Türkiyə dövlətinin qazilərimizə, vətənimizin şanlı müdafiəçilərinə olan diqqət  və qayğısının göstəricisidir. Heç kimə sirr deyil ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan böyük dəstək verdi, bir an belə olsun dövlətimizi, xalqımızı tək buraxmadı. Artıq iki ildir ki, müharibə başa çatsa da, qardaş Türkiyə dövləti Azərbaycana dəstəyini davam etdirir. Bugünlərdə bir qrup türkiyəli mütəxəssisin qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə səfər etməsi də bu dəstəyin davamıdır. Türkiyə bununla bir daha bütün dünyaya nümayiş etdirir ki, o, hər zaman Azərbaycanın yanındadır və bundan sonra da onu dəstəkləməkdə davam edəcək. Mən xalqımıza, qazilərimizə verdiyi dəstəyə görə qardaş Türkiyəyə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı sonsuza kimi yaşayacaq, bu birlik və qardaşlıq sadəcə ölkələrimizdə deyil, bütün dünyada sülhün, tərəqqinin, əmin-amanlığın bərqərar olması və inkişafına öz töhfəsini verəcəkdir. Mən bu məsələdə Səhiyyə Nazirliyi və TƏBİB-in fəaliyyətini də yüksək qiymətləndirirəm. Təkcə bir faktı nəzərə çatdırım ki, bu gün TƏBİB-ə tabe olan tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailəsinin üzvləri çalışır. Səhiyyə Nazirliyi və TƏBİB qazilərimizin tibbi bərpa və reabilitasiyasında mühüm rol oynayır, hər bir qazi və şəhid ailəsi ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşır. Şübhəsiz, dövlət qurumlarımızın qazilərimizə, şəhid ailələrinə bu cür qayğıkeş, həssas münasibəti qürurvericidir və həmin qurumların öz vəzifə borcuna, dövlət başçısının tapşırıq və tövsiyyələrinə yüksək dəqqiliklə əməl edildiyini göstərir”.   Seymur ƏLİYEV  

Hamısını oxu