Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi Gəncə SOS Uşaq kəndini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və bir sıra əməkdaşlar Gəncə SOS Uşaq kəndini ziyarət ediblər

Ziyarət zamanı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Gəncə SOS Uşaq kəndininin direktoru Nəsimi Ələkbərli ilə birgə gəzinti zamanı burada yaradılmış şəraitlə yaxından tanış oldu və uşaqların qayğıları ilə maraqlandı. Bildirildi ki, uşaq kəndinin sakinləri üçün bütün təminatlar və hüquqlar ən yüksək səviyyədə qurulmuş və onların gələcək həyata hazırlıqları məqsədilə təhsil sahəsinə xüsusi diqqət yetirilir. Ziyarət zamanı uşaqların idmana böyük marağının olduğunu nəzərə alaraq, uşaqların fiziki sağlamlığının möhkəmləndirilməsi üçün Baş İdarə tərəfindən bir sıra idman tədbirlərinin burada keçirilməsi istiqamətində işlərin görüləcəyi qeyd edildi. Sonda uşaqlarla birgə kollektiv xatirə şəkli çəkdirildi.

2022-04-13 08:24:00
1220 baxış

Digər xəbərlər

İngilis və fransız əsirlərə azadlıq bəxş edən məşhur azərbaycanlı vəfat edib

Veteran.gov.az xəbər verir ki, dünən İkinci Dünya müharibəsi əlili, məşhur kəşfiyyatçı Məlikov Bağır İbrahim oğlu vəfat edib.  1924-cü ilin oktyabr ayının 1-də Bakının Nardaran qəsəbəsində anadan olan Bağır Məlikov, peşə məktəbində çilingərlik peşəsinə yiyələndikdən sonra gəmiqayırma zavodunda işə başlayıb. İkinci Dünya müharibəsinin başlanması ilə qardaşları kimi Bağır Məlikov da cəbhəyə yollanıb. 1942-ci ildə ön xəttə göndərilən Bağır Məlikov 353-cü diviziyanın 1147-ci alayında əvvəlcə sıravi əsgər, sonra isə yefreytor kimi döyüşlərdə iştirak edib. Rostovdan başlayaraq Ukrayna, Krım, Moldova, Rumıniya, Macarıstan, Budapeşt, Sofiya, Belqrad, Avstriya və Berlinə kimi döyüşən Məlik Bağırov, döyüşlrədə göstərdiyi qəhrəmanlıqlara görə 30-dan çox orden və medalla təltif olunub. Kəşfiyyatçı kimi də bir çox mühüm əməliyyatlara qatılan Məlik Bağırov, xeyli sayda ingilis və fransızı da faşist əsirliyindən azad edib. Müharibə dövründə 5 dəfə yaralanan Məlik Bağırov hər dəfə müalicə aldıqdan sonra döyüşlərə qatılıb, faşizmə qarşı mübarizəsini davam etdirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də Respublika Veteranlar Təşkilatının Nərimanov Rayon Təşkilatı Bağır Məlikovun ölümündən kədərləndiyini bildirir, bu münasibətlə mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! Seymur ƏLİYEV    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru ilə görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatında “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilov arasında görüş keçirilib.   Veteran.gov.az xəbər verir ki, qəbul üçün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təşəkkür edən Nəzakət Məmmədova, veteranların ölkəmizin ictimai həyatındakı roluna diqqət çəkib, onların istər həyat, istərsə də döyüş yolunun gənc nəslə nümunə olduğunu bildirib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteran hərəkatının tarixindən bəhs edib, xalqımızın igid oğul və qızlarının tarixin bütün mərhələlərində düşmənə qarşı mərdliklə mübarizə apardığını bildirib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun öz tarixi ənənəsinə sadiq qalaraq böyük qəhrəmanlıqlara imza atdığını bildirən Fatma Səttarova, gənc nəslin öz atalarının, babalarının sahib olduğu vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyinə toxunub.   Respublika Veteranlar Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov isə dövlətin veteranlara böyük diqqət və qayğı göstərdiyini bildirib, bu sahədə görülən işlərə, həyata keçirilən layihələrə diqqət çəkib.   Sonda Nəzakət Məmmədova "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif olunub.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı ilə təltif olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib. Xatırladaq ki, pokovnik Cəlil Xəlilov uzun illərdir ki, yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanan, Azərbaycan Silahlı Qüvvələrinin təbliğində, düşmən dezinformasiyalarına qarşı mübarizədə yaxından iştirak edən peşəkar hərbi ekspertdir. O, həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, pedaqoq kimi milli kadrların hazırlanması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi prosesində də yaxından iştirak edir.  

Hamısını oxu
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.  AZXEBER.COM-un məlumatına görə, Sərəncamda deyilir:  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:  1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakı şəxslər təyin edilsinlər: Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi. 2. "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51; 2018, № 6, maddə 1297; 2019, № 9, maddə 1487) ləğv edilsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Hamısını oxu