Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Firdovsi Umudova polkovnik, Hacı Əliyevə kapitan rütbəsi verildi

Veteran.gov.az xəbər verir ki, Azərbaycan idmanının görkəmli simalarından olan Firdovsi Umudova polkovnik, Hacı Əliyevə kapitan rütbəsi verilib. Firdovsi Umudov bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:

“Əziz dostlar, aprelin 16-da son dövrdə milli və beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanmış “Sərhədçi” İdman-Olim­piya Mərkəzinin idman­çıları ilə görüş keçirilib.

Dövlət Sərhəd Xidməti (DSX) yarışlarda fərqlənmiş idmançılarını mükafatlandırıb. Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general polkovnik Elçin Quliyevin əmrinə müvafiq olaraq həm idmançı, həm əməkdar məşqçi, həm də zabit kimi mənə polkovnik, üçqat dünya, üçqat avropa çempionu, olimpiya mükafatçısı Hacı Əliyevə isə vaxtından əvvəl kapitan hərbi rütbələri verildi. Bu mənada həm öz adımdan, həm də "Sərhədçi" İdman-Olimpiya Mərkəzinin yetirmələri və ya sərhədçi idmançılar adından Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general polkovnik Elçin Quliyevə dərin təşəkkürlərimi ifadə edirəm. Gələcək fəaliyyətimdə də bu etimadı doğruldacağıma söz verirəm.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, idman sahəsində də olduqca səmərəli, effektiv işlər görülür, böyük uğurlara imza atılır. Bütün bunlar isə müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın idman sahəsinə və idmançılara göstərdikləri qayğının ən bariz təzahürləridir. Ölkə başçımıza və Birinci vitse-prezidentimizə idmançılara verdikləri böyük dəstək və stimuldan dolayı minnətdarlığımı bildirirəm.

İdmançıların işinə, zəhmətinə verilən qiymət biz idmançıların üzərinə həm də daha böyük məsuliyyət qoyur. Bundan sonra da istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda keçiriləcək idman yarışlarında üçrəngli şanlı Azərbaycan bayrağını ən uca zirvələrdə dalgalandırmaq, himnimizi səsləndirmək kimi şərəfli missiyamızı qürurla yerinə yetirəcəyik.

Mən hər zaman istər idmançı və məşqçi, istərsə də zabit kimi dövlətimə, xalqıma və Ali Baş Komandanıma sədaqətlə xidmət etmişəm və bundan sonra da bu yolla davam edəcəyəm.

Azərbaycan idmançilarının ay-ulduzlu, üçrəngli şanlı Azərbaycan bayrağını işğaldan azad edilən Qarabağ torpaqlarında dalğalandırmaq arzusu ilə bizə dəstək və təbrik ünvanlayan hər kəsə təşəkkür edirəm.

Azərbaycan Respublikasına xidmət edirəm!”

P.S.Hər iki idmançını bu münasibətlə təbrik edir, onlara gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Seymur ƏLİYEV

 

2022-04-18 13:08:00
1509 baxış

Digər xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş

Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunan musiqi kompozisiyası hazırlanıb. Milli.Az Trend-ə istinadən bildirir ki, əməkdar artist Aygün Bəylərin ifa etdiyi "Əbədi zirvə" adlı musiqi kompozisiyasının bəstəkarı Tural Məmmədlidir. Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan musiqi kompozisiyasının klipi tezliklə ictimaiyyətə təqdim olunacaq. Klipin çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Bir ömür boyu onlara minnətdar olacaq, qəlbimizdə əbədi yaşadacağıq!  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan Respublikası Prokurorluğunun Veteranlar Təşkilatının sədri Seyfulla Aslanovla görüşüb

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətində sədr Fatma xanım Səttarova ilə Azərbaycan Respublikası Prokurorluğunda yeni yaradılmış Veteran Təşkilatının sədri Seyfulla Aslanovun görüşü olub.   Görüşdən öncə Seyfulla Aslanova təşkilatın tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəilov, görülən işlər, həyata keçirilən layihələrdən danışıb.   Görüşdə sədr təşkilatın fəaliyyəti, gördüyü işlər, qarşıda duran vəzifələr barədə qonağa məlumat verib. Fatma xanım Səttarova qeyd edib ki, Respublikanın Prokurorluq OrqanlarındaVeteranlar Təşkilatının yaradılması barədə dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, nədənsə onların təşəbbüsləri cavabsız qalmışdır. Lakin yeni Baş Prokuror, çox hörmətli Kamran Əliyevə müraciət edilən kimi dərhal reaksiya vermiş və qısa müddət ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunda Veteran Təşkilatı yaradılıb və onun sədri Seyfulla Aslanov seçilib.   Qeyd olunub ki, prokurorluqda aparılan köklü kadr islahatı, prokuror nəzarətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində veteranların rolu mühüm əhəmiyyət kəsb edir. Gənc kadrların yetişdirilməsində, onların çətin və mürəkkəb vəziyyətlərdə peşəkarlıq səviyyəsinin artırılmasında, yeni məktəb və təcrübə mübadilələrinin aparılmasında, müsbət təcrübənin yayılmasında, veteranlarla gənclərin işgüzar görüşlərinin keçirilməsində, prokurorluq əməkdaşlarının sosial hüquqlarının genişləndirilməsində, maddi rifah halının yaxşılaşdırılmasında veteran təşkilatlarının rolunun gücləndirilməsi əhəmiyyətli dərəcədə aktuallaşıb. Son günlər prokurorluq əməkdaşlarının əmək haqqının iki dəfə artırılması, prokurorluğun cəmiyyətdə rolunun gecləndirilməsinə dair davamlı islahatlar ölkə rəhbərliyinin bu orqana verdiyi xüsusi diqqətin və əhəmiyyətin nəticəsi kimi dəyərləndirilə bilər. Bu yaxınlarda Baş Prokuror Kamran Əliyevin övladları itkin düşmüş valideynlərlə görüşü və onların qaldırdığı məsələlərin xüsusi nəzarətə götürməsi, müvafiq qanuni göstərişlər verməsi cəmiyyətdə təqdirdə qarşılanıb.   Yerlərdə də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi respublika əhalisi tərəfindən yüksək qiymətləndirilir, prokurorluğa olan inamın və etibarın artmasına təsir göstərir.   Yekunda Fatma xanım Səttarova Prokurorluğun Veteran Təşkilatının sədri seçilmiş Seyfulla Aslanova işində uğur arzulayıb, əlverişli şərait yarandıqda Baş Prokuror Kamran Əliyevi Veteranlarla görüşməyə dəvət edib.   Görüşdə sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov və Təşkilatın hüquq və kadr şöbəsinin müdiri, hüquq elmləri doktoru professor Bəhram Zahidov da iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Duqin postsovet ölkələrini TƏHDİD etdi: işğal edəcəyik! Cəlil Xəlilov ilə gündəm

Hamısını oxu
Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Bakı, 9 may, AZƏRTAC Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 75 il keçir. AZƏRTAC xəbər verir ki, bu münasibətlə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar. Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu qələbədə Azərbaycan nefti həlledici əhəmiyyət kəsb edib. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub. Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Amma 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramını ləğv etmişdi və veteranlar mənəvi terrora məruz qalmışdılar. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi, onları “xalqımızın qızıl fondu” adlandırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Böyük Vətən müharibəsi bizim şanlı tariximizdir. O dəhşətli müharibədə misilsiz şücaətlər göstərən qəhrəman oğul və qızlarımız bu gün də hörmətlə xatırlanır və 75 il keçsə də onların qazandığı tarixi Qələbə öz əhəmiyyətini itirmir.

Hamısını oxu