Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının təqdimatı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rasim Mirzəyevin müəllifi olduğu “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının və eyniadlı bukletin təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif kateqoriyalı veteranlar, ziyalılar, media təmsilçiləri, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar, xalqın, dövlətin və ordunun ali amal uğrunda bir yumruq kimi birləşməsi faktı maraqlı təhlil və nümunələrlə əks olunub.

 

Tədbir giriş sözü ilə layihə rəhbəri, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının müəllifi, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev açıb. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, ordu ilə ciddi həmrəylik sərgilədiyini vurğulayan layihə rəhbəri, 8 Noyabr zəfərinin məhz bu birlik nəticəsində əldə edildiyinə diqqət çəkib. Rasim Mirzəyev qeyd edib ki, cəmiyyətdə vətənpərvərlik ruhunun qorunub saxlanılması, post-müharibə dönəmindən sonra qarşıya qoyulan məqsədlər nail olunması, dövlətimizin hərtərəfli inkişafının təmin edilməsi üçün 44 günlük Vətən müharibəsi dövrünün xalq-dövlət-ordu birliyi bundan sonra da davam etdirilməli, bu birlik və onun önəmi  yeniyetmə və gənclər arasında təbliğ edilməlidir.

 

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik müstəvidə böyük uğurlara nail olduğuna, cəmi 44 gün ərzində xalqımızı qələbəyə qovuşdurduğuna diqqət çəkdi. Cəlil Xəlilov bildirdi ki, məhz dövlət başçısının siyasi peşəkarlığı sayəsində heç bir kənar müdaxilənin təsiri olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün oldu. 44 günlük Vətən müharibəsindəki xalq-dövlət, xalq –ordu birliyindən bəhs edən “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının mühüm təbliğati əhəmiyyətə malik olduğunu vurğulayan Cəlil Xəlilov, veteran təşkilatı olaraq bundna sonra da yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi baxımından işləri davam etdirəcəklərini qeyd edib.

 

Tədbirdə çıxış edən şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan torpaqların məhz xalqın Ali Baş Komandanı, ordusu ilə sərgilədiyi birlik sayəsində, şəhidlərin qanı, qazilərin rəşadəti hesabına azad edildiyinə diqqət çəkib. Nəcibə Axundova qeyd edib ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların bir çoxunun heç vaxt Qarabağı görməyən, bu torpaqlarda olmayan insanlar olması faktı, ölkəmizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun ən böyük isbatıdır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabın böyük qələbəyə, onun səbəb və nəticələrinə həsr olunduğunu bildirən Nəcibə Axundova, milli şüurun möhkəmlənməsi, tarixi həqiqətlərin gənclər arasında təbliği baxımından sözügedən kitabın mühüm əhəmiyyətə malik olduğunu bildirib.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti Sərraf Orucov da “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının önəmindən bəhs edib. Kitabın uşaq və yeniyetmələr, gənclər tərəfindən böyük maraqla qarşılanacağını bildirən Sərraf Orucov, kitabın məktəblilər üçün əlavə ədəbiyyat kimi də faydalı olacağını qeyd edib. O, vurğulayıb ki, gələcəkdə də bu kimi təşəbbüslər dəstəklənməli, cəmiyyətdə vətənpərvərlik tərbiyəsi baxımından işlər davam etdirilməlidir.

 

Tədbirdə çıxış edən ziyalılar, vətəndaş cəmiyyəti institutunun nümayəndələri “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının əhəmiyyətindən danışıb, belə kitablara ciddi ehtiyac olduğunu vurğulayıblar.

 

Tədbir həm də məktəblilər tərəfindən vətənpərvərliklə bağlı səsləndirilən maraqlı şeirlərlə yadda qalıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

Məlumat üçün qeyd edək ki, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabı 450,  eyniadlı buklet isə 700 nüsxədə çap edilib və onların bir hissəsi təqdimat mərasimində tədbir iştirakçılarına paylanılıb. Layihə çərçivəsində daha geniş auditoriyada tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

2022-04-23 15:35:00
1378 baxış

Digər xəbərlər

Nərimanov Rayon Gənclər və İdman İdarəsi noyabr ayında görülən işlərin hesabatını təqdim edib: Rekord göstərici!

Veteran.gov.az xəbər verir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi noyabr ayında görülən işlərin hesabatını təqdim edib. Hesabatda diqqət çəkən ən mühüm məqam 30 gün ərzində 16 tədbir və yarışın keçirilməsi faktıdır ki, bu da nəinki Bakı şəhəri, ümumilikdə bütün ölkə üzrə rekord göstəricidir. Həmin siyahını oxucularımızın diqqətinə çatdırırıq:   Nərimanov Rayon Gənclər və İdman İdarəsi 2021-ci ilin noyabr ayında keçirilmiş tədbir və yarışlar (16 tədbir və yarış):   01 noyabr - Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş Sənan Abdullayevin məzarının ziyarəti, təhsil aldığı 37 saylı tam orta məktəbdə şəhidin adına sinifin açılışı və şahmat turniri;   02 noyabr - Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Əhədov Mehracın doğum günü münasibəti ilə təhsil aldığı 93 saylı tam orta məktəbdə xatirə tədbiri;   03-09 noyabr - "9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü" münasibəti ilə məktəblilər arasında “Bayrağımız milli mədəniyyətimiz və tariximizdir” mövzusunda rəsm müsabiqəsi;   04 noyabr - “Möhtəşəm qələbəmiz tariximizin zəfər səlnaməsidir” devizi altında tədbir və Vətən Müharibəsi iştirakçılarının təltif olunması;   04 noyabr - Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə məktəblilər arasında rayon turniri;   06 noyabr - “8 noyabr - Zəfər Günü” ərəfəsində rayonun fəal gənclərinin Hərbi Qənimətlər Parkına ekskursiyası;   07 noyabr - “8 noyabr - Zəfər Günü” ərəfəsində rayonun fəal gənclərinin Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə həsr olunan “Zəfər yarmarkası”na ekskursiyası;   11 noyabr - Zəngilan şəhərinin işğaldan azad olunmasının 1 ilinin tamam olması münasibəti ilə məktəblilər arasında keçirilimiş “Zəngilan erməni işğalından azaddır!” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması;   12 noyabr - "9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü" münasibəti ilə məktəblilər arasında “Bayrağımız milli mədəniyyətimiz və tariximizdir” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin təltif edilməsi;   18 noyabr - "Çempionumuz" adlı sosial idman layihəsi çərçivəsində WAKO versiyası üzrə Avropa çempionu Ramal Zeynallı ilə 39 saylı tam orta məktəbin şagirdləri ilə görüş;   24 noyabr - məktəblilər arasında “XƏMSƏ” Milli İntellektual oyunu üzrə Nərimanov rayon turniri;   25 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin açılış mərasimi və ilk təlimi (Azərbaycan Kooperasiya Universiteti);   26 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi və intellektual oyun (Bakı Biznes və Kooperasiya Kolleci);   26 noyabr - Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Samir Sarıyevin xatirəsinə həsr olunmuş gənclər arasında mini futbol turniri və məzarının ziyarət edilməsi;   27 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi (Bakı Avrasiya Universiteti); 30 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi və intellektual oyunu ("Odlar Yurdu" Universiteti).  

Hamısını oxu
“Ordumuzun güclənməsi təhlükəsizlik təminatımızın yüksəlməsi deməkdir”

“Ordumuzun güclənməsi, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması təhlükəsizlik təminatımızın yüksəlməsi deməkdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşlkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciətində səsləndirdiyi fikirlər dövlət başçısının təhlükəsizlik məsələsinə verdiyi önəmi göstərir: “Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqa müraciətində müasir dünyamızda təhlükəsizlik faktorunun nə qədər önəmli olduğuna diqqət çəkdi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, hazırda dünyada hüquq normaları işləmir və gücü olan kəs haqlı sayılır. Bu isə o deməkdir ki, Azərbaycan öz ordusunun peşəkarlığını, döyüş hazırlığını yüksəltməkdə davam etməli, bunu prioritet məsələ kimi daim gündəmdə saxlamalıdır”. Polkovnik son 5 ildə Azərbaycan Silahlı Qüvvələrinin öz gücünü və peşəkarlığını əhəmiyyətli dərəcədə artırdığına da diqqət çəkdi: “Son 5 ilin təhlili göstərir ki, Azərbaycan Silahlı Qüvvəlıəri öz peşçəkarlığını, eləcə də texniki təchizatını Vətən müharibəsi dövrü ilə müqayisədə bir neçə dəfə artırıb, bu sahədə çox böyük uğurlara imza atıb. Zəfərin 5-ci ildönümü ilə bağlı təşkil edilən parad bunu bir daha əyani şəkildə göstərdi. Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması, Komando Qüvvələrinin yaradılması, ordumuzun həm milli hərbi sənaye, həm də xaricdən alınan texnikalar hesabına daha modern silahlarla silahlandırılması Azərbaycan Silahlı Qüvvələrinin inkişafının dinamik xarakter aldığını isbatlayır. Bu isə bizə öz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin etməyə, hər cür gözlənilməzliyə hazır olmağa, istənilən təhdid və təhlükənin qarşısını anındaca almağa imkan verir. Onu da qeyd edək ki, son 5 ildə Silahlı Qüvvələrimizin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması müşahidə edilir ki, bu da olduqca təqdirəlayiqdir. Şübhəsiz, biz bütün bunlara görə Prezidentimizə, onun müdrik siyasətinə borcluyuq. Məhz Müzəffər Ali Baş Komanımızın yürütdüyü bu siyasət müasir Azərbaycanı dünyanın ən sabit, ən təhlükəsiz, ən firavan ölkəsinə çevirib ki, bu da təhlükəsizliyimizlə yanaşı, həm də inkişafımız və tərəqqimiz üçün əsas şərtdir. Prezidentimizin yürütdüyü siyasət onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da güclü orduya malik sülh ölkəsi olaraq qalacaq və inkişafı ilə yanaşı, təhlükəsizliyini də yüksək səviyyədə təmin etməkdə davam edəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Azərbaycanda İkinci Dünya müharibəsinin 13 iştirakçısı birdəfəlik yardım alacaq

Prezident İlham Əliyevin yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir. APA xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda əksini tapıb. Bildirilib ki, Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.   Sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi iştirakçılarıdır. Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

Hamısını oxu
“Prezident İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni bir nailiyyətdir”

Cəlil Xəlilov: “Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi bu böyük həqiqətin növbəti təsdiqidir”   “Prezident İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni bir nailiyyətdir. Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi bu böyük həqiqətin növbəti təsdiqidir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, sözügedən kəndlərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünü bərpası, tarixi torpaqlarımızın bərpası istiqamətində atılan mühüm tarixi addımdır:   “Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bir güllə belə atılmadan, danışıqlar yolu ilə azad edilməsi diplomatiyamızın, Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir. Bu, həm də ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan mühüm addımlardan biridir.   Prezident İlham Əliyevin Azərbaycan xalqına yaşatdığı bu uğur bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarımızın geri qaytarılmasında, xalqımızın illərlə pozulan hüquqlarının sona qədər bərpasında qətiyyətlidir və bu məsələdə heyrətamiz prinsipiallıq, səy və enerji sərgiləyir. Bu tarixi qələbə həm də onu göstərir ki, Prezident İlham Əliyevin hər zaman dediyi kimi, xalqımız ona məxsus olan torpaqların bir qarışısından belə imtina etməyəcək, bu məsələdə kimsəyə güzəşt olunmayacaq.   Onu da qeyd edim ki, bir neçə gün bundan öncə Azərbaycandakı Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması ilə bağlı  Bakı ilə Moskva arasında razılıq əldə olundu. Bu, Prezident İlham Əliyevin siyasi strateq kimi böyüklüyünə dəlalət etməklə yanaşı, Azərbaycanla Rusiya arasında tarixi dostluq münasibətlərinin, səmimi əməkdaşlıq ruhunun yüksək səviyyədəki mövcudluğunu sübut etdi. Bu razılaşma bir kəs daha sübut etdi ki, Azərbaycanla Rusiya arasında nəinki hər hansı anlaşılmazlıq yoxdur, əksinə, iki ölkə arasıdna qarşıqlıqlı anlayış və əməkdaşlığa əsaslanan sağlam əlaqələr mövcuddur”.   Cəlil Xəlilov qeyd edib ki, Qazaxın 4 kəndinin geri qaytarılmasının tarixi-siyasi əhəmiyyətini artıran digər bir reallıq isə bu uğurun bölgədə gərginlk yaratmaq istəyən beynəlxalq güclərin aktivliyi şəraitində əldə edilməsidir:   “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra bir sıra beynəlxalq güclər, eləcə də Fransa bölgədə vəziyyəti yenidən gərginləşdirmək, yeni qarşıdurma yaratmaq istiqamətində məkirli addımlar atır, siyasi təxribatlara yol verirdi. Bu təxribatlar bu gün də davam edir. Bizim üçün xüsusilə qürurvericidir ki, Prezident İlham Əliyev Qazaxın erməni işğalındakı 4 kəndini məhz belə bir ortamda – ermənipərəst qüvvələrin bölgədə aktivliyi fonunda azad etdi. O, bununla bir kəs daha sübut etdi ki, regionda əsas söz sahibi Azərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan dövləti öz maraqlarını qətiyyətlə müdafiə edəcək, qarşısına qoyduğu hədəflərə nail olacaqdır.   Mən bu böyük qələbə münasibıətilə Azərbaycan xalqını təbrik edir, bütün veteranlar adından Müzəffər Ali baş Komandana öz təşəkkürümü bildirirəm”!

Hamısını oxu