Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsimi rayonunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri, e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 22 aprel 2022-ci iltarixində  Bakı şəhəri Nəsimi   rayonunda yerləşən 111  saylı tam orta məktəbdə tədbirdə iştirak  ediblər.

 Tədbir   Böyük Vətən Müharibəsinin  qələbə ilə başa çatmasında  Azərbaycan xalqının rolu və  Qarabağ torpaqlarının işğaldan azad olunmasında ordu-xalq birliyinə həsr edilmişdir. Tədbirdə BVM-si veteranı Ağababa İskəndərov, Nəsimi rayon VT –nın sədri Validə Vəliyeva, məktəbin direktoru Jalə Hacıyeva, şagird və müəllim kollektivi iştirak etdilər.

Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açdı. O, qonaqları tədbir iştirakçılarına təqdim etdi. Vətən, torpaq  ugrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildi.

Daha sonra söz BVM-si veteranı Ağababa İskəndərova verilib. Ağababa İskəndərova keçdiyi şərəfli döyüş yolundan şakirdlərə bəhs edib. Vətənimizi, torpaqlarımızı, xalqımızı sevməyi onlara tövsiyə etdi.

Sonra söz Adil  Haqverdiyevə verildi.O, çıxış edərək bildirdi ki, BVM –nin qələbə ilə başa çatmasında xalqımızın misilsiz xidmətləri olmuşdur: “Alman faşistlərinin böyük hərbi planlarından biri Bakını işğal etmək və neft buruqlarını ələ keçirmək idi.Qəhrəman döyüşçülərimiz faşistlərin arzusunu gözlərində qoydular. Müharibənin sonuna qədər ordu  neftlə təmin olundu. Qələbədən sonra mütəxəssislər dəfələrlə etiraf etmişdilər ki, Bakı nefti olmasaydı, bəlkə də qələbə çalmaq mümkün olmayacaqdı. Ön və arxa cəbhənin birgə fədakarlığı qələbəni təmin etdi.

Şanlı tarixi olan bir xalqın torpağına göz tikmək sadəcə ağılsızlıqdır.Uzun illərin sülh danışıqlarına məhəl qoymayan düşmən, Müzəffər Ordumuzun gücü qarşısında  44 gün ərzində darmadağın olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda Azərbaycanın üçrəngli  bayrağı dalğalanır. Mən çıxışımın sonunda  bir daha torpaq uğrunda həlak olanlara, şəhidlərə uca Allahdan rəhmət diləyirəm!”

Tədbirin sonunda xatirə şəkli çəkildi.

 

2022-04-22 09:57:00
1007 baxış

Digər xəbərlər

Azərbaycan Prezidenti: ““Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada tikintisinə başlanılmış, lakin Azərbaycan Ordusunun 2020-ci il noyabrın 8-də şəhəri işğaldan azad etməsi nəticəsində inşası yarımçıq qalmış binada olub. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bildirib ki, onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər: “Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”

Hamısını oxu
Müzəffər ordunun Zəfər yürüşü: Bakı parada hazırlaşır

Xəbər verdiyimiz kimi, artıq günlərdir Bakıda keçiriləcək Vətən Müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradına hazırlıq işləri davam edir.   Həmçinin, bildirilib ki, cəbhə xəttindən ermənilərdən hərbi qənimət olaraq götürülmüş hərbi texnikalar da paradda nümayiş etdiriləcək. Paradın hazırlıqlarından yeni görüntüləri təqdim edirik:  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 21 sentyabr Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib, iştirakçılar onlayn şəkildə təşkil edilən beynəlxalq konfransa qoşulub.   Bakı şəhər Nərimanov rayonu 45 nömrəli orta məktəb və Binəqədi  rayonu 246 nömrəli məktəb-liseyin şagird və müəlimlərinin də qatıldığı tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova müasir dünyamızda sülhün və təhlükəsizliyin roluna diqqət çəkib, uşaqların firavan gələcəyi, insanların təhlükəsizliyi üçün sülh amilinin əsas faktor olduğunu vurğulayıb.   Daha sonra beynəlxalq konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ermənistanın 30 ilə qədər davam edən işğalçılıq siyasəti nəticəsində ölkəmizə dəyən ziyana diqqət çəkib, erməni faşizminin bütün dünyada sülh və təhlükəsizlik üçün ən böyük təhdid olduğunu bildirib. 44 günlük Vətən müharibəsi nəticəsində azad edilən torpaqlarımızda erməni vandalları tərəfindən dağıdılan tarixi, mədəni, dini abidələrin, sosial infrastrukturun bərpa edilməsində beynəlxalq təşkilatların, dünya güclərinin ölkləmizə dəstək verməsinin vacibliyinə toxunan Cəlil Xəlilov, Azərbaycan prezidentinin Qafqazda sülhün və sabitliyin təmin edilməsi istiqamətində ciddi addımlar atdığını vurğulayıb. Sədr müavini qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycan dövlətinin sülh səylərini dəstəkləməli, Azərbaycan dövlətinin sülh siyasətini aktiv şəkildə müdafiə etməlidir.   Daha sonra tədbir açıq səma altında davam etdirilib. Polkovnik Cəlil Xəlilov məktəblilərlə söhbətində sülh və təhlükəsizliyin önəmindən bəhs edib, dövlətimizin Qarabağda apardığı nəhəng quruculuq siyasətindən danışıb. Hər bir yeniyetmə və gəncin vətənpərəvrlik ruhunda tərbiyəsinin vacibliyinə toxunan Cəlil Xəlilov, Azərbaycan gəncliyinin vətən sevgisi ilə fəxr etdiyini, 44 günlıük Vətən müharibəsində gənclərin böyük qəhrəmanlıqlara imza atdığını bildiirb.   Tədbirin sonunda səmaya sülh rəmzi olan göyərçinlər və şarlar buraxılıb, xatirə şəkli çəkilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti h  

Hamısını oxu
Layihə çərçicəsində yekun - hesabat tədbiri

29 oktyabr 2018-ci ildə Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi  çərçivəsində yekun-hesabat tədbiri baş tutmuşdur. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini, layihənin rəhbəri polkovnik Cəlil Xəlilov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür layihələrin mütəmadi olaraq həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri olduğunu qeyd etdi. C.Xəlilov Respublika Veteranlar Təşkilatının və onun şəhər, rayon stuktur bölmələrinin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində səmərəli fəaliyyətindən, bununla bağlı müntəzəm olaraq tədbirlərin keçirilməsindən danışaraq, diqqəti Azərbaycanın bu gün Ermənistan Respublikasının işğalı altında olan ərazilərinin azad olunmasında bu işlərin daha yüksək səviyyəyə qaldırılmasının mühüm əhəmiyyət daşıdığına yönəltdi. Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev 29 oktyabr Türkiyə Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibəti ilə tədbir iştirakçılarını və bütün türk xalqını Təşkilat rəhbərliyi və veteranlar adından təbrik edərək, Türkiyə-Azərbaycan qardaşlığının tarixi, bütün dövrlərdə, xüsusilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrdə Türkiyənin Azərbaycana göstərdiyi qardaş köməyindən danışdı. L.Babayev layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər, o cümlədən şəhidlərə həsr olunmuş “Torpağı Vətən edənlər” kitabçasının və məlumat xarakterli xüsusi bukletin buraxılması barədə geniş məlumat verərək Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layihələr maliyyə ayırmasını təqdirəlayiq hal saydı. O, bildirdi ki, 20 faiz ərazisi düşmən işğalı altında olan bir ölkənin yaşından asılı olmayaraq bütün insanları vətənpərvər olmalıdırlar. Ancaq tərbiyə olunmağa, vətənpərvərlik ruhunda yetişdirilməyə gəlincə, başlıca hədəf yeniyetmə və gənclərdir. Azərbaycanın körpəsindən tutmuş tələbəsinə, bu gün ölkə həyatının müxtəlif sahələrində çalışan, müəyyən təcrübəyə malik gəncinə qədər hər kəs vətənpərvər olmasa biz Ermənistan Respublikasının işğalı altında olan ərazilərimizi azad edə bilmərik. O, xüsusi olaraq vurğulamışdır ki, Vətənə, xalqa, dövlətə sədaqət, torpağa bağlılıq, onu qorumağa hər an hazır olmaq Təşkilat yeniyetmə və gənclərə məhz bu keyfiyyətləri aşılamağa  çalışır. 2016-cı ilıin Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan gəncliyi öz atalarının qəhrəmanlıq, mərdlik, vətənpərvərlik yolunu davam etdirməyə, düşmənə sarsıdıcı zərbələr vurmağa daim hazırdır. Tədbirdə çixış edən layihənin eksperti Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov, “Şəhid ailələrinə qayğı cəmiyyəti” təşkilatının Nizami rayon Təşkilatının sədri Nizami Abbasov, veteran şair Zakir Əliyev və başqaları çıxış edərək yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda bu tipli layihələrin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar. Tədbirdə eyni zamanda, 3 ay müddətində həyata keçirilmiş “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq görülmüş işlər barədə müzakirələr aparıldı, fikirlər səsləndirildi, təkliflər verildi. Tədbirin sonunda 95 yaşı tamam olan İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Mehmandarov yubiley medalı” ilə təltif olundu.

Hamısını oxu