Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Müharibə Veteranlarının Respublika Xəstəxanasında müalicə alan veteranlarla görüşüb

Dünən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Müharibə Veteranlarının Respublika Xəstəxanasında müalicə alan veteranlarla görüşüb, onların müalivə şəraiti ilə yaxından tanış olub. Veteranlar qarşısında çıxış edən Cəlil Xəlilov Azərbaycan dövlətinin hər zaman şəhid ailələrinə, veteranlara böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, son illər bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyinə diqqət çəkib:

“Şəhid ailələri və veteranlara qayğı hər zaman dövlət siyasətimizin prioritet istiqamətlərindən biri olub və bu gün də öz aktuallığını qorumaqdadır. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva uzun illərdir ki, şəhid ailələrinin, veteran və qazilərin sosial şəraitinin yaxşılaşması, onların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük əmək sərf etməkdədir. Həssas kateqoriyaya mənsub olan bu şəxslərin mənzillə təmin edilməsi, onların müalicəsinin yüksək səviyyədə təşkil olunması,  həmin insanlara çoxsaylı imtiyazların verilməsi, onların vəziyyətinin davamlı olaraq diqqət mərkəzində saxlanılması veteranlara dövlət qayğısıının ən böyük isbatıdır.

Bu gün toplaşdığımız Müharibə Veteranlarının Respublika Xəstəxanasında veteranlara göstərilən diqqət və qayğı, onların müalicəsi və istirahətinin yüksək səviyyədə təşkil edilməsi də dövlətimizin veteranlara necə böyük önəm verdiyini göstərir. Mən bu xəstəxanada veteranlarımıza yaradılan şəraitə, onlara göstərilən qayğıya görə Müharibə Veteranlarının Respublika Xəstəxanasının direktoru Gülşən Əliyevaya da öz təşəkkürümü bildirirəm. Çünki onun rəhbərliyi dönəmində xəstəxanada veteranlarımızın müalicəsi üçün daha optimal şəraitin yaradıldığı, bu istiqamətdə çoxsaylı yeniliklərin həyata keçirildiyi və bu dəyişikliklərin veteranlar tərəfindən rəğbətlə qarşılandığı göz önündədir.

Əminliklə bildirirəm ki, bundan sonra da veteranlarımız dövlətin qayğısını hər addımda hiss edəcək, onlar üçün yaradılan imkanlardan bəhrələnməkdə davam edəcəklər”.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin  müdiri, ehtiyatda olan polkovnik Nadir İsmayılov və Təşkilatın mətbuat katibi Seymur Əliyev də iştirak edib.

 

2022-05-18 11:37:00
1637 baxış

Digər xəbərlər

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

“Rusiya-Ukrayna müharibəsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşlarının DTX tərəfindən məsuliyyətə cəlb olunması, milli qanunvericiliyimizə tam uyğundur”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Burada söhbət, yalnız Azərbaycan vətəndaşlarından gedir. Aydındır ki, həm Rusiyada, həm də Ukraynada kifayət qədər soydaşlarımız yaşayır və onların bir hissəsi həmin ölkələrin pasportunu daşıyırlar. Bu baxımdan, vətəndaşlıqları olanların, Azərbaycanda məsuliyyətə cəlb olunması qeyri-mümkündür. Təbii ki, onların yaşadıqları dövlətlər qarşısında hüquqi öhdəlikləri nəzərə alınır. DTX-nin keçirdiyi əməliyyatlara, bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, döyüş əməliyyatlarında iştirak edənlərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb olunması, Azərbaycan qanunlarının icrası, ikincisi, genofondun qorunması deməkdir. Digər tərəfdən, müharibə ölüb, öldürmək deməkdir. Vuruşmaq üçün motivasiya olmalıdır. 44 günlük müharibədə xalqımız, Vətən torpaqlarının işğaldan azad olunması üçün, vahid yumruq kimi birləşdi. Müqəddəs ideya uğrunda, gənclərimiz ölümə getdi. Rusiya-Ukrayna müharibəsində isə, təsəvvür edin, hər iki tərəfdən azərbaycanlı vuruşur və nəyə görə ölümə getdiyini özü də bilmir. Bunun izahı yoxdur, sadəcə dəhşətdir. Bir məsələni də məxsusi qeyd etmək istərdim. Müharibələrdə, döyüş əməliyyatlarında iştirak etmiş insanların əksəriyyətində müəyyən psixoloji pozğunluqların, bəzilərində isə, psixi problemlərin olduğu hər kəsə məlumdur. Ona görə də, bu kateqoriyalardan olan şəxslərin mülki həyata, cəmiyyətə inteqrasiyasını təmin edən bərpa mərkəzlərində müalicə keçmələri mütləqdir. Müalicə-bərpa kurslarını keçməyən müharibə əlilləri, veteranlar, əlavə problemlərdir. Cəmiyyətin kriminogen durumuna təsir edirlər. DTX-nin keçirdiyi əməliyyatlar, cəmiyyət tərəfindən müsbət qiymətləndirilir və heç şübhəsiz, bu yola getmək istəyənlər üçün düşündürücü, təsirli nümunədir. Hesab edirəm ki, bu istiqamətdə təbliğat xarakterli işlər aparılmalıdır”. Seymur ƏLİYEV

Hamısını oxu
“Bəzən bir sənət əsəri vətəni cild-cild kitablardan daha çox tanıdır və sevdirir”

Məşhur Məmmədov: “Qarabağla bağlı animasiya filmlərinin çəkilməsi bu diyarı uşaqlara erkən yaşlarından tanıtmaq baxımından böyük əhəmiyyətə malikdir”   Məlum olduğu kimi, Mədəniyyət Nazirliyi Qarabağla bağlı animasiya filmlərinin çəkilməsinə qərar verib. Filmlərdə Qarabağın tarixi, mədəniyyəti, xalqımızın qəhrəmanlıq tarixi ilə bağlı məqamlar yer alacaq.   Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu cür filmlərin uşaqlara vətəni erkən yaşlarından tanıtmaq və sevdirmək baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib:   “Qarabağ, onun təbliği və tanıdılması ilə bağlı atılan hər bir addım, görülən hər bir iş mühüm əhəmiyyətə malikdir. Biz tariximizi, mədəniyyətimizi bilmədən onu sevə bilmərik. Sevdirmək üçün isə sadəcə gənclər və yeniyetmələr arasıdna deyil, uşaqlar arasında da düzgün iş aparmalı, onlara erkən yaşlarından vətənimizi, onun gözəlliklərini, qəhrəmanlıq tariximizi tanıtmalıyıq. Unutmaq olmaz ki, uşaq yaddaşında yer alan hər bir məlumat həmin insanın xatirəsində, düşüncəsində, ruhunda həmişəlik iz qoyur, onun üçün həmişəlik doğma və unudulmaz olur. Bu baxımdan Mədəniyyət Naizlriyinin dəstəyi ilə animasiya filmlərinin hazırlanması olduqca faydalı və əhəmiyyətlidir.   Ümumiyyətlə, Qarabağla bağlı istənilən bədii əsər, yaxud musiqi əsəri, mədəniyyət və incəsənət nümunəsi böyük təbliğati əhəmiyyətə malikdir. Bəzən bir sənət əsəri vətəni cild-cild kitablardan daha çox tanıdır və sevdirir. Sizə bir nümunə deyim. Məşhur “Qarabağ” mahısı hər bir azərbaycanlıya yaxşı məlumdur. Bu mahnıda Qarabağ, vətən torpağı, onun müqəddəsliyi ilə bağlı qəlbə, ruha hopacaq böyük, nəhayətsiz sevgi var. Bu mahnı səslənəndə Azərbaycanımızın harasında yaaşmasından asılı olmayaraq, hər bir insan özünü qarabağlı kimi hiss edir. Bu faktın özü bir sənət əsərinin necə böyük təsir qüvvəsinə malik olduğunu göstərir. Odur ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Qarabağla bağlı animasiya filmlərinin çəkilməsi də olduqca faydalı və təqdirəlayiqdir. Bu cür filmlər uşaqların doğma Azərbaycanımızın bir hissəsi olan Qarabağı daha yaxından tanıması, onu daha dərindən sevməsinə böyük töhfə verəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Cəbhədə SON VƏZİYYƏT - Nazirlik məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Milli.Az xəbər veirr ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri dövlət başçısını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü  Fatma Səttarova dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:   “Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!   Sizin qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə bizim üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır.   Sizi, ərazilərimizin işğaldan azad edilməsini və ərazi bütövlüyümüzün bərpasını təmin edib türk birliyinə mühüm töhfə verərək bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Türkdilli ölkələrin Dövlət Başçıları Şurası tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.    Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yol da açılıb.   Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!   Sizi bir daha təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür və Vətəmiz Azərbaycan naminə çətin və şərəfli ali xidmətinizdə yeni uğurlar arzulayıram.   Respublikamızın çoxsaylı veteranları Sizin onlara göstərdiyiniz yüksək qayğı və diqqəti daim məmnunluq hissi ilə qəbul edirlər və Sizə bir daha öz dərin təşəkkürlərini bildirirlər”.   

Hamısını oxu