Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakının Nizami rayonununda “Nəsillərin görüşü” adlı tədbir kecirilib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonunun 109 saylı tam orta məktəbində “Nəsillərin görüşü” adlı tədbir kecirilib. Tədbirdən öncə Dövlət himnimiz səslənib, daha sonra bütün şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən məktəblilər İkinci Dünya Müraribə iştirakcısı Məhərrəm Əliyevin həyatından, müharibədə gösdərdiyi şücaətlərdən bəhs ediblər.

Məktəblilərin çıxışlarıdnan sonra söz Məhərrəm Əliyevin böyük oğlu “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin rəhbəri Tofiq Əlizadəyə verilib.

Tofiq Əlizadə azərbaycanlıların birliyindən, vətəni, dövləti necə qorumaq, onu necə müdafiə etmək lazım olduğundan, o cümlədən, atasının onlara verdiyi tərbiyədən söhbət acıb.

Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının nümayəndəsi, AVMVİB-nin Suraxanı rayon şöbəsinin sədri, müharibə veteranı Eldar Rüstəmov çıxışında  Məhərrəm Əliyevin 100 illik həyatından danışıb. Eldar Rüstəmov Məhərrəm Əliyevin kiçik oğlu, Vətən müharibəsi iştirakçısı Sahib Əliyevə Birliyin sədri Füzulı Rzaquliyevin adından AVMVİB-nin xatirə medalını təqdim edib.

Eldar Rüstəmovun vətənpərvərliklə bağlı suallarına düzgün cavab verən şagirdlərə maraqlı kitablar hədiyyə olunub.

Tədbirdə çıxış edən məktəbin kecmiş məzunu, vətən uğrundakı döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Zakir Cəfərovun anası Kəmalə Cəfərova şagirdlərə ürək sözlərini çatdırıb,

məktəbin kollektivindən, dövlətin şəhid ailələrinə, qazilərə olan diqqət və qayğısından məmnunluğunu ifadə edib.

Məktəbin direktoru Gülnaz Bədəlova da tədbirdə çıxış edib, bu cür tədbirlərin vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətinə diqqət çəkib.

Tədbirin hazırlanmasında əməyi keçən tarix müəllimi Xoşqədəm Mirzəyevaya da kitab hədiyyə edilib, xatirə şəkli çəkilib.

 

2022-06-16 10:30:00
1112 baxış

Digər xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin

Hamısını oxu
“Xocalı Soyqırımı Memorialı erməni faşizminə sonsuz nifrət, faciə qurbanlarına nəhayətsiz ehtiram simvoludur”

“Xocalı Soyqırımı Memorialı erməni faşizminə sonsuz nifrət, faciə qurbanlarına nəhayətsiz ehtiram simvoludur”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri,hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Xocalı Soyqırımı Memorialı tarixi yaddaşımızın qorunub saxlanılması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir: “Xocalı Soyqırımı Memorialının inşası, dövlət başçısının sözügedən kompleksin açılışında iştirakı mühüm əhəmiyyətə malikdir. Xocalı Soyqırımı Memorialı hər şeydən öncə Xocalıda erməni faşizmi tərəfindən qətlə yetirilən yüzlərlə şəhidimizə olan ümumxalq sevgisi və ehtiramının göstəricisidir. Bu fakt bir daha sübut edir ki, xalqımız öz şəhidlərini unutmur və bundan sonra da heç vaxt unutmayacaq, onların xatirəsini hər zaman böyük sevgi və ehtiram hissi ilə yad edəcək. Xocalı Soyqırımı Memorialı həm də erməni faşizmi, onun qanlı cinayətlərinin ifşası abidəsidir. Bu Memorial ermənilərin ötən əsrin 90-cı illərində Xocalı sakinlərinin timsalında bütün Azərbaycan xalqının başına gətirdiyi qorxunc cinayətlərdən xəbər verir. Xocalı Soyqırımı Memorialı, onun özündə əks etdirdiyi hər bir element erməni vəhşiliyinin sərhəd tanımadığını göstərir. Əminəm ki, Xocalı Soyqırımı Memorialı illər, əsrlər sonra da onu ziyarət edənlərə erməni faşizminin qanlı əməllərindən danışacaq, bu əməllərin necə böyük faciələrə yol açdığından bəhs edəcək”. Polkovnik Xocalı Soyqırımı Memorialının inşasına görə Preizdent İlham Əliyevə də veteranlar adından təşəkkür edib: “Xocalı Soyqırımı Memorialının inşası ilə bağlı irəli sürdüyü təşəbbüsə, kompleksin inşasının hər bir mərhələsini davamlı dqiqətdə saxladığına, onun açılışında şəxsən iştirak etməklə bütün dünyanın diqqətini bu Memoriala yönəltdiyinə görə bütün veteranlarımız adından Prezident İlham Əliyevə təşəkkür edirik. Qətiyyətlə bildiririk ki, veteran təşkilatı olaraq biz də bugünə qədər olduğu kimi bundan sonra da tarixi həqiqətlərimizin təbliğində aktiv iştirak edəcək, erməni faşizminin ifşası, qəhrəmanlıq tariximizin təbliğində əlimizdən gələni əsirgəməyəcəyik”.  

Hamısını oxu
“Azərbaycan-Türkiyə qardaşlığı: Birgə sabahımız naminə!” adlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan-Türkiyə qardaşlığı: Birgə sabahımız naminə!” şüarı ilə tədbir keçirilib. Tədbir Türkiyədəki meşə yanğınlarına qarşı Türkiyə dövləti və qəhrəman türk xalqının apardığı mübarizəyə, Azərbaycanın bu mübarizəyə verdiyi dəstəyə həsr olunub, Azərbaycan-Türkiyə qardaşlığı tarixi aspektdən təhlil və şərh edilib.   Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.   Müharibə veteranlarının, ictimai fəalların, kursantların qatıldığı tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tarixin bütün mərhələlərində hər iki xalqın bir-birinə ciddi dəstək verdiyini, xüsusilə dar məqamlarda, həlledici anlarda bir-birlərinin yanında olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin, Türkiyə xalqının Azərbaycana siyasi-diplomatik və mənəvi baxımdan ciddi dəstək verdiyini bildirən Cəlil Xəlilov, bu gün yanğınlara qarşı mübarizə aparan qardaş Türkiyəyə dövlətimizin intensiv və mütəmadi dəstək verdiyini qeyd edib.   Sədr müavini çıxışında Türkiyədə yanğınlara qarşı mübarizədə iştirtak edən  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğın-xialsetmə əməkdaşlarının peşəkarlığını da yüksək qiymətləndirib, yanğınsöndürənlərimizin kütləvi meşə yanğınlarına qarşı əzmlə mübarizə apardığını bildirib. Yanan evlərin birindən FHN-nin yanğın-xilasetmə əməkdaşının türk bayrağını xilas etməsi faktına diqqət çəkən Cəlil Xəlilov, bunu Azərbaycan insanının, Azərbaycan vətəndaşının Türkiyəyə, Türkiyə bayrağına, Türkiyə dövlətinə olan münasibəti kimi dəyərləndirib, fövbqəladə hallar naziri Kəmaləddin Heydərova rəhbəri olduğu qurumun fəaliyyətini yüksək səviyyədə təşkil etdiyi üçün öz təşəkkürünü bildirib.   Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında, onun ərazilərinin erməni-bolşevik qüvvələrindən azad edilməsində Osmanlı dövlətinin göstərdiyi hərbi dəstəyə diqqət çəkib. İstər I Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana böyük dəstək verdiyini qeyd edən polkovnik, Azərbaycan xalqının da Birinci Dünya Müharibəsi və Qurtuluş savaşı dönəmində türk xalqının yanında olduğunu bildirib.   Daha sonra polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Azərbaycan yanındadır, Türkiyəm!” klipi nümayiş olunub.   Klip nümayişindən sonra çıxış edən tədbir iştirakçıları Azərbaycan-Türkiyə qardaşlığının dərin tarixi-mənəvi köklərə malik olduğunu bildiriblər, bu qardaşlığın sarsılmazlığına inamlarını ifadə ediblər.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı təyyarə qəzası ilə bağlı başsağlığı verib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Bakı-Qroznı istiqamətində uçan “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir: “Respublika veteranları adından təyyarə qəzasında həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. İnanırıq ki, xalqımızın həmrəyliyi bizə tariximizin bütün çətin dönəmlərində olduğu bu faciəyə də ləyaqətlə dözməkdə kömək edəcək, birliyimizin həlak olanlarının ailələrinə təsəlli olacaqdır”. Məlumat üçün qeyd edək ki, ağır təyyarə qəzası ilə əlaqədar 26 dekabr Azərbaycanda matəm günü elan edilib.  

Hamısını oxu