Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib

Veteran.gov.az xəbər verir ki, iyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib.

Forum Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, hər iki təşkilatın rəhbər heyəti, ölkə üzrə bütün filiallarının sədri, digər qeyri-hökumət təşkilatlarının sədrləri, ağsaqqallar və veteranlar iştirak edib.

Forumun keçirilməsində əsas məqsəd ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lərin aktivliyini artırmaq, onlar arasıdna əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin veteran və ağsaqqalların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik və bərabərliyin daha da güclənməsinə nail olmaqdır.

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhdilərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ağsaqqalların və  veteranların cəmiyyətdəki roluna diqqət çəkib, onların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın genişlənməsinin zəruriliyinə toxunub. Vüsal Quliyev qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizdə ağsaqqal sözünə, ağsaqqal məsləhətinə ehtiyac var: “Ağsaqqallar öz dünyagörüşündən, həyat və mübarizə təcrübəsindən istifadə edərək gənclərə yol göstərməli, onların milli maraqlarımız, Vətənin və xalqın mənafeyinə naminə daha sıx birləşməsini təmin etməlidir. Bunun üçün ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın güclənməsi, onların ictimaiyyətlə təmaslarının daha da genişlənməsi, bu qurumların gənclərlə daha aktiv iş aparmasına ehtiyac var”.

V.Quliyev ağsaqqaların və veteranların təmsil olunduğu QHT-lərin cəmiyyətimizi narahat edən bir sıra problemlərin həllində fəallıq nümayiş etdirməsinin əhəmiyyətinə də toxunub: “Bu gün ölkəmizin müxtəlif bölgələrində məişət zorakılığı, qızların təhsili, erkən nikahlar və s. problemlərlə mübarizədə ağsaqqallarımız və veteranlarımız fəal rol oynamalı, geniş maarifləndirmə və təbliğat işi aparmalıdırlar. Göstərilən məsələlər yerlərdəki təşkilatların fəaliyyətində prioritet olmalıdır”.

Şəhid ailələrinə, müahribə əlillərinə və veteranlara dövlət tərəfindən daim qayğı və diqqət göstərildiyini qeyd edən sektor müdiri, bu siyasətin bundan sonra da davam edəcəyini bildirib. Vüsal Quliyev bildirib ki, şəhid ailələri və veteranlarla bağlı əlaqədar qeyri-hökumət təşkilatlarının da öz işini genişləndirməsi, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurması zəruridir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev çıxışında Azərbaycan milli mentalitetinə uyğun olaraq ağsaqqalların cəmiyyətdə böyük nüfuza sahib olduğunu xatırladıb, onların veteranlarla birgə fəaliyyətinin önəminə toxunub. Millət vəkili bildirib ki, həm ağsaqqallar, həm də veteranlar gənc nəslin vətənprəvərlik tərbiyəsinin gücləndirilməsi, onların fəaliyyətinin milli maraqlarımız zəminində təşkilində öz rollarını artırmalı, daha mütəşəkkil və koordinasiyalı fəaliyyət ortaya qoymalıdır.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova cəmiyyətin bütün təbəqlərinin dövlətə, onun Prezidentinə dəstək olmasının vacibliyini bildirib. Fatma Səttarova qeyd edib ki, bu məsələdə həm ağsaqqallar, həm də veteranlar aktiv olmalı, gənclərə yol göstəməli, onlar üçün nümunə olmalıdırlar.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov indiki dönəmdə həm ağsaqqalların, həm də veteranların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Polkovnik qeyd edib ki, dövlətimizə, xalqımıza qarşı müxtəlif təxribatların davam etdiyi bir zamanda həm ağsaqqallar, həm də veteranlar koordinasiyalı fəaliyyət ortaya qoymalı, cəmiyyəti milli maraqlarımızın müdafiəsində səfərbər etməlidir.

Cəlil Xəlilov çıxışının sonunda Forumun keçirilməsinə verdiyi dəstəyə görə Beynəlxalq Muğam Mərkəzinə öz təşəkkürünü bildirib.

Forumda millət vəkili Eldar İbrahimov, sabiq təhsil naziri Misir Mərdanov, Respublika Veteranlar Təşkilatının Lənkəran rayon Təşkilatının sədri Əlimərdan Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının Nərimanov Rayon Təşkilatının sədr müavini Kamil Babayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Abşeron Rayon Təşkilatının sədri Qabil Qocayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa Şəhər Veteranları Təşkilatının sədri Ağalar Əliyev, Qarabağ qazisi Rey Kərimoğlu və başqaları çıxış edib.

Tədbirdə çıxış edən ağsaqqallar və veteranlar Forumun önəminə toxunub, hər zaman olduğu kimi bundan sonra da dövlətə, onun Prezidentinə dəstək verəcəklərini vurğulayıblar.

Tədbirin sonunda hərbi vətənpərvərlik mahnılarının sevilən ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa edilib.

 

2022-07-08 17:16:00
986 baxış

Digər xəbərlər

İlham Əliyevdən sərt mesaj: “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”

"Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir". Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.  "Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm", - dövlət başçısı əlavə edib. 

Hamısını oxu
“Ölkəmizdə həqiqi hərbi xidmətə çağrış sistemi sağlamlaşdırılıb, ciddi islahatlar aparılıb”

Əliməmməd Nuriyev: “Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bilrikdə bu sahədə mühüm işlər görüb” “Ölkəmizdə həqiqi hərbi xidmətə çağrış sistemi sağlamlaşdırılıb, ciddi islahatlar aparılıb”. Bunu Moderator.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Hüquqşünas qeyd edib ki, Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu sahədəki əməkdaşlığı öz faydasını verməkdədir: “Cənab Prezidentin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyində həyata keçirdiyi dəyişiklikdən sonra bu qurumda ciddi islahatlara şahid olmaqdayıq. Məlum dəyişiklikdən sonra Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birlikdə bu qurumda keçmişdən qalan neqativ hallara qarşı mübarizə məqsədilə ciddi addımlar atıb. Xüsusilə də hərbi çağırışdan boyun qaçırmaqla bağlı aşkar edilən korrupsiya sövdələşmələrinin ifşa edilməsi, korrupsiya sövdələşmənin nəticələrinin aradan qaldırılması, çağırış sisteminin sağlamlaşdırılması, neqativ meyillərin qarşısınn alınması cəmiyyətdə də məmnunluq doğuran yeniliklərdəndir. Görülən bütün bu işlər, həyata keçirilən bütün bu tədbirlər sübut edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bugünkü rəhbərliyi dövlət başçısının ona olan etimadına layiq olmaq, xalqın bu quruma olan inam və sevgisini qazanmaq üçün əzmlə çalışmaqdadır. Mən bu məsələdə ortaya qoyduqları iradəyə və prinsipiallığa görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinə, eləcə də Baş Prokurorluğa öz təşəkkürümü bildirir, uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi”mövzusunda beynəlxalq konfransının xarici iştirakçıları Respublika Veteranlar Təşkilatında olmuşlar

Qonaqlar öncə Respublika Veteranlar Təşkilatının inzibati binası ilə tanış olmuşlar. Təşkilatda yaradılmış şərait qonaqlar tərəfindən yüksək qiymətləndirmişdir.   Təşkilatın akt zalında  “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” beynəxalq konfransının xarici iştirakçıları ilə veteranlar və Təşkilatın əməkdaşlarının görüşü keçirilmişdir.  Görüşdə Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov çıxış edərək demişdir.  “Sizi təşkilatımızda görməkdən məmnunluq duyuruq. Bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi konfransda iştirak etdiyiniz üçün sizə minnətdaram. Onu da qeyd edim ki, konfrans yüksək səviyyədə keçirildi. Biz birlikdə üzərimizə düşən işlərin öhdəsindən layiqincə gəldik. Bu cür beynəlxalq əhəmiyyətli  konfransların keçirilməsi dünyada sülhün qorunmasına töhfə verməklə, xalqlar arasında dostluğun inkişafında mühüm stimula çevrilir. Azərbaycan xalqı sülhsevər və tolerant xalqdır. Biz digər xalqlarla II dünya müharibəsində faşizmlə birgə mübarizə apardıq. Dünyanı faşizm  bəlasında qurtamaq üçün hər birimiz səfərbər olquq, sərvətlərimizi qələbə naminə istifadə etdik. Bəli, biz qələbə qazandıq. Alman faşizmi süqüt etdi. Lakin bu gün dünyada gedən proseslər hər birimizi, xüsusən də müharibənin acısını görmüş insanları narahat etməlidir. Azərbaycan Respublikası II dünya müharibəsində olduğu kimi bu gün də faşizmlə mübarizə aparır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırm siyasəti faşizmin yeni təzahürü olmaqla, onun müasir dünyada yaşadılması cəhdindən xəbər verir. Bütün dünya dövlətlərini faşizmin istənilən təzahürü ilə mübarizəyə, erməni faşizminə son qoyulması üçün təsirli tədbirlər görməyə, işğal altında olan Azərbaycan torpaqlarının sülh yolu ilə qaytarılmasında bizə dəstək olmağa səsləyirik. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək konfransın əhəmiyyətindən, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, eləcə də, dövlət orqanları tərəfindən veteranlara göstərilən diqqət və qayğıdan danışmışdır. Çıxış edən “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının vitse-prezidenti, Moskva vilayət müharibə və hərbi xidmət veteranları Komitəsinin sədr müavini, general-leytenant Qaponenko Alfred Qriqoryeviç, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç Azərbaycan xalqının qonəqpərvəliyindən, respublikamızın sülhə verdiyi tövhələrdən, ölkəmizin günü-gündən inkişafından və veteranlara göstərilən qayğıdan danışmışlar. Daha sonra general-leytenant Qaponenko Alfred Qriqoryeviç, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyası filialının - Cənubi Rusiya İdarəetmə İnstitunun direktor müavini Trubiçın Andrey Vitaliyeviç, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç və Beynəlxalq İttifaqın Belarusun Mogilyev vilayəti nümayəndəliyinin rəhbəri Artyomçik Vitali Viktoroviç “Veteran həmrəyliyi” medalı ilə, Moldovanın “Layiqli yaddaş” xeyriyyə fondunun vitse-prezidenti Skripkaraş Anjela İllarionona “Həzi Aslanov” yubiley medalı ilə təltif edildilər. Bütün qonaqlara qiymətli hədiyyələr təqdim edilmişdir. Həmçinin General-leytenant Qaponenko Alfred Qriqoryeviç Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynovu və Hərbi vətənpərvərlik şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevi Müstəqil Dövlətlər Birliyi Veteranlarının  (Təqaüdçülərinin) Beynəxalq Biriliyinin təsis etdiyi “Наша Слава” medalı ilə təltif etmişdir. Sonda xarici qonaqlar Respublika Veteranlar Təşkilatının kollektivi ilə birgə xatirə şəkli çəkdirmişlər.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 21 sentyabr Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib, iştirakçılar onlayn şəkildə təşkil edilən beynəlxalq konfransa qoşulub.   Bakı şəhər Nərimanov rayonu 45 nömrəli orta məktəb və Binəqədi  rayonu 246 nömrəli məktəb-liseyin şagird və müəlimlərinin də qatıldığı tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova müasir dünyamızda sülhün və təhlükəsizliyin roluna diqqət çəkib, uşaqların firavan gələcəyi, insanların təhlükəsizliyi üçün sülh amilinin əsas faktor olduğunu vurğulayıb.   Daha sonra beynəlxalq konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ermənistanın 30 ilə qədər davam edən işğalçılıq siyasəti nəticəsində ölkəmizə dəyən ziyana diqqət çəkib, erməni faşizminin bütün dünyada sülh və təhlükəsizlik üçün ən böyük təhdid olduğunu bildirib. 44 günlük Vətən müharibəsi nəticəsində azad edilən torpaqlarımızda erməni vandalları tərəfindən dağıdılan tarixi, mədəni, dini abidələrin, sosial infrastrukturun bərpa edilməsində beynəlxalq təşkilatların, dünya güclərinin ölkləmizə dəstək verməsinin vacibliyinə toxunan Cəlil Xəlilov, Azərbaycan prezidentinin Qafqazda sülhün və sabitliyin təmin edilməsi istiqamətində ciddi addımlar atdığını vurğulayıb. Sədr müavini qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycan dövlətinin sülh səylərini dəstəkləməli, Azərbaycan dövlətinin sülh siyasətini aktiv şəkildə müdafiə etməlidir.   Daha sonra tədbir açıq səma altında davam etdirilib. Polkovnik Cəlil Xəlilov məktəblilərlə söhbətində sülh və təhlükəsizliyin önəmindən bəhs edib, dövlətimizin Qarabağda apardığı nəhəng quruculuq siyasətindən danışıb. Hər bir yeniyetmə və gəncin vətənpərəvrlik ruhunda tərbiyəsinin vacibliyinə toxunan Cəlil Xəlilov, Azərbaycan gəncliyinin vətən sevgisi ilə fəxr etdiyini, 44 günlıük Vətən müharibəsində gənclərin böyük qəhrəmanlıqlara imza atdığını bildiirb.   Tədbirin sonunda səmaya sülh rəmzi olan göyərçinlər və şarlar buraxılıb, xatirə şəkli çəkilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti h  

Hamısını oxu