Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: "Müharibə veteranlarına qayğı həmişə prezidentimizin diqqət mərkəzindədir"

2022-07-28 21:52:00
1514 baxış

Digər xəbərlər

Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar

  Veteran.gov.az apa.az-a istinadən xəbər verir ki, Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.   Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.   Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.      

Hamısını oxu
Qazi statusu yalnız imtiyaz deyil, həm də məsuliyyətdir

Şəhid və qazilərin xalqımız və dövlətimiz üçün sonsuz müqəddəslik və ehtiram ehtiva etdiyi şübhəsizdir.  Yalnız ona görə yox ki, biz işğaldakı torpaqlarımızı onların sayəsində azad etmişik. Həm də ona görə ki, milli qürurumuzu, ləyaqətimizi məhz şəhid və qazilərimizin canı, qanı bahasına bərpa etmiş, mənəvi baxımdan bütövləşmişik. Bu mənada sahib olduğumuz hər şeyə görə şəhid və qazilərimizə, onların qəhrəmanlığına borclu olduğumuz birmənalıdır. Necə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxış və müsahibələrində dəfələrlə bu həqiqətə diqqət çəkib, böyük zəfərin müəllifinin Azərbaycan əsgəri, Azərbaycan zabiti olduğunu vurğulayıb. Məhz xalq və dövlət qarşısındakı bu böyük, tarixi xidmətinə görə şəhid ailələri və qazilər dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə təmin olunub, cəmiyyətimizin mənəvi sərvətinə çevrilib. Prezidentimiz və dövlətimiz şəhid ailələri və qazilərlə bağlı hər bir məsələni daim diqqət mərkəzində saxlayır ki, məqsəd onları narazı sala biləcək problemləri vaxtında ortadan qaldırmaq, bu kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahının maksimum şəkildə yaxşılaşmasını təmin etməkdir. Ancaq təəssüflər olsun ki, bəzən qazilərimiz arasında elə şəxslər də olur ki, onlar öz sosial rifahlarını, maddi təminatlarını yüksəltmək üçün qanunsuz üsullara əl atır, dövlət əmlakını zəbt etməyə cəhd edirlər. Bu qəbildən olan qazilərimiz əsassız yerə hesab edir ki, daşıdıqları qazi statusu onlara qanunu pozmağa, istənilən məsələyə hüquq müstəvisində deyil, şəxsi maraqlar konteksində yanaşmağa imkan verir. Halbuki, qanunun hər kəs kimi qazilər üçün də mütləq və  toxunulmaz olduğu şəksizdir. Bugünlərdə Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsində Elvin Zeynalov adlı qazinin  SOCAR-ın Azneft İstehsalat Birliyinin balansında olan torpaq sahəsində qanunsuz tikinti aparmağa cəhd etməsi, öz vəzifəsini icra edən “Security Operation Services” özəl mühafizə şirkətinin əməkdaşları ilə münaqişəyə girməsi hələ də bəzi qazilərimizin öz imtiyazlarını qanundan daha üstün hesab etdiklərini göstərir. Xatırladaq ki, bundan öncə də, müxtəlif qazilərin timsalında bu cür hallar - qanunun tələblərinin tapdanması halları dəfələrlə baş verib və bəzi hallarda ciddi problemlərə səbəb olub. Bütün bunlar qazi imtiyazının qanuna qarşı qoyulmasının yolverilməz olduğunu göstərir. Qazi imtiyazı uca bir məqam olsa da, dövlət qanunundan üstün deyil və ola da bilməz. Çünki istənilən imtiyazlı təbəqənin qanundan üstün olması həmin dövləti üçün qarşısıalınmaz xais və anarxiya, başqa sözlə desək məhv, hüquqi və praktiki çöküş deməkdir. Unutmaq olmaz ki, qazilik sadəcə imtiyaz deyil, həm də məsuliyyətdir. Hər bir qazi xalqın qürur mənbəyi kimi qanunun tələbinə ikiqat həssaslıqla yanaşmalı, qanunun tələbinə ikiqat ehtiram göstərmlidir. Çünki o, digər insanlar üçün də nümunədir. Qazilərimiz zorakılıq və aqressiya ilə deyil, qanunun aliliyinə göstərdikləri hörmətlə, istənilən provbemi sivil yolla, hüquq müstəvisində həlli təşəbbüsləri ilə  gündəmə gəlməli, cəmiyyətə məhz bu konteksdə örnək olmalıdırlar. Necə ki, biz, böyk əksəriyyətin timsalında bunu görür və bundan məmnunluq duyuruq. İnanırıq ki, öz istəklərini qanunun tələblərini pozmaqla gerçəkləşdirməyə çalışan qazilərimiz də gec-tez bu həqiqəti başa düşəcək, öz davranışları ilə hər birimiz üçün nümunəyə çevriləcəklər. Seymur ƏLİYEV

Hamısını oxu
Cəlilabad rayonunda şəhid ailələri və qazilərlə görüş keçirilib

  Cəlilabad rayonunda şəhid ailələri və qazilərlə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin Şəhid ailələri, qadınlar və hərbi qulluqçuların ailələri ilə şöbə rəisi Zümrüd Səmədova, Türkiyə Azərbaycan İş Adamları və  Sənayeçiləri İctimai Birliyinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon Veteranlar Təşkilatının üzvləri  iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər Parkı Abidə Kompleksini ziyarət ediblər.  Heydər Əliyev Mərkəzində keçirilmiş  tədbirdə dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, tədbir iştirakçılarını və gələn qonaqları salamlayıb. Rayon rəhbəri qeyd edib ki, bu günlərdə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin prezident seçilməsinin 20 illiyi ərəfəsində Azərbaycanın üçrəngli qələbə bayrağını Xankəndi, Ağdərə, Xocalı şəhərində, Əsgəran qəsəbəsində, Xocavənddə, Sərsəng su anbarının ərazisində dalğalandırdı. Xalqımız öz tarixində iftixar və fərəhlə yaddaşlarda qalacaq ən parlaq səhifəyə imza atdı. Rafiq Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu, bu qayğının hər zaman davam edəcəyini bildirib. Müdafiə Nazirliyinin Şəhid ailələri, qadınlar və hərbi qulluqçuların ailələri ilə şöbə rəisi Zümrüd Səmədova vurğulayıb ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Şəhidlərimizin xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcudur.  Bizlər də bu əmanətə ehtiramla yanaşmalıyıq. TUİB İdarə heyətinin sədri Hüseyin Büyükfırat qeyd edib ki, Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiram hissi ilə anır və yad edirik. Müdafiə Nazirliyi ilə birgə hazırladığımız "Qardaş ailə" layihəsi də məhz bu məqsədə xidmət edir. “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformamız çərçivəsində biz də ölkə ərazisində geniş vüsat almış bu kimi nəcib təşəbbüsləri davam etdirəcəyik. Tədbirin sonunda incəsənət nümayəndələri vətənpərvərlik  ruhunda musiqi nömrələri ilə çıxışı ediblər.    

Hamısını oxu
Zeynalov Akif Mehdi oğlu

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti Qarabağ müharibəsi veteranı, şöhrət ordenli Zeynalov Akif Mehdi oğlunun vəfatı ilə əlaqədar yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

Hamısını oxu