Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Dayaq" Təşkilatından Qazi Şirinov Ramin Şahin oğluna etimad...

Qazi Şirinov Ramin Şahin oğlu "Dayaq" Təşkilatının sədr müavini təyin edilib

 

Veteran.gov.az xəbər verir ki, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının idarə heyyətinin qərarı ilə Şirinov Ramin Şahin oğlu "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədr müavini vəzifəsinə təyin edilib. "Dayaq" Təşkilatının idarə heyyəti və üzvüləri adından ictimai fəal Qazimiz, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılmış, milli, Vətənpərvər Azərbaycan övldadı, peşəkar tankçı Ramin Şirinovu uğurlu təyinat münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona daha böyük uğurlar diləyirik!

Qeyd edək ki, Şirinov Ramin Şahin oğlu 1981-ci ilin fevralın 21-də Göronboy rayonunun Xanqərvənd kəndində anadan olub. Xanqərvənd kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub.Hərbi xidmətdən də hərbi məktəbə daxil olub. Oxuduğu hərbi məktəbdə tank ixtisasını tam mənimsədikdən sonra Hərbi hissələrdə tank komandiri olaraq müxtəlif vəzifələrdə çalışıb, Peşəkar tankçı könüllü kimi 44 günlük müharibədə aktiv iştirak edib. Füzuli və Qubadlı, Tuğ, Hadrut, Top kənd, Şuşanın azad edilməsi uğurunda gedən döyüşlərdə fədakarcasına döyüşüb, sağlamlığını itirərək Qazilik zirvəsinə yüksəlib.

2022-08-02 21:12:00
971 baxış

Digər xəbərlər

“8 noyabr Zəfər Günüdür” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin İş Planına uyğun olaraq şöbə   müdiri e/o polkovnik Adil Haqverdiyev,baş mütəxəssis Nəbi Hacıyev 6 noyabr 2023-cü il tarixində  8 noyabr qələbə günü  ilə əlaqədar tədbir təşkil ediblər. Tədbir Yasamal rayonunda yerləşən Heydər Əliyev mərkəzində baş tutub. 8 noyabr qələbə günü ilə əlaqədar “8 noyabr Zəfər Günüdür”  adlı tədbirdə Yasamal rayon VT-nın sədri Vaqif Məmmədov, Heydər Əliyev mərkəzinin elmi işçisi Azər Zeynalzadə, gənc rəssamlar, Yasamal rayonunda yerləşən 308 saylı tam orta mətəbin müəlliməsi Zəminə Yusubova, şagirdlərlə iştirak etdilər. Tədbir öncəsi gənc rəssamların Zəfər Gününə həsir etdikləri  əsərlərindən ibarət sərgiyə baxıldı. Daha sonra tədbir öz işinə başlayıb. Tədbiri Azər Zeynalzadə açıb. Öncə Dövlət Himni səsləndi. Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxış üçün sözü e/o polkovnik Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri Fatma xanım Səttarovanın və müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı.O,çıxış edərək bildirdi ki, BMT-nın çıxardığı qətnamələr uzun illər  yerinə yetirilmədi, lakin   Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad etdi: “Uca Tanrıya şükürlər olsun ki, bu gün Xankəndində üçrəngli bayrağımız dalğalanır. Biz hər zaman ayıq-sayıq olmalıyıq düşmənimizin kimliyini,onun havadarlarını unutmamalıyıq.Onların  çirkin əməllərinin qarşısını almağa hazır olmalıyıq.Ali Baş Komandan İlham Əliyev ətrafında  bir ymruq kimi sıx birləşib söyləməliyik: “QARABAĞ AZƏRBAYCANDIR!” . Daha sonra 308 saylı tam orta məktəbin şagirdləri qələbəyə həsr edilmiş şerlər söylədilər. Tədbirin sonunda fəal rəssamlara, onların müəllimlərinə Adil Haqverdiyev,Vaqif Məmmədav Fəxri Fərman təqdim etdilər, sonda xatirə şəkilləri çəkdirildi.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri dövlət başçısını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü  Fatma Səttarova dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:   “Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!   Sizin qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə bizim üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır.   Sizi, ərazilərimizin işğaldan azad edilməsini və ərazi bütövlüyümüzün bərpasını təmin edib türk birliyinə mühüm töhfə verərək bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Türkdilli ölkələrin Dövlət Başçıları Şurası tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.    Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yol da açılıb.   Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!   Sizi bir daha təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür və Vətəmiz Azərbaycan naminə çətin və şərəfli ali xidmətinizdə yeni uğurlar arzulayıram.   Respublikamızın çoxsaylı veteranları Sizin onlara göstərdiyiniz yüksək qayğı və diqqəti daim məmnunluq hissi ilə qəbul edirlər və Sizə bir daha öz dərin təşəkkürlərini bildirirlər”.   

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Hamısını oxu
“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

Cəlil Xəlilov: “Bu qanun vətənpərvərlik tərbiyəsinin təbliğində yeni bir səhifə açacaq” “Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin qanuniləşdirilməsi tarixi-hüquqi uğurumuzdur" “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, “Uşaq hüquqları haqqında” yeni qanun bugünəqədərki qanun layihəsindən əhəmiyyətli dərəcədə fərqlənir: “Prezident İlham Əliyev təfərəfindən təsdiqlənən “Uşaq hüquqları haqqında” yeni qanun əvvəlki qanundan önəmli dərəcədə fərqlənir. Yeni qanunda diqqət çəkən ən mühüm yenilik uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsidir. Bu, ölkə qanunvericiliyi üçün tamamilə yeni hadisə hesab oluna bilər. Çünki bugünə qədər uşaq və gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliği həyata keçirilsə də, bu, qanundan daha çox tarixi-mənəvi ənənələrimizə əsaslanırdı. Məhz bu ənənələr əsasında cəmiyyətimizdə, uşaqlar və gənclər arasında təbliğati iş aparılır, qəhrəmanlıq tariximiz təbliğ olunurdu. İndi isə artıq bu təbliğat bilavasitə qanuna, qanunun tələblərinə əsaslanır. Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsi Prezident İlham Əliyevin xalqımız, dövlətimiz qarşısında ən mühüm tarixi xidmətlərindən biridir. Bu fakt Prezidentimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə necə böyük önəm verdiyini göstərir. Bununla yanaşı, “Uşaq hüquqları haqqında” yeni qanun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Qarşısında yeni vəzifələr qoyur. Bu qanun tələb edir ki, ki, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliği daha da genişləndirilməli, bu istiqamətdə görülən işlər keyfiyyət etibarı ilə yeni səviyyəyə yüksəldilməlidir. İnanıram ki, veteranlarımız bu məsələdə ciddi fəallıq sərgiləyəcək, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə daha ciddi töhfələr verəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu