Международный Союз Ветеранов Пограничной Службы
1.png)
1.png)
Cəlil Xəlilov: “907-ci düzəlişin dondurulması ABŞ-Azərbaycan münasibətlərindəki inam və etimadın göstəricisidir” “907-ci düzəlişin dondurulması ABŞ-Azərbaycan münasibətlərindəki inam və etimadın göstəricisidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 907-ci düzəlişin dondurulması ABŞ-la Azərbaycan arasında əməkdaşlığın sağlam təməllər üzərində inkişafı baxımından mühüm rol oynayır: “Məlum olduğu kimi, Prezident İlham Əliyevin səyi və uzaqgörən siyasəti nəticəsində 907-ci düzəlişin dondurulması təmin edilib. Hansı ki, bu düzəliş Azərbaycanı ABŞ-dan birbaşa maliyyə yardımı və silah almaq imkanından məhrum edirdi. Müzəffər Ali Baş Komandanın səyi nəticəsində 907-ci düzəlişin ədalətsizliyi, ləğvinin zəruriliyi və bu düzəlişin iki dövlət arasındakı münasibətlərin inkişafına ziyan vurması ABŞ ictimaiyyəti tərəfindən də aydın dərk edilməkdədir. Lakin Azərbaycanın məqsədi bu düzəlişi birdəfəlik ləğv etməkdir ki, bu da ABŞ konqresinin verəcəyi qərardan asılı olacaq. Bu məsələdə Tramp administrasiyasının öz imkanlarından istifadə edərək konqresə təsir göstərməsi olduqca vacibdir. Heç kimə sirr deyil ki, bu gün ABŞ-Azərbaycan münasibətləri həm forma, həm də mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Prosslərin gedişatı sübut edir ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi Ağ Evlə münasibətlərdə də tarix yazmağı bacarıb. Bu gün ABŞ prezidenti Donald Tramp açıq şəkildə Prezident İlham Əliyevə inam və etimadını ifadə edir, Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini göstərir. 907-ci düzəlişin birdəfəlik ləğvi bu əməkdaşlığın daha da inkişafına, yeni mərhələyə qədəm qoymasına səbəb olacaq ki, bu da həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına uyğundur”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az Tovuz Rayon İcra Hakimiyyətinin "facebook" hesabına istinadən xəbər verir ki, Tovuz rayonunun Aşağı Quşçu kənd sakini, Qarabağ müharibəsi qazisi, birinci dərəcəli əlil Hüseynov Cəfər Gözəl oğlu vəfat edib. Mərhum Aşağı Quşçu kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. C.Hüseynov 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin aprel ayında Ağdam rayonunun Güllücə kəndi istiqamətində gedən döyüşlər zamanı ağır yaralanaraq birinci dərəcəli əlillik almışdır. Mərhum ailəli idi, 3 övladı var. Allah rəhmət eləsin.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 24 dekabr 2023-cü ildə görmə üzrə əlilliyi olan 18 yaşına çatmayan şəxslər – uşaq və yeniyetmələr üçün bayram şənliyi təşkil edilib. Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək ictimai birliyi “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”nin təşkilati dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı müsabiqəsi çərçivəsində Zaqatala, Şəki, Qax, Balakən rayonlarında yaşayan görmə üzrə əlilliyi olan 18 yaşadək uşaqlar üçün silsilə bayram şənlikləri keçirilib. Tədbiri giri sözü ilə açan “Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Reyhan Cəfərova tədbir iştirakçılaırnı qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, tədbirin əhəmiyyətindən bəhs edib. Daha sonra çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinə diqqət çəkib. Cəmiyyət sədri bildirib ki, məhz Heydər Əliyevin fədakarlığı nəticəsində Azərbaycanın müstəqilliyi nəinki qorunub, həmçinin, ölkəmiz beynəlxalq iqtisadi-siyasi aləmdə öz nüfuzunu gücləndirib, beynəlxalq təşkilatlar, dünya birliyi ilə geniş əlaqələr qurub. Ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Səmyar Abdullayev, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun 30 illik erməni işğalına son qoyduğunu vurğulayıb. Səmyar Abdullayev Prezident İlham Əliyevin ad gününü təbrik edib, dövlətimizin öz liderinin rəhbərliyi altında qarşıdakı illərdə yeni-yeni uğurlara imza atacağını bildirib. Azərbaycan xalqının 2024-cü ilin 7 fevral tarixindəki prezident seçkilərində öz Müzəffər Ali Baş Komandanının namizədliyini dəstəkləyəcəyini bildirən Cəmiyyət sədri qeyd edib ki, həssas kateqoriyadan olan şəxslər kimi gözdən əlillər də İlham Əliyevin namizədliyini müdafiə edəcək. Bayram şənliyində Zaqatala, Şəki, Qax, Balakən rayonlar üzrə görmə imkanları məhdud olan uşaqların iştirakı təmin edilib, hər bir uşaq üçün müvafiq şərait qurulub. Zaqatala regionu üzrə bayram şənliyi Zaqatala şəhərinin “Tala Rooms” otel-restoranında təşkil edilib. Bayram şənliklərində gözdən əlil uşaqlar üçün müyəssər oyun və “Gənc Tamaşaçılar” teatrının aktyorlarının iştirakı ilə təşkil edilmiş şou proqramlarla yanaşı, maraqlı musiqi nömrələri, viktorinalar, flaşmoblar, yemək və şirniyyat süfrəsi ,eləcə də, hədiyyələr təqdim edilib. Şənlikdə yüzdən çox uşaq və onları müşayiət edən valideynləri iştirak edib.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edən Müşfiq Əliyev, təşkilat sədrini, o cümlədən sədr müavini, polkovnik Cəlil Xəlilovu ictimai sahədəki çoxillik fəaliyyətinə görə rəhbəri olduğu qurumun xüsusi diplomu ilə təltif edib. Görüşdə Prezident İlham Əliyevin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısından məmnunluqla bəhs olunub, dövlət başçısının məlum siyasətinin bundan sonra da dəstəklənməsinin vacibliyi vurğulanıb.
Hamısını oxu