Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zaqatala rayonunda əlilliyi olan uşaq və yenmiyetmələr üçün bayram şənliyi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, 24 dekabr 2023-cü ildə görmə üzrə əlilliyi olan 18 yaşına çatmayan şəxslər – uşaq və yeniyetmələr üçün bayram şənliyi təşkil edilib.

Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək ictimai birliyi “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”nin təşkilati dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə  “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı müsabiqəsi çərçivəsində Zaqatala,  Şəki, Qax, Balakən rayonlarında yaşayan görmə üzrə əlilliyi olan  18 yaşadək uşaqlar üçün  silsilə bayram şənlikləri keçirilib.

 Tədbiri giri sözü ilə açan  “Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Reyhan Cəfərova tədbir iştirakçılaırnı qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, tədbirin əhəmiyyətindən bəhs edib.

 Daha sonra çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinə diqqət çəkib. Cəmiyyət sədri bildirib ki, məhz Heydər Əliyevin fədakarlığı nəticəsində Azərbaycanın müstəqilliyi nəinki qorunub, həmçinin, ölkəmiz beynəlxalq iqtisadi-siyasi aləmdə öz nüfuzunu gücləndirib, beynəlxalq təşkilatlar, dünya birliyi ilə geniş əlaqələr qurub.

Ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Səmyar Abdullayev, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun 30 illik erməni işğalına son qoyduğunu vurğulayıb. Səmyar Abdullayev Prezident İlham Əliyevin ad gününü təbrik edib, dövlətimizin öz liderinin rəhbərliyi altında qarşıdakı illərdə yeni-yeni uğurlara imza atacağını bildirib.

Azərbaycan xalqının 2024-cü ilin 7 fevral tarixindəki prezident seçkilərində öz Müzəffər Ali Baş Komandanının namizədliyini dəstəkləyəcəyini bildirən Cəmiyyət sədri qeyd edib ki, həssas kateqoriyadan olan şəxslər kimi gözdən əlillər də İlham Əliyevin namizədliyini müdafiə edəcək.

Bayram şənliyində  Zaqatala,  Şəki, Qax, Balakən rayonlar üzrə görmə imkanları məhdud  olan uşaqların iştirakı təmin edilib, hər bir uşaq üçün müvafiq şərait qurulub.

Zaqatala regionu üzrə bayram şənliyi Zaqatala şəhərinin “Tala Rooms” otel-restoranında təşkil edilib.

Bayram şənliklərində gözdən əlil uşaqlar üçün müyəssər oyun və “Gənc Tamaşaçılar” teatrının aktyorlarının iştirakı ilə təşkil edilmiş şou proqramlarla yanaşı, maraqlı musiqi nömrələri, viktorinalar, flaşmoblar, yemək və şirniyyat süfrəsi ,eləcə də, hədiyyələr təqdim edilib. 

Şənlikdə  yüzdən çox  uşaq və onları müşayiət edən valideynləri iştirak edib.

 

2023-12-24 18:30:07
3293 baxış

Digər xəbərlər

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb. APA-nın  məlumatına görə, Sərəncamda qeyd edilib ki, 2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur. "Yüksək amallara və humanist ideallara sadiq əsl vətənpərvər ziyalı kimi Əziz Əliyev şərəfli bir ömür yolu keçmiş və gələcək nəsillər üçün xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərmişdir. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdir. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdir. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirmişdir", - Sərəncamda bildirilib. Sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.  

Hamısını oxu
İlham Əliyev Moskva bəyanatına hansı dəyişikliyi etdi

Moskva görüşündə Prezident İlham Əliyev ortaq bəyanatın ilkin mətninə dəyişiklik edib.Publika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən yazır.Qəzet qeyd edir ki, ilkin mətn 5 maddədən ibarət olub: “Maddələrdən biri məhkumlar və itkin düşmüş şəxslərlə bağlı idi, lakin görüş zaman İlham Əliyev bu maddəni mətndən çıxarıb və yalnız Azərbaycanın maraqlarına uyğun formada saxlanılmasına nail olub”.Qeyd edək ki, müharibə başa çatandan (10 noyabr) sonra Azərbaycab Ordusunun Qarabağda keçirdiyi anti-terror əməliyyatı zamanı erməni hərbçilər əsir götürülüb. Rəsmi məlumata görə, Azərbaycanda 62 erməni hərbçi həbs edilib. Rəsmi Bakı bu şəxslərin Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb olunacağını açıqlayıb. Nikol Paşinyan da görüşdən sonra “hərbi əsirlərlə bağlı razılıq əldə olunmadı” deyə qeyd edib.Bu, erməni silahlıların hələ də qaldığı ərazilərin də Azərbaycan qanunvericliyi ilə idarə olunması məsələsində Bakının prinsipial mövqeyidir.Asif

Hamısını oxu
Bu gün şəhid Əhmədov Elmar Elşən oğlunun doğum günüdür

Elmar Əhmədov 2000-ci il iyunun 28-dəTovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elmar Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda   yerləşən “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə   iştirak edib. Elmar Əhmədov oktyabrın 14-də Füzuli döyüşləri  zamanı şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib. Noyabrın 19-da Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin   15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra  “ Vətən uğrunda ” medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin   25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra “Füzulunin azad olunmasına görə” medalı  ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidentı İlham Əliyevi 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra “ Şuşanın azad olunmasına görə” medalı  ilə təltif edildi.  

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevə

Hörmətli Eldar müəllim! Sizi doğma Vətənimizin çiçəklənməsinə həsr etdiyiniz dəyərli həyatınızın  əlamətdar və xoş günü olan Ad Gününüz - şərəflə yaşadığınız ömrünüzün 73-cü İldönümü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttəraova başda olmaqla çoxsaylı üzvlərimiz adından və öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkəmizin tərəqqisinə istiqamətlənmiş çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayıram! Siz bu gün hər bir səhifəsi Azərbaycan xalqına və dövlətinə xidmət nümunələri ilə zəngin olan ömrünüzün müdriklik zirvəsindəsiniz. Zəngin intellektə, güclü təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik bir şəxsiyyət kimi nəcib əməlləriniz, humanizminiz, yüksək mədəniyyətiniz və sadəliyiniz ilə insanların böyük sevgi və rəğbətini qazanmısınız. Vətənpərvər ictimai-siyasi xadim, dəyərli millət vəkili, nüfuzlu elm adamı və müdrik ağsaqqal olaraq Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, ölkəmizin tərəqqisi, rifahı və ali məqsədlərimizin reallaşdırılması yolunda əlinizdən gələni əsirgəmirsiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan Ağsaqqallar Şurası yeni inkişaf mərhələsinə qədəm qoymuş, təşkilatın fəaliyyəti dəfələrcə yüksəlmişdir. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi təşkilatçılıq və idarəçilik istedadınız, peşəkar təcrübəniz və zəngin potensialınızla respublikamızın xaricdə yüksək səviyyədə təmsil olunmasında, ölkəmizin inkişafı istiqamətində qanunların qəbul edilməsi və təkmilləşdirilməsində  xüsusi əməyiniz vardır.  Çoxşaxəli elmi fəaliyyətiniz və əldə etdiyiniz uğurlu nəticələr Sizə nüfuzlu alim kimi Azərbaycanda və ölkəmizdən kənarda böyük şöhrət qazandırmışdır. Əminik  ki, bundan sonra da Vətənimizin tərəqqisi naminə var qüvvənizlə çalışacaq, qarşıya qoyulan ali məqsədlərə çatmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hörmətli Eldar müəllim! Bir daha Sizi – doğma Azərbaycanımıza  dəyərli xidmətlər göstərən alicənab şəxsiyyəti, vətənpərvər ictimai-siyasi xadimi və nəcib ziyalını ölkəmizin daha da inkişafı və firavan gələcəyi naminə tükənməz enerji və sevgi ilə sərf etdiyiniz  həyatınızın 73-cü İldönümü münasibətilə ürəkdən təbrik edir, Sizə uzun və sağlam ömür, sevinc dolu günlər, əmin-amanlıq, səmərəli və əzmkar fəaliyyətinizdə davamlı nailiyyətlər diləyirəm!       Dərin hörmət və səmimiyyətlə,      Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı  Qüvvələr Veteranları Təşkilatının   sədr müavini, polkovnik                                                               Cəlil Xəlilov

Hamısını oxu