Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ermənistanın himayədarları regionda vəziyyəti gərginləşdirməklə özlərinə süni tələbat yaratmağa çalışırlar”

“Ermənistanı himayə edən beynəlxalq güclər onu təmas xəttində təxribatlara sövq etməklə regionda vəziyyəti gərginləşdirməyə, bununla da özlərinə süni şəkildə  tələbat yaratmağa çalışırlar”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, Ermənistanın ordumuza məhz öz himayədarlarının sifarişi ilə atəş açdığı heç kimə sirr deyil:

 

“Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək ona öz yerini göstərdi. Ordumuz, xalqımız, Müzəffər Ali Baş Komandanımız sübut etdi ki, himayədarlarının İrəvana verdiyi bunca dəstəyə baxmayaraq, Azərbaycan işğaldakı torpaqlarını azad etməyə, öz təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu baxımdan, 44 günlük Vətən müharibəsində hərbi potensialının 80%-dən çoxunu itirən Ermənistanın ordumuzun mövqelərinə yalnız öz iradəsi ilə atəş açması, təxribatlar törətməsi inandırıcı deyil. Bu, daha çox ermənipərəst dairələrin, xaricdəki böyük güclərin təhriki ilə həyata keçirilir. Onlar regiona yol tapmaq, buradakı mövcudluqlarına haqq qazandırmaq üçün çalışırlar ki, regionda yeni hərbi qarşıdurma yaratsınlar. Azərbaycanla Ermənistan yenidən üz-üzə gəlsin ki, onlar da bu qarışıqlıqdan istifadə edərək regionda möhkəmlənə, proseslərin axarına yön verə bilsinlər.

 

Şübhəsiz, Azərbaycan bütün bunları görür və anlayır. Lakin bu məsələdə  Ermənistan hakimiyyətinin də azad iradə nümayiş etdirməsi, onu təxribata sürükləyən güclərə qətiyyətlə “yox” deməsi vacibdir. İrəvan Qərbin, onun ayrı-ayrı dairələrinin əlində alət olmaqdan çıxmalı, kənar güclərin regiona müdaxiləsinə, bölgədə vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan unutmamalıdır ki, istənilən gəginlik sonunda Ermənistanın faciəsi ilə nəticələnəcək”.

 

Polkovnik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindən sonra daha da gücləndiyini, öz peşəkarlığını, hərbi-texniki təchizatını yeni mrəhələyə yüksəltdiyini bildirib:

 

“Azərbaycan Ordusu Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Vətən müharibəsi dövründəki ordu deyil. Ordumuz öz peşəkarlığını, hərbi-texniki təchizatını daha da yüksəldib. Silahlı Qüvvələrimiz mahiyyət etibarilə yeni, daha ali mərhələyə qədəm qoyub. Bu isə bizə imkan verir ki, xalqımızı, dövlətimizi, təhlükəsizliyimi təhdid edən istənilən təhlükəni dəf edək.

 

Ermənistan və onların havadarları da bilməlidirlər ki, Azərbaycan Ordusu istənilən təhdid və təxribatın qarşısını almağa qadirdir. Yeni bir qarşıdurma sadəcə Ermənistanı deyil, onun himayədarlarını da məyus edəcək, Azərbaycanın zəfər tarixini isə daha da zənginləşdirəcək”.

2024-08-30 11:59:20
2900 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında e.o general-mayor İsgəndər Allahverdiyevin ad günü təbrik edildi

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və Təşkilatın “Hüquq və kadrlarla iş” şöbəsinin müdiri professor Bəhram Zahidov e.o general-mayor İsgəndər Allahverdiyevi ad günü münasibəti ilə təbrik etdilər. Dövlət qarşısında xüsusi xidmətləri olan, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin ad günündə Təşkilatın sədri II Dünya müharibəsi veteranı Fatma Səttarova və kollektivi adından ən xoş arzular çatdırdılar, vətən naminə  fəaliyyətində yeni-yeni uğurlar dilədilər.

Hamısını oxu
ERMƏNİSTANIN TƏXRİBAT TÖRƏTMƏKDƏ MƏQSƏDİ NƏDİR?

Sentyabr ayı girəndən Ermənistan ard-arda təxribat törədir. Təxribatın səbəbini onların yeni qələbə qazanmaq istəyində, daha doğrusu yenidən müharibəyə məqsədli olduqlarında görürük. Ermənistanın bu terror cəhdlərinin onların məkirli niyyətlərindən xəbər verdiyini deyən hərbi ekspert Cəlil Xəlilov vəziyyəti açıqlayıb.   "Təbii ki, ermənilərin separatçı addımları, təmas xəttində törətdikləri ardıcıl təxribatlar, terror cəhdləri onların məkirli niyyətlərindən xəbər verir. Bütün bu faktlar onu göstərir ki, rəsmi İrəvan post-müharibə dönəmində formalaşan yeni status-kvo ilə razılaşmaq istəmir, nəyin bahasına olursa-olsun bu status kvonu dəyişməyə can atır. Buna görə də Ermənistan hakimiyəti erməni lobbisi və xaricdəki havadarlarının köməyi ilə bölgədə yeni gərginlik yaratmağa can atır. Bu məsələdə Ermənistandakı revanşist qüvvələr, xüsusilə də Köçəryan-Sərkisyan cütlüyü daha çox diqqət çəkir. Vaxtiylə Ermənistan rəhbərliyində tənsil olunan bu şəxslər mövcud gərginliklər fonunda öz siyasi ambisiyalarını təmin etməyə çalışır, bunun üçün geniş kütlələri Paşinyan rejiminin üzərinə qaldırmağa cəhd edirlər. Onlar erməni toplumunu inadırmağa çalışır ki, guya Paşinyan təslimçi sülhə hazırlaşır və onun yürütdüyü siyasət Ermənistanın maraqlarına uyğun deyil. Halbuki, Ermənistan üçün əsl fəlakət Köçəryan-Sərkisyan cütlüyünün Azərbaycanla qarşıdurma istəyidir".   Ekspert Azərbaycanın haqq üçün mübarizə apardığını, hətta ermənipərəst dövlətlərin bunu bildiyini, amma etiraf etmədiyini açıqladı. "Bu gün bütün dünya Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını bilir. Hətta ermənipərəst dövlətlər də həqiqəti etiraf etməslər də, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığından xəbərdardırlar. Azərbaycanın mediası və diplomatiyası dayanmadan bu həqiqətlər haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdadır. Təbii ki, ölkəmizin separatizmə, erməni yalanlarına qarşı aparıdğı mübarizənin başında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev gəlir. Dövlət başçısı hələ 44 günlük Vətən müharibəsinin gedişində beynəlxalq KİV-lərə verdiyi müsahibələrdə erməni yalanlarını ifşa etmiş, İrəvanın dezinformasiyalarına qarşı inkaredilməz faktlar, təkzibedilməz sübutlar ortaya qoymuşdur. İlham Əliyev dəmir məntiq və ciddi arqumentlərlə sübut etmişdir ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və bu mübarizədən dövlətimizi heç bir qüvvə çəkindirə bilməz. Bu həqiqət bu gün üçün də keçərlidir. Ermənistandakı revanşist qüvvələr anlamalıdırlar ki, əgər təxribatlara davam edərlərsə, o zaman Azərbaycanın cavabı sərt və amansız olacaq. Belə bir cavab üçün Azərbaycanın hər cür imkanı var və zərurət yaranacağı təqdirdə ölkəmiz bu imkandan istifadə edəcək".   Çinarə Muradova

Hamısını oxu
Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar. Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb. Əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.   Müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb. Hərbi qulluqçularla görüşlər zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətin diqqətinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkənin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışılıb. K.Əliyev tərəfindən hərbi xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub. Sonra hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında onları maraqlandıran suallar cavablandırılıb.                  

Hamısını oxu
Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi haqqında qərar mənasız qərardır

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) səmərəli, sosial əhəmiyyətli fəaliyyəti fonunda Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarı mənasız qərar təsiri bağışlayır. Bu qərar üçün rəsmi əsas ÜAK Nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması elan edilib. Bu, qeyri-məntiqi və qondarma qərardır. ÜAK Nizamnaməsini Rusiya qanunvericiliyinə uyğunlaşdırmaq üçün bir neçə saat peşəkar hüquqi iş kifayətdir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, istefada olan polkovnik Cəlil Xəlilov söyləyib. C.Xəlilov qeyd edib ki, 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ümumrusiya Azərbaycanlılar Konqresi yaradılıb. ÜAK Rusiya ərazisində 2 milyondan çox azərbaycanlını əhatə edən ictimai təşkilatları öz sıralarında birləşdirib. Konqres bu illər ərzində Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafına kömək edib, həmvətənlərimizin Rusiya mədəniyyətinə, ənənələrinə və qanunlarına uyğunlaşmaşına fəal yardım göstərib, Rusiya azərbaycanlılarının təhsili, hüquqlarının və etnomədəni maraqlarının müdafiəsi məsələlərinə diqqət yetirib. Azərbaycanda rus dilinə, rus mədəniyyətinə, Rusiya ilə tarixi əlaqələrə qayğı ilə yanaşırlar. Bu baxımdan Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiya Federasiyası Ali Məhkəməsinin “hüquqi” addımını Azərbaycan ilə Rusiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin sarsıdılması, ölkələrimizin xalqlarının bir-birindən uzaqlaşması üçün ermənipərəst dairələr tərəfindən provokasiya məqsədi ilə törədilən siyasi təxribat hesab edir. Ali Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib və biz çox ümid bəsləyirik ki, Rusiya Federasiyasının ictimaiyyəti, hökuməti və Prezidenti kənarda durmayacaq və öz kəsərli sözlərini deyəcəklər.

Hamısını oxu