Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var

Regionun lider dövləti, güc mərkəzi olan Azərbaycan indiyədək çoxsaylı tarixi və möhtəşəm uğurlara imza atıb. Ölkəmizin yüksəlişini və tərəqqisini təmin edən əsas amil uğurlu strateji kursdur. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara, dövrün çağırışlarına əsaslanan siyasəti respublikamızın xaos və tənəzzüldən xilas olaraq rifah və inkişaf yoluna çıxmasını şərtləndirib. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev isə xalqımıza bir çox ilklər yaşadıb, bənzərsiz nailiyyətlər qazandırıb, ən əsası, Azərbaycanı Zəfər zirvəsinə yüksəldib. Azərbaycanın Birinci vitse-prezidenti, YAP Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dövlətçilik maraqlarına, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti də ölkəmizin gücünü artıran, dünyadakı mövqeyini möhkəmləndirən müstəsna amildir. Başqa sözlə, Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var.

Mehriban xanım Əliyevanın fəaliyyəti həm çoxşaxəli, həm də məqsədyönlüdür. O, hələ Birinci vitse-prezident təyin edilməmişdən öncə ölkənin siyasi həyatında fəal iştirakı ilə Azərbaycanın inkişafına, sosial məsələlərin həllinə mühüm töhfələr verib. Mehriban xanım Əliyeva millət vəkili kimi fəaliyyət göstərərkən milli maraqları daim üstün tutub, mühüm təşəbbüslərlə çıxış edib, xalqa və dövlətə ləyaqətlə xidmət edib. Təsadüfi deyil ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ona yüksək etimad göstərib. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə etməklə yanaşı, Azərbaycanın coğrafi sərhədləri ilə məhdudlaşmır, beynəlxalq əhəmiyyət daşıyır.

Birinci xanımın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın mədəni irsinin, milli mədəniyyət nümunələrinin dünya miqyasında təbliği istiqamətində də çox mühüm addımlar atılır. Önəmli nüanslardan biri budur ki, artıq tarixdə qalmış münaqişə ilə bağlı həqiqətlərin təbliği, Xocalı soyqırımının dünyada tanıdılması ilə əlaqədar görülən işlər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini şərtləndirib və tarixi Qələbəmizi təmin edən çox mühüm amillərdən biri olub.

Bunlarla yanaşı, Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi fəaliyyətini uğurla davam etdirir. Onun partiyanın güclənməsində, inkişafında xüsusilə, gənclərin, qadınların partiyaya üz tutmasında böyük rolu var.

Birinci vitse-prezidentin gördüyü işlər vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, idarəetmədə çevikliyin və funksionallığın artırılması, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından əlamətdardır. Xüsusilə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlilliyi olan şəxslərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və digər həssas kateqoriyadan olan insanlara xüsusi qayğı ilə yanaşılması təqdirəlayiqdir.

Azərbaycanın birinci xanımının fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. O, müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bu, Mehriban xanım Əliyevanın milli məzmunlu, beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Mehriban xanım Əliyevanın cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi fəaliyyətini uğurla davam etdirməsi xalqımıza rifah, inkişaf və qalib Azərbaycana yeni uğurlar, qələbələr, bir sözlə, parlaq perspektivlər vəd edir.

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

2022-08-26 10:03:00
804 baxış

Digər xəbərlər

Cəlilabadda soyqırım qurbanlarının xatirəsi yad olunub

30 mart 2026-cı il tarixində  Cəlilabad  rayon Veteranlar Təşkilatı 31 Mart -  Azərbaycanlıların Soyqırımı Günü ilə ilə bağlı  mötəşəm tədbir keçirib. Tədbirdə şəhid ataları, Əmək və Müharibə veteranları, tanınmış ziyalılar iştirak ediblər. Anım tədbirindən öncə soyqırım qurbanlarının, həmçinin dövlətimizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman 1918-ci ilin mart ayından başlayaraq xalqımıza qarşı törədilmiş soyqırım fəlakətindən danışıb və qeyd edib ki, Bakıda, Naxçıvanda, Lənkəranda və ayrı-ayrı bölgələrdə  rus-erməni cəlladları tərəfindən 50 mindən çox soydaşımız qətlə yetirilib. 31 Mart Soyqırımı xalqımızın qan yaddaşıdır və biz bunu heç zaman unutmamalıyıq. ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev, şəhid Məzahir Ağayevin atası Fazil Ağayev, istefada olan polis polkovniki Rəsul Bayramov,  Heydər Ata mükafatı laureatı şair Gülbala Teymur, Milli Cəbhə partiyası rayon təşkilatının sədri Nadir Şükürov, Qarabağ qaziləri ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, tanınmış şairlər İman Abdulla, Sakit Üçtəpəli, ictimai fəal Zaman Qarayev və başqaları çıxış edərək zaman-zaman xalqımızın başına gətirilmiş faciələrdən söz açıblar. Vurğulayıblar ki,  xalqımıza qarşı edilmiş soyqırım hadisələrinə 1998- ci ildə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib və hər il  Martın 31-də Soyqırım qurbanları ölkəmizdə böyük ehtiramla yad olunur. Sonda qeyd edilib ki, belə tədbirlərin müntəzəm keçirilməsi xalqımızın tarixinə hörmət və ehtiramın ifadəsi olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna rol oynayır.

Hamısını oxu
Zərdabda “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib

Hamısını oxu
“Azərbaycan dili milli - mənəvi sərvətimizdir” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 18 fevral 2022 – ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Azərbaycan dili milli - mənəvi sərvətimizdir” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd milli - mənəvi sərvətimiz olan ana dilimizin qədimliyi , zənginliyi barədə məlumat vermək, bu dildə yazıb yaradan yazıçıların, şairlərin dilə verdiyi diqqəti, qayğını və dəyəri uşaqların nəzərinə çatdırmaqdır. Tədbirdə ana dilinə həsr olunmuş videoçarx nümayiş olunub.Tədbir zamanı “İntellekt - Azərbaycan dili ”,” İntellekt - Rus dili ”, “İntellekt - İngilis dili ” və “Erudit” dərnəklərinin üzvləri şeir kompozisiyaları və səhnəciklərlə çıxış ediblər. Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullaueva mərkəz əməkdaşları və dərnək üzvləri, AMEA Nəsimi adına Dilçilik İnsitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mahmudova Qətibə və AMEA Nəsimi adına Dilçilik İnsitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, Türkiyə və Şimali Kipr Türk Respublikası üzrə kordinatoru Kəmalə Ələkbərova iştirak ediblər.  

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir. Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu