Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bu təxribat bir daha göstərdi ki, Ermənistan regionda sülhün bərqərar olmasında maraqlı deyil”

Arzu Nağıyev: “Rəsmi İrəvanın bu kimi təxribatlarla nəyəsə nail olması mümkünsüzdür”

Sentyabrın 12-də erməni hərbçilərinin sərhəddimizdə törətdiyi irimiqyaslı təxribat cəhdi bir daha göstərdi ki,  Ermənistan regionda sülhün bərqərar olmasında maraqlı deyil və vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışır”.

Veteran.gov.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasıdna millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili qeyd edib ki,  44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan bu kimi təxribatlarla nələrəsə nail olmağa çalışır ki, bu da məntiq və mövcud reallıqdan tamamilə uzaqdır:

“44 günlük Vətən müharibəsində darmadağın edilən və öz hərbi potensialının 80%-ni itirən Ermənistan ordusu 30 il işğal altıdna saxladığı torpaqlardan qovulsa da, erməni hərbi-siyasi rəhbərliyi, eləcə də erməni cəmiyyətindəki revanşist qüvvələr məğlubiyyətlə barışmaq, yeni status-kvonu qəbul etmək istəmir. Məhz bu səbəbdən də post-müharibə dönəmində çoxlu sayda təxribatlara əl atan erməni ordusu, bu gün də təxribatlarından əl çəkmir, bununla hansısa məqsədlərinə nail olmağa cəhd edir. Lakin rəsmi İrəvanın bu kimi təxribatlarla nəyəsə nail olması mümkünsüzdür. Əksinə, Ermənistan belə təxribatlarla öz vəziyyətini daha da mürəkkəbləşdirir və özünü daha çıxılmaz vəziyyətə salır. Azərbaycan ordusu hər cür təhdid və təxribatın qarşısını almağa hazırdır və öz missiyasını çox böyük müvəffəqiyyətlə həyata keçirir. Ermənilərin sentyabrın 12-də törətdiyi təxribata ordumuzun verdiyi qətiyyətli cavab buna nümunədir. Dövlət başçısının hər zaman söylədiyi kimi, “Dəmir yumruq” yerindədir və Azərbaycan lazım gələrsə, növbəti dəfə bu yumruğun əzəmətini göstərəcəkdir”.

Seymur ƏLİYEV

2022-09-13 11:49:00
805 baxış

Digər xəbərlər

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ipoteka borcu ödənildi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ev problemi həll olunub.   AZXEBER.COM xəbər verir ki, bu barədə "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.   Məlumata görə, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından, ailə ödənişi etməkdə çətinlik çəkib. Bu səbəbdən ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət olunub. Müraciət tez bir zamanda cavablandırılaraq ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.

Hamısını oxu
Yolun davamı

Hamısını oxu
“Gələcəyimizə çıraq ol” sosial layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 6 may 2023-cü il tarixində “Gələcəyimizə çıraq ol” sosial layihəsi şagirdlər üçün növbəti tədbirini Şamaxı rayonu Qaleybuğurd kənd orta məktəbində həyata keçirmişdir. Layihənin məqsədi respublikamızın ucqar kəndlərində yaşayan və sosial cəhətdən həssas qrupa daxil olan, o cümlədən az təminatlı, valideyn himayəsindən məhrum aşağı siniflərdə təhsil alan məktəbli uşaqların asudə vaxtının səmərəli təşkili, dünyagörüşü, müasir texnologiyalardan istifadə imkanları ilə bağlı biliklərinin artırılmasına təmənnasız yardımçı olmaqdır. Layihə rəhbəri Jalə Qurbanlı və BXA-nın müəllimi Aygül Qurbanovadır.  

Hamısını oxu
“Ağdamın siyasi yolla azad olunması Prezident İlham Əliyevin diplomatik qələbəsidir”

Bu gün 20 noyabr – Ağdam Şəhəri Günüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov  Ağdam şəhərinin üç il bundan öncə siyasi yolla azad edilməsinin əhəmiyyətinə toxunub: “2020-ci ilin 20 noyabr tarixində Ağdam şəhərinin erməni işğalından siyasi yolla – bir güllə belə atılmadan azad edilməsi Prezident İlham Əliyevin diplomatik qələbəsidir və bu qələbə dövlətimizin hərbi müstəvidə olduğu kimi, siyasi müstəvidə də son dərəcə güclü olduğunu sübut edir. Ali Baş Komandan Ağdamın diplomatik yolla azadlığına nail olmaqla Silahlı Qüqvvələrimizin hərbi uğurlarını siyasi müstəvidə də davam etdirdi. Bütün dünya Azərbaycanın hərbi qələbələrinin diplomatik platformada davamına şahid oldu”. Polkovnik qeyd edib ki, dövlət başçısı Ağdamın siyasi yolla azadlğına nail olmaqla, həm də çoxlu sayda hərbçimizin həytatını xilas etdi: “Ağdamın 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq diplomatik yolla azad edilməsinin hərbi baxımdan da mühüm nəticələri oldu. Belə ki, şəhərin döyüşsüz alınması yüzlərlə, minlərlə hərbçimizin həyatını xilas etdi, əlavə itkilərdən qaçmağa imkan verdi. Dövlət başçısı bununla bir daha Azərbaycan hərbçisinə, onun həyatına və təhlükəsizliyinə necə böyük önəm verdiyi ortaya qoydu. Bu fakt bir daha sübut etdi ki, Ali Baş Komandan üçün hər bir əsgərin, hər bir zabitin həyatı əzizdir və Vətən müharibəsi dönəminin hər bir anında dövlət başçısı bu amilə çox böyük həssaslıqla yanaşıb. Mən Ağdam Şəhəri Günü münasibətilə xalqımızı təbrik edirəm .Əminəm ki, qısa zamanda  doğma Ağdamımızın yenidən çiçəklənməsinə şahid olacaq, onun tərəqqisi ilə fəxr edəcəyik”.  

Hamısını oxu