Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad rayon Veteranlar Təşkilatı kitab təqdimatı keçirib

Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının  Cəlilabad Rayon Təşkilatının təşkilatçılığı ilə “Tut bağı” istirahət mərkəzində Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhmədin yeni kitabının təqdimatı keçirilib. Tədbirdə təşkilatın idarə heyətinin üzvləri, şəhid ataları, qazilər, əmək və müharibə veteranları, ictimai birliklərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar tərəfindən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təqdimat mərasimini Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov giriş sözü ilə açaraq təşkilatın gördüyü işlər barədə məlumat verdikdən sonra yazıçı Qurban Əhmədin həyat və yaradıcığı haqqında geniş  danışııb, rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini xüsusi vurğulayıb və ona  Cəlilabad rayon Veteranlar Təşkilatının Fəxri fərmanını təqdim edib.

Tədbirdə təşkilatın İdarə Heyətinin üzvləri Mirzəbala Hüseynov, Əfrahim Abbas, Yusif Əzimov, Mirdamət Muradov, şəhid atası Əsədxan Həşimov, əmək və müharibə veteranları Əsəd Əliyev, Adil Hüseynov, Sahib Əliyev, Həsən Mirzəyev, Cəlilabad şəhər nümayəndəliyinin rəsmisi İlqar Mirzəyev, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Salamat Nəcəfov, pedaqoji işçilərdən Dadaş Bayramov, Xəlil Fərəməzoğlu, Tarix Vüsallı,  “Gücümüz dəmir yumruqdadır” ictimai birliyinin   Cənub bölgəsi üzrə sədri İlham Əliyev, “Cəlilabad Ziyalıları İctimai Mühitin Demokratik İnkişafına dəstək” ictimai birliyinin sədri Əzizxan Əzizxanlı, Maşlıq kənd məsçidinin axundu Kamran Sadıqov, mədəniyyət işçilərindən Xeyrulla Şahbazov, Ramin İbrahimov, Telman Əsgərov, şair-yazıçılardan Əlövsət Tahirli, Mikayıl İnçəçaylı, Əfsanə Soltan, Məhəmməd Əliabadlı və başqaları çıxış edərək rayon Veteranlar Təşkilatının gördüyü xeyirxah işləri yüksək qiymətləndiriblər və Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhmədin yeni kitabı  haqqında öz ürək sözlərini deyiblər, ona yaradıcılıq uğurları arzulayıblar.

Veteran müəllim Yusif Əliyev isə bitki toxumları ilə hazırladığı “Şəhidlər ölməz, Vətən bölünməz” tablosunu yazıçıya hədiyyə edib.

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun tapşırığı ilə tədbirdə iştirak edən İcra Hakimiyyətinin baş məsləhətçisi Varid Əsgərov rayon Veteranlar Təşkilatının fəaliyyəti haqqında xoş sözlər deyib, Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhmədə ədəbi və ictimai fəaliyyətində nailiyyətlər arzulayıb..

Sonda xatirə şəkilləri çəkdirildi.

2022-09-26 18:41:00
984 baxış

Digər xəbərlər

FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə "İnşaatçılar Günü" münasibətilə tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında 10 aprel 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 10 aprel - İnşaatçılar Günü münasibətilə tədbir keçirilib. Dövlət Himninin sədləndirilməsi ilə tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan inşaatçılarının fədakar əməyindən söz açaraq onların fəaliyyətini yüksək qiymətləndirmiş, ölkə ərazisində aparılan tikinti-quruculuq işlərinə Fövqəladə Hallar Nazirliyinin sözügedən sahədə çalışan əməkdaşlarının da xüsusi töhfə verdiklərini vurğulayaraq onları peşə bayramı münasıbətilə təbrik edib. Mehman İsmayılov çıxışı zamanı qeyd edib ki, hər il ölkə inşaatçılarının peşə bayramının təntənəli şəraitdə qeyd olunması dövlət başçısı cənab İlham Əliyevın tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir. Natiq, ölkəmizin böyük tikini meydançasına çevrildiyini xatırladaraq aparılan tikinti-quruculuq, bərpa-abadlıq işləri nəticəsində şəhər və kəndlərimizin simasının gözəlləşdiyini vurğulamış, bütün bu nailiyyətlərdə FHN-in aidiyyəti qurumların böyük payı olduğunu diqqətə çatdırıb. Toplantıda çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Bəxtiyar Tağıyev olkəmizdə son illərdə həyata keçirilmiş və hazırda davam etdirilən tikinti işləri barədə geniş məlumat veribdir. Agentliyin fəaliyyətinə toxunaraq qeyd edib ki, rəhbərlik etdiyi qurum yaradıldığı gündən bu günə kimi, tikinti təhlükəsizliyi normalarına riayət olunması sahəsində qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından ötrü bütün zəruri addımları atmış və hazırda da bu sahə ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilərək tətbiq olunur, son texnoloji yeniliklərdən istifadə edilir. Tədbirdə çıxış edən Agentliyin əməkdaşları da hər il aprelin 10-nun ölkədə "İnşaatçılar günü" kimi bayram edilməsini Azərbaycan Prezidentinin bütövlükdə tikinti kompleksi işçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə verdiyi yüksək dəyər kimi qiymətləndirmişlər. Tədbirdə "İnşaatçılar Günü" münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının İcraiyyə Komitəsi tərəfindən agentliyin, aparat və qurumlarında həmçinin FHN-nin Əsaslı Tikinti İdərəsində çalışan, xidməti fəaliyyətində fərqlənən inşaatçılar, həmçinin yubiley yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş 40 əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.  

Hamısını oxu
Din cəmiyyətdən və cəmiyyət dindən nə istəyir?

Dinlə bağlı düşündükdə ilk ağlıma gələn suallardan biri belədir: Din cəmiyyətdən nə istəyir və cəmiyyət dindən nə istəyir? Dini mətnlərə, dinin bu günə kimi olan seyrinə nəzər saldıqda bu sualın cavabı və ya cavabları sadədir. Din qəlizliyi sevmir. Mahiyyətindən uzaqlaşdırıldıqda zərər görür və ya zərər üçün vasitəyə çevrilir. Dinlərə görə dəyişsə də, dinin mahiyyəti Yaradanın varlığı və buyuruqları, yaradılanın səadəti, məsuliyyəti və hüdudları, digər yaradılmışlarla münasibəti və sairdən ibarətdir. Dini radikallığa, fanatizmə, aqressiyaya və s. yönləndirməyin nəticələrini hamı bilir. Bununla yanaşı onu əsas məqsədindən uzaqlaşdırıb sadəcə akademik həyata həbs etmək də dinə kənardan baxış deməkdir. Müasir dövrdə dinin akademik sahəyə yox, bu dövrün özü ilə gətirdiyi fərdi və ictimai problemlərlə mübarizəyə yönəldilməsi zəruridir. Fəzlur Rəhmanın da dediyi kimi əks təqdirdə cəmiyyətlər psixoloji dəstək dərmanlarına getdikcə daha çox ehtiyac duyacaq və bunları ovuc-ovuc içəcəkdir. Əsas hədəfi şəxsiyyət, bəşəri münasibətlər, metafizika və s. olan dini başqa istiqamətlərə çəkmək müasir dövrdə daha da əhəmiyyətsizləşib. Danimarka və Hollandiya kimi kiçik ölkələrin dünya kənd təsərrüfatındakı payı ortada ikən, " Hicri I əsrdə kənd təsərrüfatı" adlı bir araşdırma aparmaq türklər demiş "abesle iştiqal"dan başqa bir şey deyildir. İstehlak tarixi bitən mövzuları "elmi çərçivə"yə salaraq yeni kimi təqdim etməyin istehsalata bir faydası yoxdur.Mehman İsmayılov- Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru

Hamısını oxu
“Müasir Ermənistan Fransa hərb sənayesinin nəhəng deposuna bənzəyir”

Cəlil Xəlilov: “Rəsmi Paris Ermənistanın silahlandırılmasını özünün əsas xarici siyasət kursu elan edib”   “Müasir Ermənistan Fransa hərb sənayesinin nəhəng deposuna bənzəyir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən pokovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Fransa tərəfindən Ermənistanın ölümcül silahlarla təchiz edilməsi ancaq və ancaq Cənubi Qafqazda mövcud vəziyyəti gərginləşdirməyə xidmət edir:   “44 günlük Vətən müharibəsindən sonra Fransa Ermənistanı silahlandırma kursu götürüb ki, bu siyasət günümüzdə də davam etməkdədir. Bugünlərdə mətbuatda yer alan məlumatlarda vurğulandı ki, Fransa Ukraynada istehsal etdiyi hərbi sənaye məhsullarının 30%-ə qədərini Ermənistan üçün ayırır. Bu, olduqca böyük rəqəmdir və Fransanın Ermənistanı silahlandırmaq tempini durmadan artırdığını göstərir. Həmçinin, bütün bunlar göstərir ki, rəsmi Paris Ukraynada olduğu kimi, dünyanın digər bölgələrində də qaynar nöqtələrin yaradılmasında maraqlıdır.   Fransanın Ermənistanı silahlandırması, onu müasir hərbi-sənaye məhsulları ilə təmin etməsi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə, hərbi qarşıdurma ehtimalını artırmaqdadır. Əgər bölgədə hər hansı qarşıdurma baş verərsə, bunun məsuliyyəti İrəvanla yanaşı, həm də rəsmi Parisin üzərinə düşəcək”.   Cəlil Xəlilov qeyd edib ki, Fransa Ermənistanı silahlandırmaq siyasətindən imtina etməli, sülh  prosesinə zərər vurmaqdan əl çəkməlidir:   “10 noyabr 2020-ci il Bəyanatından bir neçə il ötsə də, Ermənistan sülh müqaviləsi imzalamaq istəmir, bundan müxtəlif vasitələrlə yayınmağa çalışır. Rəsmi İrəvanı sülhdən çəkindirən, onu təxribat və avantüralara həvəsləndirən əsas amillərədn biri isə Fransanın ona göstərdiyi hərbi-siyasi yardımdır. Məhz bu kimi yardımlar Ermənistanda revanşizm əhval-ruhiyyəsinin alovlanmasına təkan verir, yeni qarşıdurma riskini yüksəldir. Buna görə də, Fransa bu məsələdə öz məsuliyyətini dərk etməli, sülh və təhlükəsizliyə xələl gətirən silahlandırma siyasətindən imtina etməlidir. Əks təqdirdə, bu, Fransa tərəfindən yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa və bəşəriyyətə qarşı cinayət demək olacar”.

Hamısını oxu
“Ağdam səfəri əsnasında erməni vəhşiliyi ilə yanaşı, nəhəng quruculuq prosesinə şahid olduq”

Cəlil Xəlilov: “Qarabağımızın bərpasını arzulayan hər kəsi Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməyə səsləyirəm”   “Biz quruculuq prosesinin tamaşaçısı deyil, iştirakçısı qismində çıxış etməliyik”   Dünən  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 70-dən artıq QHT nümayəndəsinin Ağdama səfəri təşkil olunub. Səfərdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlkilov da iştirak edib.   Saytımıza açıqlamasında səfərlə bağlı təəssüratını dilə gətirən polkovnik Cəlil Xəlilov, belə səfərlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğualyıb:   “30 ilə yaxın işğal altında qalan rayonlarımızda Ermənistanın böyük vəhşiliklər törətdiyi, hər şeyi məhv etdiyi, amansızcasına taladığı məlumdur. Ağdam şəhəri də uuzn illər ərzində erməni faşizminin talıanına məruz qalıb. Şəhər erməni işğalçıları tərəfindən tamamilə dağıdılıb, məhv edilib. Bu talanın, bu vəhşiliyin miqyası həddindən artıq böyükdür. Odur ki, Vətən müharibəsi başa çatsa da, erməni vəhşiliyinin büqtün dünyada ifşası prosesi davam etdirilməli, erməni faşizminin anti-insani mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.   Səfər əsnasında bizi  sevindirən məqmalar da oldu. Bu məqamlardan biri dövlətimizin qısa müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda mühüm layihələrə start verməsi oldu.  Səfər əsnasında işğaldan azad edilmiş ərazilərdə yeni yolların çəkilməsinə, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradıldığına şahid olduq. Görülən işlərin miqyas və keyfiyyəti söyləməyə əsas verir ki, prezidentimizin rəhbərliyi altında qısa zamanda işğaldan azad edilmiş ərazilər daha müasir şəkildə bərpa ediləcək, Qarabağ və ətraf rayonlarımız öz əzəli gözəlliyinə qovuşacaq Təbii, bu işdə hər birimiz dövlətimizə, Ali Baş Komandan dəstək verməli, əlimizdən gələni əsirgəməməliyik.   Qarabağımızın bərpa olunmasında, dirçəlməsində iştirak etmək istəyən, bu müqəddəs işə töhfə verməyə çalışan hər bir vətəndaş Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu prosesdə çox asanlıqla iştirak edə bilər. Bunun üçün Qarabağ Dirçəliş Fondu tərəfindən hər cür imkan yaradılıb.  Biz hamımnız üçün doğma olan bu Fonda dəstək verməklə öz arzularımızı reallaşdıra bilərik.   Bunu da qeyd edim ki, Qarabağ Dirçəliş Fondu qarşısında duran əsas vəzifələrdən biri, həm də erməni faşizmi tərəfindən məhv edilən meşələrimizin bərpasıdır. Biz Qarabağımızın füsunkar təbiətini bərpa etmək, onun flora və fauna aləminin zənginliyini təmin etmək istəyiriksə, Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməli, quruculuq prosesinin tamaşaçısı deyil, iştirakçısı qismində çıxış etməliyik”.   Seymur ƏLİYEV

Hamısını oxu