Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Soydaşlarımız Böyük Vətən Müharibəsi veteranını təbrik ediblər

Sentyabrın 28-də Böyük Vətən Müharibəsinin əfsanəvi veteranı, 95-ci Qvardiya atıcı diviziyasının tibb tağımının həkim-təlimçisi Mariya Mixaylovna Roxlinanın 98 yaşı tamam oldu.

“Diaspornews.az” xəbər verir ki, Mariya Mixaylovnanı ad günü münasibətilə azərbaycanlılar adından evində təbrik etmək üçün “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Əli Kazımov və təşkilatın üzvü İrina Silina gediblər. Əli Kazımov və İrina Silina Azərbaycanın Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və“Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti”nin təbrik məktublarını oxuyublar.  Təbriklərdə möhkəm cansağlığı, işlərində uğurlar arzuları səsləndirilib.
Həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova  və Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov onlayn olaraq da Mariya Mixaylovnanı ad günü münasibətilə təbrik ediblər.

 

2022-09-28 14:17:00
986 baxış

Digər xəbərlər

CƏLİL XƏLİLOV: “Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri portalımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, terror qrupu ilə bağlı informasiyanın əldə edilməsi, əməliyyatın yüksək  məxfiçilik şəraitində peşəkarlıqla yerinə yetirilməsi DTX-nın yüksək hazırlıq səviyyəsindən xəbər verir:  “Qusar ərazisində məskunlaşan və burada gələcək terror fəaliyyətləri üçün hazırlıq işləri həyata keçirən terror qrupu ilə bağlı informasiyaların əldə edilməsi, bu informasiyalar əsasında qısa zamanda effektli əməliyyatın təşkili dövlətimizin, güc orqanlarımızın adına böyük uğurdur. Bu fakt bir daha sübut edir ki, ölkəmizin xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir və onlar istənilən təhdidin qarşısını vaxtında almağa, onu elə hazırlıq mərhələsindəcə ifşa etməyə qadirdir. Mən buna görə DTX və DİN-ə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Bununla yanaşı, qeyd etmək lazımdır ki, baş verən bu hal beynəlxalq anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı məkirli planlarından xəbər verir. Bu fakt sübut edir ki, bu gün də bəzi düşmən qüvvələr ölkəmizdə dincliyi, sabitliyi pozmağa, ölkə daxilində gərginlik yaratmağa çalışır. Doğrudur, güc orqanlarımız bütün bu təhdid və təhlükələrin qarşısını böyük peşəkarlıqla almaqdadır, lakin dövlətimizi, dövlətçiliyimizi, konstitusion quruluşumuzu hədəf alan bu təhlükələrə qarşı mübarizə aparmaq yalnız hüquq-mühafizə orqanlarımızın deyil, hər birimizin borcudur. Bu məsələdə hər bir qurum, hər bir vətəndaş ayıq-sayıq olmalı, dövlətimizə, aidiyyati qurumlara dəstək verməlidir. Yalnız belə olduğu halda biz hər cür kənar təhlükələrdən sığortalana, özümüzü tam təhlükəsizlikdə hiss edə bilərik.” Cəlil Xəlilov daha sonra əminliklə bildirib ki, heç bir xarici qüvvə Azərbaycanımızın inkişaf yoluna mane ola bilməyəcəkdir: “Dövlətimizə qarşı düşmən mövqedə dayanan bədxahlar bilməlidir ki, Azərbaycan sözün həqiqi və bütün mənalarında güclü dövlətdir. Dövlətimizin və xalqımızın təhlükəsizliyinə zərrə qədər də olsun təhdid yaradan hər bir məkirli əməlin qarşısı xüsusi xidmət orqanlarımız tərəfindən qətiyyətlə alınacaq və heç bir qüvvə respublikamızın tərəqqisinə, rifahına mane ola bilməyəcək”.   “Ədəbiyyat və incəsənət” (06.02.2025)  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Rusiyada keçirilən beynəlxalq tədbirdə layiqincə təmsil olunub

19-24 may 2019-cu il tarixlərində Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Moskva  şəhərində  Rusiya  Veteranlar  İttifaqı Koordinasiya Şurasının növbəti iclası  və "Qələbənin Varisləri" Beynəlxalq İttifaqın tədbirində iştirak edib. Azərbaycanı təmsil edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakından, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrindən, qanlı döyüşlərdə qəhrəmancasına vuruşan 700 minə yaxın soydaşımızdan 350 mininin həyatlarını itirməsindən danışıb. Gələn il Qələbəninin 75 illiyi əlaqədar Respublikamızda həyata keçiriləcək tədbirlərə hazırlıq barəsində geniş məlumat verib. C.Xəlilov, həmçinin Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulayıb. O, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizdə veteranlara diqqət və qayğısını beynəlxalq təşkilatların diqqətinə çatdırıb.

Hamısını oxu
TƏBİB və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında memorandum imzalandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov və Komitə sədrinin müavini Fuad Hüseynov imzalayıblar. Memorandum tərəflər arasında işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini, koordinasiya prosedurlarını müəyyən edir. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtmalarının böyük tarixi hadisə olduğunu bildirib. V.Qurbanov tərəflər arasında görüşlər, məsləhətləşmələr və danışıqlar prosesində məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı əməkdaşlığın digər formalarına da baxıla biləcəyini deyib. O, öz yurdlarına qayıdan vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi istiqamətində bundan sonra da qarşılıqlı əməkdaşlıq ediləcəyini qeyd edib. Köçürülən şəxslərin könüllülük prinsipi əsasında ümumi müayinə və yoxlanışlarının, habelə laborator, instrumental və digər tibbi müayinələrinin aparıldığını vurğulayıb: “Zəngilan rayonun Ağalı kəndində müasir standartlara cavab verən ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) istifadəyə hazır vəziyyətdədir. Ailə sağlamlıq mərkəzinin tibbi personalı 26 iyul tarixindən etibarən Ağalıya köçürüləcək. Hazırda təcili və təxirəsalınmaz tibbi yardım briqadası sakinlərə xidmət göstərir”. Çıxış edən Komitə sədrinin müavini Fuad Hüseynov bildirib ki, məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülüb. İşğaldan azad olunmuş ərazilərdə sakinlərin dayanıqlı məskunlaşması üçün əlverişli yaşayış mühiti yaradılıb. Məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı istiqamətində işlər həyata keçirilir. Dövlət Komitəsi tərəfindən Zəngilan rayonunun Ağalı kənd sakinlərinin yeni yaşayış sahələrinə köçürülməsinin birinci mərhələsinə artıq yekun vurulub. 41 ailə - 201 nəfər Ağalı sakini doğma yurduna köçürülüb. İşğal altında saxlanılan ərazilərin bərpası və yenidənqurulması, bu yerlərin ən abad guşələrə çevrilməsi, eyni zamanda geri qayıdan məcburi köçkünlərin rahat, təhlükəsiz yaşayışının təmin edilməsi dövlətin prioritetlərindəndir və onlara dəstək tədbirləri davam edəcək. Belə ki, mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirləri onların əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir. Məlumat üçün qeyd edək ki, TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən, müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması baş tutacaq. Memorandumun müddəti imzalandığı tarixdən üç il ardıcıl davam edəcək.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Anım Günü ilə bağlı ağacəkmə aksiyasında iştirak edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Anım Günü ilə bağlı ağacəkmə aksiyasında iştirak edib. Anım Günü ilə əlaqədar olaraq İkinci Şəhidlər Xiyabanını ziyarət edən  Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov və bir qrup veteran Xiyaban ərazisində ağaclar əkib, şəhidlərə olan sevgi və ehtiramlarını bildirib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərin xatirəsinin bu şəkildə anılması gözəl bir ənənədir və bu ənənə şəhdilərimizə ehtiram əlaməti olmaqla yanaşı, ölkəmizin yaşıllaşdırılması, ekoloji mühitin yaxşılaşmasına da mühüm töhfə verir. Məlumat üçün qeyd edək ki, respublikamızın müxtəlif bölgələrində Anım Günü ilə əlaqədar olaraq ağacəkmə aksiyaları keçirilməkdədir.  

Hamısını oxu