Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İctimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin inkişafına töhfə verəcək

Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin keçirilməsi təqdirəlayiqdir.

2019-cu ilin sonlarında idarəetmə sistemində aparılan uğurlu islahatlar çərçivəsində ictimai–siyasi sektora dövlətin yeni baxışı formalaşdı. Əvvəllər bəzi məmurların intriqa və şəxsi mənafeləri ucbatında ictimai–siyasi sektorda formalaşan qeyri sağlam münasibətlər sistemi Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandığı dövrdən tədricən aradan qalxdı.

Həmin şöbə tərəfindən siyasi mövqeyi və partiya mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin bütün sağlam qüvvələri üçün müzakirə platformaların yaradılmasına başlanıldı. Hesab edirəm ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin geniş formatda keçirilməsi bir neçə il ərzində formalaşan siyasi partiyalarla uğurlu iş mexanizminin nəticəsidir.

Veteran.gov.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, Cəsarət Hüseynzadə söyləyib.

O bildirib ki, qanunun müzakirəsinə siyasi partiyaların, QHT-lərin, ekspertlərin cəlb edilməsi prosesin şəffaflığına, demokratik dəyərin əsas götürülməsinə dəlalət edir. Bu müzakirələr, eyni zamanda, siyasi iradənin mühüm göstəricidir. Hesab edirəm ki, bu iradənin ən vacib nümunəsi 2020-ci il martın 10-da Prezident İlham Əliyev tərəfindən Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında göstərildi. Prezident siyasi partiyaların rolunun artırılması məqsədi ilə partiya nümayəndələrinin Milli Məclisin Komitələrində rəhbərliyə gətirilməsi ideyasını irəli sürmüşdü.

“Geniş ictimaiyyətin öz təklif və təşəbbüslərini irəli sürməsi üçün münbit şərait yaradılması müsbət haldır. Yeni qanunla bağlı müzakirələr açıqdır və Milli Məclisdə baş tutmuş ilk müzakirədə xeyli sayda alternativ fikirlər səsləndirildi. Qanunun bəzi maddələri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası də fikirlər irəli sürür. Bu müzakirə platforması qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasına imkan yaradır.

Prezident Ilham Əliyevin 27 fevral 2020-ci il Sərəncami ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” 5.5-ci maddəsində də Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi qeyd edilib. Bu maddənin icrası, eyni zamanda, Milli Məclisə də tövsiyə edilib. Proses, eyni zamanda, qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasın əhatə edir və bu çox vacib amildir”, - deyə Cəsarət Hüseynzadə qeyd edib.

Onun sözlərinə görə, iclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirin keçirildiyi zala gəlib, hazırlıq məqsədilə görülən işlərlə tanış olması, həmçinin ictimai müzakirələrdə iştirak edən partiya sədrləri ilə görüşməsi da müzakirə mühitinin inkişafı və müxtəlif siyasi qüvvələr üçün bərabər imkanlar yaradılması baxımdan mühüm addım sayılmalıdır.

 Onu da xüsusi qeyd etmək lazımdır ki, qanun layihəsi digər formatlarda da ictimai müzakirələr üçün açıqdır. Bu məqsədlə cari ilin sentyabrın 7-dən qanun layihəsi Milli Məclisin saytında yerləşdirilib. Milli Məclisin saytının internet istifadəçilərinə verdiyi imkan nəticəsində hər bir vətəndaş qanun layihəsinin müzakirəsində onlayn iştirak edərək, rəy və təkliflərini təqdim edə bilər.

Qanunun tam və açıq mənbədə ictimaiyyətə təqdim edilməsi, eyni zamanda, media, sosial şəbəkələrdə və digər platformalarda qanun layihəsinin müzakirəsi üçün geniş imkanlar yaradıb. Siyasi partiya nümayəndələri, ekspertlər və sadə insanlar həmin alətlərdən istifadə etməklə öz fikirlərini və mövqelərini açıqlaya bilirlər. Ötən müddətdə davamlı olaraq media subyektlərində geniş ictimai müzakirələr açılmış və müxtəlif siyasi partiyaların nümayəndələri və ekspertlər tərəfindən qanunun müxtəlif maddələri ilə bağlı rəy və təkliflər səsləndirilib. Azərbaycan cəmiyyətinin, siyasi partiyaların və milli maraqlarının əks olunduğu və ictimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin yeni inkişaf mərhələsinə də öz töhfəsini verəcəkdir.

 

2022-10-26 17:09:00
1001 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı 100 yaşlı üzvünü təbrik edib

Bu gün Respublika Veteranlar Təşkilatının üzvü, Böyük Vətən Müharibəsi iştirakçısı  Əli Nəsirovun 100 yaşı tamam olub. Yubiley münasibəti ilə Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir İsmayılov, Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Təşkilatın Səbail rayon şöbəsinin sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Bələdiyyəsinin nümayəndələri Əli Nəsirovu ziyarət edib, ona uzun ömür, cansağlığı arzulayıblar.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da yubiley münasibəti ilə Əli Nəsirovu təbrik edib, onu gənclər üçün örnək adlandırıb. Təşkilat sədri tərəfindən yubilyara ünvanlanan təbrik məktubunda deyilir:   “Hörmətli Əli müəllim.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından və şəxsən öz adımdan Anadan olmağınızın 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. İkinci Dünya Müharibəsi illərində Siz, ordu hissələri tərkibində Qafqazın, Ukraynanın faşist işğalçılarından azad olunması uğrunda gedən hərbi əməliyyatların fəal iştirakçısı kimi şərəfli döyüş yolu keçmisiniz.   Siz, müharibədən sonrakı illərdə də quruculuq işlərində fədakarlıqla çalışmısınız, öz bilik və təcrübənizlə bölüşərək gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə mühüm töhfə vermisiniz.  Vətən qarşısındakı xidmətlərinizə görə orden və medallarla təltif olunmusunuz. Siz müharibə və əmək veteranı kimi bu gün də gənclərimiz üçün örnəksiniz.   Hörmətli Əli müəllim,   Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Sizə cansağlığı arzulayıram”.  

Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun Novruz və Ramazan bayramları münasibətilə təbriki

Hörmətli veteranlar, şəhid və qazi ailələri, əziz həmkarlar! Bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən, təbiətin yeniləndiyi, həyatın və ümidlərin təzələndiyi Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, bu mübarək günlər hər bir evə firavanlıq, ruzi-bərəkət, səadət və xoşbəxtlik gətirsin, Vətənimizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə yeni uğurlar bəxş etsin. Bu əlamətdar günlərdə xalqımız möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm nailiyyətlərin, dövlətimizin güclənməsi və Vətənimizin qüdrətinin artmasının sevincini yaşayır. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmiş, xalqımızın milli birliyi və həmrəyliyi daha da möhkəmlənmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin ictimai həyatında, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində mühüm xidmətlər göstərmiş, şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi diqqət və qayğı ilə cəmiyyətdə yüksək rəğbət qazanmışdır. Bu yanaşma dövlətimizin humanizm və sosial həmrəylik prinsiplərinin parlaq təzahürüdür. Ulu əcdadlarımızın bizə miras qoyduğu Novruz bayramı xalqımızın zəngin mənəvi irsini, həyat fəlsəfəsini və milli kimliyini özündə əks etdirərək əsrlərdən bu günə qədər qorunub saxlanmışdır. Baharın gəlişini, yenilənməsini və dirçəlişini simvolizə edən bu bayram cəmiyyətdə birlik, ümid və həmrəyliyi gücləndirir. Müqəddəs Ramazan bayramı isə insanları mənəvi saflaşmaya, mərhəmətə və xeyirxahlığa səsləyərək sosial birliyin və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir. Xüsusilə qeyd olunmalıdır ki, Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmiş, onun rəhbərliyi dövründə Novruz və Ramazan bayramları dövlət səviyyəsində geniş qeyd olunaraq xalqımızın həyatında daha möhkəm yer tutmuşdur. Bu gün isə xalqımız İkinci Qarabağ müharibəsi nəticəsində qazanılmış şanlı Zəfərin verdiyi böyük qürur hissi ilə bu əziz bayramları daha yüksək ruhda qeyd edir. Azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həyatın yenidən canlanması və soydaşlarımızın doğma yurdlarına qayıdışı milli dirçəlişin və dövlətimizin gücünün bariz ifadəsidir. Eyni zamanda Vətənə sədaqətlə xidmət edən şəhid ailələrinə, qazilərə, müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün üzvlərini ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətlərində yeni uğurlar arzulayıram. Arzu edirəm ki, baharın müjdəçisi olan bu gözəl bayramlar hər bir ocağa sevinc, bolluq, əmin-amanlıq və xoş günlər bəxş etsin, ölkəmizdə daim sülh, sabitlik və tərəqqi hökm sürsün. Novruz bayramınız və müqəddəs Ramazan bayramınız mübarək olsun! Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov

Hamısını oxu
"Heydər Əliyev ordu quruculuğunun memarıdır” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 22 iyun 2023-cü il tarixində Ağdam Rayon İcra Hakimiyəti tərəfindən Heydər Əliyev Mərkəzində Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev ordu quruculuğunun memarıdır” mövzusunda tədbir keçirilib.  Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin  başcısı, rayonun hüquq-mühafizə və məhkəmə orqanlarının rəhbərləri, ictimai birliklər, hərbi hazırlıq müəllimləri və gənclər iştirak edib. Tədbirdə icra başçısı Vaqif Həsənov, Ağdam Rayon Veteranlar Təşkilatının sədri, ehtiyyatda olan polkovnik leytenan Elşən Zeynalov çıxış edib, Ulu öndərin ordu quruculuğundakı xidmətlərinə diqqət çəkiblər. Tədbirdin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Yazgül Abdıyeva Türk Oftalmologiya Dərnəyinin 55-ci Milli Konqresində iştirak edib

3-7 noyabr tarixlərini əhatə edən Türk Oftalmologiya Dərnəyinin 55-ci Milli Konqresi davam edir.   Konqresin keçirilməsi mütəxəssislərin bir araya yığışmasında, təcrübə mübadiləsində mühim rol oynayır. Konqresdə yeni oftalmoloji nailiyyətlər, aktual oftalmoloji mövzular və biliklər əldə edilir. Konfransda dünyanın bir çox yerindən eyni zamanda Azərbaycandan 50 nəfərdən çox oftalmoloq və alimlər iştirak edir.   Veteran.gov.az xəbər verir ki, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri prof. Elmar Qasımov adından AOC-un sədr müavini Yazgül Abdıyeva tərəfindən Türk Oftalmologiya Dərnəyinin Genel Başkanı Prof. Dr. İzzet Cana 55-ci Milli Konqresin keçirilməsi münasibətilə təbrik məktubu təqdim edilib.   Həmçinin, Konqresdə Türk Oftalmoloji Dərnəyinin Onursal Başkanı Sunay Duman, TCOD Genel Başkanı Prof.Dr. Öner Gelişken, Prof. Dr. Süleyman Kaynak və digər hocalarla görüş həyata keçirlilib.   Seymur ƏLİYEV

Hamısını oxu