Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün Ağsu Rayon Veteranlar Təşkilatının X Hesabat-seçki konfransı keçirilib

veteran.gov.az xəbər verir ki, konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağıriv, rayon veteranları və ziyalıları iştirtak edib.

 

Giriş nitqi və hesabat məruzəsi ilə çıxış edən Ağsu Rayon Veteranlar Təşkilatının sədri Camaləddin Zeynalov görülən işlər haqqında məlumat verib, aktual məsələlərə toxunub. Daha sonra Yadulla Mehdiyev Təftiş komissiyasının hesabını səsləndirib.

Tədbirdə çıxış edən əmək veteranlarıYaşar Qarayev, Tahir Xası, Əmrulla Kərimov dövlətin veteranlara olan qayğısından bəhs edib, gənc nəsillə veteranlar arasında təmasların güclənməsinin vacibliyindən danışıblar.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların cəmiyyətdəki roluna diqqət çəkib. Dövlətin veteranları daim diqqət mərkəzində sxladığını bildirən Cəlil Xəlilov, veteranların da ölkənin ictimai həyatında aktiv iştirak etdiyini, dövlət başçısının siyasətini qətiyyətlə dəstəklədiklərini bildirib. Veteranlar qarşısıdna duran vəzifələr toxunan polkovnik Cəlil Xəlilov qeyd edib ki, veteranlar bundan sonra da milli maraqlarımızın müdafiəsində yaxından iştirak etməli, gənc nəslin maariflənməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsində əllərindən gələni əsirgəməməlidirlər.

Yekun nitqi ilə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov veteranların rayonun ictimai həyatındakı roluna toxunub, onların fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısının şəhid ailələrinə, veteranlara yüksək qayğı və diqqət göstərdiyini bildirən icra başçısı, gənc nəslə ali mənəvi dəyərlərlərin aşılanmasında veteranların mühüm rol oynadığını vurğulayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

Seymur ƏLİYEV

2022-11-18 20:24:00
801 baxış

Digər xəbərlər

Bakıda “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, “Azərbaycan” qəzetinin nəşr etdiyi kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb. Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun moderatorluğu ilə keçirilən təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin ağır nəticələrindən danışıb. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün təqdimatı keçirilən kitab vaxt gələcək ermənilərə qarşı ittiham zamanı istifadə ediləcək, onların çirkin əməllərini üzə çıxaracaq. Bu kitabda Xocalı soyqırımının şahidlərinin, işgəncələrə məruz qalan insanların çətinliklə danışa bildikləri yazılar yer alıb. Bahar Muradova bu gün Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov kitabda toplanan materialların önəmindən danışıb. O deyib ki, Xocalı soyqırımını törədənlər gec-tez mütləq öz layiqli cəzalarını alacaqlar. Sonra “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatı Rafael Cəbrayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Xocalı sakini Mehriban Əliyeva çıxış edərək kitab haqqında fikirlərini bildiriblər. Çıxış edənlər Xocalı soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür və hər birimiz bu işlərdə yaxından iştirak etməliyik.

Hamısını oxu
Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin  Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə Milli Qəhrəman Mübariz İbrahimovun  7 fevral doğum günündə onun  haqqında yazılmış "Mübarizdən sonra" kitabının təqdimatını keçirib. Rayondakı Heydər Əliyev Mərkəzində düzənlənən tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, yaradıcı ziyalılar, İctimai Birliklərin rəhbərləri və mədəniyyət işçiləri iştirak ediblər. Öncə öz canı və qanı bahasına torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman  çıxış edərək əfsanəvi qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalmış Mübariz İbrahimovun həyat və döyüş yolundan danışıb, onun kimi şərəfli tarix yazan igidlərimizin bu gün gənclərimizə örnək olduğunu xüsusi vurğulayıb. Təqdimatı keçirilən kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü  Müşfiq Muğanlı kitabın araya-ərsəyə gəlməsində Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim  dayının göstərdiyi mənəvi dəstəyi və kitabın nəşr olunması üçün Heydər Əliyev Fondunun etdiyi maddi köməkliyi minnətdarlıq hissi ilə qeyd edib. Bildirib ki, qəhrəman şəhidimizə həsr olunmuş  "Mübarizdən sonra" kitabı respublikamızın bütün kitabxanalarına hədiyyə olaraq veriləcək. "Əməkdar Mədəniyyət işçisi"  Cahangir Muradov, şəhid atası Mehman Əliyev, polkovnik-leytinant Zamin Həsənov, "Mübarizsevərlər" İctimai Birliyinin sədri Əbülfəz Şahmarov, müharibə veteranı Qurban Əhmədov, "Biləsuvar.info" saytının baş redaktoru Surxay Şahbazov, həkim Mirhənifə Sultanov, şair İman Abdulla, MKS-nin şöbə müdiri Nüşabə Nərimanova və başqaları öz çıxışlarında kitabın müsbət məziyyətlərindən danışıblar və qeyd ediblər ki, belə kitabların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rolu vardır. Milli Qəhrəman Mübariz İbrahimovun əmisi Rasim İbrahimov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib, şəhid ailələrinə həmişə yüksək diqqət və qayğı göstərdiyinə görə dövlətimizə öz  minnətdarlığını bildirib.  

Hamısını oxu
“Torpaqlarımız işğalda qalanda İran “qan qardaşı”na hər cür dəstək verib”

Vaqif Abdullayev: “Sivil dünya terror dövləti olan İrana qarşı ən sərt tədbirlər görməlidir” Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu və bu hücumun ardınca rəsmi Tehranın sərgilədiyi qeyri-əxlaqi mövqe ölkəmizdə ciddi narazılığa və narahatlığa səbəb olub. Uzun illərdir ki, anti-Azərbaycan siyasəti yürüdən, açıq-aşkar Ermənistanın yanında yer alan və hər addımda dövlətimizin maraqlarına qəsd edən İranın düşmənçilik siyasəti ölkəmizi adekvat addımlar atmaq məcburiyyəti qarşısında qoyub. İran terroru dəstəkləyən və himayə edən bir dövlət kimi sadəcə Azərbaycan üçün deyil, bütün sivil dünya üçün ciddi təhlükə mənbəyi təşkil edir ki, bu da ona qarşı mübarizədə dünya birliyinin, beynəlxalq ictimaiyyətin iştirakını zəruri edir. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Vaqif Abdullayev də hesab edir ki, terror dövləti olan İraan qarşı bütün sivil dünyanın birgə mübarizə aparması zəruridir: “20-ci əsrin 30-40-cı illərində dünya faşizmdən əziyyət çəkirdi. Yəhudilərin İspaniya, Almaniya, İtalya və digər ölkələrdən kütləvi sürgünləri və enqiziya nəticəsində öldürülməsi, mallarının müsadirə olunması, xüsusilə də 30-cu illərdən başlayaraq yəhidi xalqına qarşı amansız qətliamların törədilməsi, Polşada xüsusi ölüm düşərgələrinin yaradılması, qoca və uşaqların, qadınların vəhşicəsinə marten sobalarında diri-diri yandırılması, həmçinin 1918-ci ildə Azərbaycanda yaşayan yəhudilərə türklərlə birlikdə erməni faşizminin törətdiyi qırğınlar yaxın tariximizdə silinməz izlər buraxıb. İndi isə bunun təzahürlərini biz İran adlı fars rejiminin timsalında görməkdəyik. Molla diktaturasının hakimiyyətə gəlməsindən sonra İranın xüsusi xidmət orqanları, SEPAH dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri terror əməlliyatları ilə minlərlə günahsız insanın ölümünə bais olub. Suruiya, İraqda, Yəməndə, İsraildə, Yaxın Şərqin digər bölgələrində, müxtəlif ərazilərdə SEPAH qoşunları birbaşa iştirak edib. Farsizmin həyata keçirdiyi terror aktlarının əsas hədəflərindən biri də diplomatik nümayəndələr və səfirliklər olub, neçə ölkənin diplomatik nümayəndəsi amansızlıqla qətlə yetirlib. Farsizm 30 ildə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı zamanlarda da İran “qan qardaşı”na hər cür dəstək verib, silahlandıraraq əsgərlərimizin və mülki vətəndaşlarımızın qətlə yetirilməsində əlbir olub. Səfirliyimizə edilən son terror hadisəsi də bu siyasətin davam etdiyini təsdiqləyir. Fars terrorizmi 40 ildir ki, öz vətəndaşalrı olan Azərbaycan türklərinə qarşı da bu sülm və istibdadı yaşadır, onları edam edir, yerləşdikləri yurdlarından müxtəlif çirkin vasitələrlə başqa yerlərə köçürür, milli azadlıq tələb edən ziyalı və düşünən beyinləri ölkəni tərk etməyə məcbur edir, həbsxanalara salaraq dözülməz işgəncələr verir, azadlıqlarını məhdudlaşdırır, müsəlman ola-ola dinə və insanlığa yaraşmayan alçaldıcı hərəkətlər edir. Bir çox dünya ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınmış SEPAH-ın silahlı qruplaşması Livanda, Suriyada təlim keşmiş erməni terrorçularla birlikdə Qarabağda bizə qarşı qanlı terrorlara qoşulur, buna etiraz edən Cənubdakı soydaşlarımızı dar ağacından asır. Ölkəmizə qarşı terror planları hazırlayır, ötən həftə səfirliyimizə olan terror hücumunu törədən şəxsin də SEPAH düşərgələrində təlim keçməsi barədə yetrəli sübutlar az deyil. Bu günlərdə Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində evi-eşiyi dağlmış zərər çəkmiş azərbaycanlılara mollakratiya laqeyd və etiansız yanaşmaqla, öz vətəndaşına sahib çıxmamaqla yad və düşmən münasibətini sərgiləyir. Evləri dağılanlara yardım edilmədiyi üçün neçə gündür ki, uşaq və qadınlar ac-susuz şaxtalı havada küçədə qalıblar. Onlara sığınacaq, qida çatdırılmır. Hətta onların şəhər başçısının şikayətlərinə, etirazlarına da məhəl qoyulmur? Soydaşlarımıza qardaş əlini uzadan, yardım etmək istəyən Azərbaycan hökumətinin adi insanlıq borcuna belə Tehran rejimi imkan vermir. Bu cür məkr və xainlik, qeyri-insani rəftar ancaq şeytana xas ola bilər. Molla rejimi bununla həqiqtən əsil şeytan simasın göstərir. Farsizmin Azərbaycan türklərinə qarşı daha bir mənfur davranışını Urmiya gölünün qurudulmasında da görməkdəyik. Neçə illərdir ki, soydaşlarımız, dünya ekoloji təşkilatları İran hökumətindən Urmiya gölünün qurudulmasının qarşısını almağa çağırır, ancaq buna məhəl qoyulmur. Gölün quruması nəticəsində tullantılar və kimyəvi maddələr ətrafa yayılmaqda, müxtəlif yoluxucu xəstəliklərin yaranmasına səbəb olmaqdadır, nəticədə insanlar burdan köçməyə məcbur olurlar. Eyni zamanda, gölün quruması bu ərazilərdə yüz illərdir ki, əkinçilik və heyvandarlıqla məşğul olaraq çörək qazanan soydaşlarımızn dolanışıq üçün buradan başqa ərazilərə köçməsinə səbəb olmaqdadır. Molla rejimi bunu qəsdən düşünülmüş şəkildə edir, rejimin irticaçı və şovinist mahiyyəti bundan ibarətdir ki, türklər bu ərazidən köçüb getsin, onların milli tarixi kimliyi itsin, burada başqa xalqlar yerləşdirilsin ki, qədim türk irsini və toponomiyası unudulsun. Necə ki, 200 il əvvəl Fars irtica rejimi erməniləri İrəvana, Zəngəzura yerləşdirməklə türkləri sıxışdırmağa və sonunda öz doğma yurdlarından didərgin salınmasına rəvac veribdir. Bu gün də eyni xain siyasət yürüdülür. Bu, həm də erməni terrorizminin xalqımıza qarşı yaşatdığı eyni oxşar ssenaridir, onlar da qədim tarixi irsimizi silməyə çalışırlar. Yuxarıda qeyd etdiyim fikirləri ümumiləşdirərək belə qənaətə gəlirəm ki, Farsizm yaşadıqca dünyada heç bir ölkənin təhlükəsizliyinə, vətəndaşlarının toxunulmazlığına zəmanət yoxdur. Ona görə də hesab edirəm ki, müasir sivil dünya terror dövləti olan İrana qarşı beynəlxalq səviyyədə gecikmədən ən sərt zəruri tədbirləri görməlidir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Veteran Təşkilatının üzvləri şəhdilərin ailələrini ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki,  Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayevin, Milli Məclisin keçmiş üzvü Dünyamalı Məmmədovun, iş adamı Rafid Abışovun və fəal ictimaiyyətçi Əsəd Abbasovun iştirakı ilə Cəlilabad rayonunun Sabirabad kəndində olub, şəhid baş gizir Murad Babayevin doğum günü - martın 31-də onun  ailəsini ziyarət ediblər. Şəhidin anası Aruzə xala oğlu ilə bağlı xatirələrindən danışıb, şəhid ailəsinə göstərilən  diqqət və qayğıya görə dövlətimizin rəhbərinə  öz minnətdarlığını bildirib. Veteranlar Təşkilatının üzvləri  şəhidin ev- muzeyində anası və yadigarı qalan övladları ilə birgə xatirə şəkilləri çəkdiriblər.  Veteranlar Təşkilatının üzvləri və qonaqlar aprelin 1- də  Hamarqışlaq kəndinə gedib şəhid Cavid Hüseynovun doğum günü ilə əlaqədar şəhidin ailəsi ilə görüşüb, onun ev- muzeyini ziyarət ediblər. Şəhidin atası Habil Hüseynov oğlu şəhid Cavid Hüseynovun Vətən müharibəsində bir tankçı kimi göstərdiyi qəhrəmanlığından qürurla söz açıb və sonda oğlunun adının əbədiləşdirilməsi üçün onun təhsil aldığı kənd orta məktəbinə şəhid Cavid Hüseynovun adının verilməsinə köməklik göstərilməsini Veteranlar Təşkilatından xahiş edib. Veteranlar Təşkilatının üzvləri aprelin 2-də isə rayonunun Edişə kəndindən olan şəhid Əsgər Məmmədovun ailəsini də ziyarət edib, ruhuna dualar oxuyub dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.    

Hamısını oxu