Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xankəndində Azərbaycanın dövlət qurumlarının fəaliyyəti təmin edilməlidir”

Cəlil Xəlilov: “Sülhməramlıların vətəndaşlarımızın sərbəst hərəkətinə maneçilik törətmək haqqı yoxdur”

“Xankəndində Azərbaycanın dövlət qurumlarının fəaliyyəti təmin edilməlidir”.

Veteran.gov.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, əgər  Xankəndində yaşayan ermənilər bundan sonra da bu ərazidə yaşamaq istəyrisə, o zaman Azərbaycan qanunvericiliyə tabe olmalıdır:

“Xankəndi Azərbaycann bir hissəsidir və orada yaşayan ermənilər yalnız Azərbaycan qanunvericiliyinin tələblərinə tabe olduqları hadla burada yaşaya bilərlər. Çünki qanun hamı üçün birdir və heç kim istisnalıq təşkil etmir.

Şuşada ermənilərin törətdiyi ekoloji terror əleyhinə keçirilən aksiyaya gəlincə, bu aksiya olduqca önəmlidir. Azərbaycan xalqı bu aksiya ilə bütün dünyaya göstərir ki, onlar ermənilərin Azərbaycan ərazilərində həyata keçirdiyi talanlardan, ekoloji cinayətlərdən xəbərdardırlar və bununla barışmaq niyyətində deyillər. 

Əslində, bu etiraz aksiyası məntiq və mahiyyət etibarı ilə həm də sülhməramlıların hərəkətsizliyinə, onların erməni vəhşiliklərinə göz yummasına yönəlik bir aksiyadır. Çünki ermənilər bütün bu cinayətləri, talan və qarətləri sülhməramlıların gözləri qarşısında törədirlər. Lakin əfsuslar olsun ki, Rusiya sülhməramlıları bu qanunsuzluğun qarşısnı almaq üçün hər hansı addım atmayıb və bu gün də atmır. Məhz buna görə də sadə azərbaycanlılar öz etirazlarını ortaya qoyaraq sülhməramlıları  erməni cinayətlərinin qarşısını almağa səsləyir, prinsipial mövqe ortaya qoyurlar. Onu da qeyd edək ki, Laçın yolunu aksiyaçılar deyil, Rusiya sülhməramlıları bağlayıb və buna görə də yolun bağlanması ilə bağlı bütün məsuliyyət də məhz onların üzərinə düşür.

Aksiya fonunda müşahidə edilən məqamlardan biri də bəzi hallarda sülhməramlıların azərbaycanlı jurnalistlərin fəaliyyətini məhdudlaşdırmaq cəhdidir. Hansı ki, bu, qətiyyən yolverilməzdir. Birincisi, ona görə ki, həmin jurnalistlər azərbaycanlıdır və onlar öz vətənlərində sərbəst şəkildə gəzib dolaşmaq hüququna malikdirlər. Heç kim, o cümlədən sülhməramlılar onların bu hüququnu məhdudlaşdıra bilməz. Ümumiyyətlə, sülhmrəamlıların hansısa jurnalistimizin və ya digər vətəndaşımızın gediş-gəlişini əngəlləmək hüququ yoxdur.

Yaxşı olar ki, sülhməramlılar azərbaycanlıları Azərbaycan ərazisində güdməklə deyil, 10 noyabr Bəyanatında təsbit edilən missiyaları ilə məşğul olsunlar. Bu missiya isə bölgədəki erməni silahlılarını ərazidən çıxarmaq, sülh və sabitliyi təmin etmək, talan və qarətə imkan verməmək, bütün cinayətlərin, eləcə də ekoloji cinayətlərin qarşısını almaqdır”.

 

2022-12-14 12:46:00
1039 baxış

Digər xəbərlər

1.9 mln vətəndaşı əhatə edən sosial paket

Hamısını oxu
MİRİİB sədri Zamin Zeynal: Sosial Şəbəkələrdə İnformasiya mədəniyyətinin təbliğinə ehtiyac var

MİRİİB sədri Zamin Zeynal: Sosial şəbəkələrdə İnformasiya mədəniyyətinin təbliğ edilməsi ilə yanaşı İCTİMAİ QINAĞIN olması da vacibdir. İnformasiya mədəniyyəti nədir? İnformasiya mədəniyyəti informasiyanın məqsədyönlü işlənilməsi və onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter texnologiyasından, çağdaş texniki vasitə və metodlardan istifadə edilməsi bacarığının olmasını nəzərdə tutur. Bir sözlə, insanın informasiya mədəniyyətinin əsas göstəriciləri aşağıdakılardır: – Telefondan tutmuş fərdi kompüterlərə və kompüter şəbəkələrinədək müxtəlif texniki qurğulardan istifadə etmək vərdişləri; -İnformasiya texnologiyalarını mənimsəmək bacarığı (məsələn: ofis proqramlarını, qrafik redaktorları və s.-ni bilmək); -İstər dövri mətbuatdan, istərsə də elektron vasitələrin köməyi ilə informasiya almaq bacarığı (məsələn: hər hansı qəzet, yaxud jurnalın saytını açıb oxumaq); -İnformasiyanın anlaşıqlı şəkildə təqdimatı və ondan səmərəli istifadə etmək bacarığı; -İnformasiyanın emalının müxtəlif üsullarını bilmək; – Müxtəlif növ informasiya ilə işləmək bacarığı. Ölkəmizdə informasiya mədəniyyətinin ən vacib göstəricilərindən biri də insanların ingilis dilini necə bilmələridir.Bu gün informasiya texnologiyalarını müəyyən edən proqram məhsullarının, demək olar ki, hamısı ingilis dilində təqdim olunur. Qlobal informasiya resurslarından istifadə interfeysləri bu dildə yaradılır. Elmin, texnologiyaların və biznesin əksər sahələrində də ingilis dili hakim mövqe tutur.Qeyd olunduğu kimi, informasiya cəmiyyətinin hər bir üzvü kompüter vərdişlərinə, onun köməyi ilə müxtəlif sənədlər yaratmaq bacarığına, proqramların əsas sinifləri haqqında təsəvvürlərə və çalışdığı sahədə dərin biliklərə malik olmalıdır. Belə bilik və vərdişlərə bəzən kompüter savadlılığı deyilir. Başqa insanlarla əlaqə qurmaq üçün kommunikasiya vasitələrindən lazımi səviyyədə istifadə edə bilmək vacib keyfiyyət hesab olunur. Bura elektron yazışma vasitələrindən istifadə, informasiya sistemlərində lazım olan məlumatları əldə etmək, hüquqi və etik normaları (qaydaları) bilmək və onlara əməl etmək aiddir. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq hər gün əhəmiyyətli dərəcədə artmaqdadır. Ümumiyyətlə “sosial şəbəkə” nədir, hansı zərurətdən yaranıb? Sosial şəbəkələr – sosial qarşılıqlı əlaqələr, sosial obyektlər (insanlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur. “Sosial şəbəkə” termininin 1954-cü ildə ortaya çıxdığı düşünülür. “Sosial şəbəkə” anlayışı sosioloq Ceyms Barnes tərəfindən təqdim edilib. İnternetin yaranması (1969) ilə Ceyms Barnesin elmi konsepsiyası məşhurlaşmağa başlayıb. İlk müasir sosial media isə 1997-ci ildə yaradılan “Six Degrees” olub. Müasir dövrün bəzi məşhur sosial şəbəkələri, onların əsas fərqləndirici xüsusiyyətləri və istifadə imkanları ilə gəlin birlikdə tanış olaq: “Facebook” – ən iri sosial şəbəkə olmaqla, insanların yoldaşlarıyla ünsiyyət qurması və məlumat almaq məqsədi ilə yaradılan bir ictimai veb saytıdır; “YouTube” – istifadəçilərə videoların saxlanması, çatdırılması və göstərilməsi xidmətlərini təqdim edir; “WhatsApp” – mobil və digər platformalar üçün ismarışların ani mübadilə sistemi olmaqla, mətn ismarışları, şəkil, video və audio göndərməyə imkan verir; “Instagram” – şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkədir; “TikTok” – musiqili qısa videolar, canlı yayımlar yaratmağa və ismarışlar yollamağa imkan verən sosial şəbəkədir; “Twitter” – onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən saytdır. Onun vasitəsi ilə istifadəçilər 140 işarəlik “tvit” adlandırılan mətn sms-ləri göndərə bilirlər; “LinkedIn” – işgüzar əlaqələrin qurulması və professional peşələrin insanları üçün sosial şəbəkə saytıdır; “Skype” – səsli və görüntülü danışmağa imkan verən kompüter proqramıdır; “Pinterest” – hər növ şəkillərin paylaşıldığı və panorama sistemi vasitəsi ilə çalışan internet vebsaytıdır; “Viber” – ağıllı telefonlar və digər əlaqə vasitələri tərifindən 3G və ya Wi-Fi şəbəkəsi üzərindən mesajlaşma və səsli görüşmə imkanı təqdim edən əlaqə vasitəsidir; “Odnoklassniki” – Azərbaycan dilində mənası “sinif yoldaşları” olmaqla, Rusdilli internetin ən populyar sosial şəbəkələrindən biridir; “WeChat” – mətn və səs ismarışlarının ötürülməsi üçün mobil kommunikasiya sistemidir. Bu gün bəzi insanlar üçün sosial şəbəkələr gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisidir. Əgər bir neçə il öncə sosial şəbəkələr gənclərin əyləncə, vaxt keçirmə yeri sayılırdısa, son zamanlar bu münasibət tamamilə dəyişmişdir. Hazırda sosial şəbəkələr həm ünsiyyət və müxtəlif sosial əlaqələrin qurulması, həm də maariflənmək və öyrənmə prosesində iştirak üçün bir platforma rolunu oynayır. Belə ki, sosial şəbəkələrdən ünsiyyət vasitəsi kimi dünyanın hər yerindən olan insanlarla virtual ünsiyyət yaratmaq, dostlarla görüşmək və ya köhnə dostları tapmaq, iş axtarışı, tanışlıqlar, ictimai həyatda baş verən aktual məsələlər barədə fikir bildirmək, qarşılıqlı fikir mübadiləsi aparmaq məqsədilə istifadə olunur. Təhsil, təlim-tədris və digər maarifləndirmə proseslərində isə canlı yayım vasitəsilə müxtəlif iclaslar, müzakirələr keçirmək, onlayn rejimdə keçirilən müxtəlif forumlarda iştirak etmək, marketinq və ya biznes işi qurmaq, dil öyrənmək, müxtəlif sorğular təşkil etmək, elmi yeniliklərlə bağlı məlumat əldə etmək və digər məqsədlər üçün sosial şəbəkələr olduqca əhəmiyyətli rola malikdir. Lakin sosial şəbəkələrdən istifadənin müsbət tərəfləri ilə yanaşı, istifadəçilər üçün mənfi təsirləri də var. Belə ki, sosial şəbəkələrdən çox istifadə bir müddətdən sonra asılılıq yaradır. Bu asılılıq “hypertext” (gündə minimum 120 mesajın yazılması) və “hypernetworking”ə (gündə üç saatdan çox sosial mediadan istifadə) gətirib çıxarır ki, bu da sağlamlığa ziyanlıdır. Araşdırmalara görə, sosial şəbəkələrdən bu cür asılılıq psixoloji problemlərin artmasına – yorğunluq, yuxu məhrumiyyəti, depressiya, təhsildə gerilik, tənbəllik, aqressivlik və hətta intihara səbəb göstərilə bilər. Buna görə də, sosial şəbəkə istifadəçilərini bu cür mənfi təsirlərdən qorumaq üçün sosial şəbəkələrdən düzgün istifadənin təbliği üzrə maarifləndirmə işlərinin aparılması olduqca vacibdir. Bununla yanaşı sosial şəbəkələrdən mənfi məqsədlərə xidmət edən, şəxsi maraqlar naminə etik qaydaları pozan sosial şəbəkə iştirakçılarına hüquqi müstəvidə cəzaların tətbiqi ilə yanaşı bu prosesin müsbət həllinə döğru ictimai qınaq vasitələrindən istifadə edilməsinin də böyük təsiri ola bilər.Yaxşı olar ki, valideynlər uşaqlarını virtual dünyanın mənfi təsirlərindən qorumaq üçün onların sosial şəbəkələrdən istifadəsini izləyərək diqqətli olsunlar. Zamin ZeynalMüasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri  

Hamısını oxu
“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 aprel 2023-ci il tarixində  Səbail rayonunda tədbir təşkil etdilər. Tədbir Səbail rayonunda yerləşən Eldar Əliyev adina 162 saylı tam orta məktəbdə baş tutub. Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ”Ulu Öndər Heydər Əliyevin  irsi milli sərvətimizdir” adlı tədbirdə Bakı şəhər Sabail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru Arzu Nəzərova, şagird və müəllim kollektivi iştirak edib. Tədbiri məktəbin direktoru Arzu Nəzərova açıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz polkovnik Adil Haqverdiyevə verilib: “ Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyətdir. Vətəni ,xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün əbədi lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Mən bu gün sizlərin qarşısında çıxış etməklə, siz sagirdlərə tövsiyəm odur ki, müəllimlərinizin verdiyi tapşırıqları,  Heydər Əliyev irsini öyrənəsiniz. Çünki Azərbaycanımızın xoşbəxt gələcəyini siz yaşadacaqsız. Çıxışımın sonunda Ulu Öndər Heydər Əliyevə, torpaqlarımızın qorunmasında həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış etdilər. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.      

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik mətnində deyilir:   “Çox hörmətli cənab Prezident! Cənab Ali Baş Komandan!   Sizi doğum gününüz münasibəti ilə Azərbaycanın çoxsaylı veteranları və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından səmimi qəlbdən təbrik edir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxt günlər və xalqımzın gələcəyi naminə fəaliyyətinizdə yeni qələbələr arzu edirik.   Möhtərəm cənab Prezident!   Siz xalqımızın Ümummilli lideri, dünyanın ən böyük siyasi və dövlət xadimlərindən sayılan Heydər Əliyevin layiqli siyasi varisi və davamçısı olaraq, xalqımıza və dövlətimizə çox böyük tarixi nailiyyətlər qazandırmısınız. Siz yenilməz sərkərdə məharətinizlə 30 ildən çox erməni faşistlərinin işğalı altında olan müqəddəs torpaqlarımızı azad etmiş, Azərbaycan Respublikasının milli təhlükəsizliyini, sərhəd toxunulmazlığını və ərazi bütövlüyünü bərpa etməyə nail olmusunuz. Bu gün Azərbaycan bayrağının işğaldan azad olunmuş doğma torpaqlarımızda vüqarla dalğalanması hər bir soydaşımızın qəlbini qürur hissi ilə doldurur. Qarabağda qazanılmış bu misilsiz tarixi qələbə Azərbaycanın qarşısında yeni imkanlar açmış, ölkəmizin daha sürətli inkişafına şərait yaratmışdır. Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanımız dünyanın nüfuzlu dövlətləri sırasına yüksəlmiş, ölkəmizi dünyada söz sahibinə çevrilmişdir. Azərbaycanın bu gün nəinki regional, beynəlxalq səviyyədə uğurla həyata keçirdiyi lahiyələr onun iqtisadi qüdrətindən, nüfuzundan xəbər verir.   Siz xalqımızın maraqlarına xidmət edən qətiyyətli qərarlarınız və genişmiqyaslı fəaliyyətinizlə Azərbaycanın müstəqil, demokratik, hüquqi dövlət quruculuğuna dəyərli töhfələr vermisiniz. Sizin dünyada sözü də imzası qədər nüfuzlu və mötəbər olan bir dövlət xadimi kimi qəbul edilməyiniz Azərbaycanın taleyüklü məsələlərinin həllində sözün həqiqi mənasında bir stimuldur. Siz saysız-hesabsız uğurlarınızla Azərbaycanı daim ucaltmısınız və bu əvəzsiz xidmətlərinizlə xalqın qəlbində yer tutmaqla, onun səmimi sevgisini, rəğbətini qazanmısınız. Veteranlar Sizinlə qürur duyur, Sizinlə fəxr edir və həmişə Sizinlədirlər! Sizi bir daha ürəkdən təbrik edir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxt günlər və doğma Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzu edirik. Allah Sizi qorusun!”   Azərbaycan Respublikası Veteranlar Təşkilatının Rəyasət Heyəti adından sədr, Prezident təqaüdçüsü Fatma Səttarova

Hamısını oxu