Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə


Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Belarus prezidenti Aleksandr Lukaşenko adından təltif edilib. Təntənəli təltifetmə mərasimində Belarusun faşizm işğalından azad edilməsinin 80 illik yubiley medalı Belarusun ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviç tərəfindən polkovnik Cəlil Xəlilova təqdim edilib. Polkovnik Belarus və Azərbaycan arasındakı tarixi dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə, o cümlədən faşizmə qarşı mübarizə aparan qəhrəmanların təbliğindəki çoxillik və səmərəli xidmətlərinə görə bu medala layiq görülüb. Onu da qeyd edək ki, polkovnik Cəlil Xəlilov cari ilin 3 iyul tarixində Belarusda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək, İkinci Dünya müahribəsində Belarusun faist işğalından azad edilməsində azərbaycanlıların rolu haqqında bu ölkədə silsilə görüşlər keçirəcək, Belarus ictimaiyyətinə ətraflı məlumat verəcək. Seymur ƏLİYEV
Hamısını oxu
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinin açılış mərasimi keçirilib. "Unikal" xəbər verir ki, Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşəbbüsü, Sumqayıt Tibb Mərkəzi (STM) və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan turnirin məqsədi səhiyyə işçiləri arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği və kollektivlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsidir. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi, həmçinin Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edən STM-nin direktoru Elnur Azadxanov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixindəki əhəmiyyətindən danışaraq, belə yarışların səhiyyə işçiləri arasında birlik, həmrəylik və komanda ruhunun güclənməsinə xidmət etdiyini bildirib. Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Qönçə Abdullayeva səhiyyə işçilərinin cəmiyyət həyatındakı mühüm rolunu vurğulayaraq, bu cür idman tədbirlərinin kollektivlər arasında əməkdaşlığın və sağlam həyat tərzinin təşviqinə töhfə verdiyini qeyd edib. Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Vahid Abdullayev isə idmanın insanları birləşdirən mühüm amillərdən biri olduğunu qeyd edərək, bütün komandalara uğurlar arzulayıb. Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elmira Quliyeva turnirin təşkilində əməyi olan qurumlara təşəkkürünü bildirib, yarışın səhiyyə işçiləri arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Turnirdə ümumilikdə 8 komanda iştirak edir. Komandalardan biri Sumqayıt Narkoloji Dispanserini, digər yeddi komanda isə Sumqayıt Tibb Mərkəzini və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrini təmsil edir. Açılış mərasimindən sonra ilk oyunlara start verilib. Turnirin növbəti qarşılaşmaları 8 iyun tarixində keçiriləcək. Yarışın final oyunu və bağlanış-mükafatlandırma mərasimi isə 12 iyun tarixində baş tutacaq. Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunacaqlar.
Hamısını oxu
Azərbaycan xalqı Vətən, torpaq uğrunda, xalqının, millətinin azadlığı və sabahı yolunda canından keçən şəhidləri və qəhrəmanları ilə daim qürur duyub. Tariximizin bütün mərhələlərində yetişən bu insanlar bizim milli kimliyimizin daşıyıcıları, xalqımızın var olmaq haqqını dünyaya nümayiş etdirən şəxslər olaraq dünən də, bu gün də nəsillərə nümunədirlər. Cari il aprel ayının 2-5 arasında erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması, mülki əhaliyə zərər vurması ilə başlanan və Azərbaycan əsgərinin layiqli cavab zərbəsi nəticəsində düşmənin darmadağın olunduğu hadisələr xalqımızın şəhidlik və qəhrəmanlıq taixinə yeni səhifələr yazdı. Azərbaycan dövləti və xalqı şəhid övladlarını etiramla son mənzilə yola saldı. Xüsusilə Müdafiə Nazirliyinin rəhbərliyi və yüksək rütbəli zabitləri bu tədbirlərin təşkilatçıları və ən fəal iştirakçıları oldular. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, erməni işğalçılarının cəbhə xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması zamanı göstərdikləri igidliyə görə xüsusi fərqlənən bir qrup Azərbaycan hərbçisi 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə mükafatlandırıldılar. Onlardan 3 nəfəri ən yüksək fəxri ada, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü, digər hərbçilərimiz “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olundular. Bir qrup hərbçi isə Müdafiə Nazirinin və yerli birləşmələrin komandirlərinin əmri ilə təltif edildilər. Şəhidlərimizin ailə üzvləri və doğmalarının sosial problemlərinin həlli ilə əlaqədar müvafiq qanunvericiliyə uyğun olaraq göstərişlər verildi, lazımi addımlar atıldı, digər tədbirlər görüldü. Şəhid ailələri, müharibə əlliləri və döyüşlərdə fərqlənmiş digər şəxslər daim Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunurlar. Şəhidlərə ehtiram, şəhid ailələrinə diqqət və qayğı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən və prioritet xarakter daşıyan siyasətdir. Hazırda bu dövlət siyasəti ölkə rəhbərliyi tərəfindən uğurla gerçəkəşdirilir. Bu baxımdan, son vaxtlar ölkənin müxtəlif KİV-lərində xüsusilə ayrı-ayrı saytlarda cari il aprel ayının 2-5 arasında erməni silahlı bölmələrinin hücumlarının qarşısını alarkən həlak olmuş əsgər və zabitlərimizin ailə üzvlərinə və doğmalarına dövlət orqanları tərəfindən biganəlik göstərildiyi, onların müəyyən problemlərlə qarşılaşdıqları bardə həqiqəti əks etdirməyən məlumatların yayılması ciddi narahatlıq doğurur. Faktların təhlili göstərir ki, şəhid ailəsinin hər hansı probleminin guya dövlət orqanlarının şəhid ailələrinə biganəliyi kimi qələmə verilərək ictimailəşdirilməsi məqsədli xarakter daşıyır. Müdafiə Nazirliyinin, yaxud digər dövlət orqanının fəaliyyətinə kölgə salmaq niyyəti güdülən bu məlumatların əksəriyyəti real faktlara əsaslanmasa da, ictimai rəyi çaşdırır, insanlarda, xüsusilə yetişməkdə olan gənc nəsldə inamsızlıq yaradır. Digər tərəfdən, Silahlı Qüvvələrin döyüş ruhuna, mənəvi-psixoloji hazırlığına mənfi təsir göstərən belə məlumatların yayılmasının müharibə şəraitində yaşayan bir ölkə üçün nə demək olduğunun yəqin ki, geniş izahata ehtiyacı yoxdur. Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə məşğul olan İctimai Birlik kimi belə zərərli münasibətin digər mənfi nəticələr, o cümlədən gənc nəsildə ruh düşkünlüyü doğura biləcəyi qənaətindədir. Məhz qeyd olunanlara görə, biz hansısa məmurun işinə məsuliyyətsiz yanaşması ucbatından şəhidin ailəsinin hansısa problemlə üzləşməsindən narahatlıq keçirir, bunu yolverilməz hesab edirik. Şəhid ailəsi dövlət orqanlarında yalnız qayğıkeşliklə qarşılaşmalıdır. Çoxsaylı faktlar göstərir ki, xalqına, Vətəninə xidmət yolunda həlak olmuş insanların ailələri məhz belə münasibətlə əhatə ediliblər. Vətən, torpaq uğrunda canından keçən şəhidlərimizin adının əbədiləşdirilməsini hər birimiz, xüsusilə doğmaları və yaxınları istəyirlər. Ancaq yəqin hər birimiz belə bir həqiqəti də qəbul etməliyik ki, təltiflər göstərilmiş xidmətlərə uyğun olmalıdır. Azərbaycanın müvafiq dövlət orqanları ilə bağlı qanunvericilikdə, xüsusilə normativ sənədlərdə bu qaydalar və standartlar öz dolğun əksini tapmışdır. Bəzən şəhid ailələrinin şəhidin layiq olduğu fəxri ad, orden və medallarla təltif edilməsi üçün dövlət orqanlarına müraciətini tirajlayanlar məsələnin mahiyyətinə varmadan Müdafiə Nazirliyini günahlandırırlar. Doğrudur, bizlər və şəhidin ailəsi üçün hər bir şəhid həqiqi qəhrəmandır. Çünki, o, canını Vətən uğrunda qurban verib. Ancaq, hərbi qulluqçuların mükafatlandırılması onun döyüş zamanı göstərdiyi xidmətlərin komandalıq tərəfindən ciddi araşdırılaraq qiymətləndirilməsi ilə baş tutur. Bu mənada, fəxri adlar kiminsə, hətta kimlərinsə istəyi ilə deyil, məhz müvafiq normalar nəzərə alınmaqla verilir. Bu tipli məsələlər yalnız hüquqi əsası olduqda qaldırıla bilər. Əks-halda çaşqınlıq yaranır, hansısa rəsmi şəxs qərəzçikikdə günahlandırılır. Belə məsələlri məqsədli qabardanlar açıq şəkildə insanların etibarından istifadə etməklə, onların hisləri ilə oynayırlar. Respublika Veteranlar Təşkilatı Müdafiə Nazirliyi, eləcə də digər dövlət orqanları ilə sıx əlaqəli şəkildə işləyən İctimai təşkilat kimi şəhid ailələrinin daim diqqət mərkəzində olduğunu yaxşı bilir. Bir çox hallarda şəhid ailələri və onların yaxınları həm həmin dövlət orqanlarına, həm də bizə və digər ictimai birliklərə müraciət edərək müəyyən problemlərinin həllində kömək istəyirlər. İstər dövlət orqanları, istərsə də bizlər bu məsələlərə yüksək həssaslıqla yanaşır, onların müsbət həllində qarşılıqlı səylərimizi əsirgəmirik. KİV nümayəndələrinə müraciətimiz də bununla bağlıdır ki, hər hansı problemi dəqiqləşdirmədən, tələsik nəticələr çıxarmasınlar. Əksinə aldıqları məlumatları müvafiq orqanlarla dəqiqləşdiməklə onlar məsələ haqında daha müfəssəl və obyektiv informasiyakar əldə edə bilərlər. Bununla onlar həm şəhid ailələrinə həqiqi dayaq olar, həm də sonradan hansısa yanlışa görə təkzib verməkdən özlərini sığortalayardılar. Yeri gəlmişkən, məhz bu işə önəm verilərək Müdafiə nazirinin müvafiq əmri ilə bu ilin əvvəlində nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsində "Sosial müdafiə və şəhid ailələri ilə iş bölməsi"nin yaradılmışdır. Artıq bir neçə aydır ki, bu bölmə uğurla fəaliyyət göstərir və məsələ ilə əlaqədar KİV-in istənilən suallarının cavablandırılmasına hazırdır.
Hamısını oxu
"Biz artıq quruculuq işlərinə başlayırıq. Qarabağın tacı olan Şuşa şəhərinə aparacaq Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu yolun xüsusi əhəmiyyəti var. Çünki işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən ilk layihədir". Publika.az xəbər verir ki, bunu Ali Baş Komandan, Prezident İlham Əliyev "Twitter" səhifəsində yazıb. Ölkə başçısı bildirib ki, dağıdılmış şəhər və kəndlərimiz erməni faşizminin canlı şahididir: "Hər şeyi dağıdıb, mədəni, tarixi, dini irsimizi silmək istəsələr də, buna nail ola bilməyiblər. Bütün dünya erməni vəhşiliyini görməli və səssiz qalmamalıdır. Dəymiş ziyan hesablandıqdan sonra şəhərsalma üzrə yerli və xarici mütəxəssisləri dəvət edəcək, yeni şəhərsalma planı quracağıq. Necə ki, torpaqlarımızı qaytardıq, üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik".
Hamısını oxu