Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xalqın Prezident İlham Əliyevə olan sevgisi böyük və əbədidir”

Cəlil Xəlilov: “İlham Əliyev xalqın ümid və etimadını hər zaman doğruldub”

 

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevə olan ümumxalq sevgisinin səbəbi, onun hər zaman xalqın ümid və etimadını doğrultması ilə bağlıdır:

 

“İlham Əliyev xalqın ümid və etimadını hər zaman doğruldub. Xalqın öz Liderinə olan sevgi və ehtiramının əsas səbəbi məhz bununla bağlıdır. Hər addımda xalqı düşünmək, onun qeydinə qalmaq İlham Əliyev siyasətinin əsas prioritetidir. Azərbaycan xalqının sosial rifahının ildən ilə daha da yaxşılaşması, iqtisadiyyatımızdakı sürətli inkişaf, torpaqlarımızın erməni işğalından azad edilməsi, ordumuzun dünyanın ən güclü orduları sırasında qərərlaşması və s. məhz İlham Əliyevin adı ilə bağlıdır. İlham Əliyevin ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı atdığı tarixi addımlar isə xüsusilə əhəmiyyətlidir”.

 

Polkovnik qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini yüksəldən, onun ən müasir texnika ilə təchizatını təmin edən İlham Əliyev, 44 günlük Vətən müharibəsində sözün həqiqi mənasında əsl tarix yazıb:

 

“Əsası Heydər Əliyev tərəfindən qoyulan nizami ordunun formalaşdırılması prosesi Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da sürətlənib, həm kəmiyət, həm də keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. İlham Əliyev Azərbaycan Ordusunun dünyanın ən modern orduları səviyyəsinə yüksəldib. Onun rəhbərliyi ilə xaricdən ən müasir raket sistemlərinin, silah-sursatın alınması ilə yanaşı, milli hərbi sənayemizin inkişafı istiqamətində də mühüm addımlar atılıb. Bu gün ölkəmizin Müdafiə Sənayesi Nazirliyi 1000 addan çox silah-sursat, hərbi ləvazimat istehsal edir ki, bu da ilk növbədə dövlət başçımızın uğuru, onun bu sahəyə olan qayğı və diqqətinin nəticəsidir. Ölkəmizdə yeni hərbi akademiya və məktəblərin açılması, dünyanın qabaqcıl dövlətləri ilə hərbi əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərin hərbi akademiyalarında milli hərbi kadrların hazırlanması və s. İlham Əliyevin adı ilə bağlıdır. Məhz bütün bu addımların nəticəsidir ki, 2020-ci ildə Müzəfər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının Silahlı Qüvvələri cəmi 44 gün içində düşməni darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bununla özünün yüksək sərkərdəlik qabiliyyəti ilə yanaşı, xalqımızın və ordumuzun fədakarlığını, onun məğlubedilməzliyini də bütün dünyaya nümayiş etdirdi”.

 

Professor qeyd edib ki,  İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri böyükdür və bu xidmətlər onu xalqın yaddaşında əbədi olaraq yaşadacaqdır:

 

“Prezident İlham Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin həyatının bütün sahələrində inqilabi yeniliklərə imza atan, onun beynəlxalq arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldən dahi və əvəzsiz liderdir. Azərbaycanın dövlət başçısının tarixi xidmətləri onu xalqımızın qəlbində sonsuza kimi yaşadacaqdır.

 

Mən ad günü münasibəti ilə Müzəffər Ali Baş Komandanımızı bütün veteranlar adından təbrik edir, ona xalqımızın və dövlətimizin firavan gələcəyi naminə apardığı mübarizədə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqı öz Liderinin rəhbərliyi altında bundan sonra da böyük uğurlara nail olacaq, yeni müvəffəqiyyətlərə imza atacaq”.

 

2022-12-24 17:24:00
999 baxış

Digər xəbərlər

Anım Günündə Cəlilabadda Şəhidlər Xiyabanının açılışı olub

Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Veteran.gov.az xəbər verir ki, Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon Veteranlar Təşkilatının üzvləri və din xadimləri iştirak edib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbirdə çıxış edərək  44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılardan azad edərək tarixi Qələbəyə imza atdığını vurğulayıb. Bu il sentyabrın 12-dən 13-nə keçən gecə baş vermiş növbəti erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan igid Azərbaycan oğullarının qanlarının yerdə qalmadığı, görülmüş əks-hücum tədbirləri nəticəsində düşmənə layiqli cavabın verildiyini qeyd  edib. Şəhid ailələri adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin anası Sevil Abdullayeva, Vətən müharibəsi şəhidi Elməddin İbrahimovun atası Zeynəddin İbrahimov, Vətən Müharibəsi Qəhrəmanı, leytenant Qəzənfər Ağayev, Birinci Qarabağ şəhidi Şamil Nəzərovun qardaşı, baş leytenant Aqil Nəzərov və Qarabağ qazisi Maşalla Əliyev çıxış edərək igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edən çıxışçılar Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər. Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinə yenidən inşa edilmiş Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoyublar. Tədbirdən sonra rayon Veteranlar Təşkilatının İdarə Heyətinin üzvləri müharibənin ilk günü şəhid olan Cəlilabad rayonunun Muğan kəndinin igid oğlu Dəmirov Həsən Turan oğlunun ailəsini ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxunub. Allah bütün şəhidlərimizi rəhmət eləsin! Ədalət  SALMANOV Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. Təbrikdə deyilir:   “Hörmətli Mehriban xanım!   Sizi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun Prezidenti kimi fəaliyyətinizdə uğurlar arzulayırıq.   Azərbaycan xalqının hər bir nümayəndəsi kimi əminik ki, Sizin Birinci vitse-prezident kimi ortaya qoyduğunuz böyük siyasi əzm, həyata keçirdiyiniz nəcib ideyalar, əməllərinizlə təbliğ etdiyiniz humanizm və xeyirxahlıq düşüncəsi bundan sonra da dövlətimizin çiçəklənməsinə töhfə verməklə yanaşı, cəmiyyətimizdə ictimai şüur və təfəkkürün sevgi, mərhəmət və vətənpərvərlik üzərində köklənməsinə kömək edəcək, mənəvi dəyərlərimizin inkişafına təkan verəcəkdir.   Bir daha  Sizi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə bütün veteranların sevgi və salamını çatdırırıq”.   Hörmətlə: Fatma Səttarova və Cəlil Xəlilov

Hamısını oxu
“Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərdi”

Nəcəf Novruzov: “Dövlət başçısının gənclərimizə verdiyi qiymət göz önündədir”   Bu gün 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan gəncliyinin bütün dünyaya nümunə olduğunu bildirib:   “Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən bugünə qədər ölkəmizə gənclərə, onların inkişafına böyük diqqət yetirildiyi, gənclərin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu birmənalıdır. Sevindiricidir ki, Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də, hər zaman Azərbaycan gəncliyinin inkişafına mühüm önəm vermiş, onların intellektual səviyyəsinin yüksəldilməsi, özlərini inkişaf etdirməsi, müasir dünya gəncliyinə örnək səviyyədə formalaşması üçün dövlətimizin bütün imkanlarından maksimum istifadə etmişdir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi öz biliyi, dünyagörüşü, milli dəyərlərə bağlılığı, vətən sevgisi, intelelktual və mədəni səviyyəsi ilə dünya gənclərinə nümunə saylıla bilər.   44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Dünya gördü ki, Azərbaycan gəncləri öz vətənlərini müdafiə etmək, dövlətlərinin ərazi bütövlüyünü təmin etmək üçün hər cür fədakarlığa hazırdır. Şuşa döyüşlərində gənclərimizin sıldırım qayaları qalxaraq yalın əl və yüngül atıcı silahlarla düşmənə divan tutması faktı buna nümunədir.   Bu mühüm gündə Gənclər və İdman Nazirliyinin uğurlu fəaliyyətinə də diqqət çəkmək istəyirəm. Çünki Gənclər və İdman Nazirliyi dövlətimizin gənclərlə bağlı siyasətini müvəffəqiyyətlə həyata keçirir, beynəlxalq səviyyəli mühüm layihələrə, böyük nailiyyətlərə imza atır.    Hesab edirəm ki, dövlətimizin gənclər siyasəti, o cümlədən Azərbaycan gəncliyinin mövcud durumu sabaha daha inamla baxmağa əsas verir və əminəm ki, bu gün olduğu kimi sabah da gənclərimiz xalqımızın sevinc və iftixar mənbəyi olaraq qalacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Veteran.gov.az xəbər verir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Yevlax Rayon Mərkəzi Xəstəxanasında "İxtisas ayları" proqramı çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərinin ixtisaslaşmış tibb müəssisələrində çalışan uzman və ixtisaslı həkimlər tərəfindən bölgədə yaşayan uşaqlara  tibbi xidmətlər göstərilib. Tibbi xidmətlər pediatrik xəstəliklərin ən çox müşahidə edildiyi bölgələrdən hesab olunan Bərdə-Yevlax tibbi ərazi bölməsinə daxil olan Mingəçevir, Bərdə, Yevlax, Ağdaş və Tərtər rayonlarının vətəndaşları üçün təşkil edilib. Tibbi heyət Respublika Pediatriya Mərkəzi, Yeni Klinika, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasında fəaliyyət göstərən 10 nəfər müxtəlif ixtisaslı həkim-mütəxəssisdən ibarətdir. Sağlamlıq günlərinin əsas məqsədi regionlarda yaşayan əhalinin tibbi müayinəsi,  uşaqlarının sağlamlığının qorunması istiqamətində pediatrik xəstəliklərinin erkən aşkarlanması, eləcə də onların törədə biləcəyi yanaşı xəstəliklər və fəsadlar barədə əhalinin maarifləndirilməsidir. Uşaq sağlamlığı günlərində 750-dən çox uşaq pediatr, kardioloq, infeksionist, nevroloq və oftalmoloq müayinələrindən keçərək 1 500-dən çox tibbi xidmətdən yararlanıb. Tibbi müayinələrdən yararlanan və xəstəliyi yeni müəyyən edilən uşaqların valideynlərinə zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib. Qeyd edək ki, tibbi müayinələrin keçirildiyi günlər ərzində uşaqlar üçün əyləncə proqramları da təşkil edilib.         

Hamısını oxu