Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Anım Günündə Cəlilabadda Şəhidlər Xiyabanının açılışı olub

Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Veteran.gov.az xəbər verir ki, Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon Veteranlar Təşkilatının üzvləri və din xadimləri iştirak edib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbirdə çıxış edərək  44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılardan azad edərək tarixi Qələbəyə imza atdığını vurğulayıb. Bu il sentyabrın 12-dən 13-nə keçən gecə baş vermiş növbəti erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan igid Azərbaycan oğullarının qanlarının yerdə qalmadığı, görülmüş əks-hücum tədbirləri nəticəsində düşmənə layiqli cavabın verildiyini qeyd  edib.

Şəhid ailələri adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin anası Sevil Abdullayeva, Vətən müharibəsi şəhidi Elməddin İbrahimovun atası Zeynəddin İbrahimov, Vətən Müharibəsi Qəhrəmanı, leytenant Qəzənfər Ağayev, Birinci Qarabağ şəhidi Şamil Nəzərovun qardaşı, baş leytenant Aqil Nəzərov və Qarabağ qazisi Maşalla Əliyev çıxış edərək igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edən çıxışçılar Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinə yenidən inşa edilmiş Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoyublar.

Tədbirdən sonra rayon Veteranlar Təşkilatının İdarə Heyətinin üzvləri müharibənin ilk günü şəhid olan Cəlilabad rayonunun Muğan kəndinin igid oğlu Dəmirov Həsən Turan oğlunun ailəsini ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizi rəhmət eləsin!

Ədalət  SALMANOV

Cəlilabad rayon Veteranlar Təşkilatının sədri,

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan

Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist

 

2022-09-29 13:12:00
1158 baxış

Digər xəbərlər

“Hərbi təlimlərin miqyas və keyfiyyəti ordumuzun qüdrətindən, onun yüksək döyüş hazırlığından xəbər verir”

Cəlil Xəlilov: “Azərbaycana münasibətdə xoş məram sərgiləməyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır”   Azərbaycan ordusu mayın 16-dan etibarən hərbi təlimlərə start verib. Saytımıza açıqlamasında sözügedən təlimlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təlimlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Azərbaycan ordusunun start verdiyi və mayın 20-nə qədər davam edəcək təlimlər  hər şeydən öncə ordumuzun döyüş hazırlığının qorunub saxlanılması, onun döyüş qabiliyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Çoxsaylı şəxsi heyətin cəlb edildiyi bu təlimlərdə ən müasir hərbi texnika nümunələrinin döyüş şəraitində effektiv tətbiqi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və s. tapşırıqlar icra edilir ki, bu da zaman-zaman erməni faşizminin terror və təxribatları ilə üzləşən ölkəmizin təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu cür təlimlər ordunun döyüş hazırlığının qorunub saxlanılması, onun çevikliyinin təmin edilməsi, sayıqlığının artırılması, peşəkarlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir”.   Polkovnik qeyd edib ki, təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının təmin edilməsi də təqdirəlayiqdir:   “44 günlük Vətən müharibəsi təcrübəsi birgə hərbi əməliyyatlar zamanı müxtəlif qoşun növləri arasında əlaqələrin uzlaşdırılması, döyüş tapşırıqlarının ustalıqla əlaqələndirilməsinin nə dərəcədə vacib olduğunu ortaya qoydu. Bildiyiniz kimi, Vətən müharibəsində bütün qoşun növləri iştirak etdi və hərbi komandanlıq bu qoşun növləri arasında uzlaşmanı uğurla təmin etdi. Nəticədə, qısa müddət ərzində düşmən ordusu darmdağın edilərək işğal olunmuş ərazilərdən qovuldu. Ermənistan təslimçi bəyanat imzalamağa məcbur oldu. Odur ki, hərbi təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının həyata keçirilməsi odluqca vacibdir və hərbi baxımdan inkişaf etmiş bütün dövlətlərdə bu məsələyə xüsusi diqət yetirilir”.   Cəlil Xəlilov Azərbaycan ordusunun hərbi təlimlərindən düşmənlərin də nəticə çıxarmasının vacib olduğunu qeyd edib:   “Təbii ki, Azərbaycan sülhpərvər dövlətdir və onun keçirdiyi hərbi təlimlər hər hansı dövlətə qarşı yönəlməyib. Lakin bununla belə, Azərbaycana münasibətdə səmimiyyət nümayiş etdirməyən, ona xoş məramla yanaşmayan, dövlətimizlə terror və təxribat dili ilə danışmaq istəyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır.   2020-ci ilin 10 noyabr bəyanatından sonra  Ermənistandakı bəzi revanşist qüvvələr təxribat xarakterli çağırışlar səsləndirməkdədir. Ordumuzun keçirdiyi hərbi təlimlər hər şeydən öncə bu cür gülünc və təxrbatçı bəyanatlara layiqli cavabdır. Bu gün Ermənisatnda revanş fikrinə düşənlər, Azərbaycana qarşı qisas əməliyyatına çağırış edənlər 44 günlük müharibədə Ermənistan ordusunun rüsvayçı məğlubiyyətini yada salmalı, bundan nəticə çıxarmağa çalışmalıdır. Onlar unutmamalıdırlar ki, yeni bir təxribat Ermənistan üçün daha faciəvi nəticələrə səbəb olacaq və tarixi Azərbaycan torpaqlarında forlaşdırılan Ermənistan tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Danışan” şəkillər, “qətl yerindən” reportaj, “qatilin portreti”...

Tofiq Abbasov: “Ermənistanla informasiya müahribəsi davam edir və biz bu müharibədə də aktiv olmalıyıq”   “Qarabağ Dirçəliş Fondunun layihələrində Ermənistanın anti-insani və anti-bəşəri mahiyyəti ifşa edilməkdədir”   44 günlük Vətən müharibəsi başa çatsa da, Ermənistanla informasiya müstəvisində mübarizə davam etməkdədir. Azərbaycan ordusu tərəfindən darmdağın edilən Ermənistanın törətdiyi cinayətlərə görə hüquqi müstəvidə də məsuliyyətə cəlb edilməsi, beynəlxalq məhkəmə qarşısında dayanması, etdiyi əməllərə görə  ölkəmizə təzminat ödəməsi indiki məqamda dövlətimiz qarşısında duran əsas məsələlər sırasındadır. Və təbii ki, bütün bunların reallaşması üçün ilk öncə Ermənistanın son 30 ildə xalqımıza qarşı törətdiyi cinayətlərin ifşa edilməsi, dünya ictimaiyyətinin bu cinayətlərdən xəbərdar edilməsi vacibdir. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsi əsasında həyata keçirdiyi fotosərgi və bu müstəvidə həyata keçirdiyi digər layihələr, eyni zamanda sözügedən Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyevin erməni vandalizmini ifşa edən məqalələri mühüm əhəmiyyətə malikdir.   Xatırladaq ki, Qarabağ Dirçəliş Fondunun erməni vandallarını bütün müstəvilərdə, eyni zamanda ekoloji müstəvidəki cinayətlərini ifşa edən layihələrində işğaldan azad edilən yerlərdən çkəilən çoxsaylı foto-video materiallar yer alır ki, bu da erməni vəhşiliyinin inkaredilməz sübutlar – fotofaktlar əsasında dünyaya çatdırılması deməkdir. Hər biri “dil açan”, “danışan” bu şəkillərdə ermənilərin necə ağır cinayətlərə imza atdığı öz əksini tapmaqla yanaşı, bu cinayətlərin miqyas və dərinliyi həmin cinayətləri həyata keçirən, insanlarla yanaşı, həm də təbiəti məhv edən qatillərin mənəvi-psixoloji portretini görməyə imkan verir.   Saytımıza açıqlamasında bu kimi layihələrin önəminə toxunan politoloq Tofiq Abbasov, bu müstəvidə sistemli addımların atmağın mühüm önəm kəsb etdiyini qeyd edib:   “Təbii ki, Ermənistanın vəhşiliklərinin ifşa edilməsi, bu vəhşiliklərin dünya birliyinin diqqətinə çatdırılması olduqca vacibdir. Müharibə bitdi və biz regionda sülhün zəruriliyindən danışırıq. Lakin biz hələ də bəzi dövlətləri, dünyanın müəyyən kəsimini başa sala bilməmişik ki, müharibənin səbəbkarı kimdir, müharibə kimin ərazisində gedir, kim böyük dağıntılara məruz qalıb. İnsformasiya əsrində buna inanmaq bəlkə də çətindir. Lakin reallıq bundan ibarətdir ki, Azərbaycan bu gün də kimlərəsə izah etməyə çalışır ki, əsl həqiqət nədən ibarətdir. Sağlam toplumları inandırmaq üçün məxsusi səy göstərməyə ehtiyac olmur. Onlara faktları təqdim edən kimi, onlara bu faktları göstərən kimi onlar həqiqəti anlayırlar. Lakin dünyada bəzi kəsimlər var ki, onlar erməni təbliğatının təsiri altındadır. Buna görə də biz erməni vəhşiliyini dünyaya göstərmək, erməniləri ifşa etmək üçün bu cür sərgilər təşkil etməli, bu həqiqətləri yaymalıyıq. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi sərgi və layihələr son dərəcə əhəmiyyətlidir. Çünki bu sərgilərdə erməni vəhşiliyi, onun anti-insani və anti-bəşəri mahiyyəti fotolar vasitəsi ilə - sözsüz-izahsız şəkildə ifşa edilir, faktlar əsasında öz əksini tapır. Qarabağ Dirçəliş Fondunun layihələrində ermənilərin Azərbaycan torpaqlarında ekoloji müstəvidə həyata keçirdiyi cinayətlər də öz əksini tapır ki, bu da erməni faşizminin sadəcə Azərbaycan və region dövlətləri üçün deyil, həm də bütün bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu göstərir, dünya üçün xəbərdarlıq və SOS mahiyyəti daşıyır.   Ermənilər sadəcə insanlara qarşı deyil, təbiətə qarşı da vəhşiliklər törədiblər. Onlar sülhə hazır olmaq istəmirlər. Onlar böyük vəhşiliklər törəiblər. Hansı ki, biz 44 günlük Vətən müharibəsində onların “əl-qolunu sındırdıq”. Xatırladım ki, istər 90-cı illərin əvvəllərində, istərsə də 44 günlük müharibənin başlanmasının səbəbkarı Ermənistandır. Ekologiyaya zərbə vuran, bölgədə gərginliyi artıran da Ermənistandır. Insanlıqdan uzaq addımlar atan da Ermənistandır.   Dünya  nə qədər ki, “duza gedir”, Ermənistanın yalançı təbliğatına uyur, biz gərək erməni vəhşiliklərini intensiv şəkildə ifşa edək. İnformasiya müharibəsi öz qüvvəsindədir və biz burada da situasiyanı dəyişmişik. Bəzi qüvvələr var ki, onlar Azərbaycana, onun təqdim etdiyi faktlara inanmaq istəmirlər. Bunları görməzdən gəlirlər. Lakin bu bizi ruhdan salmalı deyil. Biz sona qədər mübarizə aparmalı, erməniləri ifşa etməliyik. Dünya görməlidir ki, ermənilərin əsl siması nədən  ibarətdir və onlar bəşəriyyət qarşısnda necə böyük cinayətlər törədiblər. Hansı ki, erməni vəhşiliklərinin ifşası baxımından Qarabağ Dirçəliş Fondunun bundan sonra da effektiv  və səmərəli addımlar atacağından əminəm”.   Seymur ƏLİYEV

Hamısını oxu
РОДНЫМ И БЛИЗКИМ САТТАРОВОЙ ФАТМЫ ГУСЕЙН ГЫЗЫ

Hamısını oxu
Düşmənlə təmasdakı Ağdam kəndində son vəziyyət

ovuzun düşmənlə sərhəddə yerləşən Ağdam kəndində atəşkəs rejimi pozulmaqda davam edir. Baku TV xəbər verir ki, erməni silahlı qüvvələri tərəfindən mövqelərimiz dünən gecədən atəşə tutulub.   Atəşkəs rejimi xüsusən iri çaplı silahlarla pozulub. Düşmənin təxribatına milli ordumuz tərəfindən layiqli cavab verilib. Bu gün səhər saatlarında atəş səsləri qismən səngiyib. Lakin ara-sıra silah səsləri eşidilir. Kənddə isə həyat öz axarında davam edir. Kənd sakinlərinin əhval-ruhiyyəsi olduqca yüksəkdir. Tovuz rayonunun Ağdam kəndi düşmənə ən yaxın məsafədə yerləşən kəndlərdən biridir və uzun illərdir ki, kənd sakinləri düşmən mövqeləri ilə üz-üzə dayanıb.

Hamısını oxu