Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentin Qərbi azərbaycanlılarla görüşdə səsləndirdiyi fikirlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüşdə milli maraqlarımız konteksində görülən və görülməsi gərəkən işlərə toxunan dövlət başçısı, Qərbi Azərbaycana qayıdışla da bağlı mühüm fikirlər səsləndirib.

Veteran.gov.az xəbər verir ki, bununla bağlı Azərtac-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Prezidentin məlum çıxışının xalq tərəfindən rəğbətlə qarşılandığnı bildirib:

“Prezidentin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə söhbətində səsləndirdiyi fikirlər, İrəvan və digər tarixi torpaqqlarımıza qayıdışla bağlı sərgilədiyi əzm hər bir azərbaycanlı tərfindən təqdirlə qarşılanmaqda, alqışlanmaqdadır. Prezidentin məlum çıxışı göstərdi ki, Azərbaycan öz haqqını sona qədər bərpa etməkdə qərarlıdır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın cari ilin sentyabr ayında Ermənistanla sərhəddə həyata keçirdiyi hərbi əməliyyatlar da bunu təsdiq etdi. Bu fakt bir daha göstərdi ki, Azərbaycan təhlükəsizlik və ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getmək niyyətində deyil. 

Prezidentin də qeyd etdiyi kimi, biz bu ilin sentyabr ayında həyata keçirdiyimiz hərbi əməliyyatlar sayəsində öz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin edəcək mövqelərə yiyələndik. Bu mövqelər bizə imkan verir ki, nəinki öz təhlükəsizliyimizi təmçin edək, həm də qarşı tərəfin mövqelərini, onun hər bir hərəkətini diqətdə saxlayaq. Bu baxımdan ordumuzun sadəcə Vətən müahribəsindəki deyil, ondan sonrakı əməliyatları da olduqca əhəmiyyətlidir”.

Professor qeyd edib ki, dövlət başçısının çıxışı dünyadakı mövcud reallıqlar və bu reallıqlara hazır olmaq baxımından da əhəmiyyətlidir:

“Prezident İlham Əliyev məlum çıxışında onu da bildirdi ki, işğal dönəmində onda dünyada ədalətin olmadığı ilə bağlı fikir formalaşmışdı. Lakin Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu dünyadan gözlədiyi bu ədaləti özü yaratdı. Şəhidlərimizin, qazilərimizin, xalqımızın və dövlətimizin fədakarlığı sayəsində Azərbaycan erməni faşizmini məğlub edərək ərazi bütövlüyünü təmin etdi. Bununla bütün dünyaya göstərdi ki, o, öz haqlı mübarizəsindən imtina etmək fikrində deyil və öz haqqını nəyin bahasına olursa-olsun qoruyacaqdır”.

Polkovnik Azərbaycanın bundan sonra da hər cür təhdid və təzyiqə hazır olduğunu vurğuladı:

“Vətən müharibəsindən sonra Ermənistanda revanşist qüvvələrin aktivliyi müşahidə olunmaqdadır. Dövlət başçısı da qeyd etdi ki, Ermənistanda həm iqtidar, həm də müxalifət arasında bu cür qüvvələr mövcuddur. Lakin Ermənistan və onun xaricdəki havadarları bilməlidirlər ki, Azərbaycanla təzyiq dili ilə danışmaq mümkünsüzdür və bu danışıq ritorikası heçş vaxt səmərə verməyəcək. Azərbaycan Ordusu hərb meydanında öz sözünü deyib və bundan sonra da deməyə hazırdır. Erməni faşizminin hər cür təzahürü bundan sonra da qətiyyətlə məhv ediləcək.

Azərbaycanın güclü ordusu, güclü sərkərdəsi var. Azərbaycan xalqı öz dövlətinin, öz Prezidentinin yanındadır və öz vətənini qorumaq üçün hər cür fədakarlığa hazırdır”.

 

 

2022-12-26 12:26:00
887 baxış

Digər xəbərlər

Veteran.gov.az saytının baş redaktoru Dövlət Sərhəd Xidmətinin müsabiqəsində birinci oldu

Avqustun 12-də Dövlət Sərhəd Xidmətinin Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102-ci ildönbümünə həsr etdiyi müsabiqənin nəticəsi məlum olub. “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqənin nəticəsinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev qəzet məqaləsi nominasiyası üzrə birinci yerə layiq görülüb.   Məlumat üçün qeyd edək ki, Seymur Əliyevin “DSX-dan böyük zəfərə böyük töhfə: Müqəddəs sərhədlərin keşiyində...” məqaləsində 44 günlük Vətən müharibəsində Sərhəd Qoşunlarının fəaliyyətinə toxunulub, onların işğaldakı torpaqlarımızın azad edilməsindəki xidmətlərinə diqqət yetirilib.

Hamısını oxu
Prezident Administrasiyası və QHT Agentliyinin yetkililəri Fatma Səttarovanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı təbrik ediblər. Təbrikə görə Vüsal Quliyev və Aygün Əliyevaya təşəkkürünü bildirən Fatma Səttarova, bunu bütün Azərbaycan qadınlarına göstərilən diqqət kimi dəyərləndirib. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib.

Hamısını oxu
18 yaşlı şəhidimizin son sözləri: “Elə ki, evə çatdım məni bərk qucaqla”

18 yaşlı şəhidimiz Xəyyam Daşdəmirov qısa, amma hər kəsə örnək olacaq ömür sürdü.    AzTV şəhidimizlə bağlı maraqlı videosüjet hazırlayıb.    Süjetin əvvəlində X.Daşdəmirovun anasına yazdığı məktub təqdim edilib:   "Ana yıxılma ha, dik dayan... Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana... Ana, sən şəhid anasısan, dik dayan!”.   Videosüjetdə danışan şəhidimizin anası Vüsalə xanım oğlunun vətənpərvərliyindən, mərdliyindən danışıb.    Həmin videonu təqdim edirik:

Hamısını oxu
Veteranlar təşəbbüsə qoşulurlar

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə dəstək olmaq hər birimiz üçün müqəddəs vəzifədir. Ulu öndərimiz Heydər Əliyevin dəfələrlə dediyi kimi, Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, hər bir Azərbaycan vətəndaşının borcudur.   Möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Ruh yüksəkliyi var. Nəinki, orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Biz veteranlar da bu işin daha da geniş vüsət alması üçün əlimizdən gələni əsirgəmirik. Azərbaycan əsgərləri ilə bizi  sıx əlaqələr birləşdirir. Bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında  keçirilən Azərbaycan Ordusuna  mənəvi dəstək aksiyasına start verilməsi və UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun rəhbərliyi ilə professor- müəllim və tələbələrin bir qrupunun hərbi libas geyinərək cəbhəboyu bölgələrə, ön xətt mövqelərinə səfərləri, fəxri döyüş növbələrində dayanmaları, əsgərlərlə bir yataqxanada gecələmələri, onlara mənəvi dəstək olmaları biz veteranları da hədsiz sevindirdi. Əsgər hiss edəndə ki, onu yada salan, ona arxa-dayaq olan, qayğıları ilə yaşayan, onun xidmətlərini yüksək qiymətləndirən arxa cəbhə varsa, deməli, ön səngərdə daha məğrur dayanacaq, ümidləri doğruldacaq, Vətən uğrunda, torpaq uğrunda canını, qanını belə əsirgəməyəcəkdir. Azərbaycan Dövlət İqtisad Universitetinin bu təşəbbüsü əsil vətənpərvərlik təşəbbüsüdür və təqdirəlayiqdir. Biz veteranlar bu  təşəbbüsü ürəkdən alqışlayırıq və bu gündən UNEC-in təşkil etdiyi xeyirxah vətənpərvərlik aksiyasına qoşulduğumuzu bəyan edirik. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinə səfərlərimizə bu gündən start verilir.   Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik

Hamısını oxu