Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad Rayon Veteranlar Təşkilatı 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "20 Yanvar bizim qan yaddaşımızdır" mövzusunda tədbir keçirib. Rayon Veteranlar Evində təşkil olunan tədbirə əmək və müharibə veteranları, 20 yanvar əlilləri, ictimai birliklərin rəhbərləri, yaradıcı ziyalılar və ictimaiyyət nümayəndələri dəvət olunublar.

Tədbirdən öncə 20 Yanvar hadisələrini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçirilib. Cəlilabad Dövlət Rəsm Qaleriyasının direktoru Elçin Nəzərov məktəblilərin sərgidə nümayiş olunan əl işləri barədə tədbir iştirakçılarına məlumat verib.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra onun təklifi  ilə bütün şəhidlərimizin və ümummilli liderimiz Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov azadlığa gedən yolda 20 Yanvar hadisələrinin böyük əhəmiyyət kəsb etməsi haqqında ətraflı danışıb, xalqımıza qarşı törədilmiş bu hərbi cinayətə ilk dəfə  Ulu öndərimiz tərəfindən siyasi qiymət verildiyini xüsusi vurğulayıb.

Əmək və müharibə veteranları Mirzəbala Hüseynov, Əsədulla Əliyev, Fəttah Kərimov, Qurban Əhmədov, Rafiq Rüstəmov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim, Abbas, İman Abdulla, Əlövsət Tahirli, rayon Ağsaqqal Şurasının sədri Ədalət Əsgərov, "Qarabağ qaziləri" ictimai birliyinin Cəlilabad filialının sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon bölməsinin sədri Asəf İsmayılov, Qızıl Aypara Cəmiyyətinin Cəlilabad üzrə nümayəndəsi İlkin Qubadov, 20 Yanvar Əllilər Cəmiyyətinin üzvləri Ramiz Məmmədov, Xeyrulla Şahbazov, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və başqaları çıxış edərək  rus qoşunları tərəfindən bizim dinc əhaliyə qarşı törətdikləri 1990 - cı ilin yanvar faciəsinin bizim qan yaddaşımız olduğunu bir daha qeyd ediblər, ölkəmizin müstəqillik qazanmasında xalqımızın göstərdiyi sarsılmaz birliyindən və mətin iradəsindən qürurla danışıblar.

2023-01-19 20:06:00
915 baxış

Digər xəbərlər

“Bu muzeyin yaradılması böyük hadisə olardı”

Cəmil Quliyev: “Dünyada bu səpgili muzeylərin sayı artmaqda, ekspozisiyası genişlənməkdədir” Xəbər verdiyimiz kimi, Respublika Veteranlar Təşkilatının sədri müavini, polkovnik Cəlil Xəlilov saytımıza açıqlamada maraqlı təkliflə çıxış edib. Gələn il II Dünya Müharibəsinin 75 illiyinin qeyd olunacağına diqqət çəkən C.Xəlilov, Azərbaycanın bu müharibədə iştirakçını əks etdirən muzeyin yaradılmasını təklif edib. C.Xəlilovun sözlərinə görə, belə bir muzeyin yaradılması həm xalqımızın faşizm üzərindəki qələbədəki rolunun təbliği, həm də gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi baxımından faydalı olar. Moderator.az-a açıqlama verən görkəmli kinorejissor, professor Cəmil Quliyev bu təklifi müsbət qarşıladığını vurğulayıb: “Belə bir muzeyin yaradılması böyük bir hadisə olardı. Çünki muzey əslində böyük bir mədəniyyətdir. Mən Beynəlxalq Muzeylər Şurasının üzvü kimi onu deyə bilərəm ki, dünyada bu səpgili muzeylərin sayı artıb. Onların ekspozisiyası genişlənir. O ki qaldı II Dünya Müharibəsində Azərbaycanın iştirakını əks etdirən muzeyin yaradılmasına, bu, çox böyük bir hadisə olardı. Çünki Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbədə misilsiz xidmətləri var. Həm arxa, həm də ön cəbhədə Azərbyacan çox böyük fədakarlıqlar göstərib. Xalqımızın yüz minlərlə oğlan və qızı bu müharibədə həlak olub. Xeyli sayda vətəndaşımız göstərdiyi igidliklərə görə orden və medallarla, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. Sovet ittifaqı Azərbyacan nefti hesabına bu müharibədə qələbə çaldı. Azətbaycan neftçilərinin rəşadətli əməyi qələbənin qazanılmasında mühüm rol oynadı. Odur ki, hesab edirəm ki, belə bir muzeyin yaradılması sevindirici bir hadisə olardı”.   Seymur ƏLİYEV

Hamısını oxu
Ərdoğan İlham Əliyevə məktub yazdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.  AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə bu yolda şəhid olan qəhrəman əsgərlərimizi rəhmət hissi ilə yad edir, qazilərimizi hörmətlə xatırlayıram.  Ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir. Bu gün Zati-alinizin qardaşlığımıza layiq səyi və töhfələri ilə Türkiyə və Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mükəmməl şəkildə inkişaf edir. Tariximizdən gələn ilham və sarsılmaz əlaqələrimizdən aldığımız güc-qüvvətlə ölkələrimiz regionumuzun sabitliyinin təminatçısına çevrilmişdir. Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə, bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur. Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının gözəl günləri və yüksək rifahının bundan sonra da davam etməsi üçün ən xoş arzularımı bir daha ifadə edirəm”.

Hamısını oxu
“İrana yardım İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”

“İrana qida və dərman yardımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu, Azərbaycanın qonşu dövlət olan İrana ənənəvi dostluq münasibətinin göstəricisidir: “Azərbaycan hər zaman bütün qonşu dövlətlərə, eləcə də İrana dostluq münasibəti bəsləyib, mehriban qonşuluq siyasəti yürüdüb. ABŞ-İsrail koalisiyası ilə müharibədə olan İrana Azərbaycanın göstərdiyi humanitar yardım, dövlətimizin dostluq siyasətinin əməli davamıdır. Bu addım bir daha sübut edir ki, Azərbaycan heç bir halda qonşu dövlətlərdə yaşanan humanitar fəlakətlərə biganə qalmır, onları daim diqqət mərkəzində saxlayır. Bu baxımdan, dövlətimizin İrana 30 tona yaxın humanitar yardım göstərməsi bəşəri-insani dəyərlər baxımından da təqdirəlayiqdir”. Polkovnik qeyd edib ki, İran Azərbaycanın humanist münasibətinə eyni səmimiyyətlə cavab verməli, ölkəmizə qarşı təxribatlara son qoymalıdır: “Azərbaycan bu addımı ilə bir daha sübut etdi ki, onun İrana olan münasibəti səmimidir və beynəlxalq hüquqa, mehriban qonşuluq siyasətinə, dostluq münasibətlərinə söykənir. Odur ki, İranın da Azərbaycanın səmimi münasibətinə eyni səmimiyyətlə cavab verməsi, ölkəmizə yönəlik təxribatlara son qoyması zəruridir. Yalnız bu halda ikitərəfli münasibətləri dostluq və mehriban qonşuluq siyasəti çərçivəsində davam etdirmək mümkündür. İnanırıq ki, İran Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin bu davranışından lazımi nəticə çıxaracaq və biz yaxın gələcəkdə İranın ölkəmizə münasibətində lazımi həssaslığa şahid olacağıq”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Heydər Əliyev-100: Xalqa mənsub olan həyat” mövzusunda konfrans keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev-100: Xalqa mənsub olan həyat” adlı konfrans keçirilib. Konfransda ölkə ziyalıları, bir sıra dövlət qurumlarının nümayəndələri, müxtəlif kateqoriyadan olan veteranlar, media mənsubları, vətəndaş cəmiyyəti institutunun təmsilçiləri, kursant və  hərbçilər iştirak edib.  Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov açıb. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Polkovnik Cəlil Xəlilov çıxışında Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi roluna diqqət çəkib, milli dövlətçiliyimizin qorunub saxlanılması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, təhlükəsizliyinin gücləndirilməsi istiqamətində yürütdüyü siyasətdən danışıb. TədbirdəAzərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri professor Namiq Əliyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Akademiyasının rəhbəri Kollegiyanın üzvü, professor, hüquq elmləri doktoru Əmir Əliyev, Azərbaycan Tibb Universitetinin İctimai fənnlər kafedrasının müdiri pofessor Qoşqar Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Seymur Şeydayev, Təşkilatın Rəyasət Heyətinin üzvü, I Qarabağ müharibəsi veteranı, DİN VT-nın  sədri, i/o  polis polkovniki  Fərhad Süleymanov və digər qonaqlar iştirak edib. Konfransda çıxış edən professor Namiq Əliyev, professor Əmir Əliyev, pofessor Qoşqar Əliyev, polkovnik Seymur Şeydayev Ulu öndər Heydər Əliyevin sözün həqiqi mənasında öz ömrünü xalqımızın rifahı, dövlətimizin təhlükəsizliyinə həsr etdiyini bildirib, Ümummilli liderlə bağlı maraqlı faktlara toxunublar. Konfransda yeni nəşr edilən, polkovnik Cəlil Xəlilovun müəllifi olduğu və Ulu öndər Heydər Əliyevə həsr olunan “Xalqa mənsub olan həyat” kitabı da tədbir iştirakçılarına paylanılıb. Konfransda çıxış edənlər “Xalqa mənsub olan həyat” kitabının tariximizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini, gənc nəslin bu cür kitablara böyük ehtiyacının olduğunu bildirib. Sonda polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, xatirə şəkli çəkilib.    

Hamısını oxu