Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ərdoğan İlham Əliyevə məktub yazdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.  AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə bu yolda şəhid olan qəhrəman əsgərlərimizi rəhmət hissi ilə yad edir, qazilərimizi hörmətlə xatırlayıram.  Ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir. Bu gün Zati-alinizin qardaşlığımıza layiq səyi və töhfələri ilə Türkiyə və Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mükəmməl şəkildə inkişaf edir. Tariximizdən gələn ilham və sarsılmaz əlaqələrimizdən aldığımız güc-qüvvətlə ölkələrimiz regionumuzun sabitliyinin təminatçısına çevrilmişdir. Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə, bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur. Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının gözəl günləri və yüksək rifahının bundan sonra da davam etməsi üçün ən xoş arzularımı bir daha ifadə edirəm”.

2020-09-15 00:00:00
3813 baxış

Digər xəbərlər

Bir axtarışın qürur verici nəticəsi.

  Bizə müraciət edən hər bir vətəndaşın razılıq və təşəkkür hissləri fəaliyyətimizin əsasını təşkil edir. Hər bir axtarışın nəticəsi və razı qalan vətəndaşların minnətdarlığı bizə qürurvericidi. 08 iyul 2026-cı il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının elektron poçtuna  Ukrayna Respublikasında yaşayan Orudcov Eduard Hümbət oğlu müraciət edərək babası, Böyük Vətən müharibəsi iştirakçısı Orudcov Qarakişi Hümbət oğlu barədə məlumat toplamağı xahiş etmişdir. Axtarış nəticəsində müəyyən olunan məlumatlar Orudcov Eduard Hümbət oğluna göndərildi:   Orudcov Qarakişi Hümbətovic 1903-cü il təvəllüdlü Zərdab r-nu, Əlvənd kəndində doğulub. Siravi əsgər, 1337 dağ-atıcı alayın 318 dağ-atıcı diviziyada və 1275 atıcı alayın 387 atıcı diviziyasıda döyüşmüş. «Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə», "Hərbi xidmətlərə görə” və 2 dəfə «İgidliyə görə” medallarla təltif olunmuşdur. Təltif vərəqəsində (aşağıda) Böyük Vətən müharibəsində göstərdiyi igidlikləri barədə məlumat verilib: “Krım yarımadasının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Üç dəfə yaralanıb. Kerç yarımadasında alman müdafiə səddinin yarılması zamanı 11.04.1944 il tarixdə yüngül (əl) pulemyotu ilə beş alman əsgərini məhv edib. 24 aprel 1944-cü ildə Sapun dağına hücum zamanı yüngül (əl) pulemyotla səkkiz alman əsgər və zabitini öldürüb. 10 may 1944-cü ildə Sevastopol uğrunda küçə döyüşləri zamanı tüfənglə düşmənin pulemyot mövqelərini məhv edib.” İkinci Dünya Müharibəsi cəbhələrində Azərbaycan oğullarının şücaəti, qəhrəmanlığı və igidliyi, eləcə də arxa cəbhədəki insanların fədakar əməyi yaddaşımızda əbədi qalacaq. Təqdirə layiqdir ki, İkinci Dünya müharibəsi veteranlarının nəvələri öz babaları barədə məlumat toplayıb gələcək nəslə - öz nəvələrinə, nəticələrinə ötürür.   Orudcov Eduard Hümbət oğlunun təşəkkür məktubunu dərc edirik. Уважаемые господа!  От всей души благодарю Вас за ваш труд и доброту! Трудно передать те чувства, которые я испытываю глядя на документы, которые вы любезно предоставили в моё распоряжение. Это какое-то волшебство.  Я был ребенком когда мой дедушка покинул этот мир. Я запомнил его очень добрым, спокойным, трудолюбивым человеком, обожающим детей. Я знал, что дед воевал.  Теперь, когда я сам уже дед, мне просто необходимо иметь больше информации о его жизни. Думаю, что очень важно, чтобы потомки знали побольше о нём, о нашем Герое.  Невозможно представить себе, что чувствовал человек, уезжая из родного дома, оставляя жену и детей (моему отцу в июне 1941 не исполнилось даже 2 лет). Уезжал в армию, в которой говорили на другом языке и кормили непривычной едой. Я не понимаю как сорокалетний человек, который всю жизнь работал в поле, справлялся с тяжёлым пулемётом. Наши деды были какими-то сверх людьми.  На мне большая ответственность: я ношу фамилию и отчество моего предка-Героя. Приложу все усилия, чтобы память о нём осталась у потомков. Огромное спасибо Вам!   Старший сержант  Эдуард Гумбатович Оруджев.  

Hamısını oxu
ВС АЗЕРБАЙДЖАНА ПРОВОДЯТ УСПЕШНЫЕ ОПЕРАЦИИ

Hamısını oxu
Dövlət Təhlükəsizliyi Xidməti öz əzəmət və peşəkarlığının zirvəsindədir

Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyətinin müəyyənləşdirilməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə qəfildən öz xidmət təyinatını dəyişmiş şəxsi heyət üçün bütün dəyərlərin yenidən qiymətləndirilməsi; yenidən təşkilatlanma ilə əlaqədar şaşqınlıq vəziyyəti səciyyəvi idi və bunlar obyektiv çətinliklər idi. Lakin bu dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı səbəbindən o zamankı Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəxri professor Cəlil Xəlilov deyib. Professor bildirib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi dövlət təhlükəsizliyi sisteminin daha da təkmilləşməsinə səbəb oldu: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün dövlət qurumlarının, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətində ciddi dönüş yarandı. Ulu Öndər ordunu gücləndirməklə yanaşı, əsl peşəkarları təhlükəsizlik sisteminə cəlb etməklə dövlətin təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinə nail oldu. Təhlükəsizlik orqanının əməkdaşları terror cəhdlərinin qarşısının alınmasında, daxili sabitliyin güclənməsində mühüm rol oynadı. Daxili və xarici düşmənlərin bir çoxu məhz təhlükəsizlik orqanları əməkdaşlarının səyi nəticəsində ifşa olundu”. Cəlil Xəlilov hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlığa malik olduğunu, sözügedən qurumun öz fəaliyyəti ilə Ulu Öndərin arzu və istəklərini doğrultduğunu vurğulayıb: “Bizim üçün qürurvericidir ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti öz tərəqqi və əzəmətinin zirvəsindədir. Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin 44 günlük Vətən müharibəsində ortaya qoyduğu əzm, şanlı Zəfərimizin əldə edilməsinə verdiyi böyük töhfə bu qurumun peşəkarlığının, vətən, xalq sevgisinin göstəricisidir. Mən Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarını 28 mart – peşə bayramı münasibətilə təbrik edir, onların hər birinə öz şərəfli vəzifələrində uğurlar arzulayıram. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq və ölkəmizlə bağlı bütün məkrli planları alt-üst edəcək”.

Hamısını oxu
Председателю Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Д.М. Халилову

Hamısını oxu