Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Əbədi Birlik” GİB sədri Şahin Əliyev və Quzey Kıbrıs nümayəndəsi Serdar Şengül Respblika Veteranlar Təşkilatının qonağı olub

“Əbədi Birlik” GİB sədri Şahin Əliyev və Quzey Kıbrıs nümayəndəsi Serdar Şengül Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru polkovnik Cəlil Xəlilovu təşkilatın ofisində ziyarət edib, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar. 

Şahin Əliyev Cəlil Xəlilova müəllifi olduğu “İlhamlı Zəfər - 20” və “Kıbrıs - Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” kitablarını hədiyyə edib.

Şahin Əliyev və Serdar Şengül  qonaqpəvərliyinə görə  görə Cəlil Xəlilova təşəkkür ediblər.

2025-03-20 12:06:55
3251 baxış

Digər xəbərlər

“Gələcək sərhədçilərin işğaldan azad edilmiş ərazilərə ekskrusiyası alqışlanmalıdır, çünki...”

Naqif Həmzəyev: “Belə ekskursiyalar kursantlarımızın milli-mənəvi dəyərlərə bağlılığının güclənməsi və qəhrəmanlıq ruhunda tərbiyəsi baxımından önəmlidir” Bugünlərdə Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin 2023-2024-cü tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənmiş kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub. Kursantlara Xudafərin körpüsü ərazisində Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasında sərhədçilərimizin göstərdikləri qəhəmanlıqlardan danışılıb,  Vətən müharibəsi haqqında ətraflı məlumat verilib. Daha sonra onlar bəzi hərbi hissələrdə olub, atıcı silahlar, sərhəd xidmətinin təşkili və s. ilə tanış olublar. Maraqlıdır, kursantların işğaldan azad edilən ərazilərə ekskursiyası, onlara Vətən müharibəsi, sərhədçilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verilməsi, hərbi hissələrdə görüşlərin keçirilməsi, kursantların sərhəd zonasında sərhəd xidmətinin təşkili ilə əyani şəkildə tanış edilməsi gələcək sərhədçilərin milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsinə, onların peşəkarlığının artırılmasına nə vəd edir? Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu kimi tədbirlərin böyük önəm kəsb etdiyini vurğulayıb: “Uşaq, yeniyetmə və gənclərimizdə vətənpərvərlik tərbiyəsini gücləndirən, onları torpağa, bayrağa, tariximizə, milli-mənəvi dəyərlərimizə daha dərindən bağlayan addımların atılmasını daim diqqət mərkəzində saxlamalıyıq. Bu baxımdan Vətən müharibəsi təcrübəsinin onlara öyrədilməsi, bu müharibədə qəhrəmanlıq göstərən şəxslər haqqında onlara ətraflı məlumatların verilməsi, sərhədçi peşəsini seçən yeniyetmələrimizin vaxtiylə döyüşlərin getdiyi ərazilərə ekskursiyalarının təşkili olduqca əhəmiyyətlidir. Bu baxımdan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin 2023-2024-cü tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənmiş kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunması alqışlanmalıdır. Qeyd edim ki, bu gün bütün sərhədlərimiz kimi, Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər də sərhədçilərimiz tərəfindən yüksək səviyyədə qorunur. Torpaqlarımızın erməni faşizmindən azad edilməsində Silahlı Qüvvələrimizin bir hissəsi kimi sərhədçilər də yaxından iştirak edib, böyük qəhrəmanlıqlar göstərib. Bu baxımdan düşünürəm ki, peşəkar hərbçilərin yetişdirilməsi, gələcək sərhədçilərə sərhədlərin və vətən torpağının nə qədər müqəddəs olduğunu əyani şəkildə aşılamaq üçün onların işğaldan azad edilmiş ərazilərə ekskursiyasının təşkili son dərəcə önəmlidir. Bu cür ekskursiyalar, yay düşərgələri, görüşlər mütəmadi şəkildə həyata keçirilməlidir. Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin kursantlarının işğaldan azad edilən ərazilərə ekskursiyasının təşkil edilməsi, oradakı hərbi hissələrdə görüşlərin keçirilməsi, Vətən müharibəsi ilə bağlı onların ətraflı şəkildə məlumatlandırılması, kursantlarımızın milli-mənəvi dəyərlərə bağlılığının daha da güclənməsi, qəhrəmanlıq ruhunda tərbiyəsi baxımından həyati əhəmiyyətə malikdir. Odur ki, mən DSX-nın bu addımını alqışlayır, onlara uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
100 yaşlı Fatma nənə: “Azərbaycanı xoşbəxt gələcəyə aparacaq insana səs verdim”

alakən rayonunun ən yaşlı seçicilərindən olan 100 yaşlı Fatma Abdulrəhman qızı İbrahimova növbədənkənar prezident seçkisində səs verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 110 saylı Balakən seçki dairəsinin 3 saylı məntəqəsində qeydiyyatda olan Fatma nənə əvvəlki seçkilərdə olduğu kimi, budəfəki prezident seçkisində də iştirak edib. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyi üçün məntəqə seçki komissiyasına ərizə ilə müraciət edib. Fatma nənənin müraciəti nəzərə alınaraq, səsvermə günü onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. Fatma nənə nəvəsinin köməyi ilə seçki bülletenini doldurub. “Ürəyimdə tutduğum namizədə - Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək insana səs verdim. Qoy, ölkəmizdə həmişə əmin-amanlıq olsun. Hamıya uzun ömür arzulayıram”, - F.İbrahimova deyib. 1924-cü il təvəllüdlü Fatma İbrahimovanın bir övladı, dörd nəvəsi, iki nəticəsi var. O, bütün seçkidə səsvermə prosesində şəxsən iştirak edib. Lakin son illər səhhətində yaranan problemlər səbəbindən seçki məntəqəsinə gedə bilmir.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Tovuz döyüşlərinin ildönümü ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Bakı şəhəri rayonlarının təşkilat sədrlərinin iştirakı ilə tədbir keçirilib.   Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tovuz döyüşlərinin ildönümü münasibəti ilə bu döyüşlərin döyüşlərinin Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edib, düşmənə həmin döyüşlər zaman ciddi zərbələrin endirildiyini vurğulayıb.   Daha sonra Tovuz döyüşlərinin hərb tariximiz baxımından önəmi, böyük qələbənin əldə edilməsində rolu və s. kimi məsələlər müzakirə olunub, bir-birindən maraqlı çıxışlar səslənib.     Tədbirin sonunda çıxış edən təşkilat sədri Fatma Səttarova Tovuz döyüşləri ilə Azərbaycan xalqının qəhrəman övladlarının şanlı bir tarix yazdığını, bu tarixin hər zaman böyük fəxrlə xatırlanacağını vurğulayıb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin bəyanatı

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti 4 iyun 2021-ci il tarixində Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı bəyanat verib. Beynəlxalq təşkilatlara, dünya birliyinə ünvanlanan bəyanatda deyilir:   “30 ilə yaxındır ki, Ermənistan dövlətinin həyata keçridiyi işğal siyasətinə 44 günlük Vətən müharibəsi və bu müharibənin nəticəsi kimi meydana çıxan 10 noyabr 2020-ci il tarixli bəyanatla son qoyulsa da, erməni faşizminin mina terroru davam edir. Ermənistanın minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsi mülki insanlar arasında tələfatların yaşanmasına, sadə vətəndaşların Ermənistanın hərbi cinayətlərinin qurbanına çevrilməsinə səbəb olur. Bu gün iki jurnalistimizin peşə fəaliyyətlərini həyata keçirən zaman mina partlayışı nəticəsində həlak olması, daha bir neçə mülki şəxsin yaralanması Ermənistanın terror fəaliyyətinə son qoymaq niyyətində olmadığını göstərir.   Təəssüf doğuran məqamlardan biri də Azərbaycan dövlətinin səylərinə rəğmən, bu günə qədər hər hansı beynəlxalq təşkilatın Ermənistanın mina terrorunun qarşısını almaq üçün əməli addım atmamasıdır. Nə qədər acınacaqlı da olsa qeyd etməliyik ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğalda qalmasına göz yuman beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri bu gün də Ermənistanın mina terroru qarşısında səssiz qalmaqda, susqunluq sərgiləməkdədir. Halbuki, Ermənistanın mina təxribatları cinayətkar dövlətə qarşı beynəlxalq sanksiyaların tətbiqini zəruri edir.   Hərbi cinayətlərini davam etdirən, mülki vətəndaşların qətlinə imza atan Ermənistanın cəzalandırılması sadəcə ədalətin deyil, həm də beynəlxalq hüququn tələbidir və bu tələbin icrası məhz əlaqədar beynəlxalq təşkilatlar tərəfindən təmin edilməlidir. Dünya birliyi anlamalıdır ki, Ermənistanın mina terrorunu davam etdirməsi bölgədə yeni bir gərginliyə yol açmaqla yanaşı, bütün regionda sülhün, sabitliyin bərqərar olması üçün ciddi maneədir.   Ona görə də, Respublika Veteranlar Təşkilatı olaraq bütün beynəlxalq təşkilatları, aparıcı dövlətləri Ermənistanın mina terrorunu dayandırmağa, bunun üçün beynəlxalq hüquq və konvensiyaların imkanlarından istifadə etməyə səsləyirik. Xatırlatmaq istəyirik ki, beynəlxalq təşkilatların susqunluğu fonunda davam edən mina terroruna görə məsuliyyət Ermənistanla yanaşı, həm də bu qətliama tamaşaçı mövqeyindən yanaşan, onu önləmək üçün heç bir addım atmayan beynəlxalq qurumların üzərinə düşür.   Ümid edirik ki, beynəlxalq təşkilatlar heç olmasa bundan sonra bu məsələdəki hüquqi və mənəvi məsuliyyət payını dərk edəcək, mina terrorunu davam etdirən, beynəlxalq hüquqa, təməl insan haqlarına meydan oxuyan Ermənistana təzyiq gödstərməklə, onun terror fəaliyyətinin qarşısını almaq üçün əməli addımlar atacaq”.

Hamısını oxu