Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad Rayon Veteranlar Təşkilatı Gənclər Günü münasibətilə tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar Cəlilabad rayon Veteranlar Təşkilatı tədbir keçirib. Tədbirdə Əmək və Müharibə veteranları ilə yanaşı rayonun fəal gəncləri də iştirak edib.

Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək bildirib ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. 1996-cı il 2 fevral tarixində  Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir. O, öz çıxışına davam edərək fəxrlə vurğulayıb ki, Azərbaycanın qəhrəman gəncləri ordumuzun sıralarında rəşadətlə vuruşaraq adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların igidliyi sayəsində qazanılan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Tədbirdə şəhid atası Əsədxan Həşimov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Gülbala Teymur, Mədəniyyət şöbəsinin 3 saylı klubunun müdiri Xeyrulla Şahbazov, “Dəmir yumruq” ictimai birliyinin sədri Rəfael Şükürov, Qarabağ qazisi, yazıçı  Qurban Əhməd, Əmək veteranları İsrail Nuriyev, Telman Əsgərov, Mirzəbala Hüseynov, Mirhəbib Əzimov və gənclər adından Xəyal Əliyev çıxış edib qeyd etdilər ki, gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Sonda ictimai-siyasi tədbirlərdə fəal iştirak edən bir qrup gəncə Gənclər Günü münasibəti ilə rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub. 

2023-02-01 20:05:00
1419 baxış

Digər xəbərlər

Prezidentlə Fatma Səttarovanın səmimi söhbəti- Video

Prezident İlham Əliyev bu gün İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, dövlət başçısına minnətdarlığını bildirən Fatma Səttarova deyib: Azərbaycanımın, Azərbaycan Ordusunun qəhrəman oğlu, Ali Baş Komandan, 44 günün içində o boyda dağlıq yerləri, Qarabağı aldınız. Böyük qəhrəmanlıqdır. Azərbaycan xalqı Sizinlə fəxr edir, Allah qorusun. Siz camaata ruh verdiniz, Siz camaata inam verdiniz, Siz camaata ölkə qaytardınız, Siz Vətən qaytardınız, torpağımızı qaytardınız. Prezident İlham Əliyev: Bu, bizim hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Fatma Səttarova: Bəli, hamımızın, Azərbaycan xalqının qələbəsidir. Bəli, qələbəsidir, düzdür, o qələbənin rəhbəri lazımdır, o qələbəni qazanmaqdan ötrü rəhbər lazımdır. Prezident İlham Əliyev: Bu qələbədə veteranların da payı çox olub. Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz. Ondan sonra da həmişə fəal olmusunuz. Sizi mən yüksək ordenlə təltif etmişəm. Fatma Səttarova: Bilirəm, çox sağ olun, Allah razı olsun. Prezident İlham Əliyev: Bu, Azərbaycan dövlətinin ən ali ordenlərindən biridir, “İstiqlal” ordenidir. Siz buna layiqsiniz. Çünki siz öz həyatınızla istiqlal ideallarımızı tərənnüm etmisiniz və müstəqillik dövründə sizin fəallığınız, sizin sözünüz, qətiyyətli addımlarınız, dövlətçiliklə bağlı gördüyünüz işlər bizim üçün çox əzizdir və nümunədir. Fatma Səttarova: Çox sağ olun, Sizə qurban olum. Prezident İlham Əliyev: Hər zaman sizinlə və digər veteranlarla 9 May Günündə görüşəndə biz Qarabağ haqqında danışırdıq. Fatma Səttarova: Bəli, ancaq. Prezident İlham Əliyev: Qarabağ haqqında danışırdıq və mən deyirdim ki, gün gələcək biz torpaqları azad edəcəyik, bax, gün gəldi. Fatma Səttarova: Şükür, çox şükür. Sonra Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib və ona möhkəm cansağlığı arzulayıb.  

Hamısını oxu
“Qarabağ Milli Parkının yaradılması erməni işğalının təbiətdəki fəsadlarının aradan qaldırılmasına tarixi töhfədir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qarabağ Milli Parkının yaradılması erməni işğalının təbiətdəki fəsadlarının aradan qaldırılmasına tarixi töhfədir”.  Bunu saytımza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məlum Sərəncam erməni işğalı dönəmində təbiətə dəyən zərərin aradan qaldırılması, pozulan ekoloji tarazlığın bərpası kimi problemlərin həllinə Azərbaycan dövlətinin verdiyi önəmi göstərir: “Təbii ki, Qarabağ Milli Parkının yaradılması Prezidentimizin təbiətə, ekologiyaya olan həssas və qayğıkeş münasibətinin nəticəsidir. Heç kimə sirr deyil ki, 30 illik işğal dönəmində erməni tapdağında qalan ərazilərimizdə meşələr kütləvi şəkildə məhv edilib, təbiət və ekologiyaya ağır zərbə dəyib. İşğaldan azad olunan hər bir ərazidə ermənilər tərəfindən su hövzələrinin və torpaq örtüyüyü çirklənməsi, yaşıllıqların məqsədli şəkildə məhvi hallarına rast gəlinir ki, bu da problemin həlli istiqamətində effektiv və miqyaslı tədbirlər görməyi zəruri edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti Prezident İlham Əliyevin bilavasitə nəzarəti və qayğısı altında təbiətə dəyən ziyanın aradan qaldırılması, ekoloji tarazlığın bərpası istiqamətində fundamental tədbirlər, nəhəng layhələr həyata keçirməkdədir. Təbii meşələrin bəpası və eləcə də süni meşələrin salınması, yaşayış məntəqlərinin ətrafı ilə yanaşı, həm də onların daxilində yaşıllıqların genişləndirilməsi işğaldan azad edilən ərazilərdə həyata keçirilən mühüm tədbirlərdən biridir. Zəngilan rayonunun inzibati ərazisində Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun və Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bunun ən böyük isbatıdır. Bu baxımdan Qarabağ Milli Parkının yaradılması dövlətimizin və Prezidentimizin bu istiqamətdə atdığı çoxsaylı addımların davamı kimi mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan dövləti və xalqının təbiətə olan qayğıkeş münasibətinin, sağlam ekoloji mühit formalaşdırmaq əzminin göstəricidir. Əminliklə demək olar ki, Qarabağ Milli Parkının yaradılması işğal dönəmində təbiətə dəyən zərərin nəticələrinin daha sürətlə bərpasına öz müsbət töhfəsini verəcək, məlum prosesi əhəmiyyətli dərəcədə optimallaşdıracaq. Bu baxımdan Prezident Qarabağ Mili Parkının yaradılması ilə bağlı Sərəncamını alqışlayır, bunu təbiətin qorunması və erməni işğalının nəticələrinin aradan qaldırılması yolunda tarixi qərarlardan biri kimi yüksək qiymətləndiririk”. Seymur ƏLİYEV

Hamısını oxu
Ermənistan təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edib

Bizim bütün şəhər və kəndlərimiz viran edilib, tarixi abidələrimiz dağıdılıb, mədəni abidələrimiz yerlə-yeksan olunub. Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanılması üçün istifadə edilib. Bununla onlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev dekabrın 17-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: "Həmin şəkilləri və videomaterilları görən dünya müsəlmanları bir daha anlayır ki, uzun illər ərzində biz hansı bəla ilə üz-üzə idik və ərazilərimizi, torpaqlarımızı azad edərək tarixi köklərimizə qayıtmaqla biz nəyə nail olmuşuq. Bildiyiniz kimi, bəzi hallarda Ermənistan müsəlman ölkələri ilə əlaqələr yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri edir. Lakin əminəm ki, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin. Burada siyasi, yaxud digər maraqlar ola bilər, ancaq hesab edirəm ki, bütün dünya müsəlmanları səslərini birləşdirməli, təcavüzkara güclü bir mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır və müsəlmanlar tərəfindən unudulmayacaqdır". Milli.Az

Hamısını oxu
“Ulu Öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək  və Silahlı Qüvvələr Veteranları  Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri  ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş  mütəxəssis Nəbi Hacıyev, Nərimanov rayon VT-nın sədri, ehtiyatda olan  polkovnik Elşad Şabanov, BVM-si veteranı Ağababa İskəndərov 13 aprel 2023-cü ildə tədbir təşkil ediblər. Tədbir   Bakı şəhəri Nərimanov   rayonunda yerləşən  1 saylı ASAN xidmət mərkəzində baş tutub. Ulu Öndər Heydər Əliyevin100 illiyi ilə əlaqədar  “Ulu Öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir” adlı  tədbirdə Bakı şəhəri Nərimanov rayon 1 saylı ASAN xidmət mərkəzinin direktoru Zabidə Batıyeva, direktor müavini Anar Məmmədov, sektor müavini Xəzər İbrahimli, konüllülər üzrə məsul şəxslər Quliyeva Pərvanə, Mirsədizadə Bəyaz və könüllülər iştirak ediblər. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsir edilmiş tədbiri mərkəzin direktoru Zabidə Batıyeva açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev ilk öncə RVT-nın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev deyib: “Heydər Əliyevin xalqımızın xoşbəxt rifahı yolunda əvəzedilməz işlər görmüşdür. O, hər zaman  gənclərin sağlam əqidəli, vətənpərvər, savadlı yetişib dövlətimizə layiqli vətəndaş olmaları üçün daima düşünmüş və bu siyasətini həyata keçirmişdir. Hələ Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci Katibi işlədiyi dövurdə SSRİ-nin  iki yüzdən çox mərkəzi şəhərlərində on beş mindən çox azərbaycanlı tələbənin təhsil almasına nail olmuşdur. Onun ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanımızı dağılmaq təhlükəsindən xilas etdi. Böyük çətinliklərə sinə gələn Ulu Öndər bu gün dövlətimizin xilaskarı adlandırılır. Mən əbədi lidermizə, vətən uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyirəm”. Sonra Elşad Şabanov cıxış edib. O, işlədiyi dövrdə Heydər Əliyevlə görüşündən xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra BVM-si veteranı Ağababa İskəndərov Ulu Öndərin veteranlara diqqət və qayğısından söhbət açıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu