Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ermənistan təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edib

Bizim bütün şəhər və kəndlərimiz viran edilib, tarixi abidələrimiz dağıdılıb, mədəni abidələrimiz yerlə-yeksan olunub. Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanılması üçün istifadə edilib. Bununla onlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev dekabrın 17-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı bildirib: "Həmin şəkilləri və videomaterilları görən dünya müsəlmanları bir daha anlayır ki, uzun illər ərzində biz hansı bəla ilə üz-üzə idik və ərazilərimizi, torpaqlarımızı azad edərək tarixi köklərimizə qayıtmaqla biz nəyə nail olmuşuq. Bildiyiniz kimi, bəzi hallarda Ermənistan müsəlman ölkələri ilə əlaqələr yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri edir. Lakin əminəm ki, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin. Burada siyasi, yaxud digər maraqlar ola bilər, ancaq hesab edirəm ki, bütün dünya müsəlmanları səslərini birləşdirməli, təcavüzkara güclü bir mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır və müsəlmanlar tərəfindən unudulmayacaqdır". Milli.Az

2020-12-17 00:00:00
3286 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib

Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

Hamısını oxu
Niderland Krallığının Haaqa şəhərində Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilib

Niderland Krallığının Haaqa şəhərində Almaniyada yaşayan azərbaycanlı şair- yazar Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilmişdir. Haaqa şəhərində fəaliyyət göstərən Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçısı olduğu mərasimə ev sahibliyini şəhərin Transval kitabxanası etmişdir. Veteran.gov.az xəbər verir ki, açılış sözü ilə dərnəyin sədri İlhan Aşqın gəlmiş  qonaqları salamladı və kitab haqqında ətraflı məlumat vermək üçün müəllif Orhan Arazı kürsüyə dəvət etdi.Müəllif Nizami Gəncəvinin ölməz yaradıcılığı haqqında qısaca məlumat verdikdən sonra kitabın yazılma tarixçəsi, Nizamı yaradıcılığının aktuallığı, həmçinin Holland- Türk dilində olan kitabın məhz Niderland Krallığında nəşrinin əhəmiyyətindən danışdı. Sonra Sima Cəfərova, Ofelya Mehdiyeva və Yusif Can Nizami Gəncəvinin şerlərini söylədilər. Mərasimdə iştirak edən rəsmi qonaqlar arasında Azərbaycanın Niderland Krallığındakı səfirin 1-ci müavini Səbinə Sadıxova,  Türkiyə səfiliyinin nümayəndəsi Ozan Can Gümüş bəy,  Azerbaycandan xüsusi  dəvətlə gəlmiş Azərbaycan Dillər Universitetinin  dosenti Həqiqət Hacıyeva, Azərbaycan,  Türk təşkilatları ve Hollandiyadakı fəallar da iştirak etmişlər. Mərasimdə sözləri Nizami Gəncəviyə aid olan musiqi parçaları söyləndi və iştirakçılar tərəfindən böyük alqışlarla qarşılandı. Məclisin sonunda Azərbaycan Türk Kültür dərnəyinin sədri İlhan Aşqın və xüsusi dəvətlə Azərbaycandan gəlmiş qonaq Həqiqət Hacıyeva bəzi qonaqlara və dərnək üzvlərinə xüsusi təşəkkürnamələr təqdim etdilər. Qonaq Həqiqət Hacıyeva  Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun  Prezidenti  Sərraf Orucovun adından 44 günlük müharibə zamanı əlil olmuş qazilərimizə  maddi, mənəvi dəstəklərinə  görə təşəkkürnamələr təqdim etdi.Təşəkkürnaməyə layiq görülən  şəxslərin  diaspora fəaliyyəti və müharibə qazilərinə göstərilən yardım işlərindəki köməyi qonaqların nəzərinə çatdırıldı. Təşəkkürnamə alanlar arasında Orhan Aras, “Kros Medical” şirkətinin müdürü Ron Gelzelle, İlhan Askin, Aydəmir Çətin, İmam Əfəndiyev, Mehman Haqverdiyev, İrfan Parlar, Müşviq Mikayıl, İmdat Sakruca, Həqiqət Hacıyeva olmuşlar. Sonda gələn qonaqlara təşəkkür edən İlhan Aşqın gələn tədbirlərdə görüşmək ümidi ilə mərasimi bağlı elan etdi.

Hamısını oxu
TƏBİB şəhidlə bağlı məlumat yaydı

Dmitriy Solntsev Aleksandoroviç Bakıda anadan olub. Orta və ali təhsilini də burada bitirib. Azərbaycan ordusunda hərbi xidmət keçib. Publika.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, o, 2020-ci ilin mayından pandemiya dövründə könüllü olaraq TƏBİB sıralarına qatılıb. TƏBİB-in tabeliyində olan müəssisələrdə biomühəndis kimi fəaliyyət göstərirdi.Dmitriy Solntsev bu ilin sentyabrında könüllü olaraq Vətən Müharibəsinə yollanıb. Oktyabrın 23-ü Qubadlı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin ürəyi hər zaman Azərbaycanla döyünüb. Onun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq isə heç şübhəsiz ki, əsl vətənpərvərlik nümunəsidir və Azərbaycanın milliyyətindən asılı olmayaraq burada yaşayan hər kəs üçün müqəddəs olduğunun göstəricisidir...

Hamısını oxu
Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən baxçanın açılışı oldu – Fotolar

Bu gün Masallı şəhərində balacaların bayram sevincinə bayram qatılıb. Belə ki, müasir tələblərə cavab verən Masallı şəhər 1 saylı uşaq baxçası balacaların ixtiyarına verilib. Baxçanın açılışında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, Heydər Əliyev Fondundan gəlmiş nümayəndələr iştirak edib.Masallı RİH-dən Azadmedia.az-a daxil olan məlumata görə baxça Heydər Əliyev Fondunun təşəbbüsü ilə gənc sahibkar xanım Mədinə Məşhur qızı Şahbazovanın dəstəyi ilə tikilib, uşaqların istifadəsinə verilib.Müasir standartlara cavab verən baxçada uşaqlar üçün hər bir şərait yaradılıb.

Hamısını oxu