Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Sülh göyərçini” aksiyası çərçivəsində 246 nömrəli məktəb-liseydə tədbir keçirilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə sentyabrın 20-də Binəqədi rayonundakı 246 nömrəli məktəb-liseydə Beynəlxalq Sülh Günü ilə bağlı tədbir təşkil edib. AZƏRTAC xəbər verir ki, 60-dək ölkənin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış aksiyası çərçivəsində keçirilən tədbirdə Respublika Veteranlar Təşkilatının rəhbərliyi, İkinci Dünya müharibəsi veteranları, təhsil ocağının şagird və müəllim kollektivi, Təhsil Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək deyib ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbəyə mühüm töhfələr vermiş Azərbaycan bu beynəlxalq təşəbbüsdə fəal iştirak edir. Xalqımız bu müharibədə 340 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə azərbaycanlı itkin düşüb. Azərbaycan xalqı faşizm üzərində Qələbənin qazanılmasına mühüm töhfələr verib. Bu tədbirdə məqsəd həm də dünyaya sülh mesajları çatdırmaqdır. Belə tədbirlər Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından da əhəmiyyətlidir. Bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız dəstək verməlidir. Sonra məktəbin rəhbərliyi, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar çıxış edərək tədbirin əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın müharibə vəziyyətində yaşamasına baxmayaraq, daim sülh tərəfdarı olmasından danışıblar. Daha sonra şagirdlər İkinci Dünya müharibəsi, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinin yad etmək üçün hazırlanmış şarları havaya buraxıblar. Tədbir iştirakçıları dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokonfrans vasitəsilə Azərbaycanın dünyada sülhün bərqərar olması ilə bağlı mövqeyini və xalqımızın əmin-amanlıq istəklərini bir daha bəyan ediblər. Sonda məktəblilərin ifasında sülh haqqında mahnı təqdim olunub.

2019-09-20 00:00:00
5417 baxış

Digər xəbərlər

Bakıda Rixard Zorgenin anadan olmasının 127-ci il dönümü münasibətilə mərasim keçirilib

Oktyabrın 4-də Bakının Sabunçu rayonunda Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi xəfiyyə Rixard Zorgenın yaşadığı evin qarşısında mərasim keçirilib. Rixard Zorgenin anadan olmasının 127-ci il dönümü münasibətilə keçirilən mərasimdə Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin rəhbərliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, yerli bələdiyyə nümayəndəsi iştirak ediblər. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxış edərək Rixard Zorgenin həyat yolu və xəfiyyəlik fəaliyyəti haqqında danışıb. Digər veteranlar da çıxışlarında Rixard Zorgenin İkinci Dünya müharibəsindəki rolu haqqında fikirlərini bildiriblər.   xeber7.az  

Hamısını oxu
BAŞSAĞLIĞI

Azərbaycan ictimaiyyətinə və ölkəmizin veteranlarına ağır itki üz vermişdir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, görkəmli ictimai xadim Fatma Səttarova 2024-cü il sentyabr ayının 14-də 102 yaşında vəfat etmişdir.1922-ci ildə Bakı şəhərində anadan olan Fatma Hüseyn qızı Səttarova həyatı boyunca hər zaman Azərbaycan xalqına və dövlətinə dəyərli xidmətlər göstərmişdir. İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanaraq faşizmə qarşı ağır döyüşlərdə iştirak etmiş, böyük şücaət və fədakarlıqlar göstərərək bir çox yaralı insanların həyatını xilas etmişdir. Müharibədən sonra ali təhsil alan Fatma xanım bir sıra məsul vəzifələrdə çalışaraq öz səmərəli fəaliyyəti ilə ölkəmizin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Respublikamızın ictimai həyatında da yaxından iştirak edən Fatma Səttarova Azərbaycanın tərəqqisi naminə yorulmadan səylər göstərmiş, veteranlar hərakatının inkişafında böyük rol oynamış, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda mübariz, vətənpərvər gənclərin yetişməsində yaxından iştirak etmişdir. 44 günlük Vətən müharibəsi dövründə başçılıq etdiyi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı daim dövlətimizin və ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrinə mənəvi dəstək vermiş, qayğı göstərmişdir.Azərbaycan Ağsaqqallar Şurası ilə birlikdə mütəmadi tədbirlər, görüşlər keçirərək, cəmiyyətimizə, xüsusilə gənclərimizə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə sadiqlik kimi prinsipləri geniş şəkildə təbliğ edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Şura arasında birgə fəaliyyət barədə Əməkdaşlıq Müqaviləsinin imzalanmasında və tərtib olunan Tədbirlər planı əsasında faydalı əməkdaşlığın həyata keçirilməsində Fatma Səttarovanın böyük əməyi olmuşdur.Onun dəyərli xidmətləri bir çox mükafatlarla, o cümlədən “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 75 İlliyi”, “Vətənin Fəxri”, “Veteran Həmrəyliyi” medalları və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilmişdir.Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Azərbaycan xalqına, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına, mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Tanınmış ictimai xadim, müharibə və əmək veteranı, dəyərli ziyalı, gözəl insan Fatma Səttarovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.Allah rəhmət eləsin! Dərin hüznlə,Azərbaycan Ağsaqqallar Şurasının İdarəHeyətinin üzvləri adından Şuranın sədri,millət vəkili, professor                                                                                             Eldar QULİYEV

Hamısını oxu
Bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüş keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi, ziyalı ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov iştirak edib. Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov son illər ölkəmizdə müxtəlif sahələrin, o cümlədən mədəniyyətin inkişafı, vətəndaşların problemlərinin həlli istiqamətində ciddi islahatların həyata keçirildiyini və bununla bağlı reallaşdırılan layihələrə dəstəyin gücləndirildiyini deyib. Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də təsirsiz ötüşmədiyini bildirib. Qeyd edib ki, koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Buna baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən çoxsaylı mədəni layihələrin icrası davam edir. Anar Ələkbərov bu görüşün əsas məqsədinin mədəniyyət xadimləri ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləyib ölkə rəhbərliyinə çatdırmaq  olduğunu bildirib. O, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondunun fəaliyyətini də qeyd edib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği, mədəniyyət obyektlərinin yenidən qurulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində reallaşdırdığı layihələrdən danışıb. Anar Ələkbərov bildirib ki, bundan sonra görüləcək işlər də artıq müəyyənləşdirilib. Bunlarla bağlı mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinin öyrənilməsi və birgə addımların atılması səmərəli olacaq. Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov yeni yaradılan İctimai Şuranın ictimaiyyət nümayəndələri ilə münasibətlərin genişləndirilməsində faydalı olacağını bildirib. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov belə görüşlərin yaradıcı təşkilatların fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə təmsil etdiyi qurumun Rusiyada keçiriləcək “Tarixi irsin saxlanılması və istifadəsi” festivalında Azərbaycanın işğal olunmuş ərazilərində memarlıq abidələrimizin vəziyyətinə dair sərgi ilə iştirak edəcəyini deyib. Anar Kərimov isə diqqətə çatdırıb ki, tarixi memarlıq abidələrimizin reyestri sonuncu dəfə 2001-ci ildə aparılıb. Ötən 19 ildə həyata keçirilən arxeoloji qazıntılar nəticəsində yeni abidələr tapılıb. Ona görə də yeni siyahının müəyyənləşdirilməsi istiqamətində artıq işlərə başlanılıb. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və digər çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatları yüksək qiymətləndiriblər. Son vaxtlar cəbhə bölgəsində ordumuzun düşmən təxribatlarının qarşısını almaq üçün göstərdiyi hünər və rəşadət xüsusi qeyd olunub. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. Ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində görüləcək işlərə dair müzakirələr aparılıb. Tədbir iştirakçıları belə görüşlərin əhəmiyyətini vurğulayıblar, müzakirələr üçün seçilən bu formatın qarşıda duran məsələlərin səmərəli həlli üçün zəruri olduğunu qeyd ediblər.

Hamısını oxu
“Hərbi Prokurorluğun orduda Heydər Əliyev irsini təbliğ etməsi alqışlanmalıdır”

Artıq bəlli bir müddətdir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu müxtəlif hərbi hissələrdə Heydər Əliyev irsinin, Ulu Öndər ideyalarının təbliği ilə bağlı silsilə görüşlər keçirməkdə, tədbirlər təşkil etməkdədir. Nümunə üçün qeyd edək ki, mayın 4-də Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirib, müasir ordumuzun formalaşmasıdna Ümummilli Liderin tarixi xidmətlərinə diqqət çəkib.  Veteran.gov.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə hərbçilər arasında Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğinin ordumuzun mənəvi-psixoloji və ideoloji hazırlığının yüksəldilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm önəm kəsb etdiyini bildirib:  “Şübhəsiz, Hərbi Prokurorluq tərəfindən həyata keçirilən bu tədbirlər hərbçilərimizin Heydər Əliyev ideyalarına daha dərindən sahiblənməsi, Ulu Öndər irsinə daha yaxından bələd olması baxımından mühüm əhəmiyyətə malikdir. Ordumuzun istər mənəvi-psixoloji, istərsə də ideoloji hazırlığının yüksəlməsi, vətənpərvərlik tərbiyəsinin güclənməsi, milli-mənəvi dəyərlərə daha dərindən bağlanması baxımından onların Heydər Əliyev irsi ilə yaxından tanış edilməsi son dərəcə önəmlidir.  Bildiyiniz kimi, Azərbaycanda müasir ordunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Liderin əzmkarlığı, qətiyyət və fədakarlığı sayəsində ölkəmizdə vahid komandanlığa tabe olan nizami ordu formalaşıb. Hansı ki, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar Silahlı Qüvvələrimizin daha da güclənməsini təmin edib, işğaldakı torpaqlarımızın azadlığına nail olunub.  Mən Hərbi Prokurorluq tərəfindən Silahlı Qüvvələrimizdə Heydər Əliyev irsinin təbliği istiqamətində atılan addımları yüksək qiymətləndirir, bunu ordu qarşısında mühüm xidmət kimi dəyərləndirirəm. İnanıram ki, bu qəbildən olan tədbirlərin təşkili bundan sonra da davam etdiriləcək, Heydər Əliyev ideyalarına daha dərindən bələd olmaq hərbçilərimizi daha güclü, daha yenilməz edəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu