Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyev müstəqilliyimizin, tərəqqimizin, qalibiyyətimizin əbədi qarantıdır!”

Səmyar Abdullayev: “15 iyun sadəcə xalqımızın deyil, dövlətimizin, dövlətçiliyimizin, mənəvi dəyərlərimizin xilası günüdür”

Bu gün 15 iyun – Milli Qurtuluş Günüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bu tarixi günlə bağlı saytımıza müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırq:

-Səmyar müəllim, bu gün 15 iyun Mill Qurtuluş Günüdür. Öncə bu günün siyasi-ictimai önəmi ilə bağlı düşüncənizi bilmək istərdik.

 -15 iyun haqlı olaraq ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarixi günün önəmini aydın dərk etmək üçün 1993-cü ilin 15 iyun tarixi ərəfəsində ölkəmizdə mövcud olan vəziyyətə nəzər salmaq kifayətdir. Bu, elə bir dönəm idi ki, ölkəmiz bir tərəfdən genişlənən erməni işğalına qarşı mübarizə aparmağa çalışır, digər tərəfdən daxildəki hərc-mərcilikdən, qarışıqlıqdan, xaos və qarşıdurmalardan əziyyət çəkirdi. Ölkəmizdə faktiki olaraq ciddi hakimiyyət boşluğu mövcud idi. Mərkəz hakimiyyətin zəifliyi, siyasi qüvvələrin böyük əksəryyətinin hakimiyyət uğrunda amansızcasına apardığı mübarizə faktiki olaraq xalqımızı, dövlətimizi həm xarici, həm də daxili düşmənlər qarşısında müdafiəsiz qoymuşdu. Daxildəki bəzi məkirli qüvvələr hakimiyyəti ələ almaq üçün qanunsuz silahlı dəstələr yaradır, bu dəstələrdən təzyiq vasitəsi kimi istifadə etməklə şəxsi ambisiyalarını gerçəkəşdirməyə çalışırdı. Məhz belə bir dönəmdə hakimiyyətə gələn Heydər Əliyev öz qətiyyəti, uzaqgörənliyi, siyasi səriştəsi sayəsində bütün bu problemləri aradan qaldırmağa nail oldu. Çox keçmədi ki, ölkə daixlindəki quldur dəstələri, qanunsuz silahlı birləşmlər tərk-silah edildi. Xalqı narazı salan, ölkəmizin milli maraqına xəyanət edən qüvvələr ifşa olundu. Güclü hakimiyyət formalaşdı, qanunların icrasına nəzarət artırıldı. Bütün sahələrdə özbaşınalığa, rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə həyata keçirildi. Bütün bu tədbirlər nəticəsində Azərbaycanın siması qısa zamanda əsaslı şəkildə dəyişdi, ölkəmizin tərəqqisi üçün əlverişli zəmin formalaşdı.

 -Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı erməni işğalına qarşı mübarizə baxımından hansı uğurlarla əlamətdar oldu?

 -Heydər Əliyev hər şeydən öncə erməni işğalının qarşısını almaq, bu işğalın genişlənməsini önləmək üçün  nizami ordu formalaşdırmağa başladı. Hamıya məlum olduğu kimi, Ulu öndərin hakimiyyətə gəlişinə qədər ölkəmizdə vahid komandanlıq, nizami ordu yox idi. Bir çox yerli özünümüdafiə batalyonları, silahlı dəstələr ayrı-ayrı şəxslərin göstərişləri əsasında fəaliyyət göstərir, başlı-başlına hərəkət edirdi. Bu isə düşmənə qarşı mübarizənin effektivliyini azaldır, uğurlu hərbi əməliyyatlar təşkil etməyə imkan vermirdi. Buna görə də Heydər Əliyev güclü, nizami ordu qurucluğunu ən başlıca vəzifələrdən biri hesab edirdi. Bu səbəbdən də Ulu öndər hakimiyyətə gəlişinin ilk günündən etibarən bu yöndə mütəmadi addımlar atmağa başladı. Çox keçmədi ki, Azərbaycan Ordusunda güclü nizam-intizam bərqərar edildi. Bütün özünmüdafiə dəstələri, digər silahlı birləşmələr ləğv edildi və onların hamısı nizami ordunun ixtiyarına verildi. Azərbaycan Ordusu vahid komandanlıq altında fəaliyyətə başladı. Orduda döyüş əzmi, vətənpərvərlik əhval-ruhiyyəsi yüksəldildi. Bütün bu tədbirlərin nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən Azərbaycan Ordusu düşmənə qarşı daha inamla mübarizə aparmağa başladı. Atəşkəs sazişinin imzalandığı 1994-cü ilin may ayı ərəfəsində Azərbaycan Ordusu əks-hücuma keçərək bir sıra yaşayış məntəqələrini erməni işğalından azad etdi. Bütün bu uğurlar göstərdi ki, ordudakı ilkin islahatlar öz bəhrəsini verməkdədir və bu islahatların daha da genişlənməsinə lüzum var.

 -Səmyar müəllim, Heydər Əliyevin hakimiyyətə gəlişi xalqımızın mənəvi həyatı, milli-mənəvi dəyərlərimizin təbliği baxımından hansı yeniliklərə yol açdı?

 -Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri xalqın mənəvi birliyini, onun milli-tarixi ruhunun oyanışını təmin etməsi idi. Ulu öndər hesab edirdi ki, milli-mənəvi dəyərlərə bağlılıq tarix qarşısında ağır imtahanlar verən Azərbaycan xalqının həmrəyliyini artıracaq, onun xalq və dövlət olaraq qarşıya qoyduğu məqsədlərə nail olmasına, öz haqqı və hüququ uğrunda daha əzmlə mübarizə aparmasına, bütün müstəvilərdə qələbə qazanmasına kömək edəcəkdir. Ümumiyyətlə, Heydər Əliyev xalqın milli kimliyini qorumağı  xalqın öz varlığını qoruması üçün başlıca şərt hesab edirdi və düşünürdü ki, bu kimliyi yalnız mənəvi dəyərlərə sadiqlik sərgiləmək, gənc nəsli bu dəyərlər əsasında tərbiyə etməklə qorumaq mümkündür.

Təsadüfi deyil ki, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli-mənəvi dəyərlərimizin təbliği və inkişafına xüsusi diqqət yetirmişdir.

Heydər Əliyevin təbliğinə xüsusi önəm verdiyi belə ideyalardan biri də azərbaycançılıq ideyası olmuşdur. Azərbaycançılıq ideyasının özünəməxsusluğu onun sadəcə milli yaddaşı oyatması, xalqın öz milli kimliyini bütün əzəməti ilə dərk etməsi deyil, həm də Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı vahid məqsəd – Azərbaycan Respublikasının maraqlarının qorunmasına səfərbər etməsi idi. Heydər Əliyev hesab edirdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ana vətənə - Azərbaycana bağlı olmalı, onun müstəqilliyinin möhkəmlənməsi, tərəqqəsi üçün əlin dən gələni əsirgəməməlidir. Heydər Əliyev müstəqilliyi xalqımızın ən böyük uğuru hesab edirdi və düşünürdü ki, hər bir azərbaycanlı bu uğurun qorunması və inkişafına çalışmalıdır. Ulu öndər deyirdi: “İndi hər bir azərbaycanlı qürur hissi keçirdə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”.

Heydər Əliyevin “xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” kəlamı da Ulu öndərin dövlətimizə, onun müstəqilliyinə və bu müstəqilliyin qorunması istiqamətində hər bir azərbaycanlının hansı miqyasda mübarizə aparması gərəkdiyini əks etdirir.

 -15 iyun 1993-cü il tarixindən sonrakı dövrü həm də ölkə iqtisadiyyatının yüksəliş dönəmi kimi xarakterizə etmək mümkündürmü?

 -Şübhəsiz! 15 iyun tarixindən sonra həyata keçirilən islahatlardan biri də güclü iqtisadiyyatın formalaşdırılması istiqamətində qəti və mütəmadi addımların atılması oldu.

Yenicə müstəqillik qazanan, torpaqlarının 20%-i ermənilər tərəfindən işğal edilən, iqtisadi-siyasi və hərbi baxımdan ciddi təbəddülatlar yaşayan, müstəqilliyinin beynəlxalq aləmdə tanınması üçün kövrək səylərini davam etdirən Azərbaycanda iqtisadi vəziyyət də kifayət qədər ağır idi. Bir tərəfdən ölkədaxili vəziyyəti həssaslıqla izləyən Heydər Əliyev, digər tərəfdən xarici təzyiqlərin qarşısını almağa çalışır, həmçinin, dağılan iqtisadiyyatı bərpa etmək, onu yeni, modern tələblər üzərində yenidən formalaşdırmağa səy göstərirdi. Ulu öndər yaxşı dərk edirdi ki, güclü dövlətin təməli güclü iqtisadiyyatdır. Dövlətin bütün digər istiqamətlərdə uğur qazanmasının əsas yolu güclü iqtisadiyyatdan keçir. Heydər Əliyev bu barədə deyirdi: “Hər bir ölkənin, xalqın həm yaşaması, həm də dövlətinin mövcud olması üçün  əsas şərt onun iqtisadiyaytıdır”. Ümummilli liderin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı da Heydər Əliyevin güclü iqtisadiyyata verdiyi önəmi göstərir.

1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev hər şeydən öncə Azərbaycanın iqtisadi baxımdan müstəqilliyinə nail olmaq, onu güclü iqtisadiyyata malik dövlətə çevirmək üçün sistemli addımlar atmış, tarixi nailiyyətlərə nail olmuşdur. Bu nailiyyətlərdən ən mühümü isə heç şübhəsiz 1994-cü ilin 20 sentyabr tarixində Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilənin imzalanması oldu. “Əsrin müqaviləsi” kimi xarakterizə edilən bu mübarizə Azərbaycan neftinin dünyanın iri neft şirkətləri ilə birlikdə istismarı, habelə, bu nefrin dünya bazarına çıxmasını təmin etdi. “Əsrin müqasviləsi” çərçivəsində ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə, Yaponiya və Səudiyyə Ərəbistanı ölkəmizə ümumi dəyəri milyardlarla dollar məbləğində investisiya qoymuş, respublikamızın iqtisadi simasını tamamilə dəyişmişdir.

Bu müqavilə Azərbaycanın dünyanın ən qabaqcıl dövlətləri ilə geniş əməkdaşlığı üçün də əlverişli şərait yaratmışdır. Bu isə sadəcə iqtisadiyyatımızın inkişafı baxımından deyil, həm də dövlətimizin tanınması, onun beynəlxalq aləmə inteqrasiyanı baxımından olduqca vacib idi.

Azərbaycan iqtisadiyyatının güclənməsi dövlətimizə bütün digər sahələrdə, eləcə də hərbi-siyasi müstəvidə  güclənmək, özünü inkişaf etdirmək imkanı qazandırdı ki, bu da ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsi, xalqın təhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından olduqca vacib idi. Xatırladaq ki, məhz Heydər Əliyev tərəfindən təməli qoyulan tərəqqi modelinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etmiş, dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir.

 -Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda demokratiyanın inkişafına hansı töhfələri verdi?

 -Heydər Əliyevin yeni Azərbaycanın dövlətçilik irsi baxımından mühüm önəm kəsb edən ideyalarından biri də demokratiya və həqiqi müstəqillik ideyası idi. Demokratiyanı sərhədsiz azadlıq, məsuliyyətsizlik, xaos və qeyri-müəyyənlik hesab edən bəzilərindən fərqli olaraq, Ulu öndər demokratiyanı dəqiq sərhədlərə malik olduğunu bildirir, bu sərhədlərin konturlarını müəyyən edir: “Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokraiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlarına hörməti, sayğısı və qayğısıdır”.

Göründüyü kimi, Heydər Əliyev demokratiyanı yüksək mədəniyyət nümunəsi, dövlət və vətədnaşın bir-birinə qarşılıqlı hörməti kimi xarakterizə edirdi. Ulu öndərin firkincə, demokratiyanı itaətsizlik kimi təqdim etmək yanlışdır və bu cür təqdimat daxili sabitlik, vətəndşların rahatlığı və təhlükəsizliyi üçün təhdid yaradır.

Heydər Əliyev yeni Azərbaycan dövlətinin həqiqi müstəqilliyinə ciddi önəm verir, onun müstəqil xarici siyasət yürütməsi üçün əsl iradə və prinsipiallıq sərgiləyirdi. Təsadüfi deyil ki, Ulu öndər bəzən Ermənistanın Azərbaycana təcavüzü qarşısında susqunluq sərgiləyən Rusiya, ABŞ kimi dünyanın qabaqcıl dövlətlərinə belə açıq iradını bildirir, onları ədalətli olmağa, ikili standartlardan uzaq durmağa səsləyirdi.

Ümummilli lider Azərbaycanın müstəqilliyini qorumaq, onu inkişaf etdirmək üçün dövlətinə, bayrağına, tarixinə, ana dilinə, mədəniyyətinə bağlı vətənpərvər gənclik yetişdirməyi zəruri hesab edirdi

Göründüyü kimi, yeni Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev öz fəaliyyəti ilə əsl vətənpərvərlik nümunəsi yaratmış, bütün zamanların ən böyük ideya nəhəngi olduğunu praktiki şəkildə isbatlamışdır. Illər, əsrlər keçsə də Heydər Əliyev ideyaları yaşayacaq, Azərbaycan xalqının gələcəyinə şəfəq saçacaqdır.

 Seymur ƏLİYEV

 

2023-06-15 12:14:46
2866 baxış

Digər xəbərlər

Daha 40 avtomobil müharibə əlillərinə təqdim edildi

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi qələbə işğal olunmuş ərazilərimizin cəmi 44 gün ərzində düşməndən azad edilməsi müharibə əlillərində sonsuz fəxr və iftixar hissləri yaradıb. Onlar Ali Baş Komandanla, qüdrətli ordumuzla fəxr edirlər. Axar.az xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün "Xəzər" markalı 40 avtomobilin müharibə əlillərinə təqdim edilməsi tədbirində vurğulanıb. Tədbirdə çıxış edən nazirliyin tabelyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Prezident İlham Əliyevin həssas qruplara qayğısından bəhs edib. O, ölkədə bütün sosial proqramların uğurla davam etdiyini və genişləndirildiyini deyib. Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edərək, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Hamısını oxu
Baxşeyiş Hətəmlinin 60 illik yubileyi qeyd olunub

Veteran.gov.az xəbər verir ki, 15 fevral 2023-cü il tarixində Ağdam rayonu Şəhid ailələri, Qarabağ müharibə veteranları və  Əlillər cəmiyyətinin sədri Baxşeyiş Abbas oğlu Hətəmlinin 60 illik yubleyi qeyd olunub. Yubleydə şəhid ailələri, qazilər, QHT təmsilçiləri, icra hakimiyyətinin nümayəndələri iştirak edib. Tədbirə qatılan Ağdam rayonu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının üzvləri Baxşeyiş Abbas oğlu Hətəmlini təbrik edib, ona vətəmpərvərlik tərbiyəsi sahəsindəki fəaliyyətində uğurlar arzulayıb.    

Hamısını oxu
“Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib

Veteran.gov.az xəbər verir ki, iyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib. Forum Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, hər iki təşkilatın rəhbər heyəti, ölkə üzrə bütün filiallarının sədri, digər qeyri-hökumət təşkilatlarının sədrləri, ağsaqqallar və veteranlar iştirak edib. Forumun keçirilməsində əsas məqsəd ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lərin aktivliyini artırmaq, onlar arasıdna əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin veteran və ağsaqqalların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik və bərabərliyin daha da güclənməsinə nail olmaqdır. Forum Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhdilərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ağsaqqalların və  veteranların cəmiyyətdəki roluna diqqət çəkib, onların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın genişlənməsinin zəruriliyinə toxunub. Vüsal Quliyev qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizdə ağsaqqal sözünə, ağsaqqal məsləhətinə ehtiyac var: “Ağsaqqallar öz dünyagörüşündən, həyat və mübarizə təcrübəsindən istifadə edərək gənclərə yol göstərməli, onların milli maraqlarımız, Vətənin və xalqın mənafeyinə naminə daha sıx birləşməsini təmin etməlidir. Bunun üçün ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın güclənməsi, onların ictimaiyyətlə təmaslarının daha da genişlənməsi, bu qurumların gənclərlə daha aktiv iş aparmasına ehtiyac var”. V.Quliyev ağsaqqaların və veteranların təmsil olunduğu QHT-lərin cəmiyyətimizi narahat edən bir sıra problemlərin həllində fəallıq nümayiş etdirməsinin əhəmiyyətinə də toxunub: “Bu gün ölkəmizin müxtəlif bölgələrində məişət zorakılığı, qızların təhsili, erkən nikahlar və s. problemlərlə mübarizədə ağsaqqallarımız və veteranlarımız fəal rol oynamalı, geniş maarifləndirmə və təbliğat işi aparmalıdırlar. Göstərilən məsələlər yerlərdəki təşkilatların fəaliyyətində prioritet olmalıdır”. Şəhid ailələrinə, müahribə əlillərinə və veteranlara dövlət tərəfindən daim qayğı və diqqət göstərildiyini qeyd edən sektor müdiri, bu siyasətin bundan sonra da davam edəcəyini bildirib. Vüsal Quliyev bildirib ki, şəhid ailələri və veteranlarla bağlı əlaqədar qeyri-hökumət təşkilatlarının da öz işini genişləndirməsi, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurması zəruridir. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev çıxışında Azərbaycan milli mentalitetinə uyğun olaraq ağsaqqalların cəmiyyətdə böyük nüfuza sahib olduğunu xatırladıb, onların veteranlarla birgə fəaliyyətinin önəminə toxunub. Millət vəkili bildirib ki, həm ağsaqqallar, həm də veteranlar gənc nəslin vətənprəvərlik tərbiyəsinin gücləndirilməsi, onların fəaliyyətinin milli maraqlarımız zəminində təşkilində öz rollarını artırmalı, daha mütəşəkkil və koordinasiyalı fəaliyyət ortaya qoymalıdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova cəmiyyətin bütün təbəqlərinin dövlətə, onun Prezidentinə dəstək olmasının vacibliyini bildirib. Fatma Səttarova qeyd edib ki, bu məsələdə həm ağsaqqallar, həm də veteranlar aktiv olmalı, gənclərə yol göstəməli, onlar üçün nümunə olmalıdırlar. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov indiki dönəmdə həm ağsaqqalların, həm də veteranların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Polkovnik qeyd edib ki, dövlətimizə, xalqımıza qarşı müxtəlif təxribatların davam etdiyi bir zamanda həm ağsaqqallar, həm də veteranlar koordinasiyalı fəaliyyət ortaya qoymalı, cəmiyyəti milli maraqlarımızın müdafiəsində səfərbər etməlidir. Cəlil Xəlilov çıxışının sonunda Forumun keçirilməsinə verdiyi dəstəyə görə Beynəlxalq Muğam Mərkəzinə öz təşəkkürünü bildirib. Forumda millət vəkili Eldar İbrahimov, sabiq təhsil naziri Misir Mərdanov, Respublika Veteranlar Təşkilatının Lənkəran rayon Təşkilatının sədri Əlimərdan Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının Nərimanov Rayon Təşkilatının sədr müavini Kamil Babayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Abşeron Rayon Təşkilatının sədri Qabil Qocayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa Şəhər Veteranları Təşkilatının sədri Ağalar Əliyev, Qarabağ qazisi Rey Kərimoğlu və başqaları çıxış edib. Tədbirdə çıxış edən ağsaqqallar və veteranlar Forumun önəminə toxunub, hər zaman olduğu kimi bundan sonra da dövlətə, onun Prezidentinə dəstək verəcəklərini vurğulayıblar. Tədbirin sonunda hərbi vətənpərvərlik mahnılarının sevilən ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa edilib.  

Hamısını oxu
İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. video AZƏRTAC xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.   - Cənab Prezident, bu gün “Qarabağ” yatağının dayaq bloku dənizə yola salınır. Bu mühüm hadisənin əhəmiyyəti barədə nə deyə bilərsiniz? - Bu, çox əlamətdar hadisədir. Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq. 1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanmışdır. 1990-cı illərdə bu yataqda 3 quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və “Qarabağ” yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir. Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək. Bu böyük qurğu çox mürəkkəb və nəhəng konstruksiyaya malikdir. Qurğunun mühəndis-texnoloji xarakteristikalarının önəmini necə qiymətləndirirsiniz? - Bəli, bu, doğrudan da çox mürəkkəb konstruksiyadır və qurğunun çəkisi 16 min tondan çoxdur, hündürlüyü təqribən 190 metrə yaxındır. Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, “Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə, quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur. Onu da bildirməliyəm ki, hazırda dərin özüllər zavodunda 5 minə yaxın insan çalışır. Bu nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. Mən indi maraqlandım, məlumat verildi ki, burada işləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manat ətrafındadır və çox böyük peşəkarlıq tələb edən bir müəssisədir. Ona görə bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir. - Bəs “Qarabağ” yatağından hasilat nə vaxt gözlənilir? - Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır. - Azərbaycanda digər nəhəng neft-qaz layihələri də həyata keçirilir. Onların icra vəziyyəti hansı səviyyədədir? - Deyə bilərəm ki, bütün layihələr uğurla icra edilir. Bu gün bu barədə mənə kiçik təqdimat edildi. Bildiyiniz kimi, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlər plan üzrə gedir. Burada inşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənməsi artıq reallıqdır. Bildiyiniz kimi, kontraktın müddəti uzadılıb və Azərbaycan bundan böyük fayda götürür, bizə bir neçə milyard dollar dəyərində bonus ödənilib. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarında hasilatın sabit saxlanması əlbəttə ki, bizim üçün vacib məsələdir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti onu da bilməlidir ki, bizim qaz potensialımızın önəmli hissəsi “Azəri”, “Çıraq” və “Günəşli” yataqları hesabına formalaşır. Çünki orada hasil olunan qaz ümumi sistemimizə daxil edilir. Ona görə “Azəri-Çıraq-Günəşli” ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir. Eyni zamanda, “Şahdəniz-2” layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiyiniz kimi, “Şahdəniz-2”nin tammiqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaqdır. Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz “Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir. “Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var. Əlbəttə, qazma işləri ehtiyatların dəqiq həcmini göstərəcək. Ancaq yadımdadır ki, hələ Neft Şirkətində işlədiyim dövrdə bizim mütəxəssislər orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd etmişdilər. Hər halda, hesab edirəm ki, qazma işləri yaxın gələcəkdə başa çatacaq və bu haqda daha dəqiq məlumat olacaqdır. Əlbəttə, indi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin. Eyni zamanda, onu da bildirməliyəm ki, Cənub Qaz Dəhlizi inşa olunmadan investor buraya və heç bir başqa layihəyə vəsait qoymazdı, yaxud da tərəddüd edərdi. Çünki, məsələn, “Abşeron” qaz-kondensat yatağından çıxarılacaq qazın ixracı üçün yol olmalıdır, həmçinin “Qarabağ” yatağından və digər yataqlardan çıxarılacaq təbii qazın da. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır. Bu layihə icra olunmadan bizim enerji siyasətimiz yarımçıq qala bilərdi. Amma bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir. “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə - Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür. Ona görə Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır. Bir daha demək istəyirəm ki, bizim bütün yataqlarımızda görülən işlər məqsədyönlü şəkildə aparılır. Bir layihə o biri layihəni şərtləndirir. Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır. - Cənab Prezident, bu dayaq blokunun göndərildiyi yataq hamımız üçün doğma və əziz olan Qarabağ adını daşıyır. Bununla bağlı fikirlərinizi bölüşməyi xahiş edərdik. - Hesab edirəm ki, bu, rəmzi məna daşıyır. Çünki bildiyiniz kimi, Azərbaycan xarici tərəfdaşlarla bir çox yataqlar üzrə kontraktlar imzalamışdır. Ancaq heç də onların hamısı səmərə verməmişdir. Artıq bir çoxlarının icrası dayandırılıb, onların icrasına xitam verilib, qazılmış quyular ümidlərimizi doğrultmayıb. “Qarabağ” yatağının işlənməsinə gəldikdə, mən bir daha demək istəyirəm, hər zaman əminlik var idi ki, burada böyük potensial, böyük neft və qaz ehtiyatları vardır. Ancaq bayaq qeyd etdiyim kimi, 1990-cı illərdə üç quyu qazılmışdı, xarici tərəfdaş artıq bəyan etmişdi ki, bu, gələcək investisiya səmərəsiz olacaq və beləliklə, “Qarabağ” yatağı tərk edilmişdir. Biz, əslində, heç nə itirmədik. Çünki Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə heç bir maliyyə öhdəliyi götürməmişdi. Əksinə, hətta uğursuz nəticə də nəticədir, bizə əlavə geoloji məlumat veribdir. Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur. Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! - Çox sağ olun, cənab Prezident. Minnətdarıq. - Sağ olun.  

Hamısını oxu