Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: “Azərbaycanın dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”

Azərbaycanın dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunur, bu istiqamətdə bütün zəruri tədbirlər böyük ustalıqla həyata keçirilir.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ölkəmizə qarşı xarici təhdidlərin artdığı bir zamanda dövlət təhlükəsizliyinin, milli təhlükəsizliyin yüksək səviyyədə qorunması həyati əhəmiyyət kəsb edir: “44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı təhdid və təxribatların artdığı heç kimə sirr deyil. Ermənistan və ona dəstək olan bəzi qüvvələr bu cür təxribatlar hesabına ölkəmizdə daxili sabitliyi pozmağa, postmüharibə dönəminin özü ilə gətirdiyi yeni reallıqlara kölgə salmağa çalışırlar. Son vaxtlar Ermənistanın və İranın ölkəmizə yönəlik təxribatları buna nümunədir. Lakin sevindiricidir ki, dövlətimizə və xalqımıza qarşı bütün bu təxribatların qarşısı ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınmaqda, uğurla ifşa edilməkdədir. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Son bir neçə ayda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onlarla İran agentinin de-şifrə edilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir. Bu fakt sübut edir ki, ölkəmizdə casus şəbəkəsi formalaşdırmağa, onun təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar əldə etməyə çalışan qüvvələr ifşa olunmaqda, qanun qarşısında məsuliyyətə cəlb edilməkdədir. Bu kimi nümunələr hüquq-mühafizə orqanlarımızın dövlət təhlükəsizliyinin keşiyində son dərəcə ayıq-sayıq dayandığını sübut edir”.

Polkovnik Cəlil Xəlilov son vaxtlar bəzi qüvvələr tərəfindən Azərbaycanın hüquq-mühafizə orqanları haqqında səsləndirilən böhtanların sayının artmasının səbəblərini də şərh edərək deyib: “Məlum olduğu kimi, bəlli bir müddətdir ki, bəzi qüvvələr dövlətimizi, onun təhlükəsizliyinin qarantı olan hüquq-mühafizə orqanlarını hədəf seçməkdə, onlar haqqında böhtan dolu məlumatlar səsləndirməkdədir. Məqsəd anti-Azərbaycan qüvvələri ifşa edən, onların ölkəmizlə bağlı təxribatçı planlarına mane olan güc strukturlarımızı gözdən salmaq, onların nüfuzuna xələl gətirməkdir. Bu baxımdan böhtanların əsas hədəfinin Ermənistan və İran agentlərinin ardıcıl ifşasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidməti olması da təsadüfi deyil. Çünki bu qurum faktiki olaraq xarici ölkələrin agentura şəbəkəsini göz açmağa qoymur, onları elə ilk addımında ifşa edir. Buna görə də antimilli qüvvələr daha çox Dövlət Təhlükəsizliyi Xidmətini ləkələməyə cəhd edir. Lakin onlar bilməlidirlər ki, Azərbaycan xalqı kimin kim olduğunu bilir. Azərbaycan xalqı yaxşı bilir ki, onun ən böyük düşməni öz dövlətinə, xalqına, ordusuna, güc qurumlarına ləkə vurmağa çalışanlardır. Onların hər biri gec-tez etdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər.

Mən fürsətdən istifadə edib, Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edir, onlara şərəfli vəzifələrində uğurlar arzulayıram! Əminəm ki, hər zaman olduğu kimi, bundan sonra da Dövlət Təhlükəsizliyi Xidməti Prezidentimizin və xalqımızın ona olan etimadını doğruldacaq, gələcəkdə də ölkəmizdəki sabitliyin və əmin-amanlığın qarantı rolunda çıxış edəcək”.

2023-04-07 11:02:55
3348 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: Azərbaycan Prezidentinin Litvada səsləndirdiyi fikirlər dövlətimizin sülhə verdiyi önəmi göstərir

Bakı, 23 may, AZƏRTAC Prezident İlham Əliyevin Litvada mətbuata bəyanatı dövlətimizin sülhə və tərəqqiyə verdiyi önəmi göstərir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, Azərbaycan 30 ildir ki, işğaldan əziyyət çəkən dövlət kimi sülhün, sabitliyin əhəmiyyətini yaxşı dərk edir və buna nail olmağa çalışır: “Prezident İlham Əliyev Litvada mətbuata bəyanatında Azərbaycanın 30 il ərzində erməni faşizmindən, onun işğal siyasətindən böyük əziyyət çəkdiyini, bütöv kəndlərin, şəhərlərin amansızcasına məhv edildiyini vurğuladı. İşğal dövründə bütün inzibati binaların, infrastrukturun, tarixi abidələrin belə dağıdıldığına diqqət çəkən dövlətimizin başçısı, sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd etdi. Prezident vurğuladı ki, Azərbaycan sülh üçün bütün imkanlardan istifadə edir və gələcəkdə də səylərini davam etdirəcək. Dövlətimizin başçısının bu açıqlaması bir daha dövlətimizin sülhə can atdığını, bütün regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasına çalışdığını əks etdirir. Xatırladım ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində erməni faşizminə, onun terrorçuluq fəaliyyətinə böyük zərbə vurdu. Bu, Azərbaycanın regionda sülhün təmin edilməsi istiqamətində atdığı mühüm addımlardan biri idi. Dövlətimiz bu gün də siyasi müstəvidə sülh səylərini davam etdirir. İnanıram ki, yaxın gələcəkdə bu səylər bəhrəsini verəcək və Azərbaycanın sülh siyasəti bütün regionun gələcəyinə böyük töhfə verəcək”. Cəlil Xəlilov Prezidentin Litva səfərində müzakirə edilən iqtisadi əməkdaşlığın da mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Dövlətimizin başçısı Litva Prezidenti Gitanas Nausedla görüşündə iqtisadi əməkdaşlıqla da bağlı konkret təkliflər səsləndirdi, bu əməkdaşlığın önəminə toxundu. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın verdiyi dəstək də dövlət başçısı tərəfindən təqdir olundu. Hesab edirəm ki, Litva səfəri dövlətimizin maraqları baxımından mühüm əhəmiyyətə malikdir və bu səfərin nəticəsindən yaxın gələcəkdə hər iki dövlət böyük fayda əldə edəcək”.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müqəddəs missiya” kitabının təqdimatı keçirilib

26 avqust 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublkasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs “Müqəddəs missiya” kitabının təqdimatı keçirilib.  Müəllifi Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri, yazıçı-tədqiqatçı Sayman Aruz olan kitabın təqdimatında giriş sözü ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib. Mehriban Əliyevanın fəaliyyətinin yalnız ölkəmizi deyil, respublikamızın hüdudlarından çox-çox uzaqları da əhatə etdiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, bütün bu fəaliyyətin nüvəsində məhz Azərbaycan faktorunun dayandığını bildirib. Sayman Aruzun “Müqəddəs missiya” kitabında Mehriban xanımın tarixi fəaliyyətini ədəbi-bədii dildə, axıcı bir şəkildə  oxucuların diqqətinə çatdırdığını qeyd edən Təşkilat sədri, bu cür əsərlərin gənc nəslin maariflənməsi, öz tarixini, dəyərlərini, mədəniyyəti dərindən öyrənməsi baxımından mühüm önəm kəsb etdiyini bildirib. Tədbirdə çıxış edən AzTV-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnar Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili, rəssam Nigar Helmi Abbasbəyli, teleaparıcı Fəxriyyə İsayeva, tarixi romanlar müəllifi Sona İsmayılova “Müqəddəs missiya” kitabının ədəbi-tarixini önəmindən bəhs edib, bu cür əsərlərin gənclərdə dövlətçilik təfəkkürünün formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib. Dəyərli əsərə görə müəllif Sayman Aruza öz təşəkkürlərini bildirən natiqlər, Mehriban Əliyevanın zəngin və çoxşaxəli fəaliyyətinin illər, əsrlər sonra da maraqla araşdırılacağına, mühüm tədqiqat mövzusu olacağına inamlarını ifadə ediblər. Tədbirin sonunda çıxış edən yazıçı-tədqiqatçı Sayman Aruz tədbirin təşkilinə verdiyi dəstəyə görə polkovnik Cəlil Xəlilova öz təşəkkürünü bildirib. Mehriban Əliyeva ilə bağlı tədqiqatlarını bundan sonra da davam etdirəcəyini bildirən Sayman Aruz, Birinci vitse-prezidentin həyata keçirdiyi müqəddəs missiyaya hər bir azərbaycanlının dəstək verməsinin vacibliyini qeyd edib. Müəllif qeyd edib ki, daha güclü Azərbaycana gedən yol xalqımızın həmrəyliyindən, vətəndaşlarımızın  öz Prezidenti, Birinci vitse-prezidenti ətrafında sıx birləşməyindən keçir və hər kəs bu birliyin qorunub saxlanılması, möhkəmlənməsi üçün əlindən gələni əsirgəməməlidir. Tədbirin sonunda xatirə şəkli çəkilib.   Seymur ƏLİYEV

Hamısını oxu
Zəfər Günü!

İgid topçu, bacımoğlu Samir Cəbrayılova ithaf edirəm Oxucu məktubları silsiləsindən...   Ölməyibdir şəhdilərim, bayram etsin qoy ruhları, Biz sizinlə zəfər çaldıq, Azəri-Türk oğulları.   Yüz illərin qisasını siz aldınız, Düşmənlərə qan uddurub ucaldınız, Tarixlərdə qalacaqdır mərd adınız, Bir ananın iki oğlu, Azərbaycan-Türk ordusu, Zəfər Günün mübarəkdir, Azərbaycan-Türkjordusu!   Sən düşmənin sinəsinə bir ox oldun, od ələdin, Haqq işinlə sən dünyanı məhvərindən silkələdin, Qoy üçrəngli bayrağımız başın üstə dağlanasın, Tarix boyu qalib gəldin, yox düşməndən bir qorxusu, Bir ananın iki oğlu, Azərbaycan-Türk ordusu, Zəfər Günün mübarəkdir, Azərbaycan-Türkjordusu!   Zakir Cəbrayılov 09.12.2020

Hamısını oxu
General-mayor cənab İsgəndər Allahverdiyevə

Hörmətli İsgəndər müəllim,   Ad gününüz mübarək! Sizin həyatınız Vətənə, xalqa, dövlətə sədaqətlə xidmətin gənc nəsil üçün örnək olacaq bir nümunədir. Siz Azərbaycan Respublikası Sərhəd Qoşunlarının ilk komandanı kimi müstəqil və demokratik dövlətimizin bərpa edildiyi mürəkkəb tarixi şəraitdə bu qoşunların yaradılması üçün böyük əmək sərf etmiş, yüksək peşəkarlıq göstərmisiniz. Sonrakı illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının dövlət sərhədlərinin etibarlı mühafizəsini və təhlükəsizliyini tam təmin edilməsində xüsusi xidmətiniz vardır. Hazırda Sərhəd Qoşunlarının sıralarında xidməti borcunu şərəflə yerinə yetirən yüzlərlə zabitin həyatını məhz bu sahə ilə bağlamasında da Sizin rolunuz danılmazdır. Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, bütün işlərinizdə uğurlar arzulayırıq.   Hörmətlə,   Respublika Veteranlar Təşkilatının  sədri general-polkovnik Tofiq Ağahüseynov və təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov

Hamısını oxu