Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteran Təşkilatının üzvləri şəhdilərin ailələrini ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki,  Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayevin, Milli Məclisin keçmiş üzvü Dünyamalı Məmmədovun, iş adamı Rafid Abışovun və fəal ictimaiyyətçi Əsəd Abbasovun iştirakı ilə Cəlilabad rayonunun Sabirabad kəndində olub, şəhid baş gizir Murad Babayevin doğum günü - martın 31-də onun  ailəsini ziyarət ediblər.

Şəhidin anası Aruzə xala oğlu ilə bağlı xatirələrindən danışıb, şəhid ailəsinə göstərilən  diqqət və qayğıya görə dövlətimizin rəhbərinə  öz minnətdarlığını bildirib.

Veteranlar Təşkilatının üzvləri  şəhidin ev- muzeyində anası və yadigarı qalan övladları ilə birgə xatirə şəkilləri çəkdiriblər.

 Veteranlar Təşkilatının üzvləri və qonaqlar aprelin 1- də  Hamarqışlaq kəndinə gedib şəhid Cavid Hüseynovun doğum günü ilə əlaqədar şəhidin ailəsi ilə görüşüb, onun ev- muzeyini ziyarət ediblər.

Şəhidin atası Habil Hüseynov oğlu şəhid Cavid Hüseynovun Vətən müharibəsində bir tankçı kimi göstərdiyi qəhrəmanlığından qürurla söz açıb və sonda oğlunun adının əbədiləşdirilməsi üçün onun təhsil aldığı kənd orta məktəbinə şəhid Cavid Hüseynovun adının verilməsinə köməklik göstərilməsini Veteranlar Təşkilatından xahiş edib.

Veteranlar Təşkilatının üzvləri aprelin 2-də isə rayonunun Edişə kəndindən olan şəhid Əsgər Məmmədovun ailəsini də ziyarət edib, ruhuna dualar oxuyub dərin hüznlə başsağlığı veriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

 

2023-04-07 11:30:05
3322 baxış

Digər xəbərlər

Gənc tarzəndən möhtəşəm ifa: “Azərbaycan maralı!”

Bugünlərdə gənc tarzən Fərid İmranlı yeni və maraqlı ifası ilə diqqət çəkib. Fərid İmranlının  ifa etdiyi “Azərbaycan maralı” mahnısı sosial şəbəkələrdə böyük marağa səbəb olub. Veteran.gov.az həmin ifanı oxuculara təqdim edir.  Xatırladaq ki, Fərid İmranlı bugünə qədər keçirilən bir çox müsabiqənin laureatıdır.

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Beynəlxalq Ahıllar Günü münasibətilə təbriki

1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə ölkəmizin bütün ahıl vətəndaşlarını, o cümlədən ahıl yaşda olan ağsaqqallarımızı və müharibə, əmək,  silahlı qüvvələr veteranlarını səmimi-qəlbdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, xoş günlər, xalqımızın tərəqqisi naminə gərəkli və şərəfli ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayırıq! Hər il oktyabrın 1-i bütün dünyada olduğu kimi Azərbaycanda da Beynəlxalq Ahıllar Günü olaraq qeyd edilir. Azərbaycanın xilası naminə xalqımızın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən başlayaraq  ölkəmizdə Beynəlxalq Ahıllar Günü ilə bağlı bir çox tədbirlər, sosial proqramlar və layihələr yüksək səviyyədə həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin uğurlu sosial-iqtisadi siyasət kursunun başlıca istiqamətlərindən biri də ahılların dövlət qayğısı ilə tam əhatə olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi idi. Ümumbəşəri humanizm dəyərlərini özündə əks etdirən bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də  hərtərəfli və layiqli şəkildə davam etdirir. Əhalinin həssas təbəqəsinə aid olan bu insanlar arasında çoxlu sayda ağsaqqallar, habelə müharibə, əmək və silahlı qüvvələr veteranları da mövcuddur ki, onlar da dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğma övlad qayğısı səviyyəsində diqqət və nəvazişini hiss edirlər. Belə ki, bütün ahıllar kimi onlara da müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitlərinin daha da yaxşılaşdırılması, o cümlədən cəmiyyətə inteqrasiyaları sahəsində mütəmadi olaraq effektiv işlər görülür. Pensiya və müavinətləri müntəzəm şəkildə artırılır, onların yubileyləri qeyd edilir, ali mükafatlarla layiq görülürlər, müharibə iştirakçıları minik avtomobilləri ilə təmin olunurlar və başqa bu kimi bir çox lazımlı tədbirlər həyata keçirilir. Bir sözlə, bu gün ölkəmizin ahılları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar və bu qayğı ildən-ilə daha da artır. Hər zaman öz üzvlərini, xüsusilə də ahıl üzvlərini və bütün ahıl vətəndaşlarımızı diqqətdə saxlayan, onlara böyük qayğı, həmçinin maddi və mənəvi dəstək göstərən Azərbaycan Ağsaqqallar Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz bir daha bu əlamətdar tarix – 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycanın bütün ahıl insanlarını ürəkdən təbrik edir, onlara daha uzun və sağlam ömür,  xoşbəxtlik, gələcək fəaliyyətlərində yüksək nailiyyətlər və uğurlar diləyirik!    Hörmətlə, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisinin deputatı, professor Eldar Quliyev   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova  

Hamısını oxu
“Komanda qüvvələrinə məxsus yeni hərbi hissənin açılışı ordumuzdakı sürətli inkişafdan xəbər verir”

Cəlil Xəlilov: “Azərbaycan müasir ordu modelinə malikdir və bu istiqamətə səylərini uğurla davam etdirir”   “Komanda qüvvələrinə məxsus yeni hərbi hissənin açılışı ordumuzdakı sürətli inkişafdan xəbər verir”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, son bugünlərdə Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Kəlbəcərdə yeni hərbi hissənin açılışı dövlətimizn öz müdafiə və təhlükəsizliyinin təmininə verdiyi önəmi göstərir:   “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Hansı ki, ötən il dekabrın 24-də dövlət başçısı Hadrutda birinci komando hərbi hissəsinin açılışında iştirak etmiş, yeni yaranan bu hərbi qüvvələrin önəmindən bəhs etmişdi.   44 günlük Vətən müharibəsi bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin gücünü, yüksək döyüş hazırlığını ortaya qoymaqla yanaşı, xüsusi təyinatlı qüvvələrimizin qeyri-adi bacarığını da bütün dünyaya göstərdi. Müharibə bir daha göstərdi ki, müasir hərbi əməliyyatlarda elit hərbi hissələrə, peşəkar döyüşçülərə ehtiyac daha böyükdür və bir çox hallarda müharibənin taleyinə onların təsiri daha həlledici olur. Bu baxımdan Kəlbəcərdə ikinci komanda hərbi hissəsinin açılışını dövlətimizin müasir ordu modelinə keçidi baxımından mühüm hadisə kimi dəyərləndirirəm. Hesab edirəm ki, komanda qüvvələrinin artırılması dövlətimizin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasını təmin edəcək, ordumuzun döyüş qabiliyyətini gücləndirəcək”.   Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev hərbçilər qarşısındakı çıxışında vətənpərvərlik tərbiyəsinin önəminə toxunub, 44 günlük Vətən müharibəsində ordumuzun qələbə qazanmasında bu amilin çox böyük rol oynadığını qeyd edib:   “Kəlbəcərdə komanda qüvvələrinə məxsus hərbi hissənin açılışında çıxışı zamanı dövlət başçısı bir daha vətənpərvərlik tərbiyəsinin əhəmiyyətinə diqqət çəkdi. Ali Baş Komandan vurğuladı ki, torpaqlarımız işğal altındda qaldığı müddətdə Azərbaycanın həm iqtisadi, həm də hərbi baxımdan güclənməsinə səy göstərilməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin inkişafına da xüsusi önəm verilib, bu məsələdə hər zaman diqqət mərkəzində saxlanılıb. Ölkə başçısı açıq şəkildə qeyd etdi ki, “Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər”.   Dövlət başçısının bu açıqlaması gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dövlətimizin müstəqilliyi, təhlükəsizliyi, etibarlı şəkildə müdafiəsi baxımından nə qədər mühüm rol oynadığını bir kəs daha göstərir. Bu isə o deməkdir ki, bütün əlaqədar dövlət və qeyri-hökumət təşkilatları, eləcə də veteranlar təşkilatları aktiv olmalı, bu istiqamətdəki səylərini gücləndirməlidir. Unutmamalıyıq ki, sabahımız gənclərimizdən, onların vətənpərvərlik tərbiyəsindən, xalqa, doğma torpağa sevgi və bağlılığından asılı olacaq. Odur ki, hər bir veteran və veteranlar təşlilatı Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləməli, gənclərlə aktiv iş aparmalı, onları doğru yola yönəltməlidir. Biz 8 Noyabr zəfərinin nəticələrini, o cümlədən, ordumuzun, xalqımızın, cəmiyyətimizin vətənpərvərlik əzmini qoruyub saxlamalıyıq. Milli maraqlarımız, dövlətimizin və xalqımızın maraqları bunu tələb edir”.

Hamısını oxu
44 günlük Vətən müharibəsi iştirakçısı olan daha üç nəfər Respublika Veteranlar Təşkilatının üzvlüyünə qəbul edilib

Veteran.gov.az xəbər verir ki, 12 sentyabr 2024-cü il tarixində üç nəfər 44 günlük Vətən müharibəsi iştirakçısı – Etibar Gülverdiyev, İsmayıl Rüstəmov, Məhəmməd Əsədov Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlüyünə qəbul edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov müharibə iştirakçılarına üzvlük vəsiqələrini təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Məlumat üçün qeyd edək ki, hər üç şəxs Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Şuşa istiqmətlərində gedən döyüşlərdə sürücü kimi iştirak ediblər. Seymur ƏLİYEV  

Hamısını oxu