Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Ağsaqqallar Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Beynəlxalq Ahıllar Günü münasibətilə təbriki

1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə ölkəmizin bütün ahıl vətəndaşlarını, o cümlədən ahıl yaşda olan ağsaqqallarımızı və müharibə, əmək,  silahlı qüvvələr veteranlarını səmimi-qəlbdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, xoş günlər, xalqımızın tərəqqisi naminə gərəkli və şərəfli ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayırıq!

Hər il oktyabrın 1-i bütün dünyada olduğu kimi Azərbaycanda da Beynəlxalq Ahıllar Günü olaraq qeyd edilir. Azərbaycanın xilası naminə xalqımızın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən başlayaraq  ölkəmizdə Beynəlxalq Ahıllar Günü ilə bağlı bir çox tədbirlər, sosial proqramlar və layihələr yüksək səviyyədə həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin uğurlu sosial-iqtisadi siyasət kursunun başlıca istiqamətlərindən biri də ahılların dövlət qayğısı ilə tam əhatə olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi idi. Ümumbəşəri humanizm dəyərlərini özündə əks etdirən bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də  hərtərəfli və layiqli şəkildə davam etdirir.

Əhalinin həssas təbəqəsinə aid olan bu insanlar arasında çoxlu sayda ağsaqqallar, habelə müharibə, əmək və silahlı qüvvələr veteranları da mövcuddur ki, onlar da dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğma övlad qayğısı səviyyəsində diqqət və nəvazişini hiss edirlər. Belə ki, bütün ahıllar kimi onlara da müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitlərinin daha da yaxşılaşdırılması, o cümlədən cəmiyyətə inteqrasiyaları sahəsində mütəmadi olaraq effektiv işlər görülür. Pensiya və müavinətləri müntəzəm şəkildə artırılır, onların yubileyləri qeyd edilir, ali mükafatlarla layiq görülürlər, müharibə iştirakçıları minik avtomobilləri ilə təmin olunurlar və başqa bu kimi bir çox lazımlı tədbirlər həyata keçirilir. Bir sözlə, bu gün ölkəmizin ahılları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar və bu qayğı ildən-ilə daha da artır.

Hər zaman öz üzvlərini, xüsusilə də ahıl üzvlərini və bütün ahıl vətəndaşlarımızı diqqətdə saxlayan, onlara böyük qayğı, həmçinin maddi və mənəvi dəstək göstərən Azərbaycan Ağsaqqallar Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz bir daha bu əlamətdar tarix – 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycanın bütün ahıl insanlarını ürəkdən təbrik edir, onlara daha uzun və sağlam ömür,  xoşbəxtlik, gələcək fəaliyyətlərində yüksək nailiyyətlər və uğurlar diləyirik!

 

 Hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının sədri,

Milli Məclisinin deputatı, professor

Eldar Quliyev

 

Azərbaycan Respublikası Müharibə, Əmək və

Silahlı Qüvvələr Veteranları Təşkilatının

sədri, müharibə və əmək veteranı

Fatma Səttarova

 

2022-10-01 13:33:00
1186 baxış

Digər xəbərlər

“Xalqın Prezident İlham Əliyevə olan sevgisi böyük və əbədidir”

Cəlil Xəlilov: “İlham Əliyev xalqın ümid və etimadını hər zaman doğruldub”   Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevə olan ümumxalq sevgisinin səbəbi, onun hər zaman xalqın ümid və etimadını doğrultması ilə bağlıdır:   “İlham Əliyev xalqın ümid və etimadını hər zaman doğruldub. Xalqın öz Liderinə olan sevgi və ehtiramının əsas səbəbi məhz bununla bağlıdır. Hər addımda xalqı düşünmək, onun qeydinə qalmaq İlham Əliyev siyasətinin əsas prioritetidir. Azərbaycan xalqının sosial rifahının ildən ilə daha da yaxşılaşması, iqtisadiyyatımızdakı sürətli inkişaf, torpaqlarımızın erməni işğalından azad edilməsi, ordumuzun dünyanın ən güclü orduları sırasında qərərlaşması və s. məhz İlham Əliyevin adı ilə bağlıdır. İlham Əliyevin ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı atdığı tarixi addımlar isə xüsusilə əhəmiyyətlidir”.   Polkovnik qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini yüksəldən, onun ən müasir texnika ilə təchizatını təmin edən İlham Əliyev, 44 günlük Vətən müharibəsində sözün həqiqi mənasında əsl tarix yazıb:   “Əsası Heydər Əliyev tərəfindən qoyulan nizami ordunun formalaşdırılması prosesi Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da sürətlənib, həm kəmiyət, həm də keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. İlham Əliyev Azərbaycan Ordusunun dünyanın ən modern orduları səviyyəsinə yüksəldib. Onun rəhbərliyi ilə xaricdən ən müasir raket sistemlərinin, silah-sursatın alınması ilə yanaşı, milli hərbi sənayemizin inkişafı istiqamətində də mühüm addımlar atılıb. Bu gün ölkəmizin Müdafiə Sənayesi Nazirliyi 1000 addan çox silah-sursat, hərbi ləvazimat istehsal edir ki, bu da ilk növbədə dövlət başçımızın uğuru, onun bu sahəyə olan qayğı və diqqətinin nəticəsidir. Ölkəmizdə yeni hərbi akademiya və məktəblərin açılması, dünyanın qabaqcıl dövlətləri ilə hərbi əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərin hərbi akademiyalarında milli hərbi kadrların hazırlanması və s. İlham Əliyevin adı ilə bağlıdır. Məhz bütün bu addımların nəticəsidir ki, 2020-ci ildə Müzəfər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının Silahlı Qüvvələri cəmi 44 gün içində düşməni darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bununla özünün yüksək sərkərdəlik qabiliyyəti ilə yanaşı, xalqımızın və ordumuzun fədakarlığını, onun məğlubedilməzliyini də bütün dünyaya nümayiş etdirdi”.   Professor qeyd edib ki,  İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri böyükdür və bu xidmətlər onu xalqın yaddaşında əbədi olaraq yaşadacaqdır:   “Prezident İlham Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin həyatının bütün sahələrində inqilabi yeniliklərə imza atan, onun beynəlxalq arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldən dahi və əvəzsiz liderdir. Azərbaycanın dövlət başçısının tarixi xidmətləri onu xalqımızın qəlbində sonsuza kimi yaşadacaqdır.   Mən ad günü münasibəti ilə Müzəffər Ali Baş Komandanımızı bütün veteranlar adından təbrik edir, ona xalqımızın və dövlətimizin firavan gələcəyi naminə apardığı mübarizədə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqı öz Liderinin rəhbərliyi altında bundan sonra da böyük uğurlara nail olacaq, yeni müvəffəqiyyətlərə imza atacaq”.  

Hamısını oxu
Азербайджанская нация является одной из культурнейших в мире – генерал Тимошенко о силе Азербайджана

Hamısını oxu
Şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad RİH və rayon Veteranlar Təşkilatının birgə təşkilatçılığı ilə Natəvan Zahidqızının "Sonsuzadək yaşayanlar" kitabının təqdimatı keçirilib.  Cəlilabad  şəhər 9 saylı  tam orta məktəbin geniş akt zalında təşkil olunmuş tədbirdə şəhid valideynləri,  qazilər, Bakıdan gələn mətbuat nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov tədbiri giriş sözü ilə açdıqdan sonra Dövlət himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükula yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək təqdimatı keçirilən kitabda ayrı-ayrı rayonlardan olan 19 şəhidin şərəfli həyat və döyüş yolu haqqında ətraflı məlumat verildiyini bildirib. O, bədii sözün gücü ilə şəhidlərin adlarını əbədiləşdirən və onları xalqa tanıdan belə kitabların böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.  Tədbirdə çıxış edən "Yurd" jurnalının redaktoru Zəhra Məmmədova, şəhid anası Natəvan Həbibi, şəhid atası Habil Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin ömür-gün yoldaşı Gülnarə Abdullayeva, Azərbaycan Jurnalistlər və Yazıçılar  Birliklərinin üzvləri Püstə Rəvan, Əli Yusif, Əfrahim Abbas,  Elmira Aslanxanlı,  Almaz Alıqızı, Bayram Tovuzlu, Ruhiyyə Abbaszadə, şəhid Əhməd Abdullayevin oğlu Hüseyn Abdullayev və başqaları öz çıxışlarında Zəfər tarixi yazan qəhrəman oğullarımızın şücaətindən danışıblar, şəhidlərdən bəhs edən "Sonsuzadək yaşayanlar" kitabının müəllifi Natəvan Zahidqızına öz təşəkkürlərini bildiriblər. Onlar, həmçinin şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən  göstərilən diqqət və qayğını məmnunluq hissi ilə qeyd ediblər. Təqdimatı keçirilən kitabı qələmə alan, "Yurd" jurnalının əməkdaşı Natəvan Zahidqızı çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib, şəhid ailələrinə kitablarını hədiyyə verib. Sonda xatirə şəkilləri çəkdirilib.

Hamısını oxu
“Prezident İlham Əliyevin Daşkənd səfərində əldə edilən uğurlar Azərbaycan-Özbəkistan münasibətləri tarixində ən yüksək nəticədir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənd səfərində əldə edilən uğurlar Azərbaycan-Özbəkistan münasibətləri tarixində ən yüksək nəticədir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəliov bildirib. Polkovnik qeyd edib ki, Daşkənd səfəri iki dövlət arasındakı münasibətlərin səmimilik və dərinliyini bütün əzəməti ilə üzə çıxardı: “Prezident İlham Əliyevin Daşkənd səfərində Azərbaycan-Özbəkistan əlaqələrinin yalnız bugününw deyil, həm də gələcəyini müəyyən edən mühüm razılaşmalar əldə edildi, mühüm bəyanatlar verildi. Verilən hər bir bəyanat, səslənən hər bir fikir göstərdi ki, Azərbaycan-Özbəkistan münasibətləri hər iki xalqın tarixi dostluğu ilə yanaşı, həm də gələcəyə dair birgə baxışına əsaslanır. Bu isə ilk növbədə sülh, tərəqqi və təhlükəsizliklə bağlıdır. Səfər zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin önəminə toxundu, bunun xalqın mənəvi birliyinin təmin edilməsindəki roluna diqqət çəkdi. Eyni zamanda, Özbəkistan Prezidenti bildirdi ki, Azərbaycanın dövlət başçısı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir, bu yolda böyük nailiyyətlər əldə edir. Bütün bunlar dost Özbəkistan xalqının, onun timsalında bütün türk dünyasının Prezident İlham Əliyevə, onun sülh və tərəqqiyyə xidmət edən siyasətinə necə böyük qiymət verdiyini göstərir. Daşkənd səfərində diqqət çəkən məqamlardan biri də Prezidentlərin qarşıqlı şəkildə təltif edilməsi oldu. Prezident İlham Əliyev Özbəkistan Prezidentini “Heydər Əliyev” ordeni, Şafkat Mirziyoyev isə azərbaycanlı həmkarını ali dərəcəli “Dostluq” ordeni ilə təltif etdi. Məlum təltifetmə mərasimi Azərbaycan və Özbəkistan arasındakı qarşılıqlı inam və etimadın nə qədər böyük olduğunu, münasibətlərin həqiqi dostluq və qardaşlığa söykəndiyini, tərəflərin bu münasibətləri inkişaf etdirməkdə nə qədər qərarlı olduğunu bir daha sübut edir. Səfər zamanı Prezident İlham Əliyev Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iştirak etdi, bir sıra elm və mədəniyyət mərkəzləri ilə tanış oldu. Tərəflər təhsil və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməklə bağlı istəklərini bəyan etdilər. Artıq hər kəs əmindir ki, Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdə davam edəcək, münasibətlərin bu şəkildə inkişafı hər iki xalqın sosial rifahının, mənəvi birliyinin yüksəlməsinə, sülh və təhlükəsizliyin etibarlı şəkildə təmininə böyük töhfə verəcək. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı bütün türk dünyasının birlik və inkişafına xidmət edəcək ki, bu da milli maraqlarla yanaşı, həm də ümumtürk maraqları baxımından mühüm əhəmiyyətə malikdir”. Seymur ƏLİYEV

Hamısını oxu