Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabadda Heydər Əliyev ili çərçivəsində şeir müsabiqəsi keçirilib

Veteran.gov.az xəbər verir ki, 25 aprel 2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad rayon sektoru, rayon Veteranlar Təşkilatı və Cəlilabad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şəhər 9 nömrəli tam orta məktəbdə şeir müsabiqəsi keçirilib. 

Tədbirin açılış mərasimində  Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, LARTİ-nin Cəlilabad rayon sektorunun metodisti İlham Əhmədov, AYB-nin üzvü, rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman iştirakçılara müsabiqə haqqında geniş məlumat verərək bildiriblər ki, müsabiqənin  keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.

 Müsabiqədə şagirdlər Ulu Öndər Heydər Əliyev və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Müsabiqə iştirakçılarının söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq şeir müsabiqəsinin qalibləri müəyyən olunub. Müsabiqənin qaliblərinə Ulu Öndərin doğum günündə mükafatlar təqdim olunacaqdır.

2023-04-25 18:31:14
3672 baxış

Digər xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, Şuranın Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev iştirak ediblər. Görüşdə dövlətimizin veteranlara, həmçinin ağsaqqallara və gənclərə olan diqqətindən, Azərbaycanın uğurlu inkişafından, Qarabağda həyata keçirilən nəhəng quruculuq işlərindən, xalqımızın bugünə qədər olduğu kimi bundan sonra da ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsinin zəruriliyindən bəhs edilib. Görüşdə veteran və ağsaqqallarımız tərəfindən  gənc nəsil arasında dövlətimizə dəstək siyasəti ilə bağlı təbliğat işinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında əməkdaşlığın genişləndirilməsi, gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi də müzakirə olunan məsələlər sırasında olub. Görüşün sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edərək onu 100 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.            

Hamısını oxu
“Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev və aparıcı mütəxəssis Osman Məhərrəmov 17 fevral 2023-cü ildə  Bakı şəhəri Pirallahı rayonunda tədbir təşkil ediblər. Tədbir 168 saylı tam orta məktəbdə baş tutub. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ”Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda keçirilən  tədbirdə  Pirallahı Rayon İcra Hakimiyyətinin Humanitar və ictimai əlaqələr şöbəsinin  müdiri Arzu Abdullayev, Pirallahı rayon Vətən müharibəsi iştirakçılari ilə iş şöbəsinin müdiri Süphay Məmmədov, rayon Veteranlar Təşkilatının sədri  Xəqani Şirinov, məktəbin direktoru Elnur Bayramov, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri Arzu Abdullayev açıb. İlk öncə Azərbaycan Respublikasının Dövlət  Himni səsləndirilib,  torpaqlarımızın bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Çıxış üçün ilk söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev Ulu öndərin dövlət və xalq qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib: “Heydər Əliyev 14 iyul 1969 –cu ildə Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin katibi seçildikdən sonra respublikanın ağır və yüngül sənayesində, kənd təsərrüfatında, tikintidə, elm sahəsində çox böyük uğurlar əldə etdi. Onun yüksək idarəetmə qabiliyyəti Mərkəzi Komitənin diqqətindən kənarda qala bilməzdi. Heydər Əliyev 1982- ci ildə Mərkəzi Komitəyə  - Moskvaya dəvət olundu. Onu yüksək vəzifəyə təyin etdilər. Heydər Əliyevə ağır və məsuliyyətli iş  olan  BAM-ın  tikinti işi tapşırıldı. Ulu Öndər bu tikintini uğurla başa çatdırdı. Onun ölkədə artan nüfuzunu həzm edə bilməyən qara qüvvələr 1987 –ci ildə Heydər Əliyevi Mərkəzi Komitədən uzaqlaşdırdılar. Şüphəsiz ki, ermənilərin bu işdə böyük rolu oldu. Onun hakimiyyətdə olmadığından istifadə edən ermənilər tezliklə əsassız torpaq iddiasına düşdülər və müharibəyə başladılar. O ağır illərdə xalqın tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gətirildi və Azərbaycanımızı məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev xalqın qəlbində daima yaşayacaq. Mən Ulu Öndərə, eyni zamanda bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm” Tədbirin sonunda  xatirə şəkli çəkildi.  

Hamısını oxu
Ağdamda şəhid Məmmədəli Məmmədəlizadənin anım günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, 11 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi Məmmədəlizadə Məmmədəli Asif oğlunun anım günü qeyd olundu. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti, şəhid valideyinləri, Agdam Rayon Müharibə,Əmək və Silahlı Qüvvələr veteranlar Təşkilatı, icra nümayəndələri, Ağdam rayon dörd yol,  iki tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Şagirdlər şəhidlərimiz haqda şeirlər deyiblər.  Şəhidlərimizin məzarları üstünə güllər düzülüb ,əkil qoyulub.  Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu
Əli Nağıyev: "Ermənistan Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidir"

Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr isə regionda yaranmış yeni reallıqları qəbul etməlidir. Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlər Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev deyib. O bildirib ki, Ermənistan Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər: “Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”,- deyə Dövlər Təhlükəsizliyi Xidmətinin rəisi bildirib. Əli Nağıtev bildirib ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir: “Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!”.  

Hamısını oxu