Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Ağsaqqallar Şurası Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş regional konfrans keçirib

Azərbaycan Ağsaqqallar Şurası Gəncə Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş regional konfrans keçirib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov və o cümlədən digər qərb rayonlarının – Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Tovuz və habelə Ucar, Zərdab, Qobustanın Ağsqaqqallar Şurasının sədrləri, həmçinin YAP-ın, Gənclər və İdman İdarəsinin yerli təşkilatlarının nümayəndələri, ağsaqqallar, alimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndrilib. Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsini vurğulayaraq, dünyanın müxtəlif ölkələrində Ümummilli Liderə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət Ulu Öndər Heydər Əliyevin xalqımızın qəlbində yaşayacağını, daim hörmətlə anılacağını bildirən Niyazi Bayramov Ümummilli Liderimizin uzaqgörən siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, bu gün biz növbəti dəfə  Ulu Öndər Heydər Əliyevin nuruna, işığına toplaşmışıq və bu hər zaman belə olacaq. İllər, əsrlər ötəcək, Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti, onun nuru, ziyası daim bir mayak kimi Azərbaycan xalqına və digər xalqlara xoşbəxt gələcəyə aparan  doğru yolu göstərəcəkdir. Sonra o, öz çıxışında Ulu Öndərin hakimiyyətdə olduğu dövrü mərhələrlə, ətraflı və dolğun şəkildə təhlil edərək bir daha bu dahi insanın Azərbaycan üçün nə qədər dəyərli və əvəzedilməz bir şəxsiyyət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bayram Yusifov, həmçinin, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan xalqına böyük Qələbə qürurunu yaşadan Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, ölkəmizdəki dinamik inkişaf prosesindən bəhs edib.

Natiq Azərbaycan Ağsaqqallar Şurasının səmərəli fəaliyyətindən də danışaraq, Şura tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi – Heydər Əliyev İli ilə bağlı Tədbirlər Planının hazırlandığını və bu istiqamət üzrə bir sıra tədbirlərin, layihələrin həyata keçirildiyini vurğulayıb. Əlavə edib ki, may ayının 2-də Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Bakı şəhərində Türk dünyası qarşısında əvəzsiz xidmətləri olan Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransda dili bir, dini bir, əqidəsi bir olan qardaş türk dövlətlərindən və digər ölkələrdən qonaqlar iştirak edəcəklər.

“Biz əminik ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolu bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiriləcək və biz, ağsaqqallar hər zaman ölkə başçısını bu yolda dəstəkləyəcəyik, Vətənimizin inkişafı naminə öz səylərimizi əsirgəməyəcəyik” – deyə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yudsifov nitqinin sonunda vurğulayıb.

Sonra Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, universitetin YAP təşkiltının sədri Cavid Bağırzadənin “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli ideologiyanın formalaşması”, Azərbaycan Dövlət Aqrar Universitetin dosenti, fəlsəfə doktoru Ceyhun Hüseynovun “Heydər Əliyevin  Azərbayçılıq fəlsəfəsində milli birliklə dövlətçiliyin dialektikası” adlı məruzələri dinlənilib.

Daha sonra çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov və digər natiqlər müstəqil Azərbaycanın dahi siyasi xadimi və müdrik rəhbər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər.

Respublikanın Xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktyoru Məmmədəli Balayevin ifasında Ulu Öndərə həsr edilmiş şeirlər tədbir iştitakçılarının gurultulu alqışları ilə qarşılanıb.

Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurası tərəfindən İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərə, xüsusilə Vətən müharibəsi şəhidlərinin valideynlərinə, qazilərə, müharibə iştirakçılarına və ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğıya görə Fəxri fərmanla təltif edilib.

Regional konfransın sonunda xatirə şəkli çəkdirilib və tədbir münasibətilə təşkil olunmuş yemək süfrəsi ətrafında söhbətlər davam etdirilib.

 

 

 

2023-04-28 16:05:44
3346 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 23 kəndi işğaldan azad edib

Bakı, 9 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı soyqırım günü ilə əlaqədar tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar evində “31 mart- Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib. Rayon Veteranlar Təşkilatının təşkilatçılığı ilə düzənlənən tədbirdən öncə Soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.Rayon Veteranlar Təşkilarının sədri Ədalət Salman çıxış edərək uzun illərdən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımdan danışıb, 1918-ci ilin martında daşnak-bolşevik dəstələrinin əhaliyə kütləvi divan tutması barədə məlumat verib. Daha sonra Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart – Azərnaycanlıların Soyqrımı günü elan edildiyini və bu bəşəri cinayətin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədi ilə ölkəmizin prezidenti İlham Əliyevin 2018-ci ildə Soyqırım gününün 100 illiyi ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayıb.Tədbirdə ADPU Cəlilabad filialının tədqiqatçı tarix müəllimi Ələsgər Mirzəzadə, rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, rayon Qarabağ qaziləri İctimai birliyinin rəhbəri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü İman Abdulla, şəhid qardaşı Sakit İsayev, veteran müəllimlər Adil Hüseynov, İsmayıl Məmmədov, Muxtar Əsədov, Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mirsüleyman Eynullayev və başqaları çıxış edərək mənfur ermənilərin törətdikləri vəhşiliklərdən söz açıblar, 44 günlük Vətən müharibəsində düşmənə ordumuz tərəfindən döyüş meydanında layiqli cavab verilməsindən fəxrlə danışıblar.  

Hamısını oxu
“İtkinlərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin aqibəti, onların sonrakı taleyinə aydınlıq gətirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir” Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bu istiqamətdə mühüm işlər görməyə, konkret nəticələr əldə etməyə imkan verib: “İtkin düşmüş şəxslərlə bağlı məsələ, onların sonrakı taleyi Azərbaycan dövləti və xalqını hər zaman narahat edib. Lakin uzun müddət davam edən erməni işğalı, eləcə də, rəsmi İrəvanın bu məsələyə qeyri-humanist münasibəti onların taleyinə aydınlıq gətirməyə imkan verməyib. Qürurvericidir ki,2020-ci ilin 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində əldə edilən qələbə bir çox sahədə olduğu kimi itkin düşmüş vətəndaşlarımızla bağlı məsələdə də səmərəli addımlar atmağa imkan verdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq aşkar edilib ki, bu məzarlıqlarda aparılan araşdırmalar bir sıra itkin-şəhidlərimizin taleyini müəyənləşdirməyə imkan verib. Nəticədə, yüzlərlə itkin şəxsin taleyi müəyyənləşdirilib, onların nəşləri milli və dini adət-ənənəyə uyğun şəkildə dəfn edilib, uzun illərdir ki, gözləri yolda qalan ailələrinin intizarına son qoyulub”. Polkovnik Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşımına da diqqət çəkib: “Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşım etdi. Hörrmətli Hikmət müəllim paylaşımında itkinlərin aqibətinin müəyyənləşdirilməsinin əhəmiyyəti ilə yanaşı, bu sahədə görülən və görülməkdə olan işlərə də toxundu. Cənab Prezidentin köməkçisinin paylaşımından bir daha məlum oldu ki, dövlətimiz mina təhlükəsinə və digər çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərlə bağlı araşdırmalarını  əzmlə davam etdirməkdə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu sahədə gərgin və məqsədyönlü iş aparmaqdadır. İnanırıq ki, dövlətimizin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı ortaya qoyduğu prinsipial mövqe taleyi naməlum qalan hər bir vətəndaşımızın aqibətini müəyyənləşdirməyə imkan verəcək, Azərbaycan dövləti hər bir itkin ailəsinin intizarına son qoyacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib

Zaur Əliyev veteranların müalicə və istirahət şəraiti ilə tanış olub, arzu və təklifləri ilə maraqlanıb Veteran.gov.az xəbər verir ki, iyulun 4-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib, xəstəxananın tibbi heyəti və veteranlarla görüşüb. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xəstəxananın tarixi, onun veteranların istirahəti və müalicəsindəki rolu haqqında məlumat verib. Polkovnik qeyd edib ki, Müharibə Veteranlarının Respublika Xəstəxanası bu gün də respublika veteranlarının müalicəsində mühüm rol oynayır, il ərzində yüzlərlə veterana xidmət edir. Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva xəstəxananın ötən il iki mindən çox veterana xidmət etdiyini, hazırda 150 nəfərdən çox veteranın müalicə aldığını bildirib. Gülşən Əliyeva vurğulayıb ki, müəyyən rekontruksiya işləri aparılarsa, o zaman xəstəxananın daha çox veterana xidmət göstərməsi mümkündür. Xəstəxananın korpus və şöbələrini gəzən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev xəstəxanadakı tibbi avadanlıqlar, müalicə otaqları, tibbi personalla tanış olub. Xəstəxanadakı veteranlarla da görüşən Zaur Əliyev onlarla söhbət edib, palatalarda veteranlara yaradılan şəraitlə tanış olub. Zaur Əliyev həmçinin, xəstəxana rəhbərliyinin və veteranların arzu və təklifləri ilə də maraqlanıb, xəstəxananın daha effektiv fəaliyyəti, veteranların müalicə və istirahət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanların dəyərləndiriləcəyini qeyd edib. Görüşdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da iştirak edib. Seymur ƏLİYEV Fotolar müəllifə aiddir    

Hamısını oxu