Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib

Zaur Əliyev veteranların müalicə və istirahət şəraiti ilə tanış olub, arzu və təklifləri ilə maraqlanıb

Veteran.gov.az xəbər verir ki, iyulun 4-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib, xəstəxananın tibbi heyəti və veteranlarla görüşüb.

Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xəstəxananın tarixi, onun veteranların istirahəti və müalicəsindəki rolu haqqında məlumat verib. Polkovnik qeyd edib ki, Müharibə Veteranlarının Respublika Xəstəxanası bu gün də respublika veteranlarının müalicəsində mühüm rol oynayır, il ərzində yüzlərlə veterana xidmət edir.

Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva xəstəxananın ötən il iki mindən çox veterana xidmət etdiyini, hazırda 150 nəfərdən çox veteranın müalicə aldığını bildirib. Gülşən Əliyeva vurğulayıb ki, müəyyən rekontruksiya işləri aparılarsa, o zaman xəstəxananın daha çox veterana xidmət göstərməsi mümkündür.

Xəstəxananın korpus və şöbələrini gəzən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev xəstəxanadakı tibbi avadanlıqlar, müalicə otaqları, tibbi personalla tanış olub. Xəstəxanadakı veteranlarla da görüşən Zaur Əliyev onlarla söhbət edib, palatalarda veteranlara yaradılan şəraitlə tanış olub. Zaur Əliyev həmçinin, xəstəxana rəhbərliyinin və veteranların arzu və təklifləri ilə də maraqlanıb, xəstəxananın daha effektiv fəaliyyəti, veteranların müalicə və istirahət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanların dəyərləndiriləcəyini qeyd edib.

Görüşdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da iştirak edib.

Seymur ƏLİYEV

Fotolar müəllifə aiddir

 

 

2022-07-05 12:43:00
1434 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə münasibətilə məktəbliləri və tələbələri təbrik edib Milli.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında paylaşılan təbrikdə deyilir: "Əziz məktəblilər və tələbələr!⠀Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!" Milli.Az

Hamısını oxu
Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbdə Beynəlxalq Sülh Günü qeyd edilib

Bu gün Bakının Nərimanov rayonunda yerləşən 45 nömrəli tam orta məktəbdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlarının iştirakı ilə 21 sentyabr – Beynəlxalq Sülh Günü təntənə ilə qeyd edilib. Açıq səma altında keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nəcibə Axundova tədbir iştirakçılaırnı salamlayaraq dövlətimizin sülhə, əminamanlığa verdiyi önəmə diqqət çəkib. Məktəb direktoru bildirib ki, Azərbaycan bu gün regionda sülhün və sabitliyin əsas qarantıdır və dünyadakı bütün qarşıdurmaların sülh yolu ilə həllini vacib sayır. Tərəqqi və inkişafa yalnız sülh şəraitində nail olmağın mümkünlüyünü vurğualayan Nəcibə Axundova azyaşlılar, yeniyetmə və gənclər arasında bu ideyanın təbliğinin mühüm önəm kəsb etdiyini bildirib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev Sülh gününün önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, Azərbaycan dövləti hər zaman sülhün, sabitliyin bərqərar olması üçün bütün resurslardan istifadə edib, bu gün də bölgədə sülhün əsas təminatçısı qismində çıxış edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyev də çıxışında sülh və sabitliyin əhəmiyyətindən bəhs edib, sülhün mövcudluğunu hər bir dövlətin inkişafı üçün başlıca şərt kimi qiymətləndirib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin baş mütəxəssis Nəbi Hacıyev və digər veteranlar iştirak edib. Azərbaycanın sülh dövləti olduğuna diqqət çəkib, sülhün alternativinin olmadığnı bildiriblər.   Tədbirdə azyaşlılar sülhə aid şeirlər səsləndirib, mahnılar oxuyub. Tədbirin sonunda səmaya sülh rəmzi olan göyərçinlər və şarlar buraxılıb.

Hamısını oxu
“Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır” mövzusunda konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır” mövzusunda konfrans təşkil olunub, Respublika Veteranlar Təşkilatının, Azərbaycan Ağsaqqallar Şurası üzvlərinin və bir sıra QHT sədrlərinin gənclərlə görüşü keçirilib. Konfransın keçirilməsində əsas məqsəd dövlətimizin gənclər siyasətinə dəstək vermək, Prezident İlham Əliyevin gənclərlə bağlı çağırışlarını təbliğ etmək, gənclərin milli mənəvi dəyərlərimizə bağlı şəkildə tərbiyəsinin dövlətçiliyimizin bu günü və gələcəyi baxımından önəminə diqqət çəkmək olub. Konfransda erkən nigahın yolverilməzliyi, narkomaniya, şiddət və aqressiya kimi mənfi tendensiyalara qarşı mübarizəni gücləndirmək məqsədi ilə qanunvericiliyin daha da sərtləşdirilməsinin zəruriliyi vurğulanıb. Konfransda gənclər, ziyalılar, veteran və ağsaqqallar, dövlət qurumlarının, media və vətəndaş cəmiyyəti institutunun nümayəndələri, habelə  Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Hərbi Dəniz Qüvvələrinin Komandanı vitse-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin şöbə rəisi polkovnik Elvin Əzizov, Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Elşən Hüseynov iştirak edib. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov konfrans iştirakçılarını salamlayııb, konfransı açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra mövzu ilə bağlı ətraflı çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov gənc nəslin tarixi roluna, dövlətimizin gənclər siaysətinə diqqət çəkib, hər bir şəxsin bu siyasəti dəstəkləməsinin önəmini qeyd edib: “Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin gənclər siyasətində ilk mühüm addım kimi, 1994-cü il iyulun 26-da Azərbaycan Prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyinin təsis edilməsini göstərmək olar. Gənclərimiz 44 günlük Vətən müharibəsində, habelə lokal antiterror tədbirləri zamanı öz cəsarətləri, rəşadətləri, qəhrəmanlıqları ilə xalqımızın zəfərini təmin edib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yeni tarix yazıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bütün çıxışlarında gənclərimizin vətənpərvərlik ruhunu, mübarizə əzmini yüksək qiymətləndirib, onlara böyük sevgi və etimadla yanaşıb. Təbii ki, vətənpərvər gəncliyin formalaşmasında həm dövlətimiz, həm də xalqımız – ailə institutu mühüm rol oynayıb. Lakin biz dövlətimizin daha da inkişaf etməsini, çiçəklənməsini,  özünəməxsusluğunu qoruyub saxlamasını istəyiriksə, gənclərimizin bundan sonra da milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsini diqqətdə saxlamalıyıq. Çalışmalıyıq ki, gənclərimiz tariximizə, ədəbiyyatımıza, əcdadlarımızın qəhrəmanlıq ənənəsinə sadiq şəkildə formalaşsın, milli dəyərlərin, milli maraqların keşiyində dayansın. Təəssüflər olsun ki, bu gün bəzən yeniyetmələr, gənclər arasında bəzi arzuedilməz olaylara da şahid oluruq. Bu isə biz veteranları narahat edir. Bunlardan biri erkən nigahla bağlıdır. Bəzən yeniyetmələr erkən nigaha təhrik edilir ki, bu da qanunun tələbinin pozulması ilə yanaşı, həm də əxlaqi-mənəvi baxımdan qəbuledilməzdir. Bu cür hallara qarşı mübarizədə cəmiyyətimiz aktiv iştirak etməli, belə hallara qarşı güclü ictimai qınaq olmalıdır. Habelə, hüquq-mühafizə orqanları bu cür hallarla bağlı dərhal məlumatlandırılmalıdır. Ümumilikdə isə hesab edirəm ki, erkən nigaha qarşı effektiv mübarizə məqsədi ilə  mövcud qanunvericiliyin daha da sərtləşdirilməsinə ehtiyac var. Biz gənclərimizi narkomaniya, digər zərərli vərdişlərdən də qorumalı, bu sahədə maarifçilik işini genişləndirməli, dövlətimizə bütün digər sahələrdə olduğu kimi bu məsələdə də ciddi dəstək verməliyik”. Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev milli-mənəvi dəyərlərə sahib çıxmağın önəmini vurğulayıb, gəncləri yad meyillərə, kənar təsirlərə uymamağa çağırıb: “Gənclər bizim gələcəyimizin təminatı, dövlətimizin, cəmiyyətimizin dayağıdır. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuz cəmi 44 gün ərzində düşməni darmadağın etdi, işğaldakı torpaqlarımızı azad etdi. Gənclərimiz öz cəsarətləri ilə düşmənə layiqli yerini göstərdi. Ancaq təəssüflər olsun ki, bəzən gənclər arasında aqressiya, şiddət, Azərbaycan insanına, Azərbaycan ailəsinə yaraşmayan qəddarlıq nümunələri də görürük. Erkən nigah, narkomaniya, boşanmaların artması kimi hallar da müşahidə edilir ki, bu da narahatlıq doğurur. Bu cür halların qarşısını almaq üçün biz bir cəmiyyət, bir xalq olaraq birlikdə ciddi mübarizə aparmalı, dövlətimizin gənclər siyasətinə öz töhfəmizi verməliyik”. Müdafiə Nzirliyinin şöbə rəisi polkovnik Elvin Əzizov, “Ədəbi Turan Kitab Fondu”nun sədri, elmlər doktoru Esmira Fuad, Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Elşən Hüseynov da çıxışlarında dövlətimizin gənclərlə bağlı siyasətinə dəstək nümayiş etdirib, erkən nigah, narkomaniya, aqressiya və qəddarlıq kimi halları tənqid ediblər. 44 günlük Vətən müharibəsi qazisi mayor Elşad Təhməzov isə müharibədə gənclərimizin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, bu ruhu, milli-mənəvi dəyərlərə bu bağlılığı qoruyub saxlamağın vacibliyini vurğulayıb. Çıxş edən natiqlər qeyd ediblər ki, Prezident İlham Əliyevin gənclərlə bağlı hər bir fikri, hər bir çağırışı sadəcə gənclər deyil, bütün cəmiyyət üçün ciddi aktuallıq təşkil edir və dövlətimizin gələcək inkişafımızın etibarlı təminatına yönəlib. Tədbir hərbi vətənpərvər mahnıların məşhur ifaçısı Şəmistan Əlizamanlının ifası ilə başa çatıb. Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlil Xəlilov: “Azərbaycanın dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”

Azərbaycanın dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunur, bu istiqamətdə bütün zəruri tədbirlər böyük ustalıqla həyata keçirilir. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ölkəmizə qarşı xarici təhdidlərin artdığı bir zamanda dövlət təhlükəsizliyinin, milli təhlükəsizliyin yüksək səviyyədə qorunması həyati əhəmiyyət kəsb edir: “44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı təhdid və təxribatların artdığı heç kimə sirr deyil. Ermənistan və ona dəstək olan bəzi qüvvələr bu cür təxribatlar hesabına ölkəmizdə daxili sabitliyi pozmağa, postmüharibə dönəminin özü ilə gətirdiyi yeni reallıqlara kölgə salmağa çalışırlar. Son vaxtlar Ermənistanın və İranın ölkəmizə yönəlik təxribatları buna nümunədir. Lakin sevindiricidir ki, dövlətimizə və xalqımıza qarşı bütün bu təxribatların qarşısı ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınmaqda, uğurla ifşa edilməkdədir. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Son bir neçə ayda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onlarla İran agentinin de-şifrə edilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir. Bu fakt sübut edir ki, ölkəmizdə casus şəbəkəsi formalaşdırmağa, onun təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar əldə etməyə çalışan qüvvələr ifşa olunmaqda, qanun qarşısında məsuliyyətə cəlb edilməkdədir. Bu kimi nümunələr hüquq-mühafizə orqanlarımızın dövlət təhlükəsizliyinin keşiyində son dərəcə ayıq-sayıq dayandığını sübut edir”. Polkovnik Cəlil Xəlilov son vaxtlar bəzi qüvvələr tərəfindən Azərbaycanın hüquq-mühafizə orqanları haqqında səsləndirilən böhtanların sayının artmasının səbəblərini də şərh edərək deyib: “Məlum olduğu kimi, bəlli bir müddətdir ki, bəzi qüvvələr dövlətimizi, onun təhlükəsizliyinin qarantı olan hüquq-mühafizə orqanlarını hədəf seçməkdə, onlar haqqında böhtan dolu məlumatlar səsləndirməkdədir. Məqsəd anti-Azərbaycan qüvvələri ifşa edən, onların ölkəmizlə bağlı təxribatçı planlarına mane olan güc strukturlarımızı gözdən salmaq, onların nüfuzuna xələl gətirməkdir. Bu baxımdan böhtanların əsas hədəfinin Ermənistan və İran agentlərinin ardıcıl ifşasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidməti olması da təsadüfi deyil. Çünki bu qurum faktiki olaraq xarici ölkələrin agentura şəbəkəsini göz açmağa qoymur, onları elə ilk addımında ifşa edir. Buna görə də antimilli qüvvələr daha çox Dövlət Təhlükəsizliyi Xidmətini ləkələməyə cəhd edir. Lakin onlar bilməlidirlər ki, Azərbaycan xalqı kimin kim olduğunu bilir. Azərbaycan xalqı yaxşı bilir ki, onun ən böyük düşməni öz dövlətinə, xalqına, ordusuna, güc qurumlarına ləkə vurmağa çalışanlardır. Onların hər biri gec-tez etdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər. Mən fürsətdən istifadə edib, Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edir, onlara şərəfli vəzifələrində uğurlar arzulayıram! Əminəm ki, hər zaman olduğu kimi, bundan sonra da Dövlət Təhlükəsizliyi Xidməti Prezidentimizin və xalqımızın ona olan etimadını doğruldacaq, gələcəkdə də ölkəmizdəki sabitliyin və əmin-amanlığın qarantı rolunda çıxış edəcək”.

Hamısını oxu