Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mehriban Əliyeva təşəkkür etdi

Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib. Bununla bağlı Birinci vitse-prezidentin “Instagram” hesabında paylaşım edilib:

 
“Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”

2020-08-27 00:00:00
1148 baxış

Digər xəbərlər

İlk azərbaycanlı sərhədçi general

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib. Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatının inkişafına böyük töhfələr verib. O, Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib. O, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində, eləcə də RF Əməkdaşlıq Xidmətinin nümayəndəliyində fəal iştirak edib. Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə, Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafataları, orden və medalları ilə təltif olunub. Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib. Bu böyük insanın xatirəsi daim veteranların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!

Hamısını oxu
Ordumuz tezliklə xalqımıza qələbə sevinci yaşadacaq - Əhliyyət Mehdiyev

“Dünəndən başlayaraq ehtiyatda olan hərbi vəzifəlilər təlim və hərbi yoxlama üçün xüsusi toplanışlara çağırılırlar. Bu, hər bir azərbaycanlı kimi bizi də sevindirir və vətənpərvər gənclərimizlə qürur duyuruq”. Bu fikirləri Publika.az-a danışan Aprel döyüşlərinin iştirakçısı, Qarabağ müharibəsi əlili Əhliyyət Mehdiyev deyib. O qeyd edib ki, vətəndaşlarımız dövlət-ordu-xalq vəhdətini həm Aprel döyüşlərində, həm Tovuz hadisələrində, həm də hazırkı vaxtda ən yüksək səviyyədə nümayiş etdirir: “Bu, hər bir azərbaycanlı kimi bizi də sevindirir. Son illərdə, xüsusilə Aprel döyüşlərindən sonra və Tovuz hadisələrində gördük ki, yüz minlərlə Azərbaycan gənci Ali Baş Komandana, ordumuza, dövlətimizə dəstək nümayişlərinə qatıldı və əsgərlərimizin yanında olduqlarını bildirdilər. Bu gənclər bu gün də Səfərbərlik Xidmətinə, Müdafiə Nazirliyinə müraciət edirlər. Minlərlə gənc döyüş bölgələrinə yollandı və döyüşməyə hazır olduğunu bildirdi. Biz bu gün öz gəncliyimizlə, vətəndaşlarımızla qürur duyuruq, mütəmadi olaraq gənclərlə görüş keçiririk, onlardan özümüz də müsbət enerji alırıq. Hər bir auditoriyada görürük ki, yüzlərlə yeni Poladlar, Mübarizlər, Raquflar, Samidlər və neçə-neçə igidlər yetişir. Bu, bizi qürurlandırır. Bir daha əmin oluruq ki, sabahımız etibarlı əllərdədir. İnanıram ki, tezliklə ordumuz qələbə sevincini xalqımıza yaşadacaq. Xalqımız qələbəyə layiqdir və bu, tezliklə olacaq. Hər şey göz önündədir. Gəncliyimizlə, vətənpərvər gənclərimizlə, vətəndaşlarımızla qürur duyuruq”. Akqabay Mıradov

Hamısını oxu
Vətən müharibəsi qəhrəmanının ailəsi ziyarət olunub

Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, "Qarabağ qaziləri" İctimai Birliyi rayon filialının sədri Maşalla Əliyev, sədr müavini  Marifət Səmədli, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyi rayon bölməsinin rəhbəri Asəf İsmayılov  və müharibə iştirakçısı Kamran Abdullayev  Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan  Rəşad Abdullayevin ailəsi ilə  görüşüblər. Onlar rayonun Göytəpə qəsəbəsində doğulub boya-başa çatmış qəhrəman şəhidin ev-muzeyini də ziyarət ediblər. Ziyarətçilər, həm də qəhrəman kapitanımız Rəşad Abdullayevin atası Arif Abdullayevi 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edib ona  xoş  arzu və istəklərini çatdırıblar.  Vətənpərvərlik ruhunda  Rəşad kimi qəhrəman övlad böyütdüyünə görə Arif dayıya öz təşəkkürlərini də bildiriblər.

Hamısını oxu
Medo Hollandiyadadır

Salnamə studiyasının hazırladığı "Medo Hollandiyadadır" sənədli filmi.  

Hamısını oxu