Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın təqdimat mərasimi keçirilib

Veetran.gov.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən hazırlanmış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təqdimat mərasimi keçirilib. 

Tədbirdən öncə Ulu Öndərin Akademiyadakı büstü önünə gül dəstələri qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev Ulu Öndərin həyat və fəaliyyətinin bir kitaba sığdırılmasının mümkünsüz olduğunu qeyd edərək kitabda Ümummilli Liderin ölkəmizdə hərbi quruculuq sahəsində gördüyü işlərə, həyata keçirdiyi ardıcıl və məqsədyönlü islahatlara toxunulduğunu vurğulayıb. Bildirib ki, hələ SSRİ-nin mövcudluğu dövründə Ulu Öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq Azərbaycanda hərbi təhsil müəssisəsinin yaradılmasına, gənclərimizin hərbi sahədə təhsil almağa yönləndirilməsinə nail ola bilmişdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına şərait yaratmışdır.

Millət vəkili, tarix elmləri doktoru Anar İsgəndərov Ulu Öndərin uzaqgörən strategiyasının ölkəmizin davamlı inkişafına, daha da güclənməsinə stimul olduğunu, bu siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilərək dövlətimizin beynəlxalq arenada nüfuz sahibi olmasına şərait yaratdığını qeyd edib.

Tarix elmləri doktoru Mehman Süleymanov təqdim olunan “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabda Ulu Öndərin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə hərbi təhsil, hərbi xidmətə çağırış və səfərbərlik, beynəlxalq hərbi əməkdaşlıq, peşəkar milli zabit kadrların hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Silahlı Qüvvələrimizin hərbi texnika, silah-sursatla təmin edilməsi mövzularının araşdırıldığını vurğulayıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid Ulu Öndərin dövlətçiliyin qorunub saxlanılmasında misilsiz xidmətlərindən, zəngin siyasi irsi və idarəçilik təcrübəsindən danışıb, Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasının demokratik-hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinə zəmin yaratdığını ifadə edib.

525-ci qəzetin baş redaktor müavini Seyfəddin Hüseynli çıxışında Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi fəaliyyətinin mühüm istiqamətlərindən birinin də müasir Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması olduğunu bildirib.  S. Hüseynli qeyd edib ki, 2 noyabr 1993-cü ildə Ulu Öndərin radio və televiziya ilə xalqa müraciəti ilə vətəndaşlar respublikanın bütövlüyünü qorumaq üçün ayağa qalxdı. Bu müraciət həmçinin yeni ordu quruculuğu prosesinin əsasını qoydu.

 

2023-05-03 20:15:25
3213 baxış

Digər xəbərlər

Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirib. Tədbir başlamazdan öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri  rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərini xüsusi vurğulayıb. O, qeyd edib ki, bu gün Ümummilli Liderin arzuları reallaşmışdır. Azərbaycan öz tarixi torpaqlarına qovuşmuş, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz Ermənistanın əsarətdə saxladığı  torpaqlarımızı işğaldan azad edilmişdir.  Tədbirdə Beynəlxalq Heydər ata mükafatı laureatı Gülbala Teymur, şəhid atası Mehman Əliyev, Qarabağ qaziləri İctimai Birliyi Cəlilabad filialının sədri Maşalla Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsi üzrə nümayəndəsi  Cavidan Rəşidov, tanınmış qələm adamları Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, şəhid qardaşı Sakit Üçtəpəli və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevə olan ehtiramlarını bildirmiş,  əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq qazanılmış  böyük zəfərdən, doğma Qarabağımızda gedən quruculuq işlərindən danışıblar.

Hamısını oxu
Dövlət Xidməti təşkilat üzvlərini və yeniyetmələri təltif edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində bir sıra şəxsləri təltif edib.  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 7 nəfər üzvü gənclərin vətənpərvərlik tərbiyəsində göstərdikləri xidmətlərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə fəxri fərmanla təltif ediliblər. Təqdimat mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, həmçinin Dövlət Xidmətinin rəhbər şəxsləri – polkovnik Tehran Babatov və Pərviz Sədrəddinov iştirak ediblər. Tədbirdə çıxış edən Cəlil Xəlilov üzvlərinin həvəsləndirilməsini yüksək qiymətləndirib və təşəbbüsə görə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova minnətdarlığını bildirib.  

Hamısını oxu
Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır

Hamısını oxu
“DTX bu əməliyyatla bir daha sübut etdi ki, istənilən terror və təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq”

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb. Görülən tədbirlər nəticəsində cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, DTX-nın keçridiyi bu əməliyyatın dövlətimizin təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyini bildirib: “DTX-nın eyni vaxtda 5 ölkədə paralel antiteror təbdirləri həyata keçirməsi, bu tədbirlər nəticəsində 10 nəfər şəxsin saxlanılması olduqca mühüm bir hadisədir. Bu, DTX-nın timsalında dövlətimizin gücündən, onun öz təhlükəsizliyini təmin etmək bacarığındna xəbər verir. Keçirilən əməliyyat sübut edir ki, DTX eyni vaxtda bir neçə ölkədə bu cür antiterror tədbirləri həyata keçirməyə qadirdir və gələcəkdə də dövlətimizin təhlükəsizliyi üçün hər hansı fədakarlıqdan çəkinməyəcək. Mən DTX rəhbərliyini, xüsusi xidmət orqanlarımızın hər bir əməkdaşını bu əməliyyat münasibətilə təbrik edir, onlar gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Bununla yanaşı, bu əməliyyat ölkəmizə qarşı təhdid və risklərin mövcudluğunu göstərir. Bu əməliyyat onu deməyə əsas verir ki, həm ölkəmizin daxilində, həm də ölkəmizdən kənarda öz məqsədlərinə zor yolu ilə, terror vasitəsi ilə çatmaq istəyən şəxslər var və onlar bütün cəmiyyət üçün təhlükəlidir”. Polkovnik Cəlil Xəlilov DTX-nın peşəkarlığını qeyd etməklə yanaşı, vətəndaşları da diqqətli olmağa, hüquq-mühafizə orqanlarının fəaliyyətinə informasiya dəstəyi verməyə səsləyib: “DTX-nın yüksək peşəkarlığa malik olduğu, dövltimizin və xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayandığı hər kəsə məlumdur. Sözügedən qurumun haqqında danışdığımız sonuncə əməliyyatı da bunu sübut edir. Lakin bu da bir həqiqətdir ki, təhlükəsizlik ümumxalq işidir və bu məsələdə hər bir vətəndaş güc orqanlrına informasiya dəstəyi verməyi, onlarlla həmrəylik sərgiləməlidir. Yalnız bu halda biz dövlətimizin və xalqımızın etibarlı təhlükəsizliyini təmin edə bilərik”. Seymur ƏLİYEV  

Hamısını oxu