Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentin Şuşadakı çıxışı Azərbaycanın dünyadakı yerini və rolunu bir daha nümayiş etdirdi

ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans dövlətimizin haqq səsinin növbəti təzahürü oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

C.Xəlilov bildirib ki, bu konfrans Azərbaycanın dünyadakı roluna diqqət çəkməklə yanaşı, dövlətimiz üçün prioritet olan istiqamətlərin bir daha yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb etdi: “Hər şeydən öncə qeyd edim ki, bu, ADA Universitetinin təşkilatçılığı ilə təşkil edilən ilk beynəlxalq konfrans deyil. ADA Universiteti bundan əvvəl də bir sıra beynəlxalq konfransların təşkilatçısı olub ki, bu tədbirlərin hər biri özünəməxsusluğu ilə yadda qalıb. Şuşadakı beynəlxalq konfrans və bu konfransda Prezident İlham Əliyevin çıxışı isə müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Prezident İlham Əliyev konfransdakı çıxışında Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkdi. Heydər Əliyevin hələ sovet dönəmində sərt ideoloji əngəllərə rəğmən Azərbaycanın inkişafı istiqamətində ciddi addımlar atdığını bildirən dövlət başçısı, Ulu Öndər tərəfindən atılan bir çox addımların ölkəmizin müstəqilliyinə hesablandığını da vurğuladı. Prezident qeyd etdi ki, Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və bu arzu reallığa çevrildi.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi də Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlət başçısı qeyd etdi ki, belə bir sülh müqaviləsinin imzalanması bütün regionda sülhün və təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Prezident Türkiyə ilə hərbi əməkdaşlıq, NATO ilə əməkdaşlığın perspektivləri haqqında da maraqlı fikirlər səsləndirdi. Prezident haqlı olaraq vurğuladı ki, Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq regional təhlükəsizliyin qarantına çevrilib.

Azərbaycanın Rusiya, ABŞ, İran, Orta Asiya dövlətləri ilə münasibəti, regionun gələcəyi ilə bağlı baxış və düşüncələri, bölgədə sülhün, təhlükəsizliyin və tərəqqinin mövcudluğu üçün atılan və atılması nəzərdə tutulan addımlar da Prezidentimizin çıxışında ətraflı şəkildə yer aldı. Hesab edirəm ki, Prezident İlham Əliyevin Şuşadakı çıxışı Azərbaycanın regiona, dünyaya və gələcəyə baxışını, eyni zamanda dövlətimizin sülhə, təhlükəsizliyə, qarşılıqlı hörmət və etimada verdiyi önəmi əks etdirən tarixi bir çıxış oldu. Prezident İlham Əliyev bu çıxışı ilə bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan öz yolu ilə inamla gedir və heç bir qüvvə onu öz yolundan, öz inamından, öz həqiqətindən döndərməyə qadir deyil”.

2023-05-04 17:49:36
3120 baxış

Digər xəbərlər

Председателю Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Д.М. Халилову

Уважаемый Джалил Маликович!   Поздравляем Вас с избранием Председателем Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики.   Желаем Вам успехов в поддержке и защите ветеранов в Вашей прекрасной стране.   Лично Вам хорошего здоровья, благополучия необходимого для работы с ветеранами.         С уважением,   ПредседательКомитета «Ветеранов Чернобыльцев» лиц, пострадавших от катастрофы на  Чернобыльской атомной электростанции     Владимир Каменков

Hamısını oxu
Çoşqun həyat kəfaləti

Bu məqamlar Özbəkistanda gənclərin öz gələcəyinə diqqət yetirmələri, biliklərə yiyələnmələri, istedadlarını nümayiş etdirmələri üçün hər cür şərait və imkanlar yaradılıb deməyə əsas verir. Bu gün buxaralı gənclərin həyatında, dünyagörüşlərində baş verən dəyişikliklər, onların sağlam gələcək arzusu, ölkəmizin inkişafına töhfə vermək istəyi də təqdirəlayiqdir. Bundan söz düşmüşkən, ilk növbədə uğur qazanmış, həyatda öz yerini tapan məşhur adamlarin həyat fəlsəfəsinə diqqət yetirək: onlar təhsildən əl çəkmirlər, çətinliklərə boyun əymirlər, həmişə səbirli, hərəkətdə olurlar. Eyni zamanda Özbəkistanda xaricdən işləyənlərin sayı da artır. Əlbəttə, uzaqdan işləmək hər iki tərəf üçün əlverişlidir. Bu fəaliyyət növü frilanserlik, yəni bir mütəxəssisin müəyyən bir müəssisə ilə birbaşa əlaqəli olmaması və razılaşdırılmış pul məbləğində müəyyən bir müddət ərzində müstəqil şəkildə layihələr və tapşırıqları yerinə yetirməsidir. Frilanseliyin proqramlaşdırma sahəsi yüksək həddə çatıb. İT üzrə frilanser olmaq proqramlaşdırma və ingilis dilini dərindən öyrənməyi tələb edir. Bunun üçün internetdə xarici və proqramlaşdırma dillərini öyrədən bir çox pulsuz təlim kursları mövcuddur. Proqramlaşdırma üçün xarici dilləri pulsuz öyrədən duolingo.com, code.org, uzbekcoders.uz, mohirdev.uz və ya prep.uz saytlarından istifadə edə bilərsiniz. Təhsil xidmətləri göstərən İT parkın rezidentləri vasitəsilə informasiya texnologiyaları sahəsində öz bacarıqlarını artırmaq imkanı da var. Qeyd edək ki, Buxara Vilayət Xalq Deputatları Şurasının ölkədə ilk olan e-kengash.uz rəsmi saytı İT parkın rezidenti “IT Education Leader” MÇC tərəfindən hazırlanıb. Dövlətimizin başçısı tərəfindən irəli sürülən beş mühüm təşəbbüsdən üçüncüsü, əhalinin və gənclərin kompüter texnologiyalarından və internetdən səmərəli istifadəsinin təşkilinə yönəlib. Bu təşəbbüsün həyata keçirilməsini, yəni əhalinin, o cümlədən gənclərin kompüter texnologiyaları və internetdən səmərəli istifadəsini təmin etmək məqsədilə rayonun bütün şəhər və rayonlarında ümumilikdə 12 rəqəmsal texnologiya tədris mərkəzi yaradılmışdır. Onlarda hazırda 25 mütəxəssis çalışır. Bu mərkəzlərdə gənclərə informasiya texnologiyaları, proqramlaşdırma, robototexnika, kiberidmanın əsasları və elektron ticarət kimi istiqamətlər üzrə bilik və bacarıqlar verilir. Bu günə qədər 2398 tələbə kompüter savadlılığı, veb-proqramlaşdırma, mobil-proqramlaşdırma, qrafik dizayn, robototexnika, kibersport və İT-İngilis dili kimi müvafiq sahələr üzrə təlim keçib və sertifikat alıb. 2021-ci ilin may ayında Buxara rayonunda Rəqəmsal texnologiyalar tədris mərkəzini veb-proqramlaşdırma üzrə sertifikatla bitirən Azadbek Hatamov hazırda "Feliçita" Tədris Mərkəzində bacı və həmyaşıdlarına proqramlaşdırma üzrə dərs deyir. Digər məzun Nazim Rəhimov hazırda "İT PARK" ın Buxara filialında veb-proqramlaşdırma sahəsində çalışır. Tədris mərkəzlərində “Dəmir dəftər”, “Gənclər kitabı” və “Qadın kitabı”nda qeydiyyatdan keçən 374 şagird pulsuz təhsil alıb və bacarıqlarını inkişaf etdirib. Gənclərin proqramlaşdırma və informasiya texnologiyaları sahəsində startap layihələrinə cəlb edilməsi və dəstəklənməsi, təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə rayonumuzda bir çox müsabiqələr təşkil olunub. Bunlara “İdeaton”, “Hakaton”, “Perspektivli İT layihələri”, “Proqramlaşdırmada ilk addım”, “Vabkent.Teç”, “Buxara IT EXPO” müsabiqələri və kiberidman yarışları daxildir. Gənclərin informasiya texnologiyaları və kommunikasiyalarına marağını artırmaq, onların proqramlaşdırma üzrə ilkin bacarıqlarını inkişaf etdirmək, o cümlədən gəncləri “Bir Milyon proqramçı” layihəsinə cəlb etmək məqsədilə rayonlarda İT-parkın əməkdaşları ilə bağlı təbliğat-təşviqat işləri aparılıb, uzbekcoders.uz platformasından dərslərin mənimsənilməsi üzrə dərslər keçirilir. Bu günə kimi www.uzbekcoders.uz saytında “Bir milyon proqramçı” layihəsi çərçivəsində 57 735 gənc oğlan və qız qeydiyyatdan keçib və 36 443 iştirakçı, o cümlədən 28 810 məzun sertifikat alıb. Həmçinin bu layihənin təbliği məqsədilə rayonda 102 ümumtəhsil məktəbi, 36 peşə liseyi, kollec və texnikumlar təşkil olunub. Bundan əlavə, yeni yaradılmış Buxara İnformasiya Texnologiyaları Kollecində gənclərin informasiya texnologiyaları sahəsində biliklərini təkmilləşdirmək üçün geniş imkanlar var. Orta ixtisas təhsili proqramlarını müvəffəqiyyətlə başa vurmuş məzunlar ixtisasları üzrə bakalavriat təhsili sahələri üzrə qəbul imtahanı olmadan təkbətək müsahibə yolu ilə ali təhsil müəssisələrində təhsillərini davam etdirmək hüququ qazanacaqlar. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda informasiya texnologiyaları və rabitə sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların sayı 15 faiz artaraq 341-ə çatıb. Təbii ki, informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişdirilməsi bu sahədə yeni müəssisə və təşkilatların sayını artıracaq ki, bu da iqtisadi inkişafda mühüm rol oynayacaq. Ən əsası isə yuxarıda adlarını çəkdiyimiz gənclərin çağa uyğun böyüməsi, ölkəmizin inkişafına töhfə vermək kimi böyük yolda geniş imkanlardan istifadə edilməsi hər bir gənci böyük nailiyyətlərə sövq edən əməllərdir. Bu yolda ayıq ruhla yaşamaq gənclərimizdən fədakarlıq və iştirak hissi tələb edir.   Əlican Yaxşıyev, İnformasiya Texnologiyaları və Rabitə İnkişafı Nazirliyinin Buxara Regional İdarəsinin rəisi

Hamısını oxu
Azərbaycana qarşı törədilmiş ekoloji terrorun məsuliyyətini rəsmi İrəvan daşıyır

30 ilə yaxın torpaqlarımızın işğalı zamanı Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və nəticədə xüsusi qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, Azərbaycanın böyük uğuru olmuşdur. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər.   Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir.   Şükürlər olsun ki, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmış və artıq bu stansiyalar işlək vəziyyətdədir. Bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Vaxtilə sovet dövründə su anbarının yanında Ulu Öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır.   Ermənistanın rəhbərliyi münaqişənin bütün dövrlərində öz cinayət əməlləri ilə seçilmişdirlər. Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın adı erməni fərarilərin içində çəkilir. Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Hərbi cinayətlərə görə erməni rəhbərliyi mütləq olaraq məsuliyyət daşımalıdır. Bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər.    Ermənistanda revanşist hisslərlə yaşayanların son zamanlar sərsəm bəyanatları ilə rastlaşırıq.  Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın dəmir yumruğu ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir.   Məşhur Məmmədov Milli Məclisin deputatı

Hamısını oxu
Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı (22.03.2020)

Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb. Bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranmışdır. Bu baxımdan nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılır.

Hamısını oxu