Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 22 iyul Mili Mətbuat Günü ilə əlaqədar olaraq media nümayəndələrini təbrik edib. Təbrikdə deyilir: “Media nümayəndələrimiz istər 44 günlük Vətən müharibəsində, istərsə də post-müharibə dönəmində Azərbaycan həqiqətlərinin daxili və xarici ictimaiyyətə çatdırılmasında, milli maraqlaırmızın müdafiəsində, dövlətimizin və xalqımızın mənafeyinin qorunmasında yaxından iştirak edib, bu istiqamətdə böyük əmək ortaya qoyub. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edən, möhkəmlənən Azərbaycan mediası, bu gün də milli maraqlarımızın informasiya məkanında etibarlı müdafiəçisi qismində çıxış edir. Mən Milli Mətbuat Günü ilə əlaqədar olaraq bütün media nümayəndələrini təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm. Əminəm ki, jurnalistlərimiz hər zaman olduğu kimi, bundan sonra da dövlətimizə və xalqımıza layiqincə xidmət edəcək, onlara olan ümidləri artıqlaması ilə doğruldacaqlar”.
Hamısını oxu
Mehriban xanım müdrikliyin, gözəlliyin, yüksək mənəvi keyfiyyətlərin və səmərəli ictimai fəaliyyətin vəhdətini öz şəxsiyyətində təcəssüm etdirir. Bu müstəsna şəxsiyyət milli ənənələrlə müasir dövrün tələblərinin üzvi vəhdətini özündə əks etdirir. Onun timsalında müdriklik yalnız nəzəri anlayış deyil, uzaqgörən və məsuliyyətli qərarlar qəbul etmək bacarığı kimi özünü göstərir. Gözəllik isə zahiri görünüşlə məhdudlaşmayaraq insanın davranışında, əməllərində və mənəvi dəyərlərində əks olunur. Eyni zamanda, çoxşaxəli ictimai fəaliyyəti cəmiyyətdə qazandığı yüksək etimadın və nüfuzun əsas göstəricilərindən biri kimi çıxış edir. Bəs müasir siyasətçini səciyyələndirən bu keyfiyyətlərin əsasında hansı amillər dayanır? Bu məsələyə münasibətimi bildirmək istərdim. Fikrimcə, ilk növbədə onun adına diqqət yetirmək məqsədəuyğundur. Xalq arasında insanın adının onun xarakteri və həyat yolu ilə müəyyən mənada bağlı olduğu düşüncəsi mövcuddur. “Mehriban” adı qayğıkeşliyi, mərhəməti və insanlara səmimi münasibəti ifadə edir. Mehriban xanım da öz fəaliyyəti və davranışı ilə bu mənaları doğruldur. O, səmimiyyəti, yüksək mənəvi dəyərlərə sadiqliyi və insanlara dəstək göstərməyə daim hazır olması ilə seçilir. İnsanlara diqqət və qayğı ilə yanaşması, xeyirxahlığı, qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq bacarığı onun şəxsiyyətini səciyyələndirən mühüm xüsusiyyətlərdəndir. Azərbaycan xalqının müdrik kəlamlarından biri olan “Ot kökü üstə bitər” atalar sözü insanın şəxsiyyətinin formalaşmasında ailə mühitinin və mənəvi irsin rolunu ifadə edir. Mehriban xanımın mənsub olduğu ailə Azərbaycan elminə, təhsilinə və mədəniyyətinə görkəmli simalar bəxş etmişdir. Ata tərəfdən babası görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayev, atası fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayevdir. Ana tərəfdən babası tanınmış jurnalist, “Bakı” qəzetinin təsisçisi və baş redaktoru Nəsir İmanquliyev, anası isə görkəmli şərqşünas, elmlər doktoru Aida İmanquliyevadır. Belə zəngin mənəvi və intellektual irs Mehriban xanımın dünyagörüşünün və şəxsiyyətinin formalaşmasına mühüm təsir göstərmişdir. Mehriban xanımın fəaliyyətində vətənpərvərlik xüsusi yer tutur. Azərbaycanın tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə bağlılıq onun ictimai fəaliyyətinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, digər xalqlara və mədəniyyətlərə hörmətlə yanaşması, beynəlxalq prosesləri obyektiv qiymətləndirməsi onun dünyagörüşünün və siyasi mədəniyyətinin göstəricisidir. Azərbaycan xalqının yaddaşında müdrik, cəsarətli və ləyaqətli qadın obrazı əsrlər boyu Koroğlunun silahdaşı Nigarın və Qaçaq Nəbinin həyat yoldaşı Həcərin timsalında yaşadılmışdır. Bu obrazlar qadının ailədə və cəmiyyətdə tutduğu yüksək mövqenin mənəvi rəmzinə çevrilmişdir. Tarixin müxtəlif dövrlərində bu ənənədən müəyyən uzaqlaşmalar müşahidə olunsa da, Azərbaycan ictimai fikri və klassik ədəbiyyatı həmişə qadının fəallığını, iradəsini və mənəvi gücünü yüksək qiymətləndirmişdir. Təsadüfi deyil ki, Cəfər Cabbarlının, Səməd Vurğunun və İlyas Əfəndiyevin əsərlərində qadın müstəqil düşüncəyə, güclü iradəyə və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi təqdim olunur. Həmin əsərlərdə Şərq ənənəsində olduğu kimi qadın yalnız sevgi obyekti deyil, fəal, iradəli və müstəqil şəxsiyyət kimi təqdim olunur. Bu xüsusiyyətlər Mehriban xanımın şəxsiyyətində də aydın şəkildə öz əksini tapır. Ümumilikdə hesab edirəm ki, Mehriban xanımın şəxsiyyətinin və yüksək insani keyfiyyətlərinin formalaşmasında mənəvi dəyərləri ilə xalqımızın sosial-mədəni arxetipləri uğurlu vəhdət təşkil etmişdir. Xidməti fəaliyyətimlə əlaqədar müxtəlif ölkələrin dövlət və ictimai xadimləri ilə görüşürəm və onların hamısı yekdilliklə bildirirlər ki, mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın güclü rəhbərliyə malik olması ölkə üçün böyük üstünlükdür. Biz əminik ki, Prezident İlham Əliyev və onun etibarlı silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin daha da qüdrətlənməsi, rifahının yüksəlməsi və beynəlxalq nüfuzunun möhkəmlənməsi naminə ardıcıl və məqsədyönlü siyasət həyata keçirirlər. Biz veteranlar Azərbaycan Respubliukasının Prezidentı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri dövlət siyasətini dəstəkləyirik. Polkovnik Cəlil Xəlilov, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri
Hamısını oxu
“Erməni vandalizmi” filmi erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir” Naqif Həmzəyev: “Erməni vəhşiliyini ifşa edən sənədli-bədii filmlərin çəkilməsi vacibdir” Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında "Erməni vandalizmi" adlı sənədli film hazırlanıb ki, filmdə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, hərbi cinayələr konkretb faktlar əsasında öz əksini tapıb. Maraqlıdır, bu cür filmlər ermənii yalanlarına qarşı mübarizədə effektiv mübarizə vasitəsi, ifşaedici silah hesab oluna bilərmi? Dünyanı erməni faşizminin mənfur siması ilə təkzibedilməz faktlar – foto-video materiallar vasitəsi ilə tanış etmək, Qarabağla bağlı əsl həqiqətlərin beynəlxalq aləm tərəfindən daha aydın dərk olunması baxımından nə dərəcədə önəmlidir? Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu kimi addımların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Reallıq bundadır ki, errmənilər hər zaman öz yalanlarını dünya birliyinə həqiqət kimi təqdim edib və onların bir qismini bu yalanlara inandıra bilib. 44 günlük Vətən müharibəsi və bu müharibədə Azərbaycanın əldə etdiyi tarixi zəfər erməni faşizminin əsl simasını bir daha üzə çıxardı. Işğaldakı torpqların azad edilməsindən sonra ortaya çıxan mənzərə göstərdi ki, ermənilər 30 ilə yaxın müdətdə bizim demək olar ki, bütün dini-tarixi abidələrimizə zərər verib, onları dağıdıb. Həmin abidələrin mövcud vəziyyəti ilə bağlı Azərbaycan tərəfinin ortaya qoyduğu faktlar mahiyyət etibari ilə erməni yalanlarının, erməni vandalizminin ifşası deməkdir. Lakin bu da həqiqətdir ki, ermənilərin iki əsr ərzində səsləndirdiyi yalanları qısa zamanda ifşa etmək, dünyaya ermənilərin əsl üzünü tanıtmaq o qədər də asan deyil. Biz bunun üçün daha ciddi fəaliyyət ortaya qoymalı, öz qüvvələrimizi səfərbər etməliyik. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti təqdirəlayiqdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daim erməni vandalizminin ifşa edilməsi, ermənilər tərəfindən dağıdılan dini-tarixi abidələrimizlə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli addımlar atıb, mühüm işlər görüb. Bildiyiniz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımın beynəlxalq aləmdə tanınması istqiamətində ciddi addımlar atılıb. Xüsusilə, Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası Xocalı həqiqətlərinin dünyaya çatdırılmasıdna mühüm rol oynadı. Artıq dünyada bir neçə dövlət Xocalı soyqırımını tanıyır. Lakin tək Xocalı faciəsinin tanıdılması ilə iş bitmir. Ermənilər 1905-ci ildən etibarən dəfələrlə Azərbaycan xalqına qarşı soyqırımları törədiblər. Onların hamısı ifşa edilməli, dünyaya çatdırılmalıdır. Erməni vəhşiliyinin ifşa edilməsi üçün kitablar da, elmi məqalələr də vacibdir. Bunun üçün konfranslarda erməni vandalizminin ifşa edilməsi, beynəlxalq tribunalarda bu barədə mütəmadi şəkildə danışılması da lazımdır. Lakin erməni vandalizminin ifşası məqsədi ilə sənədli və bədii filmlərin çəkilməsi də çox vacibdir. Çünki təcrübə göstərir ki, dünyamızda insanlar vizual görüntülərə daha çox inanır, bu görüntülər onların şüurunda özünə daha dərindən yer edir. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Erməni vandalizmi” filmi də erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki bu filmdə erməni vəhşiliyi, erməni hərbi cinayətləri ilə qiymətli faktlar, təkzibedilməz dəlillər mövcuddur. Hesab edirəm ki, bu cür filmlərin əcnəbidilli auditoriyalar üçün də hazırlanması zəruridir. Bizim əlimizdə erməni vəhşiliyi, erməni cinayətləri ilə bağlı kifayət qədər faktlar var. Biz bu faktlardan istifadə edərək erməni xislətini ifşa etməliyik”. Seymur ƏLİYEV
Hamısını oxu
Prezident İlham Əliyev Ağdaş rayonunun Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Hamısını oxu