Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar faşizm üzərində qələbənin 78-ci ildönümünü qeyd edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları 9 may 2023-cü il tarixində Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə general Həzi Aslanovun abidə-kompleksini ziyarət ediblər. İkinci Dünya müharibəsi qəhrəmanının abidəsi önünə gül dəstələri qoyan veteranlar faşizmə qarşı mübarizədə həlak olan soydaşlarımızı ehtiramla yad edib, onların xatirəsini sevgi və minnətdarlıq hissi ilə anıblar. 

Veteranlar daha sonra “Qardaşlıq məzarlığı” Memorial kompleksini ziyarət ediblər. Tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı qəhrəmancasına mübarizə apardığını, sonrakı dönəmdə bu qəhrəmanlığı erməni faşizminə qarşı mübarizədə təkrarladığını qeyd edib. Polkovnik bildirib ki, XX əsrdə Hitler Almaniyasına qarşı mübarizədə olduğu kimi, bu gün də bütün dünya erməni faşizminə qarşı birgə mübarizə aparmalı, faşizmin yenidən baş qaldırmasına imkan verməməlidir.  

 

 

2023-05-09 14:39:35
2933 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində akademik Yusif Məmmədəliyevin ev muzeyini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 19 may 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində akademik Yusif Məmmədəliyevin Ordubaddakı ev muzeyini ziyarət edib.  Polkovnik Cəlil Xəlilov akademik Yusif Məmmədəliyevin büstü önünə gül dəstəsi qoyub, böyük alimin xatirəsini ehtiramla yad edib. Muzeyin direktoru Elvira İbrahimova polkovnik Cəlil Xəlilova muzeylə bağlı ətraflı məlumat verib, ziyarətçilərin akademik Yusif Məmmədəliyevin elmi fəalliyyətinə böyük maraq göstərdiyini bildirib. Ev muzeyi ilə yaxından tanış olan polkovnik Cəlil Xəlilov muzeyin fəaliyyətinə uğurlar arzulayıb, xatirə kitabına ürək sözlərini yazıb. Seymur ƏLİYEV  

Hamısını oxu
“DTX-nın sayıqlığı nəticəsində ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu”

 Nəsib Məhəməliyev: “Prezident İlham Əliyevə qarşı xəyanət etmək, ən ağır cinayətdir” “Ramiz Mehdiyev Azərbaycanın yox, Rusiyanın maraqlarına xidmət edib” Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə saat bundan öncə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun xəyanəti, habelə, qanunsuz vəsaitləri leqallaşdırması ilə bağlı çoxsaylı faktlar – foto-video görüntülər, səs yazıları yayımlayıb. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Ramiz Mehdiyev və onun anti-Azərbaycan fəaliyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib, DTX-nın təqdim etdiyi faktlara münasibət bildirib: “DTX-nın yayımladığı, Ramiz Mehdiyevə məxsus səs yazısı, Azərbaycan ictimaiyyətində, o cümlədən məndə, sözün əsil mənasında şok effekti yaratdı. Səbail rayon məhkəməsi tərəfindən, Ramiz Mehdiyev barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilərkən, “Azərbaycanda Dövlət idarəetmə sisteminin dəyişdirilməsi” ilə bağlı yazı dərc olunmuşdu. Həmin yazıda, dövlətimizin müstəqilliyinin məhdudlaşdırılması, konstitusion quruluşunun tamamilə dəyişdirilməsi, seçkili orqanlara təyinatların, yeni yaradılacaq ,,dövlət şurası,, tərəfindən həyata keçiriləcəyi ilə bağlı cəfəng məlumatlar əksini tapmışdı. Ən dəhşətlisi isə, proseslərin xarici xüsusi xidmət orqanlarının rəhbərliyi ilə həyata keçirilməsi göstərilirdi.         İndicə yayımlanan səs yazısında da, Ramiz Mehdiyevin xüsusi xidmət orqanının başçısının katibəsi və yaxud köməkçiləri vasitəsilə əlaqə yaratmağa çalışır. Konkret sənədin adını çəkməklə, məxsusi olaraq qeyd edir ki, təqdim edəcəyim sənəd, onun, (yəni həmin rəhbərin) maraq dairəsindədir. Bunun yalnız bir adı var. Vətənə xəyanət. Ümumiyyətlə, müstəqillik tariximizdə baş verən ictimai-siyasi prosesləri təhlil etdikdə, siyasətlə məşğul olan hər kəsə bəllidir ki, Ramiz Mehdiyev, Azərbaycanın yox, Rusiyanın maraqlarına xidmət etmişdir. Faktlar da bir daha sübut edir ki, o ömrünün ahıl çağında da, nicatı bu ölkədə axtarır. Belə bir deyim var; “Allah, pis insanların ağlını əlindən alır”. Uzun illər ərzində hakimiyyətin üst qatında yer vermiş, bütün mümkün imtiyazları bəxş etmiş şəxsiyyətə, torpaqları işğaldan azad etməklə, 200 illik erməni separatçılığına birdəfəlik son qoyan, dünya erməniliyinə, onların lobbiçilərinə qalib gələn Prezident İlham Əliyevə qarşı xəyanət etmək, ən ağır cinayətdir. Psixologiyada belə bir şey var:”Normal insan təşəkkür etməyi bacarmalıdır”. Ramiz Mehdiyev öz xislətini göstərdi. Yaxşı ki, peşəkar, dövlətin və millətin keşiyində duran xüsusi xidmət orqanlarımız, preventiv tədbirlərlə, Ramiz Mehdiyev kimilərinin iç üzünü açır. DTX-nın təqdim etdiyi faktlar, bir daha göstərdi ki, xüsusi xidmət orqanlarımızın ayıq-sayıqlığı nəticəsində, ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu. Bu, əməliyyatlar, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”. Seymur ƏLİYEV

Hamısını oxu
Tovuzda Qarabağ müharibəsi iştirakçısı dünyasını dəyişib

Veteran.gov.az Tovuz Rayon İcra Hakimiyyətinin "facebook" hesabına istinadən xəbər verir ki, Tovuz rayonunun Aşağı Quşçu kənd sakini, Qarabağ müharibəsi qazisi, birinci dərəcəli əlil Hüseynov Cəfər Gözəl oğlu vəfat edib. Mərhum Aşağı Quşçu kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. C.Hüseynov 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin aprel ayında Ağdam rayonunun Güllücə kəndi istiqamətində gedən döyüşlər zamanı ağır yaralanaraq birinci dərəcəli əlillik almışdır. Mərhum ailəli idi, 3 övladı var. Allah rəhmət eləsin.  

Hamısını oxu
Sabirabadda daha bir şəhidin məzarı ad günündə ziyarət olunub

Mayın 15-də şəhid Muradov Elxan Murad oğlunun Sabirabad rayonu Əhmədabad kənd qəbiristanında məzarı ziyarət olunub.   Şəhidin doğum günündə reallaşan ziyarətdə Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, YAP-ın rayon təşkilatının sədri, kənd icra nümayəndəsi, rayonun axundu, şəhidin döyüş yoldaşları, müəllimləri və s. iştirak edib.   Əslən Axıska türkü olan Elxan Muradovun məzarı önündə çıxış edənlər şəhidlərimizə olan sevgi və ehtiramın xalqımızın qəlbində sonsuza qədər yaşayacağını bildirib, onların gənclərimizə, gələcək nəsillərə örnək olduğunu vurğulayıb.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu