Böyük Qələbənin 75 illiyinə həsr olunmuş Tədbirlər
Böyük Qələbənin 75 illiyinə həsr olunmuş Tədbirlər
Böyük Qələbənin 75 illiyinə həsr olunmuş Tədbirlər
Səmyar Abdullayev: “Bu fərman bir daha göstərdi ki, dövlətimiz həm maddi, həm də mənəvi baxımdan öz vətəndaşının yanındadır” Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə gözdən əlilliyi olanlara verilən Prezident təqaüdünün aylıq məbləği 300 manat olub. Bununla bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev buna görə dövlət başçısına təşəkkür edib: “Gözdən əlilliyi olanlara verilən Prezident təqaüdünün aylıq məbləğinin artırılmasına görə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti olaraq dövlət başçısına təşəkkür edir, cənab Prezidentimizə öz minnətdarlığımızı bildiririk. 210 manat məbləğindəki təqaüdün bidən-birə 300 manata yüksəldilməsi böyük artımdır və dövlətimizin gözdən əlil vətəndaşlarımıza oдфn qayğısının göstəricisidir. Bu fərman bütün katoqoriyadan olan əlillərimizlə yanaşı, gözdən əlil olan vətəndşlarımızın da daim dövlət başçsıının diqqət mərkəzində olduğunu göstərir. Bu fakt həm də onu göstərir ki, dövlətimiz hər imkanda həssas kateqoiyadan olan vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmağa çalışır, bunun üçün hər bir imkandan maksimum istifadə edir. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin 300 manata qədər yüksəldilməsi heç şübhəsiz bu kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahına müsbət təsir göstərəcək, onların sosial təminatını daha da yaxşılaşdıracaqdır. Bu fərman əllilərimiz üçün həm də mənəvi baxımdan ciddi stimul deməkdir ki, bu da məsələnin maddi tərəfindən heç də az rol oynamır. Bütün bunlar bir daha onu göstərir ki, dövlətimiz həm maddi, həm də mənəvi baxımdan öz vətəndaşının yanındadır və onun hər bir istəyinə həssaslıqla yanaşır. Bugünə qədər şəhid ailəlэrinə, əlillərə, müharibə veteranlarına olan diqqət və qayğı, onların mənzillə, avtomobillə, yüksək təqaüdlə təmin edilməsi gerçəyi bunu bir daha sübut edir. Dövlət başçısı tərəfindən təkcə bu gün verilən fərman və Sərəncamlarla gözdən əlil vətəndaşlarımızla yanaşı, şəhid ailələrinin, İkinci Dünya müharibəsi veteranlarının, Əfqanıstanda həlak olan hərbçilərin ailələrinə verilən təqaüdlər də artırlıb. Bu isə dövlətimizin sosial siyasətinin geniş auditoriyanı əhatə etdiyini göstərir. Bu, həmçinin dövlətimiz tərəfindən həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və prinsipial addımların atıldığını sübut edir. Məlum kateqoriadan olan vətəndaşlarımızın sosial müdafiəsinin güclənməsi isə onların qiymət artımından, infilyasiya və digər neqativ amillərdən daha az təsirlənməsini təmin edəcək, onlara rifah halını yaxşılaşdırmağa imkan verəcək. Ümumiyyətlə, Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür və bu dövlətimizin insan faktoruna, onun rifahına necə böyük önəm verdiyini göstərir. Bir faktı da qeyd edək ki, dövlətimiz bütün bu addımları Qarabağda geniş quruculuq işləri həyata keçirdiyi, Ermənistanın mina terroruna qarşı aktiv mübarizə apardığı, yüzlərlə Vətən müharibəsi əlillinin xarici ölkələrdə müalicəsini həyata keçirdiyi bir dönəmdə atır. İşğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmininə və quruculuq işlərinə böyük maliyyə vəsaitlərinin sərf olunduğu bir zamanda həssas kateqoriyadan olan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi dövlətimizin ikiqat fədakarlığı kimi qiymətləndirilməlidir. Biz bir daha bütün əlillərimiz adından dövlət başçısına təşəkkür edir və bildiririk ki, bundan sonra da Prezidentimizin daxili və xarici siyasətini dəstəkləməkdə davam edəcək, dövlət başçısının ətrafında sıx birləşərək milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanacağıq”. Seymur ƏLİYEV
Hamısını oxu
Prezident İlham Əliyev Əmək Məcəlləsində edilmiş bir sıra dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin, əmək münasibətlərində çevik və sosialyönlü hüquqi tənzimləmələrin tətbiqi, müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə gətirilməsi məqsədi daşıyır. Təsdiq edilən dəyişikliklərdən biri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 120-ci maddəsi ilə bağlıdır. Belə ki, aşağıdakı kateqoriyalara aid olan işçilərə illik əmək məzuniyyəti 46 təqvim günündən az olmayaraq veriləcək: - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə, - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə, - döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, - Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, - Azərbaycanın Milli Qəhrəmanlarına, - Sovet İttifaqı Qəhrəmanlarına, - Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, - habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Sentyabrın 20-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir. Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir. Müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14, 15-20) qrupunda və 2 mərhələdə keçirilir. Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər; - İştirakçı seçdiyi nominasiya üzrə bir ifadan ibarət videogörüntünü müsabiqəyə təqdim etməlidir; - Müsabiqəyə vətənpərvərlik mövzusunda yazılmış şeirlə yanaşı iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər; - Mahnı nominasiyası üzrə müsabiqəyə xalq və bəstəkar mahnıları təqdim olunmalıdır; - Təqdim olunan mahnı və şeirin ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır; - Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər; - Müsabiqəyə fonoqram qəbul olunmur; - Hər iki nominasiya üzrə iştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər; - Videogörüntülər aydın və keyfiyyətli olmalıdır; -Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, şəhər və rayon, təhsil aldığı müəssisə, nominasiya üzrə ifa etdiyi mahnı və ya şeirin adını) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir; - İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınacaq. I mərhələ - 20 sentyabr – 28 oktyabr 2021-ci il. İlkin mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda grbye@mk.edu.az elektron poçt ünvanına və ya (+994) 55 539 55 22 telefon nömrəsinə “Whatsapp” vasitəsi ilə göndərilməlidir. II mərhələ - 29 oktyabr – 6 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir. Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar. Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994) 55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.
Hamısını oxu
"Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu türk dünyasında möhtəşəm bir ilk, bir başlanğıcdır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, adıçəkilən forumun iştirakçısı polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Bakıda keçirilən bu tədbir türk dünyası üçün yeni bir ənənənin əsasını qoydu: “Bakıda TDT-ə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirilməsi hər mənada mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı məktub, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məlum forumda iştirakı bütövlükdə bu tədbirin önəmindən xəbər verir. Hər şeydən öncə qeyd edək ki, forum türk dövlətləri arasında olduqca faydalı bir ənənənin başlanğıcını qoydu. Belə ki, Azərbaycanın səyi və təşkilatçılığı ilə ilk dəfə bir araya gələn türk dövlətlərinin QHT nümayəndələri birgə müzakirlər həyata keçirdilər, əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atdılar. TDT üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Bakıda keçirilən həmrəylik forumu, tədbridə iştirak edən bütün QHT-lər üçün mühüm təcrübə oldu. Çox böyük ehtimalla bundan sonra biz türk dünyası daxilində QHT-lərin bu cür toplantılarına daha tez-tez rast gələcək, bu forumların türk xalqları arasındakı münasibətlərin inkişafına böyük töhfə verdiyinə şahidlik edəcəyik”. Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanlanan məktubunun və bu məktubda yer alan nüansların da mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı: “Prezident İlham Əliyev Forum iştirakçlarına ünvanlanan məktubunda bu mühüm tədbirin əhəmiyyətinə toxunmaqla yanaşı, türk xalqlarının ortaq dil və mədəniyyətə malik olduğunu yada saldı, türk dünyası daxilində əlaqələrin daha da inkişaf etdirlməsinin vacibliyini vurğuladı. Dövlət başçısı məktubunda konkret təkliflə də çıxış etdi. Prezident İlham Əliyev bildirdi ki, “Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır”. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin türk dünyası QHT-lərinin gələcək əməkdaşlğına böyük ümidlər bəslədiyini, bundan sonra da bu əmədkaşlığa dəstək verməyə hazır olduğunu, sözügedən əməkdaşlığın nəticələri ilə bağlı ciddi gözləntilərə malik olduğunu göstərir. Prezident İlham Əliyevin bu yanaşması Forum iştirakçıları, habelə türk dünyasında fəlaiyyət göstərən bütün QHT-lər üzərində mühüm məsuliyyət qoyur. TDT-yə üzv olan dövlətlər Bakıda keçirilən Forumun mahiyyətinə uyğun olaraq əməkdaşlıq əlaqələrini gücləndirməli, bu əməkdaşlıq mahiyyət etibarilə bütün türk dünyasının inkişafına, onun dünyadakı mövqeyinin daha da güclənməsinə xidmət etməlidir. Ümid edirəm ki, yaxın gələcəkdə buna nail olacaq, QHT-lər olaraq dövlətlərimizin və xalqlarımızın əldə etdiyi müvəffəqiyyətlərə daha ciddi töhfələr verəcək, türk dünyasının maraqlarını daha geniş coğrafiyada müdafiə etməyə nail olacağıq”. Seymur ƏLİYEV
Hamısını oxu