Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Daha bir şəhidimiz torpağa tapşırıldı

Şəhid baş əsgər Məmmədov Elşad Dönməz oğlu dəfn olunub. Oxu.Az xəbər verir ki, şəhidin cənazəsi Tovuzun Ağdam kəndindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Allah rəhmət eləsin!

Şəhid baş əsgər Məmmədov Elşad Dönməz oğlunun dəfn mərasimi keçirilir.
 
Oxu.Az xəbər verir ki, şəhidin cənazəsi Tovuzun Ağdam kəndindəki Şəhidlər Xiyabanına gətirilib.  Mərasimdə deputat Qənirə Paşayeva, Müdafiə Nazirliyinin rəsmiləri, rayon icra hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyəti də iştirak edir.   Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, müddətli həqiqi hərbi xidmətdə olan Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. Bildirək ki, Məmmədov Elşadın yeddi aylıq övladı var.

2020-07-13 00:00:00
3602 baxış

Digər xəbərlər

Ветерану Великой Отечественной Войны, Харьковской Анне Гордеевне

Уважаемая Анна Гордеевна,   От имени Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики и лично от своего имени сердечно поздравляю Вас с Днем Рождения. С грандиозным юбилеем - 100 лет. В годы Великой Отечественной Войны Вы прошли славный боевой путь участвуя в военных операциях по освобождению родных земель от фашистских захватчиков.   Уважаемая Анна Гордиевна,   Желаю Вам крепкого здоровья, долгих лет жизни и благополучия.     С уважением,   Председатель Организации Ветеранов Войны, Труда и Вооружённых Сил Азербайджанской Республики   ветеран войны и труда                                    Фатма Саттарова

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı beynəlxalq qurumları Ermənistanın təxribatlarına hüquqi qiymət verməyə çağırır

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti beynəlxalq qurumları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi növbəti təcavüz aktına görə işğalçı ölkə rəhbərliyini sərt şəkildə qınamağa çağıran bəyanat yayıb. AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması dünyada sülhə və əmin-amanlığa növbəti təhdiddir. Son günlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini mütəmadi şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutması hərbi qulluqçularımızın ölümünə və yaralanmasına səbəb olub. Eyni zamanda, Ermənistan məkrli və çirkin siyasətini davam etdirərək cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən kəndlərin dinc əhalisini iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutub. Nəticədə dinc sakinlər arasında da həlak olan və yaralananlar var. Belə ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib”. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə bu günədək əməl etməyən, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə növbəti təxribatı da yolverilməzdir. Dünya ictimaiyyəti bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsində işğalçı ilə işğala məruz qalana eyni səviyyədə yanaşma Azərbaycan xalqına qarşı ayrı-seçkilikdir. Azərbaycan Respublikası tolerant və multikultural dəyərləri ilə dünyada sülhün bərqərar olmasına daha çox səbir və qətiyyətlə yanaşıb. Ərazisi işğal altında olan və erməni atəşi altında yaşayan Azərbaycan xalqı daim dözüm nümayiş etdirib, münaqişənin dinc yolla həllinə çalışıb. Əfsuslar olsun ki, erməni tərəfi bu dəfə də Azərbaycanın humanizmindən öz mənfur əməlləri üçün istifadə edib. “Biz veteranlar bir daha dünya ictimaiyyətini, xüsusilə də Dünya Veteranlar Federasiyasını və digər nüfuzlu beynəlxalq qurumları respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində zəruri addımlar atmağa və təxirəsalınmaz tədbirlər görməyə çağırırıq”, - deyə müraciətdə vurğulanıb.

Hamısını oxu
Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb

Son görüşümüzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Bu sözləri Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib. Ölkə başçısı bildirib ki, hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur:

Hamısını oxu
“Vətənpərvərlik təbliğatı baxımından əyani vəsaitlər əhəmiyyətli rola malikdir”

İbrahim Quliyev: “Bu təklifin reallaşması faşizmə qarşı mübarizədə həlak olan soydaşlarımızın ruhuna ehtiram baxımından da arzuedilən olardı” Gələn il faşizm üzərində qələbənin 75 illiyi bütün dünyada qeyd ediləcək. Bu tarixi qələbədə Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkəmizin bu müharibədə iştirakçılığını, habelə göstərdiyi qəhrəmanlıqları əks etdirən muzeyin yaradılması təklifi ilə çıxış edib. C.Xəlilovun fikrincə, belə bir muzeyin yaradılması Azərbvaycanın bütün bəşəriyyət qarşısındakı tarixi xidmətlərini əyani şəkildə nümayiş etdirməklə yanaşı, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi baxımından da mühüm rol oynaya bilər. Moderator.az-a açıqlamasında məlum təklifə münasibət bildirən Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev bu təklifi yüksək qiymətləndirdiyini vurğuladı: “Düşünürəm ki, bu, dəyərli və səmərəli təklifdir. 25 ildən artıqdır ki, bizim ərazimizin 20%-i işğal altındadır. 1 milyon 200 min nəfəlik qaçqını, məcburi köçkünü olan bir ölkədə vətənpərvərlik tərbiyəsi müstəvisində işin aparılması olduqca vacibdir. Belə bir muzeyin yaradılması vətənpərvərlik təbliğatı baxımından əyani vəsait kimi də mühüm əhəmiyyət kəsb edər. Bu,  həm də II Dünya Müharibəsində, faşizmə qarşı mübarizədə  həlak olan soydaşlarımızın ruhlarına bir hörmət, bir ehtiram olardı.  Bu səbəbdən də mən bunu çox dəyərli bir təklif hesab edirəm. Mən ümumiyyətlə Cəlil müəllimin fəaliyyətini yüksək qiymətləndirirəm. C.Xəlilov ictimai təşkilatlar içərisində hərbi vətənpərvərlik təbliğatı baxımından böyük işlər, mühüm layihələr həyata keçirən, bu sahədə xüsusilə fərqlənən bir insandır. O, tez-tez gənclər arasında, tələbələr arasında olur, onların arasında bu yöndə çox ciddi iş aparır. Cəlil müəllim ölkə başçısının hərbi vətənpərvərlik təbliğatı ilə bağlı siyasətini praktiki olaraq həyata keçirən dəyərli insanlarımızdandır. Mən ona bu şərəfli fəaliyyətində uğurlar arzulayıram”.   Seymur ƏLİYEV 

Hamısını oxu