Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov Pərviz Nurməmmədovla görüşüb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinin sədri Ruslan Bədirov Quba rayonu üzrə təhsil sektorunun müdiri  Pərviz Nurməmmədovla görüşüb. Görüş zamanı Veteranlar Təşkilatının Quba Rayon Şöbəsinin fəaliyyətinə verdiyi dəstəyə görə Pərviz Nurməmmədova təşəkkür edən Ruslan Bədirov, təhsil sektorunun müdirini Fəxri Fərmanla təltif edib.

Təltifə görə Ruslan Bədirova təşəkkürünü bildirən Pərviz Nurməmmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Şöbəsinə uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.

Seymur ƏLİYEV

 

2026-06-30 21:55:00
1017 baxış

Digər xəbərlər

"DAYAQ" Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı 20 Yanvar şəhidlərini ziyarət edib

Azərbaycan Xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi həkk olmuş 1990 cı il 20 Yanvar hadisələrindən artıq 33 il keçir. Hər il bu günü xalq böyük izdihamla yad edir. Veteran.gov.az xəbər verir ki, "DAYAQ" Vətən  Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın İdarə Heyəti, şəhid ailələri, qazilər və müharibə iştirakçılarından ibarət çoxsaylı  vətənpərvər üzvləri Şəhidlər xiyabanını ziyarət etdilər. Şəhidlərin məzarları üstünə tər qərənfillər düzüldü. Şəhidlər kompleksinin qarşısına əklil qoyuldu və dualar oxundu. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Hamısını oxu
Ağdamda vətənpərvərliklə bağlı maraqlı tədbir: "Mən əsgərəm!"

Veteran.gov.az xəbər verir ki, 4 may 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Ağdamda "Mən əsgərəm" şüarı ilə  tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, icra nümayəndələri, qazilər Ağdam rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Natiq Cavadov, müavini Məhəmməd müəllim, müəllim heyəti və tələbələr, rayon ictimaiyyəti,  Cəlilabad rayon Qazilər Cəmiyyətinin Sədri Maşalla Əliyev iştirak ediblər. Tədbirdə əlbəyaxa döyüş, əsgərin döyüş meydanında fəaliyyəti, çətin ərazidə  - meşədə azimutla hərəkət və döyüş şəraiti canlandırılıb. İcra başcısı Vaqif Həsənov və Cəlilabad rayon Qazilər Cəmiyyətinin sədri Maşalla Əliyev tədbir iştirakçılarına öz ürək sözlərini söyləyib. Tədbir iştirakçıları Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən  mükafatla təltif olunub. Tədbirin yekununda təlimdə iştirak edən heyət Ağdam rayon Veteranlar Təşkilatı tərəfindən də Fəxri Fərmanla təltif edilib.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında bir qrup Qarabağ müharibəsi veteranı ilə görüş keçirilmişdir

O,  Qarabağ torpağının düşmən işğalından azad edilməsi üçün qəhrəman Azərbaycan əsgəri ilə yanaşı, Qarabağ qazilərinin də bü gün yenidən silaha sarılmağa hər an hazır olduqlarını, eləcə də, gənclərin vətənpərvərlik  tərbiyəsində onların xüsüsi xidmətləri olduğunu bildirmişdir. C.Xəlilov öz sıralarında böyük veteranlar ordusunu birləşdirən Respublika Veteranlar Təşkilatının II Dünya müharibəsi veteranları ilə yanaşı, xüsusən Qarabağ müharibəsi veteranlarını da daim diqqət mərkəzində saxladığını və bunun gələcəkdə də uğurla davam etdiriləcəyinə əmin olduğunu ifadə etmişdir. Qarabağ müharibəsi vetaranları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, bu gün düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi uğrunda əsgərlərimizlə bərabər döyüşlərə qatılmağa, onlara göstərilən edimadı hər an doğrultmağa hazır olduqlarını bildirmişlər. Onlar eyni zamanda, Respublika Veteranlar Təşkilatının daim Qarabağ veteranlarının yanında olduğunu vurğulamış, gənclərin vətənpərvərlik tərbiyəsində Təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi qeyd etmişlər. C.Xəlilov Qarabağ veteranlarının da bu sahədə üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirdiklərini və bu məsələnin hazırkı mərhələdə Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, ölkənin bütün ictimai təşkilatlarını gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində öz səylərini birləşdirməyə, mövcud imkanlardan daha səmərəli istifadə etməyə, ümumən dövlətin uğurla həyata keçirdiyi gənclər siyasətinə gəstək olmağa səsləmişdir.   Görüşün sonunda Qarabağ müharibəsi veteranlarından Mürşüd Mahmudov “Həzi Aslanov” yubiley medalı, Kamil Şirinov isə “Səməd bəy Mehmandarov” yubiley medalı ilə təltif edilmişlər. Görüş xatirə şəkilinin çəkdirilməsi ilə başa çatmışdir.

Hamısını oxu
“Qurtuluş günü” şeiri müasir Azərbaycan ədəbiyyatının parlaq nümunələrindəndir

15 iyun 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan xalqı və dövlətçiliyinin həyatında baş verən ən mühüm hadisələrdən biri kimi hər il böyük sevinc və təntənə ilə qeyd edilməkdədir. Milli dövlətçilik tariximizə yön verən, xalqımızın xilasının başlanğıcı olan bu hadisə mədəniyyət və incəsənətimizin bir çox sahələri kimi, ədəbiyyatımızda da yer almaqda, şeirlərdə, poemalarda, romanlarda parlaq boyalarla əks olunmaqdadır. Bu baxımdan yazıçı Rəna Qurbanlı Qılıcovanın müəllifi olduğu “Qurtuluş günü” şeiri müasir ədəbiyyatımızın maraq doğuran, parlaq nümunələrindəndir.  Qurtuluş günü! Gün var ki, ömürə bərabər olur. Əbədi olaraq yaddaşa dolur. Tarixə yazılır qızıl həriflə. Hər ildə qeyd olur böyük şərəflə. Qurtuluş günüdür bu günün biri. Bayrama bələyir bütün hər yeri. On beşi iyundur həmin gözəl  gün. Xalqımız qeyd edir sanki toy- düyün. Geriyə dönüşdü hakimiyyətə. Əliyev bəxş etdi bunu millətə. Ulu Öndərimiz qayıtdı geri. Sevincə bələdi bütün hər yeri. Qurtuluşa böyük addım atıldı. Bayramlar içinə o gün qatıldı. Birlikdə söyləyək, birlikdə deyək. Qurtuluş günümüz olsun mübarək! Məlumat üçün qeyd edək ki, Rəna Qurbanlı 1960 -cı il iyunun 26- da Sumqayıt şəhərində anadan olub. 1977- ci ildə Tovuz rayonunda Puşkin adına məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almış, 1994-də məzun olmuşdur. Ailəlidir , üç övladı var. 12 kitabın (“Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək” və s.) müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyininüzvü, Prezident təqaüdcüsüdür. Seymur ƏLİYEV  

Hamısını oxu