Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatının üzvləri Vətən müharibəsi Qəhrəmanının məzarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev,  "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbəri Asəf İsmayılov və iş adamı, xeyriyyəçi Rafiq Abışovla birlikdə rayonun Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı,  şəhid kapitan Rəşad Abdullayevin ailəsi ilə görüşüblər.

Qəhrəmanın atası Arif Abdullayev oğlunun həyat və döyüş yolundan fəxarətlə danışıb, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Şəhid kapitan Rəşad Abdullayevin anası Sevil Abdullayeva isə şəhid analarının adından yazdığı şeri oxuyub. O, həmçinin, ziyarətə gələnləri qəhrəman oğlunun ev-muzeyinin açılışına dəvət edib.

Rayon Veteranlar Təşkilatının üzvləri və qonaqlar Göytəpə şəhər qəbirstanlığında uyuyan şəhid Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin məzarını da ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar.

Xatırladaq ki, şəhid kapitan  ailəli idi, iki övladı yadigar qalıb. Cəlilabad şəhər 2 saylı tam orta məktəbi bu gün Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin adını daşıyır.

 

2023-05-17 11:36:03
3452 baxış

Digər xəbərlər

ƏƏSMN-də veteranlarla görüş keçirilib, əməkdaşlıq məsələləri müzakirə olunub

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Bayramov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasındakı mövcud əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib, veteranları maraqlandıran təkliflər ətrafında geniş fikir  mübadiləsi aparılıb. Görüşdə Nazirliyin Aparatının Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov da iştirak edib.

Hamısını oxu
"Gənclər Şəbəkəsi" Təşəbbüsü İctimai Birliyi 16 yaşdan yuxarı autizmli gənclərlə bağlı tədbir keçirib

"Gənclər Şəbəkəsi" Təşəbbüsü İctimai Birliyi 16 yaşdan yuxarı autizmli gənclərin sosial inteqrasiyasına, yaradıcılıq bacarıqlarının inkişafına və cəmiyyət həyatında fəal iştirakına dəstək məqsədilə növbəti tədbirini reallaşdırıb. Layihə "Inclusive Sport and Health Club" ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub. Tədbir zamanı iştirakçılar müxtəlif rəsm və yaradıcı fəaliyyətlərə cəlb ediliblər. Gənclər üçün öz potensiallarını sərbəst ifadə edə biləcəkləri rahat və inklüziv mühit yaradılıb. Onlar rəngkarlıq materiallarından istifadə edərək öz əl işlərini hazırlayıb, fərdi yaradıcılıq imkanlarını nümayiş etdiriblər. Layihənin əsas məqsədi autizmli gənclərin yalnız xüsusi qayğıya ehtiyacı olan şəxslər kimi deyil, cəmiyyətdə zəngin maraqları, bacarıqları və yaradıcılıq potensialı olan şəxslər kimi daha geniş yer almasına şərait yaratmaqdır. Bu cür tədbirlər gənclərin sosial ünsiyyət imkanlarının genişlənməsinə, yeni bacarıqlar əldə etməsinə və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Tədbir "Inclusive Sport and Health Club" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Klubun inklüziv idman və sağlamlıq istiqamətindəki fəaliyyəti ilə yanaşı, autizmli gənclərin sosial və yaradıcı həyata cəlb olunmasına yönəlmiş birgə təşəbbüslər gələcək üçün geniş imkanlar açır. Gənclərin hazırladıqları rəsmlər isə onların daxili dünyasını, yaradıcı yanaşmalarını və fərdi baxış bucaqlarını əks etdirib. "Gənclər Şəbəkəsi Təşəbbüsü" İB inklüzivliyin inkişaf etdirilməsi, autizmli gənclərin cəmiyyətə inteqrasiyasının artırılması və onların müxtəlif sahələrdə özlərini ifadə etməsi üçün yeni layihələr həyata keçirməyə davam edəcək. Təşkilatçılar gələcəkdə də tərəfdaş qurumlarla birlikdə 16 yaşdan yuxarı autizmli gənclərin sosial, yaradıcı, idman və inkişafyönümlü fəaliyyətlərə cəlb olunmasına xidmət edən silsilə tədbirlər nəzərdə tutur.

Hamısını oxu
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar

Bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik". Milli.Az

Hamısını oxu
Sumqayıt İdrak liseyində “Hər sinif bir dövlətdir” adlı layihə gerçəkləşib

Veteran.gov.az xəbər verir ki, 13 dekabr tarixində Sumqayıt İdrak liseyində liseyin direktoru Hidayət Allahverdinin rəhbərliyi altında “Hər sinif bir dövlətdir!”adlı layihə baş tutub. Tədbirin təşkilatçısı və aparıcısı liseyin fənn müəllimi Pərvanə Yusifova seçilib.   Tədbir Azərbaycan Respublikasının Dövlət Himni, daha sonra İdrak liseyinin himni ilə açıq elan olunub. Bu layihənin əsasnaməsi şagirdlərin və müəllimlərinin nəzərinə çatdırılıb. Layihənin “Birləşmiş Liseyistlər Təşkilatı”(BLT) adı altında fəaliyyət göstəriləcəyi nəzərə çatdırılıb.   Daha sonra 5-9 cu sinif şagirdləri ardıcıllıqlla səhnəyə gələrək özlərini, dövlətlərini, dövlətlərinin atributlarını (bayraq, gerb, himn) təqdim ediblər. Hər sinif, yəni hər dövlət öz prezidentinin təqdimatında tanıdılıb. Təqdimat həm şifahi, həm də slayd formada reallaşıb. Təqdimatda sinif dövlətlərinin bayrağının, gerbinin , devizinin mənası açıqlanıb. Hər dövlət (sinif) öz himnini səsləndirib. Sonda dövlət prezidentləti və sinif kuratorları açıq səsvermə yolu ilə BLT təşlikatına katib seçiblər. Tədbir şagirdlərinin və izləyənlərin böyük marağına səbəb olub və böyük rəğbətlə qarşılanıb.

Hamısını oxu